Azərbaycanda kazinolar açılmalıdırmı? .....                     ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" .....                     Bakıda daha bir "təqaüd dələduzluğu" .....                     "Əminə hansı qərarı versə, mən və anası dəstəkləyəcəyik" .....                     Namiq Mənanın oğlu xəstəxanaya yerləşdirilib? .....                     Həcc kvotası niyə dolmadı? .....                     "Abzas Media" işi üzrə cəza istənilib: KİMƏ NƏ QƏDƏR... .....                     Məhkəmə sabiq bağça müdirinin iddialarını rədd etdi .....                     AZCON-un Marketinq və ictimaiyyətlə əlaqələr departamentinə rəhbər təyin edilib .....                     Bu bank rəsmi etibarnaməni də tanımır .....                     Azərbaycanda dollar almaq ÇƏTİNLƏŞİR .....                     Azərbaycan “İbrahim sazişləri”nə niyə dəvət olunur? .....                     Bakı ilə sülh danışıqları davam edir? .....                     “Şəki” restoranına görə bu qədər kompensasiya ödənilib .....                     Dilçilik İnstitutunun direktoru: "Vopşe", "tak çto", "znaçit" kimi sözlərin .....                     İran müdafiə naziri Ermənistana səfərə gedib .....                     16 yaşlı qızı öldürüb Kürə atdılar .....                     “Bakcell” süni intellekt təlimi təşkil edib .....                     400 milyon dollarlıq mübahisə: .....                     Putini NECƏ RAM ETMƏLİ... .....                     Azərbaycan 3 ayda 18 ölkədən 2,9 milyardlıq qızıl alıb .....                     1,5 milyardlıq ANLAŞMA .....                     Yüksək vəzifə verilən Fuad Xəlilov kimdir? .....                     Mərkəzi Bank sükutdadır: Neftin ucuzlaşması fonunda suallar artır .....                     "Avtomotoservis" ASC səhmdarlarına dividend ödəyəək .....                     Hüseynə qarşı yarım milyonluq iddia qaldırıldı .....                     Türkiyəli iş adamının Azərbaycandakı milyonluq tikinti şirkəti bağlanır .....                     Azərbaycandan Türkiyəyə dizel ixracı 16 dəfə artıb .....                     Bakıda 2 məktəbin direktoruna şiddətli töhmət verilib .....                     ARDNF kritik lisenziyaların müddətini uzadır .....                     Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək .....                     Marketlərdə 16 qəpiyə satılan yumurta Syerra-Leoneyə 11 qəpiyə ixrac olunub .....                     "Qızımın qeybətini gəlinimə edirəm" .....                     Belə gedərsə, Fuad Nağıyev DAHA BİR TÖHMƏTİ HAQQ EDƏCƏK... .....                     Rubio Avropanın nə istədiyinə aydınlıq gətirib .....                     Həmkarlar İttifaqının İşərişəhərdə təhlükəsizliyi pozan TƏŞKİLATI .....                     İrəvanda 2 saatlıq TELEFASİLƏ .....                     Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarını icra etməkdə təqsirləndirilən İqbal Əbilova hökm oxunub .....                     Beyləqanda ONA YAXIN MƏMUR İŞDƏN QOVULDU .....                     Makron Azərbaycanla düşmənçilikdən çəkilir? .....                 

Moskva Bakı ilə İrəvanın təmaslarını gərgin fazaya sürükləyir - GƏLİŞMƏ
Tarix: Bu gün, 08:22 | Çap et


“Bəzi mənbələrə görə, sülh müqaviləsinin mətnində Ermənistan ərazisində heç bir başqa dövlətin hərbi bazasının olmayacağı ilə bağlı ifadə var. Bu o deməkdir ki, dövlətlərarası müqavilə imzalanandan sonra Rusiya 102-ci hərbi bazasını Ermənistandan çıxarmalı olacaq”. Xəbər verildiyi kimi, belə bir iddia ilə Ermənistanın “Hraparak” nəşri çıxış edib.

“Saziş layihəsində belə bir müddəa Rusiya hakimiyyətinin ciddi narazılığına səbəb olub. Mayın 9-da Moskvada baş nazir Paşinyanın soyuq qarşılanması, həmçinin Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşün olmaması yəqin ki, bununla izah olunur. Halbuki Vladimir Putin həmin gün tədbirə qatılan əksər dövlət başçıları ilə ayrı-ayrılıqda görüşlər keçirmişdi”, - məlumatda bildirilib. Həmçinin xatırladılıb ki, Gümrüdəki baza 1995-ci ildə hökumətlərarası razılaşma əsasında formalaşıb, 2010-cu ildə Rusiya Prezidenti Dmitri Medvedyevin Ermənistana səfəri zamanı müqavilənin müddəti 2044-cü ilə qədər uzadılıb...

“Yeni Müsavat” xatırladır ki, razılaşdırılmış sülh sənədi layihəsində Azərbaycan və Ermənistan ərazilərində üçüncü dövlətin hərbi qüvvələrinin olmayacağı haqda qarşılıqlı öhdəlik yoxdur. Söhbət yalnız sərhəddən gedir. Məhz iki ölkə sərhədində üçüncü hərbi qüvvə yerləşə bilməz. Yəni sənəd layihəsinin Gümrü bazasına dəxli ola bilməz. O ayrı məsələ ki, İrəvan Bakı və Ankara ilə münasibətləri normallaşdırandan sonra həmin bazaya ehtiyac qalmaya bilər. Beynəlxalq hüquqa görə də heç kim nə Azərbaycana, nə də Ermənistana öz ərazisində başqa dövlətin hərbi bazasını yaratmağı qadağan edə bilməz. Özü-özünə qadağan eləməsə. Belə çıxır, biz sabah burada Türkiyənin hərbi bazasını yaratmaq istəsək, Ermənistandan icazə almalıyıq? Sənəddə belə şey ola bilməz. İstisna deyil ki, bu cür yazılarla Rusiyanı həm sülh sənədinə, həm də hazırda münasibətləri sərin olduğu Azərbaycan əleyhinə kökləmək istəyirlər. Ola bilsin arxasında da Rusiyaya bağlı radikal-revanşist dairələr dayanır.

Bu arada erməni ekspert Benjamin Poqosyan iddia edib ki, Ukraynada atəşkəsə nail olunarsa, Rusiya öz resurslarını Cənubi Qafqaza yönəldə və regionda öz mövqelərini möhkəmləndirmək üçün bir sıra hərbi-siyasi addımlar ata bilər. Onun fikrincə, böyük ehtimalla yaxın gələcəkdə Rusiya yenə Cənubi Qafqazda geosiyasi dinamikanın hərəkətverici qüvvəsi olaraq qalacaq: “Ukraynada potensial atəşkəs Moskvaya resursları Cənubi Qafqaza qaytarmağa və bununla da öz mövqeyini gücləndirməyə imkan verə bilər”.

“Ermənistan ərazisində yerləşən Rusiya hərbi bazasının çıxarılması məsələsi gündəmdə deyil”. Bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan məlumat verib.

Onun sözlərinə görə, Rusiya hərbi kontingentinin ölkədən çıxarılması ilə bağlı heç bir müzakirə aparılmır və bu məsələ rəsmi gündəmdə yoxdur.

Belədirmi? Bakı-Moskva münasibətlərində Ukrayna atəşkəsindən dolayı hansı fors-major vəziyyət yarana bilər?

Siyasi şərhçi Xəyal Bəşirov “Yeni Müsavat”a bildirib ki, üçtərəfli 10 noyabr sənədi imzalandıqdan sonra Ermənistan bütün məsələlərdə sülhə zərər vuran mövqe sərgiləyib: “İndi də fərqli mövzudan yapışıblar. Burada təkcə Ermənistan iqtidarının deyil, revanşist müxalifətin də rolu olmamış deyil. Paşinyan hökuməti heç də proseslərə nəzarət edə bilmir. Bunu orduda, kilsədə və s. istiqamətlərdə görmək olar. Sadəcə, revanşist müxalifət Paşinyan iqtidarı ilə Rusiyanın arasını vurmağa çalışır. Məqsəd odur ki, bu minvalla da hakimiyyətin dəyişməsinə nail olsunlar. Həmin radikal qüvvələrin marağı həm də Rusiya-Azərbaycan əlaqələrini korlamağa hesablanmış ola bilər. Yəni ikibaşlı hədəf görünür”.

Ekspertə görə, erməni iqtidarı bu cəhdlərə hələ ki susur: “İki ölkə razılaşıb ki, sərhəddə kənar qüvvələr olmasın. Yəni bu qərar xüsusən də Avropa Birliyinin mülki missiyasına aiddir. Ermənistan çalışdı ki, bu razılaşma yalnız delimitasiya edilmiş ərazilərə şamil olunsun. Ancaq rəsmi Bakı tələb etdi ki, bütün sərhədboyu üçüncü qüvvə çıxarılmalıdır. İndi isə Azərbaycanla Rusiya arasında həssas dövrü nəzərə alsaq, ermənilər bu soyuqluğun dərinləşməsi üçün bəzi spekulyasiyalara yol verir. Guya Azərbaycan öhdəlik qoyub ki, 102-ci baza çıxarılsın. Bu, Rusiyanı Azərbaycana qarşı qoymaq hiyləsidir. Halbuki Gümrüdə olan rus hərbi bazasının 2044-cü ilədək qalması haqda özləri müqavilə imzalayıblar, Azərbaycana aidiyyəti olmayan məsələdir. Hətta istisna etmirəm ki, rəsmi İrəvan özünün açıq deyə bilmədiyi bu tezisləri müxalifət və media vasitəsilə eşitdirir”.

Siyasi ekspert Züriyə Qarayeva isə Rusiya-Ermənistan münasibətlərində yeni bir istiləşmə müşahidə edildiyini deyib: “Paşinyan Moskva paradına getməklə Putinə bir addım atmış oldu. Eyni zamanda ticarət dövriyyəsində artım var. İnanmıram ki, hazırda rus bazasının bağlanması aktualdır. Paşinyan "öz ayağına sıxmaq" istəmir. Sadəcə, erməni mediası Rusiya ilə Ermənistan arasında əlaqələrin nisbətən istiləşdiyi bir vaxtda Bakı ilə Moskvanı üz-üzə qoymaq üçün körükləyici materiallar dərc edir. Kreml o qədər də aciz və avam deyil ki, bu hiylələrə aldansın".

Ekspertin fikrincə, Azərbaycan-Rusiya münasibətlərinin spesifik xarakteri var: “İki ölkə rəhbərləri arasında etimad yüksək səviyyədədir. Son zamanlar yaranmış soyuqluğun səbəbləri də məlumdur. Azərbaycan haqlı tələblər səsləndirir. Lakin o demək sayılmır ki, Ermənistanın hiyləgər gedişləri bu münasibətlərə təsir edə bilər. Ona görə də sülh mətnini təhrif ediblər. Söhbət üçüncü qüvvənin sərhədimizdə yerləşdirilməməsindən gedir. Ermənistan İran, Gürcüstan, yaxud Türkiyə ilə sərhədində hansı ölkənin bazasını istəsə yerləşdirə bilər”.

Onu da deyək ki, 102-ci bazanın Ermənistandan çıxarılacağı haqda iddialar yeni deyil. Hətta Kreml Ermənistanın Gümrüdəki Rusiya hərbi bazası ilə bağlı müqavilənin tezliklə ləğvi ilə bağlı yayılan məlumatları şərh də edib. Məsələn, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu barədə heç bir mənfi siqnalın olmadığını söyləyib. Bir müddət əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanda Rusiya hərbi bazasının olmasının məqsədəuyğunluğu ilə bağlı müzakirələri “zərərli” adlandırmışdı. Onun müavini Mixail Qaluzin isə “Rusiyanın Ermənistandakı hərbi mövcudluğunu müzakirə etmək yersiz və zərərlidir”, - deyib. Qaluzin xatırladıb ki, onun yerləşdirilməsi haqqında saziş 1995-ci il martın 16-da hər iki dövlətin milli maraqlarına əsaslanaraq bağlanıb: “Bu sənədin 26-cı maddəsinə əsasən, hərbi qulluqçularımızın qalma müddəti 49 ildir”.

Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazası 1995-ci ildə yaradılıb və bu günə qədər fəaliyyət göstərir. Baza Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının tərkibindəki Cənub Hərbi Dairəsinə tabedir. Təxminən 5 min nəfərə yaxın şəxsi heyətə malikdir. Ermənistanın İrəvan və Gümrü şəhərlərində (İrəvandan 126 km şimalda) dislokasiya olunur.

102-ci hərbi baza və ya 04436 saylı hərbi hissə Rusiyanın Ermənistanla münasibətlərində mühüm əhəmiyyət daşıyır və Moskvanın xaricdəki azsaylı hərbi bazalarından biridir. Bu günə qədər baza faktiki olaraq, əsrlər boyu olduğu kimi, Ermənistanın Moskvanın diktəsilə idarə olunmasına şərait yaradan vacib element rolunu ifa edir.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda kazinolar açılmalıdırmı? - Görünəni odur ki...
Bu gün, 17:19
ŞƏMKİRDƏ VERGİ ƏMƏKDAŞLARI İLƏ SAHİBKARLARIN "İŞBİRLİYİ" - Çox sayda müəssisə vergidən necə yayınır...
Bu gün, 17:15
Bakıda daha bir "təqaüd dələduzluğu" - TƏFƏRRÜAT
Bu gün, 17:11
"Əminə hansı qərarı versə, mən və anası dəstəkləyəcəyik"
Bu gün, 17:07
Namiq Mənanın oğlu xəstəxanaya yerləşdirilib? - AÇIQLAMA
Bu gün, 17:05
Həcc kvotası niyə dolmadı? - Deputat səbəbləri AÇIQLADI
Bu gün, 17:00
"Abzas Media" işi üzrə cəza istənilib: KİMƏ NƏ QƏDƏR... - DETALLAR
Bu gün, 16:54
Məhkəmə sabiq bağça müdirinin iddialarını rədd etdi - TƏFƏRRÜAT
Bu gün, 16:52
AZCON-un Marketinq və ictimaiyyətlə əlaqələr departamentinə rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:51
Bu bank rəsmi etibarnaməni də tanımır - BU NƏDİ BELƏ?..
Bu gün, 16:44
Azərbaycanda dollar almaq ÇƏTİNLƏŞİR - NƏ ETMƏLİ?
Bu gün, 16:39
Azərbaycan “İbrahim sazişləri”nə niyə dəvət olunur? - AKTUAL
Bu gün, 16:36
Bakı ilə sülh danışıqları davam edir? - Vardanyan suala elə cavab verdi ki...
Bu gün, 16:34
“Şəki” restoranına görə bu qədər kompensasiya ödənilib - VİDEO
Bu gün, 16:27
Dilçilik İnstitutunun direktoru: "Vopşe", "tak çto", "znaçit" kimi sözlərin lüğətə əlavə edilməsi mümkünsüzdür
Bu gün, 16:25
İran müdafiə naziri Ermənistana səfərə gedib - KİV
Bu gün, 16:23
16 yaşlı qızı öldürüb Kürə atdılar - 21 yaşlı sevgilisi saxlanıldı
Bu gün, 16:22
“Bakcell” süni intellekt təlimi təşkil edib
Bu gün, 15:19
400 milyon dollarlıq mübahisə: - Tramp “hədiyyə” dedi, təyyarə satışda çıxdı
Bu gün, 15:17
Putini NECƏ RAM ETMƏLİ... - AKTUAL
Bu gün, 15:07
Azərbaycan 3 ayda 18 ölkədən 2,9 milyardlıq qızıl alıb - SİYAHI
Bu gün, 15:01
1,5 milyardlıq ANLAŞMA - Ermənistana silah axını DAVAM EDİR
Bu gün, 14:56
Yüksək vəzifə verilən Fuad Xəlilov kimdir? - DOSYE
Bu gün, 14:53
Mərkəzi Bank sükutdadır: Neftin ucuzlaşması fonunda suallar artır - PROQNOZ
Bu gün, 14:47
"Avtomotoservis" ASC səhmdarlarına dividend ödəyəək
Bu gün, 14:47
Hüseynə qarşı yarım milyonluq iddia qaldırıldı
Bu gün, 13:06
Türkiyəli iş adamının Azərbaycandakı milyonluq tikinti şirkəti bağlanır
Bu gün, 13:02
Azərbaycandan Türkiyəyə dizel ixracı 16 dəfə artıb – Bir litri 57 qəpiyə
Bu gün, 13:00
Bakıda 2 məktəbin direktoruna şiddətli töhmət verilib - FOTO
Bu gün, 12:57
ARDNF kritik lisenziyaların müddətini uzadır – 69 MİN MANATLIQ TENDER
Bu gün, 12:54
Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək - belə deyirlər...
Bu gün, 12:48
Marketlərdə 16 qəpiyə satılan yumurta Syerra-Leoneyə 11 qəpiyə ixrac olunub - BU NƏDİ BELƏ?..
Bu gün, 12:42
"Qızımın qeybətini gəlinimə edirəm"
Bu gün, 12:38
Belə gedərsə, Fuad Nağıyev DAHA BİR TÖHMƏTİ HAQQ EDƏCƏK... - O boyda həngamədən xəbəri yoxdurmu?
Bu gün, 12:31
Rubio Avropanın nə istədiyinə aydınlıq gətirib
Bu gün, 12:25
Həmkarlar İttifaqının İşərişəhərdə təhlükəsizliyi pozan TƏŞKİLATI - NARAZILIQ VAR...
Bu gün, 12:20
İrəvanda 2 saatlıq TELEFASİLƏ
Bu gün, 12:14
Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarını icra etməkdə təqsirləndirilən İqbal Əbilova hökm oxunub
Bu gün, 12:06
Beyləqanda ONA YAXIN MƏMUR İŞDƏN QOVULDU - ADLAR
Bu gün, 12:01
Makron Azərbaycanla düşmənçilikdən çəkilir? - səfir Şuşaya getməyincə...
Bu gün, 11:53
Burda müştəriləri məmnun edəcək HEÇ NƏ YOXDUR... - GİLEY
Bu gün, 11:48
“Bu, erməni xəstəliyidir - harada yaşayırlar, özlərinə saxta tarix düzəldirlər” - deputat
Bu gün, 11:35
Dünya siyasətində Bakı ayı: çəki və güc necə artır? - AKTUAL
Bu gün, 11:24
“Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb” - “RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU…”
Bu gün, 11:22
Aysun yenidən AİLƏ QURACAQ?
Bu gün, 11:16
Daha bir məktəb direktoru işdən çıxarıldı - ƏMR
Bu gün, 11:13
Türkiyə və Azərbaycana qarşı daha bir `İNDEYSKİ` BOYKOT qərarı... - KİV
Bu gün, 11:10
122 min manat vergi borcu olan şirkət kimindir?
Bu gün, 11:08
Vəzifəli şəxsi öldürənə CƏZA KƏSİLDİ - TƏFƏRRÜAT
Bu gün, 11:06
İnsan alveri sosial şəbəkələrdə yeni üz alır: - Müdaxilə edilməsə...
Bu gün, 10:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru