Uşaq sayı 3 dəfə azalıb: Demoqrafik böhran qapıda? .....                     Rusiya ilə döyüşmək istəmirik .....                     Bakı Peşə Hazırlığı Mərkəzinə yeni direktor müavini təyin edilib .....                     Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb .....                     Hər gün risk altındayıq, minatəmizləmə iflic vəziyyətdədir .....                     Sabiq nazir müavininə yeni vəzifə verildi .....                     Hörmüz boğazı TUTULAN dünya üçün AZƏRBAYCAN NÜMUNƏSİ... .....                     "O vaxt deyirdilər ki, Nadir Bayramlı bir maşının qiymətinə klip çəkdirib" .....                     Gömrük Komitəsinin sabiq əməkdaşına hökm oxundu .....                     “Falcon Finance” BOKT zərərdə .....                     Səhiyyə nazirliyinin `doktor` Gülüsü GÜL VURUR... .....                     Kreml Rusiyada internetin nə vaxt tam bərpa olunacağını açıqlayıb .....                     Xəzər rayonunda məktəbdə qalmaqal .....                     Kamal Kılıçdaroğlu həbs edildi .....                     “Vado müəllim hazırda iş başındadır” .....                     Paşinyanın rəqibi 1 milyard dollara yaxın pul qazandı .....                     Bank VTB (Azərbaycan) ASC-də YENİ TƏYİNATLAR .....                     Namizəd Səfərovun həbs müddəti uzadılıb .....                     Paşinyan Lenini görüb təəccübləndi: “Unikal yerdir!” .....                     “ZaminƏmlak”ın beynəlxalq axtarışla tutulan bölmə rəisinə .....                     Oskanyan yenə iddialı danışdı .....                     Vado Korovin vəzifəsindən azad edildi .....                     Paşinyan Fransanın nazir-nümayəndəsi ilə Cənubi Qafqazda sülhü müzakirə edib .....                     Ən çox bahalanan məhsullar açıqlandı .....                     "Hizbullah"ın erməni komandiri məhv edildi .....                     Jurnalistin sualı Simonyanı qəzəbləndirdi, brifinqi yarımçıq dayandırdı .....                     Bank VTB (Azərbaycan) ASC-də yeni təyinatlar .....                     "Talassemiya işi" üzrə təqsirləndirilən şəxslərlə bağlı .....                     Qoca Səmədovun oğlu azadlığa buraxıldı .....                     Mehriban Xanlarova indi nə işlə məşğuldur? .....                     Müğənni sevgilisi tərəfindən döyüldü: Xəstəxanaya yerləşdirildi .....                     Erməni biznesmenlər Rusiyanın sanksiyalarından qorxur .....                     Şirkətlər “AccessBank”dakı vəsaitlərini geri çəkib .....                     13 Reabilitasiya Mərkəzi Sosial Xidmətlər Agentliyinin tabeliyinə keçir .....                     Xərclərimizin yarıdan çoxunu yeyib-içməyə sərf edirik .....                     Yeni Klinikada Böyük qalmaqal: Bölmə müdiri məcburi işdən çıxarıldı .....                     Azərbaycan və Ermənistan parlament sədrlərinin İstanbulda görüşü planlaşdırılır .....                     ANAMA əməkdaşı Füzulidə minaya düşərək həlak olub .....                     ÜDM-in azalması əhalinin gəlir və dolanışığına mənfi təsir edir .....                     İnsanlar “ExpressBank”dakı əmanətlərini geri götürüb .....                 

Ermənistan “Putin NATO-su”ndan bu tarixdə çıxır - Azərbaycana təsiri
Tarix: 19-07-2025, 08:41 | Çap et

Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov bəyan edib ki, İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaqla bağlı mümkün qərarı erməni xalqının maraqlarına uyğun deyil. General qeyd edib ki, analoji qərarları tək hökumət başçısı qəbul edə bilməz.

“Paşinyan indi təbii ki, Ermənistanın lideridir, amma hələ də orada erməni xalqı var. Ermənistanın KTMT-dən çıxması isə erməni xalqı üçün qətiyyən prioritet deyil. Paşinyanlar gəldi-gedərdir, amma Ermənistan qalır. Ona görə də gəlin belə siyasətçilərin bəyanatlarına sakit reaksiya verək”, - Kartapolov bildirib.

O vurğulayıb ki, Ermənistanın KTMT-dən çıxması ilə bağlı qərarı respublika parlamenti də təsdiqləməlidir. Onun sözlərinə görə, başa düşmək lazımdır ki, beynəlxalq müqavilələr üzrə istənilən qərarlar mürəkkəb prosedur prosesləri, o cümlədən maliyyələşdirmə və sazişlərin müddətinin uzadılması məsələlərini tələb edir. Deputat Rusiyanın Ermənistandakı hərbi bazasının statusuna xüsusi diqqət yetirib. O izah edib ki, obyekt KTMT çərçivəsində müqavilə deyil, ölkələr arasında ikitərəfli saziş əsasında fəaliyyət göstərir.

“Buna görə də baza lazım olana qədər orada vəzifələrini yerinə yetirməyə davam edəcək”, - deyə parlamentari yekunlaşdırıb.

İyulun 16-da keçirdiyi mətbuat konfransında Paşinyan bəyan edib ki, Ermənistanın KTMT-dən çıxması ölkənin assosiasiyaya üzvlüyünün dondurulmamasından daha çox ehtimal olunan variantdır. Onun sözlərinə görə, guya KTMT Ermənistanın ərazi bütövlüyü məsələsində qırmızı xətlə bağlı verdiyi vədləri pozub.

Ermənistan “Rus NATO-su” adlanan bloku de-yure tərk edəcəkmi? Paşinyanın bu qərarı Ermənistan üçün hansı nəticələr verə bilər? Bəs Azərbaycan üçün önəmi və ya faydası?

“Baş nazir Nikol Paşinyan bəzi komanda yoldaşlarına bildirib ki, Ermənistan böyük ehtimalla gələn ilin fevralında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacaq”. Bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Politoloq Elxan Şahinoğlu bildirdi ki, Nikol Paşinyanın 16 iyulda keçirdiyi 4 saatlıq mətbuat konfransında verdiyi açıqlamalar Rusiyada narahatlıqla qarşılanır: “Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov da bu narahatlığın təsiri altında KTMT məsələsi ilə bağlı həmin fikirləri səsləndirib. Paşinyanın mətbuat konfransında KTMT ilə bağlı fikirlərindən bu nəticə çıxarmaq olar ki, Ermənistan hökuməti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etməyə hazırlaşır. Buna görə də Paşinyan Kremlə mesaj göndərib ki, İrəvanın qərarı qətidir və geri dönüşü olmayacaq. Görünür ki, Rusiya da bu mesajı olduğu kimi alıb. Ona görə də Kartapolov dərhal reaksiya verib”.

Polkovnik Rövşən Məhərrəmov qeyd etdi ki, Ermənistanın KTMT ilə əlaqələri 44 günlük müharibə, 2021-2022-ci illərin sərhəd toqquşmaları fonunda soyuyub, ardınca qurumda iştirakını dondurub: "Artıq uzun müddətdir ki, Ermənistan KTMT tədbirlərində iştirak etmir, pul ödəmir. Ermənistanın KTMT-də üzvlüyü hazırda de-fakto formal xarakter daşıyır. Lakin üzvlükdən de-yure imtina ediləcəyi yaxın vaxtlarda gözlənilmir. Hesab edirəm ki, Nikol Paşinyan onsuz da Rusiya ilə soyuq olan münasibətləri bu addımı atmaqla daha da ağır duruma gətirib çıxarmağa risk etməz".

Polkovnik vurğuladı ki, parlamentdə səs çoxluğu Paşinyanın partiyasına məxsusdur: “Əgər KTMT-dən rəsmən çıxmaq qərarı verilsə, parlament tərəfindən təsdiqlənməsi zərurəti yaranacaq. Bu zaman baş nazir partiyasının deputat çoxluğunun köməyi ilə bunu istədiyi kimi həll edə bilər”.

R.Məhərrəmovun sözlərinə görə, Rusiya Ermənistanın KTMT-dən çıxacağını düşünür və indidən Kartapolovun çıxışı ilə bunu ictimai rəyə çatdırır: “Amma bu addımın Ermənistandakı Rusiya hərbi bazasının taleyinə təsiri olmayacaq. İkincisi, Rusiya hərbi bazası məsələsini önə çıxarmaqla Paşinyana dolayısı ilə təzyiq edilir, mesaj verilir ki, KTMT-dən çıxsan belə, Ermənistanın içində Rusiya hərbi baza ilə mövcuddur və bundan xilas ola bilməzsən”.

Polkovnik qeyd etdi ki, Ermənistanın KTMT-dən çıxmasının gələcəkdə həm Ermənistan, həm də bütün Cənubi Qafqaz üçün faydası ola bilər: “Ermənistan KTMT buxovundan xilas olsa, ordusunu NATO standartlarına uyğunlaşdırmaq yoluna çıxmasını asanlaşdıra bilər. Rusiyanın Cənubi Qafqaza KTMT adı ilə müdaxilə imkanları aradan qalxar”.

Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının əsası 1992-ci il mayın 15-də Rusiya, Ermənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın dövlət başçılarının imzaladığı müqavilə ilə qoyulub. Hərbi təcavüzə qarşı birgə müdafiəni də nəzərdə tutan, 5 il müddətinə imzalanmış sənədə 1993-cü ildə Belarus, Azərbaycan və Gürcüstan da qoşulub. Ölkə parlamentlərində təsdiq prosesi bitən gün - 20 aprel 1994-cü ildə kollektiv təhlükəsizlik müqaviləsi qüvvəyə minib. 2 aprel 1999-cu ildə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan müqavilənin hər 5 ildən bir avtomatik uzadılmasını nəzərdə tutan protokolu imzalayıblar. Azərbaycan, Gürcüstan, Özbəkistan bu addımı atmayıblar. 7 oktyabr 2002-ci ildə qəbul olunmuş nizamnaməyə əsasən, KTMT beynəlxalq regional qurumdur. 2006-2012-ci illərdə Özbəkistan yenidən KTMT-də təmsil olunub. KTMT-nin daimi işçi qurumları Katiblik və Birləşmiş Qərargahdır. Hər iki qurumun ofisi Rusiyanın paytaxtı Moskvada yerləşir. Qurumun ali vəzifəli şəxsi baş katibdir.

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Uşaq sayı 3 dəfə azalıb: Demoqrafik böhran qapıda? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 15:49
Rusiya ilə döyüşmək istəmirik - Simonyan
Bu gün, 15:47
Bakı Peşə Hazırlığı Mərkəzinə yeni direktor müavini təyin edilib - BUNDAN SONRA...
Bu gün, 15:44
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb - AÇIQLAMA
Bu gün, 15:42
Hər gün risk altındayıq, minatəmizləmə iflic vəziyyətdədir - Hərbi ekspertdən sərt açıqlama
Bu gün, 15:39
Sabiq nazir müavininə yeni vəzifə verildi - ƏMR
Bu gün, 15:32
Hörmüz boğazı TUTULAN dünya üçün AZƏRBAYCAN NÜMUNƏSİ... - AKTUAL
Bu gün, 15:22
"O vaxt deyirdilər ki, Nadir Bayramlı bir maşının qiymətinə klip çəkdirib"
Bu gün, 15:17
Gömrük Komitəsinin sabiq əməkdaşına hökm oxundu
Bu gün, 15:06
“Falcon Finance” BOKT zərərdə - TƏFƏRRÜAT
Bu gün, 15:02
Səhiyyə nazirliyinin `doktor` Gülüsü GÜL VURUR... - FOTO, VİDEO
Bu gün, 14:57
Kreml Rusiyada internetin nə vaxt tam bərpa olunacağını açıqlayıb
Bu gün, 14:51
Xəzər rayonunda məktəbdə qalmaqal - İTTİHAM VAR...
Bu gün, 14:48
Kamal Kılıçdaroğlu həbs edildi
Bu gün, 14:39
“Vado müəllim hazırda iş başındadır” – “Space”də NƏ BAŞ VERİR?
Bu gün, 14:37
Paşinyanın rəqibi 1 milyard dollara yaxın pul qazandı
Bu gün, 14:34
Bank VTB (Azərbaycan) ASC-də YENİ TƏYİNATLAR - BUNDAN SONRA...
Bu gün, 14:32
Namizəd Səfərovun həbs müddəti uzadılıb
Bu gün, 14:29
Paşinyan Lenini görüb təəccübləndi: “Unikal yerdir!” - VİDEO
Bu gün, 14:21
“ZaminƏmlak”ın beynəlxalq axtarışla tutulan bölmə rəisinə - Hökm oxundu
Bu gün, 14:18
Oskanyan yenə iddialı danışdı
Bu gün, 14:15
Vado Korovin vəzifəsindən azad edildi - Onun yerinə isə...
Bu gün, 14:12
Paşinyan Fransanın nazir-nümayəndəsi ilə Cənubi Qafqazda sülhü müzakirə edib - KİV
Bu gün, 14:10
Ən çox bahalanan məhsullar açıqlandı - SİYAHI
Bu gün, 13:04
"Hizbullah"ın erməni komandiri məhv edildi
Bu gün, 13:01
Jurnalistin sualı Simonyanı qəzəbləndirdi, brifinqi yarımçıq dayandırdı
Bu gün, 12:58
Bank VTB (Azərbaycan) ASC-də yeni təyinatlar - TƏFƏRRÜAT
Bu gün, 12:56
"Talassemiya işi" üzrə təqsirləndirilən şəxslərlə bağlı kassasiya şikayəti təmin olunmayıb
Bu gün, 12:47
Qoca Səmədovun oğlu azadlığa buraxıldı - QƏRAR
Bu gün, 12:45
Mehriban Xanlarova indi nə işlə məşğuldur?
Bu gün, 12:43
Müğənni sevgilisi tərəfindən döyüldü: Xəstəxanaya yerləşdirildi – VİDEO
Bu gün, 12:34
Erməni biznesmenlər Rusiyanın sanksiyalarından qorxur - "Hraparak"
Bu gün, 12:31
Şirkətlər “AccessBank”dakı vəsaitlərini geri çəkib
Bu gün, 12:22
13 Reabilitasiya Mərkəzi Sosial Xidmətlər Agentliyinin tabeliyinə keçir - DETALLAR
Bu gün, 12:20
Xərclərimizin yarıdan çoxunu yeyib-içməyə sərf edirik – Rəsmi
Bu gün, 12:18
Yeni Klinikada Böyük qalmaqal: Bölmə müdiri məcburi işdən çıxarıldı – Vüqar Qurbanov “boynundan atıb”
Bu gün, 12:17
Azərbaycan və Ermənistan parlament sədrlərinin İstanbulda görüşü planlaşdırılır
Bu gün, 12:06
ANAMA əməkdaşı Füzulidə minaya düşərək həlak olub
Bu gün, 12:05
ÜDM-in azalması əhalinin gəlir və dolanışığına mənfi təsir edir - İqtisadçı
Bu gün, 12:02
İnsanlar “ExpressBank”dakı əmanətlərini geri götürüb
Bu gün, 11:59
Kəlbəcər Dağ Turizm Mərkəzi yaradılır – İspaniya şirkəti ilə 247 min manatlıq müqavilə
Bu gün, 11:58
Azərbaycan iqtisadiyyatı 2035-ci ilə qədər 150 milyard dollara qədər arta bilər - “OliverWyman"
Bu gün, 11:53
15 gün dənizdə işləyən neftçiyə bu nə münasibətdir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51
“Ermənistana getmərəm, çünki...” – Aqil Abbasdan ermənilərin Bakıya gəlişinə REAKSİYA
Bu gün, 11:33
Rusiya adı ilə Azərbaycan yağları: Alıcılarımız saxta məhsullarla ALDADILIR - ARAŞDIRMA
Bu gün, 11:28
Uqandalı general "ağıllandı" - Türkiyədən ən gözəl qadını tələb etmişdi
Bu gün, 11:25
Azərbaycan "su cinayəti"nin içində - Zaur Mikayılovla Fuad Quliyevin şok əməlləri
Bu gün, 11:19
“Türkiyəni hədəf seçmək kiminsə öz ölümünə imza atması kimi bir şeydir” - deputat
Bu gün, 11:10
İran neft gəlirlərini sənayenin bərpasına yönəldəcək - Mohsen Paknejad
Bu gün, 11:07
Gədəbəy İcra və probasiya şöbəsinin rəisi və sabiq icra məmuru dələduzluqda ittiham olunur - TƏFƏRRÜAT
Bu gün, 11:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru