Marketlərdə “qara çörək” TƏLƏSİ .....                     "Ramiz Mehdiyevin evlərindən birini qızıma versinlər..." .....                     Tramp “Netflix” – “Warner Bros.” anlaşmasına mane ola bilər .....                     "Bəstəkar mahnısı səsləndirdik, 13 sponsor da imtina etdi" .....                     Məktəb uşaqlarımızın “anasını ağlar qoyub” .....                     Yəhudi baş nazirlə alman kansler bir arada .....                     Rusiyanın post-sovet müstəmləkə siyasəti və Mehdiyevlər .....                     ”Mən heç zaman Əli Kərimlinin müavini olmamışam” .....                     Mədət Quliyev Murad Dadaşovun oğlunun toyunda .....                     Qlobal informasiya dövriyyəsinin 45-80 faizi saxta xəbərdir .....                     Müasirlərinin qələmindən Məhsəti .....                     Rus ordusu bu iki kəndi işğal etdi .....                     “Ermənistan və Azərbaycanda mallar ucuzlaşacaq” .....                     Soljenitsının qulağı, Əylislinin yuxuları, Suadanın klipi .....                     Azərbaycanla münasibətlərimiz çox önəmlidir .....                     Əli Kərimli və Mehdiyevin gizli əməkdaşlığı: partiyanın gələcəyi necə olacaq? .....                     “Allah rəhmət eləsin” kifayət etmir: Yanğının səbəbləri açılmalıdır .....                     Mingəçevirdə körpəsini zirzəmiyə atan qadın saxlanılıb .....                     "Tramp Ukraynada sülhə nail olmaq üçün Putin və Zelenskini güzəştlərə məcbur edir" .....                     'Siyəzənneft'i DƏFN ETMƏYƏ ÇALIŞIRLAR .....                     Xalq artisti Türkiyədə ağır əməliyyat keçirdi .....                     Nadir Bədəlov qalmaqallı “Məhsəti” filmi barədə .....                     Revanşistlərin “şeytan yuvası” hərəkətə keçdi .....                     Məhsəti Gəncəvi kişi olub? .....                     Keçmiş nazirin qızı aranı elə qatdı ki... .....                     Gümrüdə sakinlər kilsəyə girişin məhdudlaşdırılmasına qarşı çıxır .....                     Keçmiş diplomatdan yaltaq məmurlara TƏNƏ... .....                     İranın məşhur rejissorundan Azərbaycan ssenaristlərinə sitəm .....                     Polşa Rusiya‑Ukrayna münaqişəsinin həlli ilə bağlı müzakirələrdən kənarlaşdırılıb .....                     Altun Süleymanov solo konsert proqramı ilə çıxış edib .....                     Smit... Mehdiyev... Kərimli... .....                     Mədəniyyət nazirliyində kadrlar belə müəyyənləşir... .....                     O da "Yeraltı"nda rol alacaq .....                     Putin bu qərarların verilməsini niyə gecikdirir? .....                     Qubadan çırpışdırılan pulların ƏKS-SƏDASI .....                     Təhsilə qənim kəsilən TƏHSİL NAZİRİ... .....                     Belə məhkəməyə niyə İNAM olmalıdır ki... .....                     Aİ-Ermənistan sənədi: ABŞ-ın regiondakı sülh planına qarşı təxribat .....                     "AKA BUSİNESS" MMC vətəndaşlara qarşı... .....                     Ermənistanda “Qolos”un keçmiş koordinatoru saxlanıldı .....                 

Sülh müqaviləsini paraflamaq: Bakı razı deyil - AKTUAL
Tarix: 18-07-2025, 09:34 | Çap et

Beynəlxalq müqaviləni və ya sazişi rəsmi olaraq imzalamazdan əvvəl, ilkin olaraq səlahiyyətli şəxslərin baş hərfləri ilə müqavilənin (və ya onun ayrı-ayrı maddələrinin) əvvəlcədən imzalanması baş verir. Beynəlxalq müqavilənin tərəflər arasında tam razılaşdırıldığı, lakin hələ də müqaviləni bağlayan hökumətlərin təsdiqini tələb etdiyi və ya yekun mətnin imzalanması bəzi digər səbəblərə görə təxirə salındığı hallarda paraflamaq mümkündür.

Paraf müqavilənin bağlanmasında məcburi mərhələ deyil, bununla belə, paraf sonradan hər hansı mübahisələrdən və anlaşılmazlıqdan qaçmağa imkan verir. Paraf imzanı əvəz etmir. Müqavilənin rəsmi bağlanmasını gecikdirən səbəblər aradan qaldırıldıqdan sonra paraflanmış mətn imzalanmış mətnlə əvəz edilir.

Ermənistan Azərbaycanla sülh sənədini paraflamaq haqda bir neçə dəfə deyib. Elə 16 iyunda keçirdiyi mətbuat konfransında Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycanla sülh sazişi imzalanmamışdan öncə paraflana bilər, bu məsələ Bakı və İrəvanın müzakirə masasındadır. Heç şübhəsiz ki, burada söhbət yekun sülh sazişinin imzalanmasından öncə tərəflərin bu niyyətini təsdiq etməsi “çərçivə sənədi”nə bənzər hansısa razılaşmadan gedir. Müşahidələr göstərir Bakı İrəvanın paraflamaq niyyətinə ciddi baxmır. Mümkündür ki, rəsmi Bakı paraflanmağı zaman itkisi hesab edir.

Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında bunları söylədi: “Öncə onu deyim ki, bu sənədin paraflanması yaxın perspektivdə Ermənistana, daha dəqiqi, seçki kampaniyasında faydalanmaq üçün Nikol Paşinyana lazımdırsa, bizə də müəyyən dərəcədə əl verir. O baxımdan əl verir ki, razılaşdırılmış maddələrin demək olar ki, əksəriyyətinin arxasında Azərbaycanın diktəsi durur. Biz qarşı tərəfi yaxşı tanıyırıq və bilirik ki, əgər azacıq fürsət yaransa, anındaca o maddələrin çoxundan imtina edərək yeni variantın hazırlanmasından dəm vura bilərlər. Rusiyanın necə cidd-cəhdlə sülhə maneçilik törətməyə çalışdığını da nəzərə alaraq, bu fikirdəyəm ki, Ermənistanda parlament seçkisinə qədər paraflanma baş verə bilər və vacib deyil ki, orada mütləq birinci şəxslərin imzası olsun. Amma belə görünür ki, rəsmi Bakı bu paraflanmaya o vaxt razı ola bilər ki, Minsk Qrupunun buraxılması rəsmiləşsin”.

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, siyasi şərhçi Tural İsmayılov öncə qeyd etdi ki, bu proses hər nə qədər hüquqi baxımdan məcburi olmasa da, siyasi cəhətdən ciddi nəticələr doğura bilər: “Paraflamaq həm də danışıqların müəyyən mərhələyə gəlib çatdığını göstərən simvolik aktdır. Lakin Ermənistanla Azərbaycan arasında davam edən ziddiyyətli konfiqurasiyada paraflama o qədər də neytral və texniki prosedur deyil. Bakı bu mərhələyə xüsusi ehtiyatla yanaşır, çünki təcrübədə Ermənistanın imza ərəfəsində belə mövqeyini dəyişməsi halları az olmayıb. Azərbaycan sülh müqaviləsinin rəsmi və yekun imzalanmasını prioritet sayır, parafı isə qeyri-konstruktiv halların pərdələnməsi üçün alət kimi görür. Ermənistan paraf məsələsini gündəmə gətirməklə həm beynəlxalq ictimaiyyətə mülayim tərəf görüntüsü yaratmaq, həm də daxili siyasətdə özünü "sülh tərəfdarı" kimi təqdim etmək istəyir. Amma paraf aktı təkbaşına sülh anlamına gəlmir və Azərbaycanın milli maraqlarına cavab verən hüquqi sənədi əvəz etmir. Hələ də Zəngəzur dəhlizi, delimitasiya məsələləri tam həll olunmayıbsa, paraflanacaq sənəd yalnız rəsmi qeydin başlanğıcı kimi görünür. Ermənistan rəhbərliyinin zaman-zaman verdiyi ziddiyyətli açıqlamalar Bakının etimadını sarsıdıb".

T.İsmayılov onu da bildirdi ki, Paşinyanın hökuməti gah sülhdən danışır, gah da Avropa İttifaqı missiyasının arxasında gizlənərək sərhəddə təxribat törədir: “Belə bir fonda parafı "niyyət məktubu" kimi təqdim etmək sadəlövhlük olardı. Azərbaycan bu cür “niyyət diplomatiyasına” inanmır, çünki regionda bir çox niyyətlər kağız üzərində qalıb və sonu fəlakətlə bitib. Bakı konkret, hüquqi baxımdan öhdəlik daşıyan və yerinə yetirilməsi təmin olunan saziş istəyir. Paraf bu tələblərə cavab vermir. Azərbaycan dövləti parafla bağlı məsələni “ya hər şey razılaşdırılır, ya da heç nə” prinsipindən çıxış edərək tənzimləyir. Bu, həm siyasi, həm də diplomatik baxımdan rasional yanaşmadır. Paraflanmış sənədin imzalanması həmişə baş tutmur və bunu Ermənistanın Aİ ilə assosiasiya sazişi nümunəsində açıq şəkildə görmüşük. Ermənistan əvvəl paraflayıb, sonra isə siyasi təzyiqlərlə geri çəkilib. Bakı bu ssenarinin təkrarlanmasını istəmir". Ekspert qeyd etdi ki, digər tərəfdən, Azərbaycanın hazırkı mövqeyi bölgədə balanslı və çevik diplomatiyaya əsaslanır: “Rəsmi Bakı riskləri əvvəlcədən hesablayır və açıq yekun olmadan razılaşdırılmış sənədi paraflamaq istəmir. Ermənistan tərəfi isə diplomatik duman yaratmaqda ustadır - məsələn, öz ictimaiyyətinə "Biz sülhə hazırıq, Azərbaycan imtina edir" görüntüsü formalaşdırmaq istəyir. Halbuki real proseslərin konturunda sülhə mane olan tərəf məhz İrəvandır. Ermənistan Konstitusiyasında “Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsidir” fikrini saxladığı müddətdə parafı qəbul etmək Azərbaycanın hüquqi suverenliyinə təhdid anlamı daşıyır. Azərbaycan bu cür yarımçıq razılaşmaları qəbul etməyə borclu deyil. Biz hüquqi zəmanət istəyirik, niyyət məktubu yox. Dövlət başçısının da dəfələrlə qeyd etdiyi kimi, regionda qalıcı sülh yalnız konkret şərtlərlə mümkündür. Paraf bu şərtləri əks etdirmirsə, sadəcə, vaxt uzatma taktikasıdır. Ermənistan üçün bu, zaman qazanmaq, yeni havadarlar tapmaq və ya daxili auditoriyanı aldatmaq vasitəsidir. Azərbaycan isə zamana qarşı yox, nəticəyə doğru işləyir. Ermənistanın bu tip qeyri-müəyyən addımları regional inteqrasiyaya da xələl gətirir. Paraflanmış, amma imzalanmamış sənəd tərəflər arasında yeni siyasi gərginliklər doğura bilər. Ermənistan onu manipulyasiya vasitəsinə çevirməyə qadirdir. Ermənistanın diplomatiyası uzun illərdir ki, imza mərhələsinə gələnədək reallığı pərdələyib. Bakı bu siyasi illüziyalara aldanacaq qədər təcrübəsiz deyil. Azərbaycan diplomatiyası realist yanaşmanı əsas tutur: konkret razılaşma, real icra və beynəlxalq təminatlar. Paraf mərhələsi bu üç əsasın heç birini təmin etmədiyindən rədd edilir. Təbii ki, Ermənistan bu addımı Bakı “sülh istəmir” kimi təqdim edəcək. Lakin bu, ictimai rəyə hesablanmış zəif ritorikadır".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Marketlərdə “qara çörək” TƏLƏSİ – Çovdar unu əvəzinə rəngləndiricidən İSTİFADƏ OLUNUR
Bu gün, 18:07
"Ramiz Mehdiyevin evlərindən birini qızıma versinlər..." - tanınmış yazıçıdan MÜRACİƏT
Bu gün, 18:05
Tramp “Netflix” – “Warner Bros.” anlaşmasına mane ola bilər
Bu gün, 17:56
"Bəstəkar mahnısı səsləndirdik, 13 sponsor da imtina etdi"
Bu gün, 17:53
Məktəb uşaqlarımızın “anasını ağlar qoyub” - FAKT BUDUR!
Bu gün, 17:45
Yəhudi baş nazirlə alman kansler bir arada - KİV
Bu gün, 16:02
Rusiyanın post-sovet müstəmləkə siyasəti və Mehdiyevlər - AKTUAL
Bu gün, 15:55
”Mən heç zaman Əli Kərimlinin müavini olmamışam” - DEPUTATDAN SƏRDAR CƏLALOĞLUNA CAVAB
Bu gün, 15:50
Mədət Quliyev Murad Dadaşovun oğlunun toyunda - FOTO
Bu gün, 15:48
Qlobal informasiya dövriyyəsinin 45-80 faizi saxta xəbərdir - NƏ ETMƏLİ?
Bu gün, 15:42
Müasirlərinin qələmindən Məhsəti – “Xəyyama çox bənzəməkdədir”
Bu gün, 14:19
Rus ordusu bu iki kəndi işğal etdi
Bu gün, 14:14
“Ermənistan və Azərbaycanda mallar ucuzlaşacaq” - Armen Qriqoryan
Bu gün, 14:12
Soljenitsının qulağı, Əylislinin yuxuları, Suadanın klipi
Bu gün, 13:18
Azərbaycanla münasibətlərimiz çox önəmlidir - Bəqayi
Bu gün, 13:01
Əli Kərimli və Mehdiyevin gizli əməkdaşlığı: partiyanın gələcəyi necə olacaq? - QANUN NƏ DEYİR...
Bu gün, 12:59
“Allah rəhmət eləsin” kifayət etmir: Yanğının səbəbləri açılmalıdır - ETİRAZ
Bu gün, 12:56
Mingəçevirdə körpəsini zirzəmiyə atan qadın saxlanılıb
Bu gün, 12:53
"Tramp Ukraynada sülhə nail olmaq üçün Putin və Zelenskini güzəştlərə məcbur edir" - "Axios"
Bu gün, 12:50
'Siyəzənneft'i DƏFN ETMƏYƏ ÇALIŞIRLAR - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 12:45
Xalq artisti Türkiyədə ağır əməliyyat keçirdi - "Həyat bir imtahandır..."
Bu gün, 12:34
Nadir Bədəlov qalmaqallı “Məhsəti” filmi barədə BUNLARI DEDİ
Bu gün, 12:32
Revanşistlərin “şeytan yuvası” hərəkətə keçdi - Görünəni odur ki...
Bu gün, 12:28
Məhsəti Gəncəvi kişi olub? – 16 inanılmaz məqam üzə çıxdı
Bu gün, 12:26
Keçmiş nazirin qızı aranı elə qatdı ki... - AKTUAL
Bu gün, 12:23
Gümrüdə sakinlər kilsəyə girişin məhdudlaşdırılmasına qarşı çıxır
Bu gün, 11:19
Keçmiş diplomatdan yaltaq məmurlara TƏNƏ... - "Bunlardan bir soruşan yoxdur ki..."
Bu gün, 11:17
İranın məşhur rejissorundan Azərbaycan ssenaristlərinə sitəm
Bu gün, 11:05
Polşa Rusiya‑Ukrayna münaqişəsinin həlli ilə bağlı müzakirələrdən kənarlaşdırılıb - "Polsat"
Bu gün, 11:01
Altun Süleymanov solo konsert proqramı ilə çıxış edib - FOTO
Bu gün, 10:37
Smit... Mehdiyev... Kərimli... - Onları nə birləşdirir?
Bu gün, 10:31
Mədəniyyət nazirliyində kadrlar belə müəyyənləşir... - İLGİNC FAKTLAR
Bu gün, 10:23
O da "Yeraltı"nda rol alacaq - FOTO
Bu gün, 10:15
Putin bu qərarların verilməsini niyə gecikdirir?
Bu gün, 10:11
Qubadan çırpışdırılan pulların ƏKS-SƏDASI - BU DA FAKT...
Bu gün, 10:08
Təhsilə qənim kəsilən TƏHSİL NAZİRİ... - AXI NİYƏ?..
Bu gün, 09:49
Belə məhkəməyə niyə İNAM olmalıdır ki... - NARAZILIQ VAR...
Bu gün, 09:15
Aİ-Ermənistan sənədi: ABŞ-ın regiondakı sülh planına qarşı təxribat - NƏ BAŞ VERİR?
Bu gün, 09:04
"AKA BUSİNESS" MMC vətəndaşlara qarşı... - NARAZILIQ VAR...
Bu gün, 08:59
Ermənistanda “Qolos”un keçmiş koordinatoru saxlanıldı
Bu gün, 08:53
İş adamı Qarabağa ayrılan investisiyanı Gürcüstana “köçürüb”? - İTTİHAM VAR...
Bu gün, 08:51
Neftçala icra başçısının geyimi gündəm oldu:13 min avroluq plaş - BU NƏDİ BELƏ?
Bu gün, 08:47
MİDA tikirsə.... MİDA da satmalıdır? - ÇAĞIRIŞ
Bu gün, 08:45
Azərbaycanlı pasportu ilə hərəkət edən erməni ƏLƏ KEÇDİ - TƏFƏRRÜAT
Bu gün, 08:36
"Sizin kimiləri belə təriflərə görə vəzifələr tutmusunuz, deputat seçilmisiniz!.." - Xeyrəddin Qoca deputatı yerində oturtdu
Bu gün, 08:29
Ermənistanda azərbaycandilli KANAL bağlandı - VİDEO
Bu gün, 08:23
“Bu yanaşmalar sülh gündəliyinə zərər vurur və etimadı azaldır” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:16
Ədalətiniz yoxdur, bilirik, bəs ləyaqətiniz? - AKTUAL
Bu gün, 08:13
“Britaniyanın müdafiə naziri! Sən Xocalı qatilinin adını daşıyan bir hərbi mərkəzdəsən” - ETİRAZ
Bu gün, 08:08
Azərbaycanlılar kütləvi deportasiya oluna bilər – Almaniya sərt addımlara hazırlaşır
Bu gün, 08:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru