Saleh Məmmədovun korrupsiya bataqlığında kimlər boğulacaq? .....                     Kişi sahibkarları yarıtmışdılar... qalmışdı qadın sahibkarlar... .....                     "Əvvəllər bir sabunla həm çimmək, həm də paltar yumaq olurdu" .....                     SOCAR-da işçiyə NÖKƏR gözündə baxırlar... .....                     "Bu sullara cacab verən baba-igid məmur varmı?!" .....                     Burda SAXTA DOLLAR satılır? .....                     Paşinyan Astanada keçiriləcək Aİİ sammitinə qatılmayacaq .....                     Azərbaycan və Latviya qiymətləndiriciləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb .....                     Təhsilimiz Bağırovlardan qurtula bilmir .....                     “Kontakt Home” camaatla MƏZƏLƏNİR .....                     "Suraxanı bazarı”nın qanunsuz genişlənməsi təsdiqləndi .....                     Qubada ŞƏHİD RUHUNA sayğısızlıq! .....                     AFFA PFL-in prezidenti postuna onu gətirmək istəyir .....                     "Kim 100-200 manat üçün işləməkdən imtina edər?" .....                     Xaricdə təhsil alan nazir Məcnun Məmmədovun diplomu təsdiq olunacaq? .....                     Bu pulları dəyişsəz, itirə bilərsiniz .....                     "Arvad" sözünü dilimizdən çıxaraq? .....                     "Diplomatın bu cür tənqidi çıxışını həm də bir siqnal kimi yozmaq mümkündür" .....                     Masada 3 ssenari var: Hansı ağır gələcək? .....                     Moskva Ermənistan xalqının Rusiyayönlü mövqedə olduğunu göstərməyə çalışır .....                     Öz pulumuzu özümüzə satan banklar: Komissiya haqqı niyə yüksəkdir? .....                     Rusiyadan qaçan bankir: .....                     MİDA-nın 250 min manatlıq müqaviləsi 20 manatlıq şirkətə verildi .....                     Kinematoqrafçılar İttifaqının iclasında dava düşdü .....                     Bu gün QURBAN BAYRAMIDIR... .....                     “MTN işi” ilə bağlı üzücü XƏBƏR: Zərərçəkənlərdən daha biri... .....                     Azərbaycan XİN başçısının Moskvaya, Rusiya müdafiə nazirinin isə Bakıya səfərinə hazırlıq gedir .....                     “Vaşinqton sənədini cırıb atmayacağıq” .....                     “Yüksəliş” müsabiqəsinin qalibinə bankda yüksək vəzifə verildi .....                     Ermənilər seçim qarşısında .....                     GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: .....                     Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq .....                     PREZİDENT “YERİNDƏ SAYIRIQ, İDXALI AZALTMALIYIQ” DEDİ... .....                     Hafiz Hacıyev cərimələnib .....                     Azərbaycanda 14 il əvvəlki cinayətin üstü açıldı .....                     Ermənistan və ABŞ TRIPP-lə bağlı saziş imzaladı .....                     “Diadem” şirkəti mənfəətini bölüşdürəcək .....                     Özümüzü buğda ilə necə təmin edək? .....                     “Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir .....                     "TDT-nin müdafiə qanadının nüvəsi Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı olacaq" .....                 

Qafqazdakı sülhün Çindən gələn “ayaq səsləri” - AKTUAL
Tarix: 3-09-2025, 06:37 | Çap et

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar iki ölkə arasında diplomatik münasibətlərin qurulması barədə birgə kommünike imzalayıblar. Bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, imzalanma mərasimi Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Çinin Tyantszin şəhərində keçirilən sammiti çərçivəsində baş tutub. Kommünikenin imzalanması ilə Ermənistan və Pakistan arasında diplomatik münasibətlər qurulub.

Hər iki ölkənin hökuməti BMT Nizamnaməsinə uyğun olaraq dostluq münasibətlərini inkişaf etdirməyə ümid edir. Buraya suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət, təcavüzdən imtina, bir-birinin daxili işlərinə qarışmamaq, bərabərlik, qarşılıqlı fayda və dinc yaşamaq prinsipləri daxildir.

Ermənistan və Pakistan hökumətləri Diplomatik münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasına və beynəlxalq normalara uyğun olaraq diplomatik əlaqələrin həyata keçirilməsi üçün nümayəndələrin mübadiləsi və zəruri yardım göstərilməsi barədə razılığa gəliblər.

Ermənistan XİN-i sənədin imzalanmasından əvvəl iki ölkənin xarici siyasət rəhbərlərinin apardığı danışıqlar barədə də məlumat verib. Söhbət zamanı tərəflər Ermənistanla Pakistan arasında diplomatik münasibətlərin qurulmasını məmnuniyyətlə qeyd edərək, ikitərəfli əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Regional məsələlərə toxunan Mirzoyan Ermənistanın Cənubi Qafqazda davamlı sülhün bərqərar olunması istiqamətindəki səylərini təqdim edib və bu kontekstdə İrəvanla Bakı arasında sülhün təmin olunduğunu vurğulayıb. Pakistan XİN rəhbəri bununla bağlı XİN rəhbəri həmkarını təbrik edib.

Xəbər olduqca maraqlı və diqqətəlayiqdir. Bəs, bu nədən xəbər verir? Məlum olduğu kimi, Pakistan hökuməti Qarabağın işğal edilməsini əsas gətirərək Ermənistan-Azərbaycan münaqişəsinin əvvəlindən açıq şəkildə Bakının mövqeyini dəstəkləyib və məhz bu səbəbdən 30 ildən artıq müddətdə Ermənistanla diplomatik münasibətlər qurmaqdan imtina edib. Azərbaycan rəhbərliyi də bunu həmişə xüsusi olaraq vurğulayıb. Elə isə hazırda baş verənlər Ermənistanla Azərbaycan arasında sülhün birmənalı şəkildə təmin olunmasının, geri dönüşü olmayan nöqtəyə çatdığının sübutu ola bilərmi? Yəni, onların arasında yeni müharibə ehtimalı tamamilə tarixə qovuşub?

Pressklub.az-ın suallarını beynəlxalq məsələlər üzrə ekspert, “Cənubi Qafqaz” Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadə cavablandırıb.

Onun fikrincə, bu addım əslində regiondakı münasibətlər sisteminin transformasiyası prosesinin geriyə dönməsi mümkün olmayan mərhələyə daxil olduğunu göstərir: “Bu transformasiyanın əsasını Azərbaycanın formalaşdırdığı postmünaqişə reallığı təşkil edir. Bu mühüm sənədin – İrəvan və İslamabad arasında diplomatik münasibətlərin qurulması barədə sazişin imzalanması faktı göstərir ki, postmünaqişə reallığı ən azı uzun müddətə formalaşır, qalıcı xarakter alır. Yəni, bunun geri dönüşü yoxdur.

Digər tərəfdən, təbii ki, vəziyyətin gərginləşməsi riski həmişə qalır. Təəssüf ki, Ermənistanda vəziyyəti geri çevirmək, Azərbaycanla münasibətləri gərginləşdirmək, sülh prosesini ləngitmək istəyən qüvvələr mövcuddur. Onlar hakimiyyətə can atır, revanş istəyirlər. Bu gün üçün olduqca az ehtimal olunan bu mənfi ssenari gerçəkləşərsə, hər an diplomatik münasibətləri kəsmək və siyasəti dəyişdirmək mümkündür. Amma hazırkı şəraitdə bu ssenarini ciddi qəbul edənlərin sayı azdır. Əksinə, ehtimallar və proqnozlar daha çox ondan ibarətdir ki, sülh gündəliyi regionda daha dərin dəyişikliklərə gətirib çıxaracaq – kommunikasiyalar açılacaq, genişmiqyaslı iqtisadi, nəqliyyat və logistika layihələri həyata keçiriləcək. Bu da bütün iştirakçılar, o cümlədən regiondan kənar qüvvələr üçün prosesdə birbaşa iştirak imkanı yaradacaq”.

Analitik ümid edir ki, İrəvanla İslamabad arasında diplomatik münasibətlərin qurulmasına dair sənədin imzalanması fonunda ölkələrimiz pan-Asiya təhlükəsizlik platformalarına daha çox inteqrasiya olunacaq və bu da regionda formalaşan yeni təhlükəsizlik arxitekturasını möhkəmləndirəcək. “Tərəflər qarşıdurma gündəliyindən əməkdaşlıq istiqamətinə keçirlər. Hər iki ölkənin Şanxay Əməkdaşlıq Təşkilatı sammitində iştirakı da bunu bir daha sübut edir.

Bundan əlavə, ümumilikdə bu qurumun effektivliyini də qeyd etmək lazımdır. Təsadüfi deyil ki, sammitdə bu yaxınlarda aralarında çox sərt qarşıdurmaya olan iki ölkənin – Pakistan və Hindistanın liderləri iştirak edir. Hətta Hindistanın Baş naziri Narendra Modi Çində keçirilən tədbirdə iştirak edir. Halbuki, Çin Hindistan üçün strateji rəqib və siyasi rəqib kimi qəbul olunur. Amma Modinin bu tədbirdə iştirakı bir daha göstərir ki, siyasət bəzən KİV-də təqdim olunduğundan daha mürəkkəbdir. Burada təhlükəsizliyin təmin edilməsi maraqları var. Şübhəsiz ki, Çinlə Hindistan, Hindistanla Pakistan arasında ziddiyyətlər qalır. Amma bu, onların daha güclü və proqnozlaşdırıla bilən sülh naminə əməkdaşlıq etməyə mane olmur. Bu ölkələrdən heç biri böyük və geniş miqyaslı müharibədə maraqlı deyil.

Bunu eynilə Azərbaycanla Ermənistan barədə də söyləmək olar. Bu gün yalnız ağlı yerində olmayan yeni müharibədə maraqlı ola bilər. Təəssüf ki, Ermənistanda belə adamlar çoxdur. Amma ümid edək ki, vəziyyətin transformasiyası fonunda, zamanla, regionda mövcud reallığı düzgün qiymətləndirə bilməyənlərin sayı azalacaq, sülh və sabitlik bölgəmizdə uzunmüddətli perspektivdə möhkəmlənəcək”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Saleh Məmmədovun korrupsiya bataqlığında kimlər boğulacaq? – Sabiq sədrlə bağlı yeni məlumatlar yayıldı
Bu gün, 09:45
Kişi sahibkarları yarıtmışdılar... qalmışdı qadın sahibkarlar... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:42
"Əvvəllər bir sabunla həm çimmək, həm də paltar yumaq olurdu" - Nura Suri
Bu gün, 08:18
SOCAR-da işçiyə NÖKƏR gözündə baxırlar... - NARAZILIQ VAR...
Bu gün, 08:13
"Bu sullara cacab verən baba-igid məmur varmı?!" - ŞƏRH
Bu gün, 07:31
Burda SAXTA DOLLAR satılır? - TƏFƏRRÜAT
Bu gün, 07:18
Paşinyan Astanada keçiriləcək Aİİ sammitinə qatılmayacaq - Rusiya mediası
Bu gün, 06:52
Azərbaycan və Latviya qiymətləndiriciləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Bu gün, 06:45
Təhsilimiz Bağırovlardan qurtula bilmir - MALƏSƏF...
Bu gün, 06:33
“Kontakt Home” camaatla MƏZƏLƏNİR - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:28
"Suraxanı bazarı”nın qanunsuz genişlənməsi təsdiqləndi - Araşdırma aparılır
Bu gün, 06:25
Qubada ŞƏHİD RUHUNA sayğısızlıq! - BU NƏDİ BELƏ?
Bu gün, 06:19
AFFA PFL-in prezidenti postuna onu gətirmək istəyir -İDDİA
Bu gün, 06:17
"Kim 100-200 manat üçün işləməkdən imtina edər?" - ETİRAZ
Bu gün, 06:13
Xaricdə təhsil alan nazir Məcnun Məmmədovun diplomu təsdiq olunacaq? - İLGİNC
Bu gün, 06:09
Bu pulları dəyişsəz, itirə bilərsiniz – Gözlənilməz problem yarandı
Bu gün, 06:02
"Arvad" sözünü dilimizdən çıxaraq? - Dilçi və psixoloqdan deputata reaksiya
Bu gün, 06:00
"Diplomatın bu cür tənqidi çıxışını həm də bir siqnal kimi yozmaq mümkündür" - GƏLİŞMƏ
Bu gün, 05:58
Masada 3 ssenari var: Hansı ağır gələcək? - İNCƏLƏMƏ
Bu gün, 05:55
Moskva Ermənistan xalqının Rusiyayönlü mövqedə olduğunu göstərməyə çalışır - AMMA...
Bu gün, 05:53
Öz pulumuzu özümüzə satan banklar: Komissiya haqqı niyə yüksəkdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:51
Rusiyadan qaçan bankir: - “Hamı onun ölümünü gözləyir”
Bu gün, 05:48
MİDA-nın 250 min manatlıq müqaviləsi 20 manatlıq şirkətə verildi - TƏFƏRRÜAT
Bu gün, 05:44
Kinematoqrafçılar İttifaqının iclasında dava düşdü - VİDEO
Bu gün, 05:38
Bu gün QURBAN BAYRAMIDIR... - QUTLU OLSUN!
Bu gün, 05:32
“MTN işi” ilə bağlı üzücü XƏBƏR: Zərərçəkənlərdən daha biri... - FOTO
Dünən, 21:00
Azərbaycan XİN başçısının Moskvaya, Rusiya müdafiə nazirinin isə Bakıya səfərinə hazırlıq gedir
Dünən, 20:56
“Vaşinqton sənədini cırıb atmayacağıq” - Köçəryan
Dünən, 17:42
“Yüksəliş” müsabiqəsinin qalibinə bankda yüksək vəzifə verildi - FOTO
Dünən, 17:37
Ermənilər seçim qarşısında - İki yol var, ya Paşinyan, ya da...
Dünən, 17:26
GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: - 289 minlik tenderi niyə ləğv edilib?
Dünən, 17:12
Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq - HƏDƏ
Dünən, 17:10
PREZİDENT “YERİNDƏ SAYIRIQ, İDXALI AZALTMALIYIQ” DEDİ... - Ekspert əsas problemləri AÇIQLADI
Dünən, 17:08
Hafiz Hacıyev cərimələnib - SƏBƏB
Dünən, 17:05
Azərbaycanda 14 il əvvəlki cinayətin üstü açıldı - Qadın həbs edildi
Dünən, 17:04
Ermənistan və ABŞ TRIPP-lə bağlı saziş imzaladı - KİV
Dünən, 17:00
“Diadem” şirkəti mənfəətini bölüşdürəcək
Dünən, 16:57
Özümüzü buğda ilə necə təmin edək? - Professordan təklif
Dünən, 16:52
“Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir - TƏFƏRRÜAT
Dünən, 16:47
"TDT-nin müdafiə qanadının nüvəsi Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı olacaq" - Yücel Karauz
Dünən, 16:46
Uşaqpulu, yoxsa sosial yardımlar?.. - Azərbaycanın strateji seçimi və iqtisadi reallıqlar
Dünən, 16:32
"Abşeron Tekstil"in külli miqdarda borcu var
Dünən, 16:30
"Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu
Dünən, 16:22
MDB ölkələrinə şok mesaj: - Rusiya haradan başlayacaq?
Dünən, 16:19
Merdən Xankəndidən köçmüş ermənilərə: - “Sizi Rusiyaya köçürəcəyik”
Dünən, 16:18
ABŞ atəşkəsi pozdu, cavab verəcəyik - İran
Dünən, 16:15
“PAŞA Bank”ın rəhbərliyinə yeni təyinat - BUNDAN SONRA...
Dünən, 16:12
200 dollarlıq neft: Dünya üçün fəlakət ssenarisi - ARAŞDIRMA
Dünən, 16:07
Hərraca çıxarılan “Zəngəzur Harmony” oteli bir ildir alan yoxdur – Qiyməti 7,8 milyondan 5,9 milyona düşüb
Dünən, 16:00
Kinematoqrafçılar İttifaqının yeni sədri MƏLUM OLDU - BUNDAN SONRA...
Dünən, 15:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru