Kişi sahibkarları yarıtmışdılar... qalmışdı qadın sahibkarlar... .....                     "Əvvəllər bir sabunla həm çimmək, həm də paltar yumaq olurdu" .....                     SOCAR-da işçiyə NÖKƏR gözündə baxırlar... .....                     "Bu sullara cacab verən baba-igid məmur varmı?!" .....                     Burda SAXTA DOLLAR satılır? .....                     Paşinyan Astanada keçiriləcək Aİİ sammitinə qatılmayacaq .....                     Azərbaycan və Latviya qiymətləndiriciləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb .....                     Təhsilimiz Bağırovlardan qurtula bilmir .....                     “Kontakt Home” camaatla MƏZƏLƏNİR .....                     "Suraxanı bazarı”nın qanunsuz genişlənməsi təsdiqləndi .....                     Qubada ŞƏHİD RUHUNA sayğısızlıq! .....                     AFFA PFL-in prezidenti postuna onu gətirmək istəyir .....                     "Kim 100-200 manat üçün işləməkdən imtina edər?" .....                     Xaricdə təhsil alan nazir Məcnun Məmmədovun diplomu təsdiq olunacaq? .....                     Bu pulları dəyişsəz, itirə bilərsiniz .....                     "Arvad" sözünü dilimizdən çıxaraq? .....                     "Diplomatın bu cür tənqidi çıxışını həm də bir siqnal kimi yozmaq mümkündür" .....                     Masada 3 ssenari var: Hansı ağır gələcək? .....                     Moskva Ermənistan xalqının Rusiyayönlü mövqedə olduğunu göstərməyə çalışır .....                     Öz pulumuzu özümüzə satan banklar: Komissiya haqqı niyə yüksəkdir? .....                     Rusiyadan qaçan bankir: .....                     MİDA-nın 250 min manatlıq müqaviləsi 20 manatlıq şirkətə verildi .....                     Kinematoqrafçılar İttifaqının iclasında dava düşdü .....                     Bu gün QURBAN BAYRAMIDIR... .....                     “MTN işi” ilə bağlı üzücü XƏBƏR: Zərərçəkənlərdən daha biri... .....                     Azərbaycan XİN başçısının Moskvaya, Rusiya müdafiə nazirinin isə Bakıya səfərinə hazırlıq gedir .....                     “Vaşinqton sənədini cırıb atmayacağıq” .....                     “Yüksəliş” müsabiqəsinin qalibinə bankda yüksək vəzifə verildi .....                     Ermənilər seçim qarşısında .....                     GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: .....                     Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq .....                     PREZİDENT “YERİNDƏ SAYIRIQ, İDXALI AZALTMALIYIQ” DEDİ... .....                     Hafiz Hacıyev cərimələnib .....                     Azərbaycanda 14 il əvvəlki cinayətin üstü açıldı .....                     Ermənistan və ABŞ TRIPP-lə bağlı saziş imzaladı .....                     “Diadem” şirkəti mənfəətini bölüşdürəcək .....                     Özümüzü buğda ilə necə təmin edək? .....                     “Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir .....                     "TDT-nin müdafiə qanadının nüvəsi Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı olacaq" .....                     Uşaqpulu, yoxsa sosial yardımlar?.. .....                 

Azərbaycan Şərqlə Qərb arasında - Və ya biz kiminlə və hara gedirik?
Tarix: 3-09-2025, 07:28 | Çap et

Hindistan Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının tamhüquqlu üzvlüyünə qəbul edilməsinə mane olub. Məlum olduğu kimi, Dehli rəsmi Bakının müraciətinə blok qoyub - veto hüququndan istifadə edib.

Dehlinin bu qərarı Azərbaycandakı Avrointeqrasiya tərəfdarlarını sevindirib. Qərbə rəğbət bəsləyən, Azərbaycanın yerini Avroatlantika məkanında görən insanlar bir qism bu vetonu: "Hindistan Azərbaycanı xilas etdi" deyə şərh ediblər.

Əlbəttə, Azərbaycanı gələcəkdə Avropa İttifaqının üzvü kimi xəyal edən həmvətənlərimiz Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünə qarşıdırlar, bu səbəbdən Narendra Modi hökumətinin qərarından məmnundurlar. Bu mənada onları anlamaq olar. Bu, məsələnin daxili siyasi tərəfi ilə daha çox bağlıdır.

Hərçənd mən özüm də bir vətəndaş kimi Azərbaycanı Avropa məkanında təsəvvür və xəyal edirəm, bunu gizlətməyəcəm. İstərdim, Azərbaycan da Avropa İttifaqının üzvü olsun, ölkəmizdə Qərbin ən yaxşı ənənə və dəyərləri bərqərar olsun.

Mən siyasətçi deyiləm, sadəcə, bu, mənim şəxsi əqidəm və möhkəm qənaətimdir. Ancaq təhlilçi kimi məsələlərə bir az fərqli, bəlkə daha realist baxmaq lazım olduğunu da düşünürəm.

Əslində bu qərar - Hindistanın bu addımı gözlənilən idi. Burada qeyri-adi, təəccüblü heç nə yoxdur. Bundan əvvəl Hindistan Rusiyanın Türkiyəni BRİCS üzvlüyünə dəvət etməsini də xoş qarşılamamışdı. Bununda səbəbləri məlumdur: Azərbaycan və Türkiyə Pakistanla strateji müttəfiqdir. Hər iki ölkə Cammu və Kəşmir münaqişəsində Pakistanı müdafiə edirlər. Eyni zamanda Modi hökumətinin bu addımı ən çox elə Çinin özünə qarşı etirazın nümayişidir. Çünki Çin Pakistanla çox yaxındır, Hindistanla isə ərazi mübahisələri, hətta münaqişələri var. İndi-indi Çin Hindistanla münasibətləri bir qədər yumşaltmağa meyllənib. Ancaq reallıqda Dehli ilə Pekin münaqişəli vəziyyətdədirlər.

Bir də işin içində Rusiya var; Baş nazir Narendra Modi Çində rəsmi tədbirlərin keçirildiyi məkana Rusiya prezidenti Vladimir Putinin "Aurus" adlı limuzinində yanaşı oturaraq gediblər. Hətta söhbət o qədər "şirin" olub ki, mərasimə ləngiyiblər. Çin tərəfi təşkilatçı olaraq görüşlərin və tədbirlərin cədvəlinə dəyişiklik etməli olub. Bu da qəsdən edilmiş bir diplomatik mini-demarş idi. Çin Putini onun istədiyi səviyyədə qarşılamadı. Eyni zamanda prezident Putin baş nazir Modi ilə birlikdə ŞƏT-də Çinin üstün mövqeyini kölgələmək istəmişlər. Çünki Çinin yeni bir qlobal inteqrasiya mərkəzi kimi önə keçməsini nə Ukrayna müharibəsində zəifləmiş Rusiya, nə də son dövrlər xeyli güclənmiş Hindistan istəmir. Bundan başqa bu iki ölkəni ABŞ "birləşdirib". Prezident Donald Trampın Hindistana qarşı "tarif hücumu" Modi hökumətini çətinə salıb və Putinə sığınmağa sövq edib. Həmin ərəfədə Tramp Ukraynanın Rusiya ərazisində apardığı əməliyyatlara dəstək mesajı vermişdi. Bu da Moskvanı Trampdan narazı düşmüş Dehli ilə taktiki olaraq yaxınlaşdırıb. Bununla yanaşı nə Rusiya, nə Hindistan Türkiyənin və əlbəttə, Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsində maraqlı deyillər. Diktator Bəşər Əsədin devrilməsi ilə Rusiya və İranla yanaşı Hindistan da Suriyadan qovuldu. Suriyada, həm də bu vəsilə ilə Yaxın Şərqdə kimin mövqeyi gücləndi? Türkiyənin. Başqa sözlə, Rusiya ilə yanaşı Hindistanı da Suriyadan kim vurub çıxardı?! Türkiyə. Onu ilk və ən çox dəstəkləyən dövlət kim oldu?! Azərbaycan. Suriyaya ilk dəstək verən ölkələrdən biri də Azərbaycan oldu. Ənənəvi olaraq Əsədlər hakimiyyəti ilə yaxın olmuş Hindistanın maraqları Suriyadakı hakimiyyət dəyişikliyi ilə zərbə aldı. Təbii ki, Dehli bunu Türkiyəyə və Azərbaycana bağışlamazdı. Həm də 44 günlük müharibədən sonra Ermənistanı silahlandırmaqla Azərbaycana qarşı revanşa sövq etməyə çalışanlardan biri Fransa idisə, o birisi Hindistan idi. Dehli Cənubi Qafqazda hərbi-siyasi balansı Ermənistanın xeyrinə dəyişməyə və bölgədə sülh prosesini bloklamağa çalışmışdə. Bu da Azərbaycanı və onun yaxın müttəfiqləri olan Türkiyəni və Pakistanı, təbii ki, narahat etmişdi. Ancaq Hindistanın bu cəhdi uğursuz oldu; Azərbaycan və Ermənistan avqustun 8-də Vaşinqtonda sülh sazişini paraflamaqla Cənubi Qafqazda revanşist müharibəni körükləmək istəyənlərə - ilk növbədə Rusiyaya, Fransaya, Hindistana tutarlı cavab vermiş oldular. Bundan başqa Azərbaycanın və Türkiyənin razılığı ilə Pakistanın Ermənistanla diplomatik əlaqələr qurması da Hindistanın Cənubi Qafqaza təsirini balanslaşdırır. Belə bir zərbəni Modi bəlkə də gözləmirdi. Ona görə əlinə düşən ilk imkandan - ŞƏT sammitindən Azərbaycan-Türkiyə-Pakistan üçlüyünə veto ilə xavab vermək üçün istifadə etdi. Üstəlik Azərbaycan-Rusiya, Azərbaycan-Hindistan münasibətlərindəki gərginliklər bu cür addımın atılmasını qaçılmaz edirdi.

Ancaq bir tərəfdən yanaşanda "Hindistan Azərbaycanı xilas etdi" fikri başqa mənada öz təsdiqini tapır. ŞƏT-in bu dəfəki sammiti ABŞ-Çin rəqabətinin ən kəskin mərhələsinə təsadüf edirdi və Pekinin Vaşinqtona göndərdiyi mesajları ilə yadda qaldı. Azərbaycan isə bir neçə həftə əvvəl ABŞ-la münasibətlərdə "yenidən yükləmə" etməyə başlayıb; strateji tərəfdaşlığa doğru mühüm addım atılıb. Bu məqamda ŞƏT üzvlüyünə qəbul olunmaq bəlkə də Vaşinqtonla dialoqa tərs təsir ola bilərdi. ABŞ-la münasibətlərin yenidən - faktik olaraq sıfırdan qurulmasını başa çatdırmaq isə Azərbaycan üçün çox önəmlidir. Bu arada Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi də Bakıya gəlmişdi; bu istiqamətdə də əlaqələrin gücləndirilməsi ayrıca əhəmiyyətlidir. Biz tez-yez eşidirik: "Azərbaycan Avropa ilə Asiya arasında körpüdür", yaxud deyirlər: "Azərbaycan Şərqin Qərbə və əksinə giriş qapısıdır". Biz nə qədər Şərqin pozitiv ənənələrinə bağlı qalmaqlan yanaşı, bir o qədər də (bəlkə daha çox) Qərbin üstün dəyərlərinə də layiq cəmiyyətik. Ötən əsrin əvvəlində müsəlman şərqində ilk demokratik, çoxpartiyalı respublika qurduğumuzla haqlı olaraq öyünürük. Bəs bu yeni, fərqli - proqressiv paradiqmanı biz hardan əxz etmişdik?! Təbii ki, Qərbdən. Ona görə Şərqə doğru istiqamətlənəndə Qərblə bağımızı da kəsməyəcəyik.

Heç bir Hindistanın bizi "xilas etməsinə" ehtiyac olmadan öz yolumuzu gedəcəyik. O qədər!

Bahəddin Həzi, Bizimyol.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kişi sahibkarları yarıtmışdılar... qalmışdı qadın sahibkarlar... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:42
"Əvvəllər bir sabunla həm çimmək, həm də paltar yumaq olurdu" - Nura Suri
Bu gün, 08:18
SOCAR-da işçiyə NÖKƏR gözündə baxırlar... - NARAZILIQ VAR...
Bu gün, 08:13
"Bu sullara cacab verən baba-igid məmur varmı?!" - ŞƏRH
Bu gün, 07:31
Burda SAXTA DOLLAR satılır? - TƏFƏRRÜAT
Bu gün, 07:18
Paşinyan Astanada keçiriləcək Aİİ sammitinə qatılmayacaq - Rusiya mediası
Bu gün, 06:52
Azərbaycan və Latviya qiymətləndiriciləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Bu gün, 06:45
Təhsilimiz Bağırovlardan qurtula bilmir - MALƏSƏF...
Bu gün, 06:33
“Kontakt Home” camaatla MƏZƏLƏNİR - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:28
"Suraxanı bazarı”nın qanunsuz genişlənməsi təsdiqləndi - Araşdırma aparılır
Bu gün, 06:25
Qubada ŞƏHİD RUHUNA sayğısızlıq! - BU NƏDİ BELƏ?
Bu gün, 06:19
AFFA PFL-in prezidenti postuna onu gətirmək istəyir -İDDİA
Bu gün, 06:17
"Kim 100-200 manat üçün işləməkdən imtina edər?" - ETİRAZ
Bu gün, 06:13
Xaricdə təhsil alan nazir Məcnun Məmmədovun diplomu təsdiq olunacaq? - İLGİNC
Bu gün, 06:09
Bu pulları dəyişsəz, itirə bilərsiniz – Gözlənilməz problem yarandı
Bu gün, 06:02
"Arvad" sözünü dilimizdən çıxaraq? - Dilçi və psixoloqdan deputata reaksiya
Bu gün, 06:00
"Diplomatın bu cür tənqidi çıxışını həm də bir siqnal kimi yozmaq mümkündür" - GƏLİŞMƏ
Bu gün, 05:58
Masada 3 ssenari var: Hansı ağır gələcək? - İNCƏLƏMƏ
Bu gün, 05:55
Moskva Ermənistan xalqının Rusiyayönlü mövqedə olduğunu göstərməyə çalışır - AMMA...
Bu gün, 05:53
Öz pulumuzu özümüzə satan banklar: Komissiya haqqı niyə yüksəkdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:51
Rusiyadan qaçan bankir: - “Hamı onun ölümünü gözləyir”
Bu gün, 05:48
MİDA-nın 250 min manatlıq müqaviləsi 20 manatlıq şirkətə verildi - TƏFƏRRÜAT
Bu gün, 05:44
Kinematoqrafçılar İttifaqının iclasında dava düşdü - VİDEO
Bu gün, 05:38
Bu gün QURBAN BAYRAMIDIR... - QUTLU OLSUN!
Bu gün, 05:32
“MTN işi” ilə bağlı üzücü XƏBƏR: Zərərçəkənlərdən daha biri... - FOTO
Dünən, 21:00
Azərbaycan XİN başçısının Moskvaya, Rusiya müdafiə nazirinin isə Bakıya səfərinə hazırlıq gedir
Dünən, 20:56
“Vaşinqton sənədini cırıb atmayacağıq” - Köçəryan
Dünən, 17:42
“Yüksəliş” müsabiqəsinin qalibinə bankda yüksək vəzifə verildi - FOTO
Dünən, 17:37
Ermənilər seçim qarşısında - İki yol var, ya Paşinyan, ya da...
Dünən, 17:26
GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: - 289 minlik tenderi niyə ləğv edilib?
Dünən, 17:12
Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq - HƏDƏ
Dünən, 17:10
PREZİDENT “YERİNDƏ SAYIRIQ, İDXALI AZALTMALIYIQ” DEDİ... - Ekspert əsas problemləri AÇIQLADI
Dünən, 17:08
Hafiz Hacıyev cərimələnib - SƏBƏB
Dünən, 17:05
Azərbaycanda 14 il əvvəlki cinayətin üstü açıldı - Qadın həbs edildi
Dünən, 17:04
Ermənistan və ABŞ TRIPP-lə bağlı saziş imzaladı - KİV
Dünən, 17:00
“Diadem” şirkəti mənfəətini bölüşdürəcək
Dünən, 16:57
Özümüzü buğda ilə necə təmin edək? - Professordan təklif
Dünən, 16:52
“Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir - TƏFƏRRÜAT
Dünən, 16:47
"TDT-nin müdafiə qanadının nüvəsi Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı olacaq" - Yücel Karauz
Dünən, 16:46
Uşaqpulu, yoxsa sosial yardımlar?.. - Azərbaycanın strateji seçimi və iqtisadi reallıqlar
Dünən, 16:32
"Abşeron Tekstil"in külli miqdarda borcu var
Dünən, 16:30
"Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu
Dünən, 16:22
MDB ölkələrinə şok mesaj: - Rusiya haradan başlayacaq?
Dünən, 16:19
Merdən Xankəndidən köçmüş ermənilərə: - “Sizi Rusiyaya köçürəcəyik”
Dünən, 16:18
ABŞ atəşkəsi pozdu, cavab verəcəyik - İran
Dünən, 16:15
“PAŞA Bank”ın rəhbərliyinə yeni təyinat - BUNDAN SONRA...
Dünən, 16:12
200 dollarlıq neft: Dünya üçün fəlakət ssenarisi - ARAŞDIRMA
Dünən, 16:07
Hərraca çıxarılan “Zəngəzur Harmony” oteli bir ildir alan yoxdur – Qiyməti 7,8 milyondan 5,9 milyona düşüb
Dünən, 16:00
Kinematoqrafçılar İttifaqının yeni sədri MƏLUM OLDU - BUNDAN SONRA...
Dünən, 15:57
ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO
Dünən, 15:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru