Nazir müavini vəzifəsindən azad edildi .....                     Ramiz Mehdiyevin gəlini bankdakı payını artırıb .....                     Qurban bayramı ilə bağlı Elşad Miri və Hacı Surxay nələr danışıb? .....                     Yayda restoranlar müştəriləri belə soyur: .....                     Azərbaycan və Serbiya hərbi nümayəndələri arasında görüş keçirilib .....                     “Bacı və qardaşlarımı anamla birlikdə böyütmüşəm, .....                     “Eyni sifətlərə nə qədər baxmaq olar?!” .....                     “Həkimin vəzifəsi bir saniyə də olsa ömrü uzatmaqdır, bizdə isə..” .....                     Süleyman Mikayılovun Qobustan qəsəbəsində səyyar qəbulu keçirilib .....                     Ermənistan və Gürcüstan parlamentlərinin spikerləri .....                     Müharibə daha təhlükəli fazaya keçib .....                     Paşinyan-kilsə qarşıdurması: Bu savaşın qalibi kim olacaq? .....                     BP və SOCAR “Şəfəq-Asiman”dakı paylarının bir hissəsini Türkiyə şirkətinə verdilər .....                     "Mənə rus “şpion”u dedilər, o adamlara “tupoy” demək istəyirsən ki, başa düşsün" .....                     AZCON Holdinqdə təyinat olub .....                     "İrəvan hökuməti sözdən əmələ keçmir" .....                     FHN “Mi-17”nin təmirinə 659 min manat xərcləyəcək .....                     Oxumayan şagirdləri 9-cu sinifə necə gətirirlər? .....                     Qaydalarla oynamaq: kazinoların açılması ölkəmizə nə qazandıracaq? .....                     İTS ləğv olunan tenderi yenidən keçirir .....                     “Nə dişimi müalicə edir, nə də pulumu qaytarır” .....                     Nə hesab bilir... nə də kitab: ƏT 2 DƏFƏ BAHALAŞDI... .....                     8 yaşlı qızı zorladıqdan sonra öldürməklə hədələyib .....                     Pezeşkian İranın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib .....                     Fransanın konsulluğu hansı fəaliyyəti göstərəcək? .....                     Narazılığa səbəb olan kəskin bahalaşma .....                     Bu tikintiyə Riad Qasımov icazə verib? .....                     Sabiq deputatın oğluna məhbusun 55 min manat ödəməsi gizli razılaşmanı ortaya çıxardı .....                     Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən "Beniz" ləqəbli tiktokerin .....                     Azərbaycan bu gün təkcə regionda deyil, eləcə də dünyada əsas enerji ixracatçısı kimi tanınır .....                     “Bu təhsil deyil, travmadır” .....                     Daşkəsəndə şirkət əməkdaşı iş yerində öldü .....                     Bərdədə məktəbdə FACİƏ: .....                     İranın Bakıdakı yeni azərbaycanlı səfiri: .....                     İcra başçısına müavin gedən direktorun vəzifəsi ona tapşırıldı .....                     “Nəsimi”ni kolbasa reklamına çəkdirən DÜNYA .....                     Alim Qasımov məclislərdəki bu adətdən narazıdır .....                     Qərb Paşinyanı tək buraxdı .....                     Xaricdə yaşayan 7 bloger barəsində qiyabi həbs qərarı çıxarıldı .....                     Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq .....                 

Gəncədə sələmə pul verən ailənin evinə silahlı basqın - DETALLAR
Tarix: Dünən, 09:06 | Çap et

Gəncədə yaşayış evinə silahlı basqın etməkdə ittiham olunan 1968-ci il təvəllüdlü Yaşar Hüseynov və 1979-cu il təvəllüdlü Seymur Məmmədovun cinayət işinə Ali Məhkəmədə yekun vurulub.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, Yaşar özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Seymur ilə birlikdə 19 mart 2022-ci ildə, saat 21 radələrində Xəyyam və onun ailə üzvlərinin yaşadığı evə basqın ediblər.

Hadisə baş verən gün Yaşar və Seymur sonuncunun “Hyundai Sonata” markalı avtomobili ilə zərərçəkmişlərin yaşadığı ünvanın yaxınlığına gəliblər. Avtomobili təxminən 1-2 kilometr aralıda saxladıqdan sonra piyada hərəkət ediblər və qapının açıq olmasından istifadə edərək mənzilə daxil olublar.

Onlar odlu silah olan “Churchill” modelli tüfəngi nümayiş etdirib, zərərçəkmişləri hədələyiblər. Müqavimətlə üzləşdikdə isə onlara bıçaqla xəsarət yetiriblər.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin 181.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək), 181.2.3 (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə quldurluq törətmək) və 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.

“Bu cinayəti törətməmişəm”

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Yaşar Hüseynov özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, heç kimə qarşı quldurluq cinayət əməli törətməyib və həmin cinayət hadisəsi ilə onun heç bir əlaqəsi yoxdur: “19 mart 2022-ci ildə “EMON” oteldə olarkən Seymur yanıma gəldi. Seymur sərxoş vəziyyətdə olduğu üçün onu özümə məxsus “Hyunday Sonata” markalı avtomobillə yaşadığı yerə qədər yox, “Dubay bazarı”nın yaxınlığına kimi apardım. Mən Eldar adlı şəxslə görüşməli idim. Seymura dedim ki, “Dubay bazarı”na qədər mənimlə gedə bilər. Seymur “Dubay bazarı”nın yaxınlığında maşından düşdü. Mən həmin yerdə tanışım Eldar adlı şəxslə 5-10 dəqiqə söhbət etdim. Daha sonra oradan “EMON” otelə qayıtdım. 15-20 dəqiqədən sonra Seymur yenidən otelə, mənim yanıma gəldi və sənədlərini maşınımda unutduğunu dedi. Sonra Seymuru “EMON” otelin işçisi Şahinlə birlikdə, mənim avtomobilim ilə yaşadığı evə apardıq. Daha sonra otelə geri qayıtdım. “EMON” oteldə olarkən gecə vaxtı yaşadığım otağın qapısı döyüldü. Qapını açan kimi mülki geyimdə olan polis əməkdaşları məni şöbəyə apardılar”.

“Pula ehtiyacım olduğunu bildirdim”

Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı cinayəti etiraf etməsi ilə bağlı ifadəsi elan olunub. Həmin ifadədən məlum olub ki, 3 mart 2022-ci ildən Gəncədəki “EMON” oteldə yaşayıb: “Mən qeydiyyatda olduğum və əvvəlcədən yaşadığım evdən çıxdım. Otelə gəlməyimə səbəb keçmiş arvadımla aramızda yaranmış mübahisə olub. Seymurla 2022-ci ilin yanvar ayının sonlarından tanışam. Onun xalası qızı Aksana ilə qeyri-rəsmi münasibətlərimiz olub. Buna görə Seymur mənimlə görüşərək tanış olmaq istədi. Aramızda bu səbəbdən münasibət yarandı. Mənə məxsus iki ədəd mülki ov silahı olub. Həmin silahları da evdən çıxan zaman özümlə götürmüşəm və otelə gətirmişəm. Həmin silahları otelin anbarına saxlanca vermişəm. Seymur tanışlıqdan sonra tez-tez qaldığım otelə - yanıma gəlib. Biz tez-tez oturaraq çay içib, söhbət etmişik. Seymurla söbhət zamanı ona borclarımın olduğunu bildirmişəm”.

“Əldə etdiyi puldan mənə də verəcəyini dedi”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, həmin ilin martın 17-də yaşadığı oteldə Seymur söhbət əsnasında quldurluğa görə 12 il həbsdə yatdığını və tanıdığı bir yerdən pul əldə edə biləcəyini dyeib: "Mən əvvəlcə Seymurun sözləri ilə razı olmaq istəmədiyimdən ümumi sözlərlə onu yola verdim. Fikirləşdim ki, Seymurun danışdıqları sadəcə söz olaraq qalacaqdır. Bundan sonra Bakı şəhərinə getdim. Bakı şəhərində olan zaman Seymur zəng etdi, mənimlə görüşmək istədiyini dedi. Mən də Seymura Bakı şəhərində olduğumu, həmin gün axşam saatlarında qayıdacağımı dedim”.

“Qışqırdı ki, Famil hanı, pul ver, onun borcu var”

Yaşarın bildirdiyinə görə, martın 18-də, axşam saatlarında Bakı şəhərindən qaldığı otelə qayıdıb, həmin gün Seymur ona zəng etməyib və otelə gəlməyib: “Martın 19-da, səhər saatlarında Seymur zəng edərək otelə gəldi. Biz çay içib söhbət etdik. Seymur günorta saatlarında dayısı oğlunun ad günü olduğunu dedi və oraya getdi. Həmin gün saat 19-20 radələrində Seymur yenidən otelə gəldi və dedi ki, gedək, orada pul var, həmin pulu götürüm, sonra sənə də kömək edərəm. Seymur həmin vaxt özü ilə bir ədəd fəhlə əlcəyi və “skoç” gətirmişdi. Seymura oradan götürəcəyi pulların mənə bəs etməyəcəyini dedim. Həmin vaxt Seymur məndə maska olub-olmadığını soruşdu. Mən də çantamda olan iki ədəd təzə maskanı çıxardım. Seymur mənim iki ədəd silahımın olduğunu əvvəldən bildiyindən onları götürməyimi istədi. Otelin anbarında saxladığım silahı patronsuz halda özümlə götürdüm. Seymurla maşında xeyli yol getdib dəmir yolunun altında xatırlamadığım yerdə saxladım. Ora quldurluq etmək istədiyimiz evdən bir-iki kilometr aralıda idi.

Seymurun sözü ilə maskalandıq. Özümüzü tanınmaz hala salıb pul götürəcəyimiz evin yanına gəldik. Həmin evin yanına çatdıqda maskanı aşağı saldım. Əvvəlcə Seymur, ardınca mən evin həyətinə daxil olduq. Bu zaman bir nəfər cavan oğlan qabağıma çıxdı. Seymur da həmin oğlanı tutaraq yerə yıxdı və qışqırdı ki, Famil hanı, pul ver, onun borcu var. Bu zaman yan otaqdan Xəyyam adında bir kök kişi çıxdı və üzərimə gəldi. Mən bunu görərək geriyə çəkildim. Bundan sonra həmin şəxs Seymurun üzərinə tərəf getdi və onlar əlbəyaxa oldular. Yaşlı qadın içəri keçərək Seymurun üzərinə getdi. Tüfəngi əlimdə tutdum və onlar geriyə çəkildilər. Bu zaman Xəyyam Seymurun əlindən çıxdı və çölə tərəf qaçdı. Seymur da onun arxasınca gəldi. Daha sonra Seymur geriyə qayıdaraq mənə getməli olduğumuzu dedi. Biz birlikdə gəldiyimiz maşınla otelə qayıtdıq”.

“Peşman olmuşam”

Təqsirləndirilən şəxs bildirib ki, hadisəni törətmək üçün evə daxil olan zaman Seymurun əlində bıçaq olub: “Həmin bıçağın əlamətlərini dəqiq bilməmişəm. Ancaq bıçağın tiyəsini görmüşəm. Bıçağın tiyəsi parıldayıb. Seymur həmin bıçaqla orada şəxslərə xəsarət yetirib. Həmin hadisə haqqında heç kəsin heç bir məlumatı olmayıb. Oraya getməkdə Seymurun məqsədi pul ələ keçirmək olub. Mən etdiyim əməldən peşman olmuşam”.

“Mənim əl izlərimi götürdülər”

Digər təqsirləndirilən Seymur Məmmədov da özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, 2022-ci il martın 19-da xalası oğlunun ad günündə olub: “Təxminən saat səkkizdə Yaşar zəng etdi ki, köhnə paltarını və yeməyini “EMON” otelə gətirim. Mən Yaşarın yaşadığı otelə gəldim, paltarı və yeməyi ona verdim. Həmin vaxt Yaşar içkili idi. Yaşardan məni evə aparmasını xahiş etdim. Yaşar maşını ilə məni “Dubay bazarı”nın yaxınlığına apardı. Sonradan bildim ki, mənim sürücülük vəsiqəm və digər əşyalarım Yaşarın maşınında qalıb. Mən sənədlərimi götürmək üçün yenidən həmin otelin qabağına gəldim. Yaşar ilə orada görüşdüm və əşyalarımı götürdüm. Yaşar Şahin adlı şəxslə birlikdə məni yaşadığım evə düşürdülər. Bir gün sonra polis şöbəsindən gələrək dedilər ki, qonşuluqda cinayət hadisəsi baş verib. Əvvəllər məhkum olunduğuma görə məni şöbəyə çağırırlar. Mən də polis şöbəsinə getdim. Polis şöbəsində mənim əl izlərimi götürdülər, başıma papaq qoydular ki, həmin papaq hadisə yerində düşüb. Daha sonra isə mənə gedə biləcəyimi dedilər. Təxminən bir həftə sonra məni yenə də polis şöbəsinə çağırdılar”.

“Pul olsaydı, vəziyyətimizi düzəldərdik”

Seymur Məmmədov məhkəmədə törətdiyi əməli etiraf etməsə də, ibtidai istintaq zamanı etirafedici ifadə verib. O, həmin ifadəsində göstərib ki, zərərçəkmiş şəxsləri təxmınən 7-8 aydır tanıyır: “Həmin şəxslər yaşadığım evin qonşuluğundan ev alıblar və evdə mağaza işlədirlər. Onların sələmə pul verdiklərini də eşitmişdim. Təqsirləndirilən Yaşarı isə 2022-ci ilin yanvar ayından tanımışam. Yaşarın mənim xalam qızı Aksana ilə münasibətləri olub. Buna görə də Yaşarla tanış olmuşam, münasibət qurmuşam. Yaşar öz ailəsi ilə aralarında olan münasibətin pisləşməsi səbəbindən Gəncə şəhərində yerləşən “EMON” oteldə qalıb. Mən də tez-tez Yaşarın yanına gedib-gəlmişəm. Yaşar çoxlu borclarının olduğunu dedi. O, pul axtarırdı. Mənim də sosial vəziyyətim o qədər də yaxşı deyildi. Yaşara pul olsaydı, vəziyyətimizi düzəldərdik demişəm”.

“Papağımı itirdiyimi bildim”

Seymur Məmmədovun ifadəsinə görə, 17 mart 2022-ci ildə Yaşarla oteldə söhbət edən zaman soyğunçuluğa görə 12 il türmədə yatdığını və tanıdğı bir yerdən pul götürmək istədiyini deyib: “Yaşar pulları götürmək üçün maska və silahın vacibliyini dedi. Martın 18-də Yaşara zəng etdim, yanına getmək istəyən zaman Yaşar Gəncə şəhərində olmadığını, axşam gələcəyini dedi. Ertəsi gün səhər saatlarında Yaşara zəng edib otelə getdim. Birlikdə çay içib söhbət etdik. Martın 19-da, saat təxminən 20 radələrində yenidən otelə Yaşarın yanına qayıtdım. Bundan sonra Yaşarla əvvəlcədən razılaşdığımız kimi, maskalandıq, silahı götürüm maşınla Gəncədə “türklər qəsəbəsi” adlanan yerdə dəmir yolunun yaxınlığında saxladım. Bundan sonra göz nahiyəmə skoç çəkdim, papaq taxdım, fəhlə əlcəyi geyindim. Yaşar da qara rəngli əlcəyi taxdı, qara rəngli maska geyindi. Birlikdə piyada basqın edəcəyimiz evə getdik. Əvvəlcə mən həyətə daxil oldum. Evin qapısını açıb içəri girdim. Bu zaman Ramal qarşıma çıxdı. Orada Ramalın yaxasından tutdum və dizi üstə yerə yıxdım. Yaşar da əlindəki silahı ona tuşlayaraq “tərpənmə, çök aşağı” deyə qışqırdı. Bu zaman digər otaqdan Xəyyam çıxdı. Mən Xəyyamı qorxutmaq üçün bıçaqla onun qulaq və baş nahiyyəsinə bir neçə zərbə vurdum. Bu zaman Xəyyamın anası Xurşid gəldi. Xurşid də mənimlə əlbəyaxa olmağa başladı. Onu da qorxutmaq üçün bıçaqla qol və ağzından vurdum. Bu zaman Xəyyam əlimizdən çıxdı və həyətə qaçmağa başladı. Mən də Xəyyamın arxasınca çıxdım. Xəyyamın qışıqırdığını gördüm və geri qayıtdım. Yaşara getməli olduğumuzu dedim. Bundan sonra gəldiyimiz yol ilə geriyə qayıtdım. Otelə çatdıqda papağımı itirdiyimi bildim”.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yaşar Hüseynov 8 il 6 ay, Seymur Məmmədov isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hər iki təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. Müdafiəçilər hər iki təqsirləndirilən şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayətləri təmin olunmayıb.

Bu qərardan narazı qalan müdafiəçilər Ali Məhkəməyə müraciət ediblər. Kasasiya şikayətlərinə Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə baxılıb.

Yuxarı instansiya məhkəməsində işə baxan hakimlər heyəti sonda qərar elan ediblər. Qərara görə, şikayətlər təmin olunmayıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nazir müavini vəzifəsindən azad edildi
Bu gün, 18:49
Ramiz Mehdiyevin gəlini bankdakı payını artırıb – Qardaşının payı azalıb
Bu gün, 17:17
Qurban bayramı ilə bağlı Elşad Miri və Hacı Surxay nələr danışıb? - DETALLAR
Bu gün, 17:12
Yayda restoranlar müştəriləri belə soyur: - “50 manat...”
Bu gün, 17:09
Azərbaycan və Serbiya hərbi nümayəndələri arasında görüş keçirilib
Bu gün, 17:04
“Bacı və qardaşlarımı anamla birlikdə böyütmüşəm, - FOTO
Bu gün, 16:54
“Eyni sifətlərə nə qədər baxmaq olar?!” – Prodüser KİMDƏN ŞİKAYƏTLƏNDİ?
Bu gün, 16:52
“Həkimin vəzifəsi bir saniyə də olsa ömrü uzatmaqdır, bizdə isə..” - Rəşid Mahmudov
Bu gün, 16:49
Süleyman Mikayılovun Qobustan qəsəbəsində səyyar qəbulu keçirilib
Bu gün, 16:45
Ermənistan və Gürcüstan parlamentlərinin spikerləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Bu gün, 16:43
Müharibə daha təhlükəli fazaya keçib - “Wall Street Journal”
Bu gün, 16:39
Paşinyan-kilsə qarşıdurması: Bu savaşın qalibi kim olacaq? - İNCƏLƏMƏ
Bu gün, 16:35
BP və SOCAR “Şəfəq-Asiman”dakı paylarının bir hissəsini Türkiyə şirkətinə verdilər
Bu gün, 16:32
"Mənə rus “şpion”u dedilər, o adamlara “tupoy” demək istəyirsən ki, başa düşsün" - Nizami Cəfərov
Bu gün, 16:30
AZCON Holdinqdə təyinat olub - FOTO
Bu gün, 16:25
"İrəvan hökuməti sözdən əmələ keçmir" - deputat
Bu gün, 16:22
FHN “Mi-17”nin təmirinə 659 min manat xərcləyəcək – Son 25 ildə “Mi-17” qəzaları
Bu gün, 16:19
Oxumayan şagirdləri 9-cu sinifə necə gətirirlər? -Ekspertdən maraqlı AÇIQLAMA
Bu gün, 16:18
Qaydalarla oynamaq: kazinoların açılması ölkəmizə nə qazandıracaq? - GƏLİŞMƏ
Bu gün, 16:16
İTS ləğv olunan tenderi yenidən keçirir – Məbləğ 2 dəfədən çox artırılıb
Bu gün, 16:15
“Nə dişimi müalicə edir, nə də pulumu qaytarır” - NARAZILIQ VAR...
Bu gün, 16:05
Nə hesab bilir... nə də kitab: ƏT 2 DƏFƏ BAHALAŞDI... - Heyvan yemi əvəzinə pambıq əkəndə BELƏ OLUR...
Bu gün, 16:03
8 yaşlı qızı zorladıqdan sonra öldürməklə hədələyib - Azərbaycanda DƏHŞƏT
Bu gün, 16:00
Pezeşkian İranın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - FOTO
Bu gün, 15:58
Fransanın konsulluğu hansı fəaliyyəti göstərəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:33
Narazılığa səbəb olan kəskin bahalaşma - Əhali necə dolansın?
Bu gün, 15:29
Bu tikintiyə Riad Qasımov icazə verib? - VİDEO
Bu gün, 15:26
Sabiq deputatın oğluna məhbusun 55 min manat ödəməsi gizli razılaşmanı ortaya çıxardı - TƏFƏRRÜAT
Bu gün, 15:20
Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən "Beniz" ləqəbli tiktokerin məhkəməsi başlayıb
Bu gün, 15:17
Azərbaycan bu gün təkcə regionda deyil, eləcə də dünyada əsas enerji ixracatçısı kimi tanınır - MƏQALƏ
Bu gün, 15:14
“Bu təhsil deyil, travmadır” – Valiyenlərdən summativlərə qarşı ETİRAZ
Bu gün, 13:06
Daşkəsəndə şirkət əməkdaşı iş yerində öldü
Bu gün, 13:04
Bərdədə məktəbdə FACİƏ: - şagird 3-cü mərtəbədən yıxıldı
Bu gün, 13:00
İranın Bakıdakı yeni azərbaycanlı səfiri: - Münasibətlər yeni mərhələdə?
Bu gün, 12:54
İcra başçısına müavin gedən direktorun vəzifəsi ona tapşırıldı - ƏMR
Bu gün, 12:52
“Nəsimi”ni kolbasa reklamına çəkdirən DÜNYA – Cəvahir Nehru YAZIR
Bu gün, 12:49
Alim Qasımov məclislərdəki bu adətdən narazıdır
Bu gün, 12:43
Qərb Paşinyanı tək buraxdı - Baş nazirin siyasi taleyi Köçəryan kölgəsindədir
Bu gün, 12:39
Xaricdə yaşayan 7 bloger barəsində qiyabi həbs qərarı çıxarıldı - SİYAHI
Bu gün, 12:33
Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq - belə deyirlər...
Bu gün, 12:31
“Sovetski”dəki evlər sökülür: Sakinlər verilən puldan narazıdır - VİDEO
Bu gün, 12:28
Mərkəzi Bankın valyuta ehtiyatları 619 milyon dollar azalıb
Bu gün, 12:26
“AzSığorta”nın rəhbərliyində təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:24
“Orxan, mahnıların zibillikdir” - Qalmaqal böyüdü
Bu gün, 12:18
İrandan Ərdoğana Zəngəzur cavabı - Tehran da onu deyirsə...
Bu gün, 12:13
Zaur müəllim gələndən 1100 nəfər ixtisara düşüb: DAVAMI VAR... - BELƏ DAVAM ADARSA...
Bu gün, 12:08
Kürdəmirdə 12 erkən nikahın QARŞISI alındı - AÇIQLAMA
Bu gün, 12:04
Penitensiar Xidmətin “EUROSERVİSE” MMC ilə işbirliyi daha nələrə səbəb ola bilər - İLGİNC FAKTLAR
Bu gün, 11:59
“Azercell”in yeni qərarı bir daha sübut etdi ki, Azərbaycanda iqtisadi model normal deyil – Tahir Kərimli
Bu gün, 11:51
“Sherlock”da hesab üstündə dava - Xanım müştəri həbs edildi
Bu gün, 11:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru