“Kontakt Home” camaatla MƏZƏLƏNİR .....                     "Suraxanı bazarı”nın qanunsuz genişlənməsi təsdiqləndi .....                     Qubada ŞƏHİD RUHUNA sayğısızlıq! .....                     AFFA PFL-in prezidenti postuna onu gətirmək istəyir .....                     "Kim 100-200 manat üçün işləməkdən imtina edər?" .....                     Xaricdə təhsil alan nazir Məcnun Məmmədovun diplomu təsdiq olunacaq? .....                     Bu pulları dəyişsəz, itirə bilərsiniz .....                     "Arvad" sözünü dilimizdən çıxaraq? .....                     "Diplomatın bu cür tənqidi çıxışını həm də bir siqnal kimi yozmaq mümkündür" .....                     Masada 3 ssenari var: Hansı ağır gələcək? .....                     Moskva Ermənistan xalqının Rusiyayönlü mövqedə olduğunu göstərməyə çalışır .....                     Öz pulumuzu özümüzə satan banklar: Komissiya haqqı niyə yüksəkdir? .....                     Rusiyadan qaçan bankir: .....                     MİDA-nın 250 min manatlıq müqaviləsi 20 manatlıq şirkətə verildi .....                     Kinematoqrafçılar İttifaqının iclasında dava düşdü .....                     Bu gün QURBAN BAYRAMIDIR... .....                     “MTN işi” ilə bağlı üzücü XƏBƏR: Zərərçəkənlərdən daha biri... .....                     Azərbaycan XİN başçısının Moskvaya, Rusiya müdafiə nazirinin isə Bakıya səfərinə hazırlıq gedir .....                     “Vaşinqton sənədini cırıb atmayacağıq” .....                     “Yüksəliş” müsabiqəsinin qalibinə bankda yüksək vəzifə verildi .....                     Ermənilər seçim qarşısında .....                     GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: .....                     Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq .....                     PREZİDENT “YERİNDƏ SAYIRIQ, İDXALI AZALTMALIYIQ” DEDİ... .....                     Hafiz Hacıyev cərimələnib .....                     Azərbaycanda 14 il əvvəlki cinayətin üstü açıldı .....                     Ermənistan və ABŞ TRIPP-lə bağlı saziş imzaladı .....                     “Diadem” şirkəti mənfəətini bölüşdürəcək .....                     Özümüzü buğda ilə necə təmin edək? .....                     “Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir .....                     "TDT-nin müdafiə qanadının nüvəsi Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı olacaq" .....                     Uşaqpulu, yoxsa sosial yardımlar?.. .....                     "Abşeron Tekstil"in külli miqdarda borcu var .....                     "Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu .....                     MDB ölkələrinə şok mesaj: .....                     Merdən Xankəndidən köçmüş ermənilərə: .....                     ABŞ atəşkəsi pozdu, cavab verəcəyik .....                     “PAŞA Bank”ın rəhbərliyinə yeni təyinat .....                     200 dollarlıq neft: Dünya üçün fəlakət ssenarisi .....                     Hərraca çıxarılan “Zəngəzur Harmony” oteli bir ildir alan yoxdur .....                 

İlham Əliyev və Vladimir Putin Çində niyə görüşmədilər? - Bir salama dəymədi...
Tarix: 4-09-2025, 07:06 | Çap et

Avqustun 31-dən etibarən Çinin Tyanjin şəhərində start götürən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25 illiyinə həsr olunmuş yubiley sammiti yekunlaşmağa doğru gedir. Liderlər artıq sentyabrın 3-də Pekində keçiriləcək II Dünya Müharibəsi və Yaponiya üzərində qələbənin 80-ci ildönümünü anmaq üçün hərbi paradda iştirak etmək məqsədilə Çinin paytaxtına gəliblər.

Beləliklə, qarşıdakı bir gündə sammitdə iştirak edən liderlər arasında ikitərəfli görüşlər olmayacaq; əvvəlcədən razılaşdırılmış təmaslar Tyanjində artıq baş tutub. Azərbaycan Prezidenti İlham Əliyev də Çinin sədri Si Cinpin başda olmaqla bir sıra ölkə liderləri ilə ikitərəfli görüşlər keçirib.

Prezidentin qrafikində yalnız bir görüşə yer olmadı – Rusiya Prezidenti Vladimir Putinlə heç bir təmas qurulmadı. Jurnalistlər salamlaşma və ayaqüstü söhbət olacağına ümid etsələr də, Əliyev və Putin bir-birilərini görməzdən gəldilər. Hansı liderin görüşə istəksiz olduğunu müəyyən etmək üçün sammit ərəfəsində Bakıdan və Moskvadan səsləndirilən açıqlamalara nəzər yetirmək kifayətdir.

Prezident İlham Əliyev Pekinə getməzdən əvvəl “Əl-Ərəbiyyə” kanalına müsahibəsində Rusiya ilə hazırki münasibətlərdəki böhranın səbəblərini aydın şəkildə ifadə edib, məyusluğunun səbəblərini açıqlamışdı.

Əvvəlcə tarixə ekskurs edən dövlət başçısı 1920-ci ilin aprelində bolşevik işğalını xatırladıb. Qeyd edib ki, həmin ilin noyabrında Moskva qərar qəbul edərək Zəngəzuru Azərbaycandan alıb Ermənistana verib. Bununla da Azərbaycan əsas hissə və Naxçıvan olmaqla iki yerə bölünüb, Qərbi Zəngəzur isə onların arasında qalıb.

İlham Əliyev münasibətlərdəki hazırkı böhranın əsas səbəbi kimi ötən il dekabrın 25-də Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiya üzərində vurulmasını və Kremlin qeyri-adekvat davranışını göstərib. Prezident bildirib ki, Rusiyanın hava hücumundan müdafiə sistemi Azərbaycanın mülki təyyarəsini vurub və bu, böyük faciə və “qətiyyən yol verilməməli hadisə”dir.

Əliyev xatırladıb ki, 2020-ci ilin noyabrında Azərbaycan təsadüfən rus helikopterini vuranda, Bakı dərhal üzr istəmiş, təzminat ödəmiş və məsul şəxsləri cəzalandırmışdı. Amma bu dəfə Rusiya oxşar addım atmayıb, məsuliyyəti üzərinə götürməyib və araşdırmanı şəffaf aparmayıb.

Ölkə başçısı daha sonra Rusiyadakı azərbaycanlılara qarşı hücumlara diqqət çəkir: “Təyyarə insidentindən sonra Rusiyada azərbaycanlılara qarşı zorakılıq halları baş verib. İki nəfər işgəncə ilə öldürülüb, rəsmi versiyada isə ‘ürək tutmasından ölüm’ göstərilib”. Əliyev bunu xalqımıza qarşı “misli görünməmiş hörmətsizlik” adlandırıb.

Prezident vurğulayıb ki, Azərbaycan heç vaxt təcavüz və hörmətsizliyə göz yummayacaq. Münasibətlərin gərginləşməsinə görə məsuliyyət Bakının üzərinə düşmür, ölkə yalnız konstruktiv və hüquqi cavab verir.

İlham Əliyevin bu çıxışı Kremlə bağlı təbliğat mediasında genişmiqyaslı anti-Azərbaycan kampaniyasına start verib. Dövlət televiziyasında və Z kanallarında prezidentin özü hədəf alınıb, Azərbaycana qarşı təcavüz iddiaları səsləndirilib. Hazırda bu kampaniya bütün gücü ilə davam etdirilir. Paralel olaraq, Rusiyada yaşayan azərbaycanlıların həbsi və təzyiqlərə məruz qalması da həyata keçirilir.

Prezident İlham Əliyev bu çıxışı ilə Çinə getməzdən əvvəl Rusiya ilə münasibətlərin normallaşma perspektivinin çərçivəsini cızıb. Yəni Bakı, təyyarənin vurulması ilə bağlı mövqeyində qətidir, Zəngəzur dəhlizi ilə bağlı hazırkı reallıqları Rusiya işğalı ilə əlaqələndirir və ikitərəfli münasibətlərdə yalnız bərabərhüquqlu tərəfdaşlığa əsaslanır. Rusiya buna hazırdırsa, təşəbbüs göstərsin; görüşmək və danışmaq mümkündür.

Rusiya belə bir görüşə hazır idimi? Kremlin sözçüsü Dmitri Peskovun 21 avqustda verdiyi açıqlamadan belə nəticə çıxarmaq olar ki, Rusiya tərəfi Azərbaycan lideri ilə görüşün baş tutmasını istəyir, amma Bakının cızdığı çərçivədə yox, ənənəvi qaydada. Peskov deyib: “Putin və Əliyevin ŞƏT sammitinin kənarında görüşmək imkanı ola bilər. Ümid edirik ki, sabah görüş çərçivəsində onların qarşılaşmaq imkanı olacaq. Heç olmasa, belə bir imkan mövcud olacaq”.
Sentyabrın 1-də Peskov bildirdi ki, Putin və Əliyev hələ danışmayıblar.

Kreml sözçüsünün açıqlamasında görüş təşəbbüsünün Azərbaycandan gəlməli olduğuna eyham vurulur. Necə ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Putinin digər liderlər ilə söhbətinin bitirməsini gözləyib, daha sonra ona yaxınlaşdı və görüş baş tutdu. Azərbaycan rəhbərliyi üçün bu cür təmaslar qəbul edilmir; qarşılıqlı hörmət və istək prinsipi olmayan görüşlər arzuolunmaz hesab edilir.

Beləliklə, Azərbaycan və Rusiya liderləri arasında yüksək səviyyəli təmas imkanı dəyərləndirilmədi. Çünki problemlər dərindir və şəxsi məna daşıyır. Konkretləşdirsək, Azərbaycanın sərnişin təyyarəsinin vurulması və daha sonra Kremlin sayğısız münasibəti Azərbaycan Prezidenti üçün prinsipial məsələyə çevrilib. Rusiya tərəfi bunu aradan qaldırmayana qədər münasibətlərdə gərginlik davam edəcək.

Əsas sual budur: gərginlik eskalasiyaya çevrilib nəzarətdən çıxa bilərmi? Avqustun 23-də Həştərxanda keçirilmiş iqtisadi əlaqələr üzrə Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının iclasında müzakirə olunan məsələlər hər iki tərəfin böhranın idarə olunmasında maraqlı olduğunu göstərir. Bəli, siyasi əlaqələr az qala dondurulub, amma ticarət və iqtisadi münasibətlər az təsirlənib və böhranın bu sektora sıçramasında hələ ki, heç bir tərəf maraqlı deyil. Bununla belə, mediada kəskin ritorika davam edəcək, Rusiyada yaşayan azərbaycanlılara qarşı hücumlar və təzyiqlər sistematik xarakter alacaq. Azərbaycanın da öz növbəsində bəzi tədbirlər görməkdə davam etməsi şübhə doğurmur. Prezident bildirib ki, biz yalnız konstruktiv, hüquqi və güzgü prinsipi ilə özümüzə qarşı olanlara cavab veririk.

Əlbəttə, düyünün çözülməsi imkanları da mövcuddur və bu, daha çox Rusiyadan asılıdır. Kreml “daşı ətəyindən tökərsə”, münasibətlər əvvəlki səviyyəyə qalxmasa da, böhrandan çıxa bilər. Qarşıda oktyabrın əvvəlində MDB liderlərinin sammiti var; o tarixə qədər Rusiya tərəfi uyğun addımlar atarsa, liderlər arasında təmaslar mümkündür.

Pressklub.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Kontakt Home” camaatla MƏZƏLƏNİR - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:28
"Suraxanı bazarı”nın qanunsuz genişlənməsi təsdiqləndi - Araşdırma aparılır
Bu gün, 06:25
Qubada ŞƏHİD RUHUNA sayğısızlıq! - BU NƏDİ BELƏ?
Bu gün, 06:19
AFFA PFL-in prezidenti postuna onu gətirmək istəyir -İDDİA
Bu gün, 06:17
"Kim 100-200 manat üçün işləməkdən imtina edər?" - ETİRAZ
Bu gün, 06:13
Xaricdə təhsil alan nazir Məcnun Məmmədovun diplomu təsdiq olunacaq? - İLGİNC
Bu gün, 06:09
Bu pulları dəyişsəz, itirə bilərsiniz – Gözlənilməz problem yarandı
Bu gün, 06:02
"Arvad" sözünü dilimizdən çıxaraq? - Dilçi və psixoloqdan deputata reaksiya
Bu gün, 06:00
"Diplomatın bu cür tənqidi çıxışını həm də bir siqnal kimi yozmaq mümkündür" - GƏLİŞMƏ
Bu gün, 05:58
Masada 3 ssenari var: Hansı ağır gələcək? - İNCƏLƏMƏ
Bu gün, 05:55
Moskva Ermənistan xalqının Rusiyayönlü mövqedə olduğunu göstərməyə çalışır - AMMA...
Bu gün, 05:53
Öz pulumuzu özümüzə satan banklar: Komissiya haqqı niyə yüksəkdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:51
Rusiyadan qaçan bankir: - “Hamı onun ölümünü gözləyir”
Bu gün, 05:48
MİDA-nın 250 min manatlıq müqaviləsi 20 manatlıq şirkətə verildi - TƏFƏRRÜAT
Bu gün, 05:44
Kinematoqrafçılar İttifaqının iclasında dava düşdü - VİDEO
Bu gün, 05:38
Bu gün QURBAN BAYRAMIDIR... - QUTLU OLSUN!
Bu gün, 05:32
“MTN işi” ilə bağlı üzücü XƏBƏR: Zərərçəkənlərdən daha biri... - FOTO
Dünən, 21:00
Azərbaycan XİN başçısının Moskvaya, Rusiya müdafiə nazirinin isə Bakıya səfərinə hazırlıq gedir
Dünən, 20:56
“Vaşinqton sənədini cırıb atmayacağıq” - Köçəryan
Dünən, 17:42
“Yüksəliş” müsabiqəsinin qalibinə bankda yüksək vəzifə verildi - FOTO
Dünən, 17:37
Ermənilər seçim qarşısında - İki yol var, ya Paşinyan, ya da...
Dünən, 17:26
GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: - 289 minlik tenderi niyə ləğv edilib?
Dünən, 17:12
Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq - HƏDƏ
Dünən, 17:10
PREZİDENT “YERİNDƏ SAYIRIQ, İDXALI AZALTMALIYIQ” DEDİ... - Ekspert əsas problemləri AÇIQLADI
Dünən, 17:08
Hafiz Hacıyev cərimələnib - SƏBƏB
Dünən, 17:05
Azərbaycanda 14 il əvvəlki cinayətin üstü açıldı - Qadın həbs edildi
Dünən, 17:04
Ermənistan və ABŞ TRIPP-lə bağlı saziş imzaladı - KİV
Dünən, 17:00
“Diadem” şirkəti mənfəətini bölüşdürəcək
Dünən, 16:57
Özümüzü buğda ilə necə təmin edək? - Professordan təklif
Dünən, 16:52
“Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir - TƏFƏRRÜAT
Dünən, 16:47
"TDT-nin müdafiə qanadının nüvəsi Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı olacaq" - Yücel Karauz
Dünən, 16:46
Uşaqpulu, yoxsa sosial yardımlar?.. - Azərbaycanın strateji seçimi və iqtisadi reallıqlar
Dünən, 16:32
"Abşeron Tekstil"in külli miqdarda borcu var
Dünən, 16:30
"Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu
Dünən, 16:22
MDB ölkələrinə şok mesaj: - Rusiya haradan başlayacaq?
Dünən, 16:19
Merdən Xankəndidən köçmüş ermənilərə: - “Sizi Rusiyaya köçürəcəyik”
Dünən, 16:18
ABŞ atəşkəsi pozdu, cavab verəcəyik - İran
Dünən, 16:15
“PAŞA Bank”ın rəhbərliyinə yeni təyinat - BUNDAN SONRA...
Dünən, 16:12
200 dollarlıq neft: Dünya üçün fəlakət ssenarisi - ARAŞDIRMA
Dünən, 16:07
Hərraca çıxarılan “Zəngəzur Harmony” oteli bir ildir alan yoxdur – Qiyməti 7,8 milyondan 5,9 milyona düşüb
Dünən, 16:00
Kinematoqrafçılar İttifaqının yeni sədri MƏLUM OLDU - BUNDAN SONRA...
Dünən, 15:57
ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO
Dünən, 15:54
FHN amfibiyanın “ömrünü uzatmaq” üçün bu dəfə Ukrayna şirkəti ilə müqavilə bağladı - TƏFƏRRÜAT
Dünən, 15:50
Azərbaycan BOKT-unun təsisçisi dəyişib
Dünən, 15:41
“OBA”dan Qurban bayramı münasibətilə “Qonşu payı” təşəbbüsü
Dünən, 15:37
Deputatlıq mandat deyil, sözün məsuliyyətidir - REPLİKA
Dünən, 15:33
"Gazelli Group" yenidən təşkil olunur
Dünən, 15:31
“Milli Məclisdə “arvad” sözünü müzakirə etməkdənsə, o arvadların ərlərinin maaşlarını artırsınlar...” - Seyran Səxavətdən ÇAĞIRIŞ
Dünən, 15:15
Ermənistanda əhalinin 75%-i Rusiyaya qarşıdır - SORĞU
Dünən, 15:10
"PAŞA Bank"ın Müşahidə Şurasına yeni sədr təyin olunub - BUNDAN SONRA...
Dünən, 15:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru