"Əvvəllər bir sabunla həm çimmək, həm də paltar yumaq olurdu" .....                     SOCAR-da işçiyə NÖKƏR gözündə baxırlar... .....                     "Bu sullara cacab verən baba-igid məmur varmı?!" .....                     Burda SAXTA DOLLAR satılır? .....                     Paşinyan Astanada keçiriləcək Aİİ sammitinə qatılmayacaq .....                     Azərbaycan və Latviya qiymətləndiriciləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb .....                     Təhsilimiz Bağırovlardan qurtula bilmir .....                     “Kontakt Home” camaatla MƏZƏLƏNİR .....                     "Suraxanı bazarı”nın qanunsuz genişlənməsi təsdiqləndi .....                     Qubada ŞƏHİD RUHUNA sayğısızlıq! .....                     AFFA PFL-in prezidenti postuna onu gətirmək istəyir .....                     "Kim 100-200 manat üçün işləməkdən imtina edər?" .....                     Xaricdə təhsil alan nazir Məcnun Məmmədovun diplomu təsdiq olunacaq? .....                     Bu pulları dəyişsəz, itirə bilərsiniz .....                     "Arvad" sözünü dilimizdən çıxaraq? .....                     "Diplomatın bu cür tənqidi çıxışını həm də bir siqnal kimi yozmaq mümkündür" .....                     Masada 3 ssenari var: Hansı ağır gələcək? .....                     Moskva Ermənistan xalqının Rusiyayönlü mövqedə olduğunu göstərməyə çalışır .....                     Öz pulumuzu özümüzə satan banklar: Komissiya haqqı niyə yüksəkdir? .....                     Rusiyadan qaçan bankir: .....                     MİDA-nın 250 min manatlıq müqaviləsi 20 manatlıq şirkətə verildi .....                     Kinematoqrafçılar İttifaqının iclasında dava düşdü .....                     Bu gün QURBAN BAYRAMIDIR... .....                     “MTN işi” ilə bağlı üzücü XƏBƏR: Zərərçəkənlərdən daha biri... .....                     Azərbaycan XİN başçısının Moskvaya, Rusiya müdafiə nazirinin isə Bakıya səfərinə hazırlıq gedir .....                     “Vaşinqton sənədini cırıb atmayacağıq” .....                     “Yüksəliş” müsabiqəsinin qalibinə bankda yüksək vəzifə verildi .....                     Ermənilər seçim qarşısında .....                     GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: .....                     Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq .....                     PREZİDENT “YERİNDƏ SAYIRIQ, İDXALI AZALTMALIYIQ” DEDİ... .....                     Hafiz Hacıyev cərimələnib .....                     Azərbaycanda 14 il əvvəlki cinayətin üstü açıldı .....                     Ermənistan və ABŞ TRIPP-lə bağlı saziş imzaladı .....                     “Diadem” şirkəti mənfəətini bölüşdürəcək .....                     Özümüzü buğda ilə necə təmin edək? .....                     “Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir .....                     "TDT-nin müdafiə qanadının nüvəsi Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı olacaq" .....                     Uşaqpulu, yoxsa sosial yardımlar?.. .....                     "Abşeron Tekstil"in külli miqdarda borcu var .....                 

Təhsil Nazirliyinin səhlənkarlığı gənclərin gələcəyini riskə atır - FAKT BUDUR...
Tarix: 3-09-2025, 10:53 | Çap et

Hər il olduğu kimi bu il də ali məktəbə daxil ola bilməyən abituriyentlərin bir qismi çıxış yolu kimi xaricdə təhsil almağa üz tutacaqlar. Təəssüf ki, hər il yüzlərlə gəncin diplomu Azərbaycanda tanınmır və bu da onların illərlə çəkdikləri zəhmətin boşa getməsinə səbəb olur.


Bəs xaricdə universitet seçərkən diplomun Azərbaycanda tanınması üçün hansı meyarlara diqqət etmək lazımdır?
Moderator.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycanda hər il on minlərlə abituriyent ali məktəbə qəbul ola bilmir və bir qismi çıxış yolunu xaricdə təhsil almaqda görür:
“Təəssüf ki, bu proses çox vaxt planlı deyil, valideynlər və gənclər vasitəçilərin təklifləri ilə hərəkət edir, nəticədə yüzlərlə tələbə diplomunu ölkəyə gətirəndə tanıda bilmir. Dövlət Statistika Komitəsinin 2024-cü ilə dair göstəricilərinə əsasən, son beş ildə Azərbaycanda xaricdə təhsil alanların sayı 30 faiz artıb, amma TKTA-nın (Təhsildə Keyfiyyətin Təminatı Agentliyi) hesabatlarında hər il yüzlərlə diplom tanınmır. Bu fakt göstərir ki, abituriyentlərin seçim prosesində ciddi boşluqlar var və dövlət tərəfindən kifayət qədər marifləndirmə işi aparılmır. Halbuki “Təhsil haqqında” Qanunun 38-ci maddəsində açıq yazılıb ki, xarici ali təhsil müəssisələrinin diplomlarının tanınması Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalar əsasında həyata keçirilməlidir. Lakin həmin qaydaların mahiyyəti geniş ictimaiyyətə izah olunmur, tələbələr yalnız sənədlərini təqdim edəndə problemlə üzləşirlər”.
Təhsil eksperti deyib ki, diplomun tanınması üçün əsas meyarlar kifayət qədər sadədir:
“Amma bunların izahı ictimaiyyətə çatdırılmır. Birincisi, universitetin öz ölkəsində rəsmi akkreditasiyası olmalıdır. İkincisi, tədris əyani və tam-zamanlı formada həyata keçirilməlidir; distant, onlayn və qiyabi proqramların çoxu tanınmır. Üçüncüsü, tədris müddəti Azərbaycan standartlarına uyğun gəlməlidir: bakalavr pilləsi minimum 3–4 il, magistratura 1,5–2 il, doktorantura 3–4 il olmalıdır. Dördüncüsü, universitet beynəlxalq reytinqlərdə müəyyən göstəricilərə malik olmalıdır. TKTA “QS”, “Times Higher Education” və “Shanghai Ranking” siyahılarında yer alan universitetlərin diplomlarını daha asan tanıyır. Amma bu meyarların sadə dillə cəmiyyətə izahı, marifləndirici kampaniyalar, onlayn bələdçilər və ya valideynlər üçün seminarlar təşkil olunmur. Elm və Təhsil Nazirliyi illərdir yalnız ümumi açıqlamalarla kifayətlənir, konkret yol xəritəsi təqdim etmir.
Müsbət tərəf odur ki, dövlət diplom tanınmasında müəyyən standartları qoruyur və keyfiyyətsiz universitetlərdən alınan sənədlərə “yaşıl işıq” yandırmır. Bu, ölkədə ali təhsil səviyyəsinin aşağı düşməsinin qarşısını alır. Amma mənfi tərəfi ondan ibarətdir ki, gənclər seçim zamanı bu standartlardan xəbərsiz olduqları üçün səhv addım atırlar. Bu, həm ailələrin maddi resurslarını boşa çıxarır, həm də gənclərin illərlə çəkdiyi zəhməti dəyərsizləşdirir. Nazirlik bu sahədə marifləndirmə aparmadığına görə məsuliyyət yükü valideynlərin üzərinə düşür. Dünya təcrübəsinə baxanda, məsələn, Avropa İttifaqında “Lisbon Tanınma Konvensiyası” çərçivəsində tələbələrə açıq məlumat bazaları təqdim olunur, hər kəs seçdiyi universitetin statusunu yoxlaya bilir. Türkiyədə YÖK hər il tanınan və tanınmayan universitetlərin siyahısını dərc edir. Azərbaycanda isə belə açıq siyahılar ya gec paylaşılır, ya da əksər abituriyentlərin diqqətinə çatdırılmır”.
Kamran Əsədov diqqətə çatdırıb ki, müqayisə etdikdə görürük ki, qonşu ölkələrdə abituriyent seçim prosesində dövlət daha aktiv rol oynayır:
“Gürcüstanda xaricdə təhsil almaq istəyənlər üçün xüsusi məsləhət mərkəzləri fəaliyyət göstərir. Azərbaycanda isə bu boşluq vasitəçilərin əlini gücləndirir, onlar da bəzən gəncləri şübhəli universitetlərə yönəldir. Nəticədə diplom tanınmır və bu, milli insan kapitalına zərbə vurur. Dəyişəcək odur ki, gənclər yenə də xaricdə təhsil almağa can atacaq, vasitəçilər yenə də təkliflərini edəcəklər, yüzlərlə diplom isə tanınmayacaq. Dəyişməli olan isə Elm və Təhsil Nazirliyinin yanaşmasıdır. Nazirlik abituriyentlər və valideynlər üçün açıq məlumat bazası yaratmalı, hər il xaricdə təhsil seçimi ilə bağlı geniş marifləndirici kampaniya keçirməli, riskli universitetlərin siyahısını paylaşmalı idi. Nazirlik bu istiqamətdə iş görmür, marifləndirmə aparmır, planları və proqnozları yoxdur. Geniş dəstəkləyici planlar olmalı idi, amma yoxdur. Məktəblərdə belə marifləndirici dərslər təşkil edilməlidir ki, şagirdlər gələcəkdə seçimlərini daha düzgün etsinlər. Əks halda, hər il eyni mənzərə təkrarlanacaq və gənclərimiz keyfiyyətsiz, tanınmayan diplomlarla geri dönəcəklər. Nəticə etibarilə, diplomların tanınmaması probleminin kökündə informasiya çatışmazlığı və dövlətin zəif koordinasiya siyasəti dayanır. Bu sahədə sistemli yanaşma və açıq planlaşdırma olmadığı müddətdə valideyn və abituriyentlərin səhv seçimlərinin qarşısını almaq mümkün olmayacaq. Bu isə ölkənin təhsil keyfiyyətinə və gələcək insan kapitalının formalaşmasına mənfi təsir göstərməyə davam edəcək”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Əvvəllər bir sabunla həm çimmək, həm də paltar yumaq olurdu" - Nura Suri
Bu gün, 08:18
SOCAR-da işçiyə NÖKƏR gözündə baxırlar... - NARAZILIQ VAR...
Bu gün, 08:13
"Bu sullara cacab verən baba-igid məmur varmı?!" - ŞƏRH
Bu gün, 07:31
Burda SAXTA DOLLAR satılır? - TƏFƏRRÜAT
Bu gün, 07:18
Paşinyan Astanada keçiriləcək Aİİ sammitinə qatılmayacaq - Rusiya mediası
Bu gün, 06:52
Azərbaycan və Latviya qiymətləndiriciləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Bu gün, 06:45
Təhsilimiz Bağırovlardan qurtula bilmir - MALƏSƏF...
Bu gün, 06:33
“Kontakt Home” camaatla MƏZƏLƏNİR - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:28
"Suraxanı bazarı”nın qanunsuz genişlənməsi təsdiqləndi - Araşdırma aparılır
Bu gün, 06:25
Qubada ŞƏHİD RUHUNA sayğısızlıq! - BU NƏDİ BELƏ?
Bu gün, 06:19
AFFA PFL-in prezidenti postuna onu gətirmək istəyir -İDDİA
Bu gün, 06:17
"Kim 100-200 manat üçün işləməkdən imtina edər?" - ETİRAZ
Bu gün, 06:13
Xaricdə təhsil alan nazir Məcnun Məmmədovun diplomu təsdiq olunacaq? - İLGİNC
Bu gün, 06:09
Bu pulları dəyişsəz, itirə bilərsiniz – Gözlənilməz problem yarandı
Bu gün, 06:02
"Arvad" sözünü dilimizdən çıxaraq? - Dilçi və psixoloqdan deputata reaksiya
Bu gün, 06:00
"Diplomatın bu cür tənqidi çıxışını həm də bir siqnal kimi yozmaq mümkündür" - GƏLİŞMƏ
Bu gün, 05:58
Masada 3 ssenari var: Hansı ağır gələcək? - İNCƏLƏMƏ
Bu gün, 05:55
Moskva Ermənistan xalqının Rusiyayönlü mövqedə olduğunu göstərməyə çalışır - AMMA...
Bu gün, 05:53
Öz pulumuzu özümüzə satan banklar: Komissiya haqqı niyə yüksəkdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:51
Rusiyadan qaçan bankir: - “Hamı onun ölümünü gözləyir”
Bu gün, 05:48
MİDA-nın 250 min manatlıq müqaviləsi 20 manatlıq şirkətə verildi - TƏFƏRRÜAT
Bu gün, 05:44
Kinematoqrafçılar İttifaqının iclasında dava düşdü - VİDEO
Bu gün, 05:38
Bu gün QURBAN BAYRAMIDIR... - QUTLU OLSUN!
Bu gün, 05:32
“MTN işi” ilə bağlı üzücü XƏBƏR: Zərərçəkənlərdən daha biri... - FOTO
Dünən, 21:00
Azərbaycan XİN başçısının Moskvaya, Rusiya müdafiə nazirinin isə Bakıya səfərinə hazırlıq gedir
Dünən, 20:56
“Vaşinqton sənədini cırıb atmayacağıq” - Köçəryan
Dünən, 17:42
“Yüksəliş” müsabiqəsinin qalibinə bankda yüksək vəzifə verildi - FOTO
Dünən, 17:37
Ermənilər seçim qarşısında - İki yol var, ya Paşinyan, ya da...
Dünən, 17:26
GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: - 289 minlik tenderi niyə ləğv edilib?
Dünən, 17:12
Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq - HƏDƏ
Dünən, 17:10
PREZİDENT “YERİNDƏ SAYIRIQ, İDXALI AZALTMALIYIQ” DEDİ... - Ekspert əsas problemləri AÇIQLADI
Dünən, 17:08
Hafiz Hacıyev cərimələnib - SƏBƏB
Dünən, 17:05
Azərbaycanda 14 il əvvəlki cinayətin üstü açıldı - Qadın həbs edildi
Dünən, 17:04
Ermənistan və ABŞ TRIPP-lə bağlı saziş imzaladı - KİV
Dünən, 17:00
“Diadem” şirkəti mənfəətini bölüşdürəcək
Dünən, 16:57
Özümüzü buğda ilə necə təmin edək? - Professordan təklif
Dünən, 16:52
“Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir - TƏFƏRRÜAT
Dünən, 16:47
"TDT-nin müdafiə qanadının nüvəsi Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı olacaq" - Yücel Karauz
Dünən, 16:46
Uşaqpulu, yoxsa sosial yardımlar?.. - Azərbaycanın strateji seçimi və iqtisadi reallıqlar
Dünən, 16:32
"Abşeron Tekstil"in külli miqdarda borcu var
Dünən, 16:30
"Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu
Dünən, 16:22
MDB ölkələrinə şok mesaj: - Rusiya haradan başlayacaq?
Dünən, 16:19
Merdən Xankəndidən köçmüş ermənilərə: - “Sizi Rusiyaya köçürəcəyik”
Dünən, 16:18
ABŞ atəşkəsi pozdu, cavab verəcəyik - İran
Dünən, 16:15
“PAŞA Bank”ın rəhbərliyinə yeni təyinat - BUNDAN SONRA...
Dünən, 16:12
200 dollarlıq neft: Dünya üçün fəlakət ssenarisi - ARAŞDIRMA
Dünən, 16:07
Hərraca çıxarılan “Zəngəzur Harmony” oteli bir ildir alan yoxdur – Qiyməti 7,8 milyondan 5,9 milyona düşüb
Dünən, 16:00
Kinematoqrafçılar İttifaqının yeni sədri MƏLUM OLDU - BUNDAN SONRA...
Dünən, 15:57
ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO
Dünən, 15:54
FHN amfibiyanın “ömrünü uzatmaq” üçün bu dəfə Ukrayna şirkəti ilə müqavilə bağladı - TƏFƏRRÜAT
Dünən, 15:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru