Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib .....                     “Paşinyan Azərbaycanı Qarabağa görə də təbrik edəcək” .....                     Mask Trampa qarşı müharibəni uduzdu: .....                     Türkeşin qızından Baxçalıya sərt təpki: .....                     Nazirin səfəri ləğv edildi, güllər qaytarıldı .....                     "İş günləri ilə bağlı son anda verilən qərar ölkə iqtisadiyyatı üçün zərərlidir" .....                     Patlamağa hazır sədaqət böhranı: Trampla Mask arasında qalan qadın .....                     Orta məktəblərdə erkən nikahın zərərləri barədə .....                     Ermənistanda Azərbaycan dili dərsliyi nəşr olundu .....                     Nikolun Azərbaycanı təbriki və 2 erməninin sərhədi keçməsi… .....                     Paşinyandan gözlənilməz addım: .....                     Şərq küləyi əsəcək .....                     Kürdəmirdə şəhərdaxili yolların təmirinə 444 min manat xərclənəcək .....                     Qızıl üzüklü müəllimə QALMAQALI... .....                     “Xarı bülbül”də dava: gənc nişanlısı ilə qeyri-etik hərəkətlər etdi, narazılıq oldu .....                     Nazirlər bir ayda neçə kilo ət ala bilər? .....                     "Sən mənim yer üzündəki Allahım idin, qoruyucu dağım idin" .....                     Bayram günlərində Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyətlə görüşüb .....                     “ƏDV geri al”anların nəzərinə .....                     “Paşinyan ya Elçibəyin, ya da Paşazadənin oğludur” .....                     ATƏT-də erməni şousu: məqsəd bəlli, niyyət məkrli .....                     “Binəqədi Yük Avtonəqliyyat–1” ASC-nin səhmdarları toplanır .....                     Yeni Roma Papası Azərbaycan üçün dua edib .....                     Böyük müharibə astanasında: “Hörümçək toru” Rusiyaya ciddi zərər verdi, amma... .....                     “Xətai-Rabitə-Tikinti” ASC-nin icra orqanı dəyişdirilir .....                     Ermənistan MTX Azərbaycanla sərhəddə erməni yeniyetmələrin guya "oğurlanması" barədə şayiələri təkzib edib .....                     Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb .....                     Məktəblərdə TƏLİM-TƏRBİYƏ PROBLEMİ... .....                     BU NƏDİR BELƏ: Kəlbəcərdə PKK simpatizanları PUL QAZANIR! .....                     Sarkisyanın partiyasından baş nazir postuna namizəd məlumdur .....                     “AST Telman”ın killerinin məhkəməsi .....                     AZAL Qurban bayramı ilə əlaqədar Naxçıvan istiqamətində reyslərin sayını artırıb .....                     Xoşqədəm Hidayətqızının atası da vəfat etdi .....                     Qanlı iğtişaş planı: Nikol Paşinyanı təhdid etdilər .....                     Ordubadda 38 yaşlı kişi kafedə dava saldı: meyxanaçıya söz atdı, pivə bakalını... .....                     `QƏPİYƏ QƏPİK` deyib... vətəndaşın 2000 manatını MƏNİMSƏDİLƏR... .....                     "Məhkəməyə müraciət etsəm, udmaq şansım nə qədər realdır?" .....                     Tramp Maskın davranışının narkotiklə əlaqəli olub-olmadığı ilə maraqlanıb .....                     “Dəmir Yolları”nda ABSURD QAYDALAR... .....                     Dövlət qurumunun 2,2 milyon manatlıq icarə tenderinin QALİBİ BƏLLİ OLDU .....                 

Paşinyandan gözlənilməz addım: - Sülh sazişi imzalanır, Zəngəzur dəhlizi açılır?
Tarix: Bu gün, 12:13 | Çap et

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan xalqını təbrik edib. O, bu barədə “X” hesabında paylaşım edib:

“Azərbaycan Respublikasını və xalqını Qurban bayramı münasibətilə təbrik edirəm. Ölkələrimizə və xalqlarımıza sülh və firavanlıq arzulayıram”, – Paşinyan bildirib.

Ekspertlər düşünür ki, əslində bu, mühüm bir prosesin işartısıdır. Paşinyanın həm sülh sazişi, həm də Zəngəzur dəhlizi ilə bağlı bənzər mövqe sərgiləməsi gözləntiləri artırıb.

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik etməsi sıradan diplomatik protokol deyil:

“Paşinyan bu təbriki ilə həm erməni cəmiyyətinə, həm də beynəlxalq ictimaiyyətə göstərmək istəyir ki, Bakı ilə münasibətlərin normallaşması istiqamətində real iradə mövcuddur. Bu addım, xüsusilə son aylarda Ermənistan–Azərbaycan münasibətlərində müşahidə edilən nisbi konstruktiv dinamika fonunda diqqət çəkir.

Delimitasiya prosesi çərçivəsində Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması, Ermənistanın ərazi iddialarından rəsmi şəkildə imtina etməsi və regionda kommunikasiyaların açılması məsələsində səsləndirilən razılaşdırılmış ritorika onu göstərir ki, Paşinyan rəhbərliyi artıq sülh sazişinin labüdlüyünü qəbul edir. Bu təbrik, əslində İrəvanın Bakıya və beynəlxalq ictimaiyyətə mesajıdır: Ermənistan Cənubi Qafqazda müharibə yox, əməkdaşlıq istəyir.

qabil huseynli esas
Qabil Hüseynli

Paşinyanın bu niyyətinin səmimi olması təbii ki, sual altındadır. Hər şeydən öncə ona görə ki, Paşinyanın daxili siyasi mövqeyi hələ də zəifdir, müxalifət və revanşist dairələr onun sülh gündəmini sabotaj etməyə çalışır. Amma Azərbaycan üçün əsas məsələ konkret nəticələrdir. Əgər bu cür təbriklər real siyasi iradə ilə müşayiət olunacaqsa, bu, Bakı üçün məqbuldur. Hətta 2025-ci il regionda sülh sazişinin imzalanması üçün tarixi fürsətə çevrilə bilər.

Təbii ki, tək bir təbriklə geosiyasi kurs dəyişməz. Amma bu jest, danışıqlar masasında səmimi və konstruktiv bir atmosferin yaranmasına xidmət edə bilər. Azərbaycanın isə əsas tələbi sadədir: bölgədə sülh, əməkdaşlıq və qarşılıqlı hörmət əsasında yeni mərhələyə keçid”.

Politoloq Oqtay Qasımov deyib ki, Nikol Paşinyanın Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik etməsi, əlbəttə ki, çox ciddi bir hadisədir:

“Hətta deyərdim, bu, Ermənistan tarixinə düşəcək bir hadisədir. Paşinyan sələflərindən fərqli olaraq bu məsələdə daha konstruktiv və cəsarətli addım atır. Bu, onu göstərir ki, Ermənistan daxilində ona qarşı müqavimətin olmasına baxmayaraq, münasibətləri normallaşdırmaqda qərarlıdır.

oqtay qasimov 5
Oqtay Qasımov

Bir müddət öncə Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon danışığı apardı. Həmin telefon danışığında da Ərdoğanı təbrik etdi. Bu, sülhə töhfə verəcək müsbət haldır, lakin daha ciddi addımların ardınca gəlməsi real deyil. Söhbət Zəngəzur dəhlizi və sülh sazişindən gedir. Hesab edirəm, bu məsələlərdə daha geniş bir zaman tələb olunur.

Bu gün Ermənistan daxilində çox ciddi proseslər gedir. Rusiya və onun dəstəklədiyi qüvvələr xüsusilə aktivləşib. Bu isə Paşinyana ciddi maneə törədə bilər. Bunun o da fərqindədir. Ona görə də daha ehtiyatlı davranmalı olacaq”.

Politoloq Kazım Kazımlı isə bildirib ki, Nikol Paşinyanın Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik etməsi ilk baxışdan müsbət jest kimi görünür:

“Bu, bir faktı yadıma saldı. Tarixdə bu tip jestlərin ən məşhur nümunələrindən biri 1986-cı ildə baş vermişdi. ABŞ Prezidenti Reyqan və SSRİ rəhbəri Qorbaçov qarşılıqlı olaraq bir-birlərinin xalqlarını Yeni il münasibətilə təbrik etmişdi. Soyuq müharibənin son raundunda bu qarşılıqlı jestlər yumşalmanın ilk addımları olmuşdu.

6704efb21ad3e 1
Kazım Kazımlı

Ümumiyyətlə, bu tipli mesajlar əsasən yumşalmaya işarədir. Paşinyan həqiqətən qərəzli fikirlərini bir kənara qoyub “yumşalma” xəttini izləyəcəkmi? Qafqazda sülhün bərqərar olması üçün çalışacaqmı? Yoxsa bu jest də ənənəvi avantürist davranışın qurbanına çevriləcək və yaddaşlarda impulsiv bir addım kimi qalacaq? Bunların hamısını zaman göstərəcək. Ümid edirəm, davamlı olsun”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
Bu gün, 15:09
“Paşinyan Azərbaycanı Qarabağa görə də təbrik edəcək” – Aslanyan
Bu gün, 13:05
Mask Trampa qarşı müharibəni uduzdu: - bundan sonra nə olacaq?
Bu gün, 13:03
Türkeşin qızından Baxçalıya sərt təpki: - Bunu atamın üzünə deyə bilərdiniz?
Bu gün, 12:55
Nazirin səfəri ləğv edildi, güllər qaytarıldı – İrəvan-Tiflis gərginliyi
Bu gün, 12:53
"İş günləri ilə bağlı son anda verilən qərar ölkə iqtisadiyyatı üçün zərərlidir" - ÇÜNKİ...
Bu gün, 12:43
Patlamağa hazır sədaqət böhranı: Trampla Mask arasında qalan qadın - Keti Miller kimdir?
Bu gün, 12:37
Orta məktəblərdə erkən nikahın zərərləri barədə şagirdlərə nə ÖYRƏDİLİR?
Bu gün, 12:25
Ermənistanda Azərbaycan dili dərsliyi nəşr olundu - FOTO
Bu gün, 12:16
Nikolun Azərbaycanı təbriki və 2 erməninin sərhədi keçməsi… - NƏ BAŞ VERİR?
Bu gün, 12:14
Paşinyandan gözlənilməz addım: - Sülh sazişi imzalanır, Zəngəzur dəhlizi açılır?
Bu gün, 12:13
Şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:03
Kürdəmirdə şəhərdaxili yolların təmirinə 444 min manat xərclənəcək
Bu gün, 12:01
Qızıl üzüklü müəllimə QALMAQALI... - Nazirlik İŞƏ QARIŞACAQMI?
Bu gün, 12:00
“Xarı bülbül”də dava: gənc nişanlısı ilə qeyri-etik hərəkətlər etdi, narazılıq oldu - TƏFƏRRÜAT
Bu gün, 11:40
Nazirlər bir ayda neçə kilo ət ala bilər? - Rəsmilərin məvacibi
Bu gün, 11:30
"Sən mənim yer üzündəki Allahım idin, qoruyucu dağım idin"
Bu gün, 11:14
Bayram günlərində Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyətlə görüşüb
Bu gün, 11:11
“ƏDV geri al”anların nəzərinə - Çətinlik yaşanacaq
Bu gün, 11:10
“Paşinyan ya Elçibəyin, ya da Paşazadənin oğludur” - Qazaryan
Bu gün, 11:07
ATƏT-də erməni şousu: məqsəd bəlli, niyyət məkrli - Görünəni odur ki...
Bu gün, 11:05
“Binəqədi Yük Avtonəqliyyat–1” ASC-nin səhmdarları toplanır
Bu gün, 11:02
Yeni Roma Papası Azərbaycan üçün dua edib
Bu gün, 11:02
Böyük müharibə astanasında: “Hörümçək toru” Rusiyaya ciddi zərər verdi, amma... - GƏLİŞMƏ
Bu gün, 10:58
“Xətai-Rabitə-Tikinti” ASC-nin icra orqanı dəyişdirilir
Bu gün, 10:54
Ermənistan MTX Azərbaycanla sərhəddə erməni yeniyetmələrin guya "oğurlanması" barədə şayiələri təkzib edib - KİV
Bu gün, 10:41
Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb
Bu gün, 10:39
Məktəblərdə TƏLİM-TƏRBİYƏ PROBLEMİ... - NƏ ETMƏLİ?
Bu gün, 10:27
BU NƏDİR BELƏ: Kəlbəcərdə PKK simpatizanları PUL QAZANIR! - MALƏSƏF...
Bu gün, 10:24
Sarkisyanın partiyasından baş nazir postuna namizəd məlumdur - “Armenpress”
Bu gün, 10:12
“AST Telman”ın killerinin məhkəməsi BAŞLADI
Bu gün, 10:10
AZAL Qurban bayramı ilə əlaqədar Naxçıvan istiqamətində reyslərin sayını artırıb - DİQQƏT!
Bu gün, 10:00
Xoşqədəm Hidayətqızının atası da vəfat etdi - bir neçə həftə əvvəl isə...
Bu gün, 09:58
Qanlı iğtişaş planı: Nikol Paşinyanı təhdid etdilər - NƏ BAŞ VERİR?
Bu gün, 09:54
Ordubadda 38 yaşlı kişi kafedə dava saldı: meyxanaçıya söz atdı, pivə bakalını... - TƏFƏRRÜAT
Bu gün, 09:53
`QƏPİYƏ QƏPİK` deyib... vətəndaşın 2000 manatını MƏNİMSƏDİLƏR... - BU NƏDİ BELƏ?
Bu gün, 09:47
"Məhkəməyə müraciət etsəm, udmaq şansım nə qədər realdır?" - ÇARƏSİZLİK...
Bu gün, 09:39
Tramp Maskın davranışının narkotiklə əlaqəli olub-olmadığı ilə maraqlanıb - "İnterfaks"
Bu gün, 09:33
“Dəmir Yolları”nda ABSURD QAYDALAR... - NARAZILIQ VAR...
Bu gün, 09:28
Dövlət qurumunun 2,2 milyon manatlıq icarə tenderinin QALİBİ BƏLLİ OLDU - TƏFƏRRÜAT
Bu gün, 09:23
"Pezeşkiana ümid Güneydə arxayınlıq yaradıb, amma..." - ŞƏRH
Bu gün, 09:20
İcra başçısından Prezidentə ŞİKAYƏT - BAŞÇINI DURDURUN...
Bu gün, 09:16
Tanınmış müğənni `Azparkinq`ə ÜSYAN ETDİ - "Bu nə səmimiyyətsiz davranışdır ki?"
Bu gün, 09:07
Paşinyan üçün ÇIXIŞ YOLU RESEPTİ... - O GƏRƏK...
Bu gün, 08:57
Paşinyanın təbriki o vaxt effektiv olar ki... - AKTUAL
Bu gün, 08:55
Bu dəfə `Hörümçək toru`na Putinin ÖZÜ DÜŞƏ BİLƏR - GÖZLƏNTİ
Bu gün, 08:53
Əmək hüququ və ya... - Ekspert danışır
Bu gün, 08:49
Elçibəyi devirənlər Heydər Əliyevə qarşı qiyam qaldırdı - 32 illik müəmma
Bu gün, 06:08
Bakıda Türkiyə-İsrail dialoqu: gözləntilər, nəticələr - AKTUAL
Bu gün, 06:05
Türkiyədə bıçaqlanan Araz Musayevdən ŞOK SÖZLƏR - "Kiralıq qatilləri sifariş verən..."
Bu gün, 05:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru