Sabiq nazir müavininə yeni vəzifə verildi .....                     Hörmüz boğazı TUTULAN dünya üçün AZƏRBAYCAN NÜMUNƏSİ... .....                     "O vaxt deyirdilər ki, Nadir Bayramlı bir maşının qiymətinə klip çəkdirib" .....                     Gömrük Komitəsinin sabiq əməkdaşına hökm oxundu .....                     “Falcon Finance” BOKT zərərdə .....                     Səhiyyə nazirliyinin `doktor` Gülüsü GÜL VURUR... .....                     Kreml Rusiyada internetin nə vaxt tam bərpa olunacağını açıqlayıb .....                     Xəzər rayonunda məktəbdə qalmaqal .....                     Kamal Kılıçdaroğlu həbs edildi .....                     “Vado müəllim hazırda iş başındadır” .....                     Paşinyanın rəqibi 1 milyard dollara yaxın pul qazandı .....                     Bank VTB (Azərbaycan) ASC-də YENİ TƏYİNATLAR .....                     Namizəd Səfərovun həbs müddəti uzadılıb .....                     Paşinyan Lenini görüb təəccübləndi: “Unikal yerdir!” .....                     “ZaminƏmlak”ın beynəlxalq axtarışla tutulan bölmə rəisinə .....                     Oskanyan yenə iddialı danışdı .....                     Vado Korovin vəzifəsindən azad edildi .....                     Paşinyan Fransanın nazir-nümayəndəsi ilə Cənubi Qafqazda sülhü müzakirə edib .....                     Ən çox bahalanan məhsullar açıqlandı .....                     "Hizbullah"ın erməni komandiri məhv edildi .....                     Jurnalistin sualı Simonyanı qəzəbləndirdi, brifinqi yarımçıq dayandırdı .....                     Bank VTB (Azərbaycan) ASC-də yeni təyinatlar .....                     "Talassemiya işi" üzrə təqsirləndirilən şəxslərlə bağlı .....                     Qoca Səmədovun oğlu azadlığa buraxıldı .....                     Mehriban Xanlarova indi nə işlə məşğuldur? .....                     Müğənni sevgilisi tərəfindən döyüldü: Xəstəxanaya yerləşdirildi .....                     Erməni biznesmenlər Rusiyanın sanksiyalarından qorxur .....                     Şirkətlər “AccessBank”dakı vəsaitlərini geri çəkib .....                     13 Reabilitasiya Mərkəzi Sosial Xidmətlər Agentliyinin tabeliyinə keçir .....                     Xərclərimizin yarıdan çoxunu yeyib-içməyə sərf edirik .....                     Yeni Klinikada Böyük qalmaqal: Bölmə müdiri məcburi işdən çıxarıldı .....                     Azərbaycan və Ermənistan parlament sədrlərinin İstanbulda görüşü planlaşdırılır .....                     ANAMA əməkdaşı Füzulidə minaya düşərək həlak olub .....                     ÜDM-in azalması əhalinin gəlir və dolanışığına mənfi təsir edir .....                     İnsanlar “ExpressBank”dakı əmanətlərini geri götürüb .....                     Kəlbəcər Dağ Turizm Mərkəzi yaradılır .....                     Azərbaycan iqtisadiyyatı 2035-ci ilə qədər 150 milyard dollara qədər arta bilər .....                     15 gün dənizdə işləyən neftçiyə bu nə münasibətdir... .....                     “Ermənistana getmərəm, çünki...” .....                     Rusiya adı ilə Azərbaycan yağları: Alıcılarımız saxta məhsullarla ALDADILIR .....                 

Qafqazın kralı: Azərbaycan regional gücə çevrilir - İsrail mediasında sensasion yazı
Tarix: 20-04-2025, 11:39 | Çap et
Qafqazın kralı: Azərbaycan regional gücə çevrilir
İsrailin nüfuzlu “Maariv” nəşrində dərc olunan geniş təhlildə Azərbaycanın bölgədə artan nüfuzu, strateji mövqeyi və həm İsrail, həm də Türkiyə ilə qurduğu çoxvektorlu münasibətlər xüsusi vurğulanır.

Musavat.com xəbər verir ki, yazının müəllifi, siyasi təhlilçi Dr. Anat Xoxberq-Marom maraqlı məqamlardan yazıb. O, qeyd edir ki, Azərbaycan Cənubi Qafqazda öz gücünü yalnız enerji ixracatçısı olaraq deyil, həm də diplomatik, hərbi və strateji tərəfdaş kimi təsdiqləməkdədir.

Azərbaycan – İsrail və Türkiyə arasında vasitəçi
Məqalədə bildirilir ki, İranla həssas münasibətləri fonunda Azərbaycan dost ölkələr – İsrail və Türkiyə arasında vasitəçi qismində çıxış edir. Bu isə Bakıya həm siyasi dividendlər qazandırır, həm də bölgədə yeni diplomatik imkanlar yaradır.

Azərbaycan Prezidenti İlham Əliyev son çıxışında qeyd edib ki, Türkiyə ilə İsrail arasında Suriyaya dair gərginliklər regional sabitliyə və Azərbaycanın maraqlarına zərbə vurur. Prezidentin fikrincə, Azərbaycan bu iki ölkə arasında əvvəlki – 2022-ci il barışıq prosesində olduğu kimi, bu dəfə də normallaşma səylərinə töhfə verməyə hazırdır.

Hazırkı danışıqlar, Suriyadakı hadisələr və bölgədəki gərginlik fonunda baş tutur. Türkiyənin Suriya daxilindəki hərbi mövcudluğunu gücləndirməsi və hava hücumundan müdafiə sistemlərini bərpa etməsi İsrail tərəfindən təhlükə kimi qəbul olunur. Bu səbəbdən Bakı tərəfindən aparılan vasitəçilik cəhdləri olduqca əhəmiyyətlidir.

BMT-dən Vaşinqtona qədər uzanan dəstək
Yazıda qeyd olunur ki, bu proseslərdə ABŞ prezidenti Donald Tramp administrasiyası da tərəflər arasında dialoq mexanizmlərinin qurulmasını və gərginliyin artmasının qarşısının alınmasını dəstəkləyir. Əgər bu səylər uğurlu alınarsa, Bakı, Ankara və Qüds üçbucağında təhlükəsizlik və sabitlik bərqərar ola bilər. Azərbaycan həmçinin bu yolla öz beynəlxalq mövqelərini gücləndirə, Avrasiya və Cənubi Qafqazda strateji gücə çevrilə bilər.

“Real siyasət” və balanslaşdırılmış mövqe
Azərbaycan Türkiyə ilə dərin tarixi və mədəni bağlara malikdir (iki ölkə arasındakı ticarət dövriyyəsi 2024-cü ildə 6,13 milyard dollara çatıb). Bununla yanaşı, Bakı İsrailə qarşı da loyal və strateji yanaşma nümayiş etdirir – hər iki ölkə ilə eyni vaxtda sıx əməkdaşlıq qurub. Azərbaycanın İsrailə ixracı 2021-ci ildə 898 milyon dollara çatıb ki, bu da ərəb ölkələrinə ümumi ixracdan çoxdur (801,6 milyon dollar).

SOCAR-ın İsrailin Tamar qaz yatağında 10% paya sahib olması, Azərbaycanın Aralıq dənizi enerji bazarında da təsirini artırmaq niyyətində olduğunu göstərir.

Yazıda qeyd olunur ki, Bakı İsraili həm neftlə təmin edir, həm də müdafiə sənayesində əsas müştərilərindən biridir. 2018-2022-ci illər arasında İsrailin hərbi ixracının 9%-i Azərbaycana yönəlib. Azərbaycan İsraildən pilotsuz uçuş aparatları, radar sistemləri və rabitə texnologiyaları alır.

İranla münasibətlər – gərgin, lakin praqmatik
Yazıda Azərbaycanın İranla münasibətlərinin mürəkkəbliyi də əhatə olunur. 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 580 milyon dollar olsa da, münasibətlər gərgin olaraq qalır. Bunun əsas səbəbləri sırasında İranın Ermənistanı dəstəkləməsi və İsrailə qarşı düşmən siyasətinin davam etməsi göstərilir. Bu ilin əvvəlində Azərbaycan ərazisindəki yəhudi icmasının liderinə qarşı İran tərəfindən hazırlanmış sui-qəsdin qarşısının alınması da bu fonu daha da kəskinləşdirib.

Azərbaycanın strateji kursu
“Maariv” yazır ki, Bakı qarşısında duran təzyiqlərə və qarşılıqlı maraqlara baxmayaraq, məharətlə tarazlaşdırılmış siyasət yeridir. Azərbaycan nə Türkiyə ilə İsrail arasında köklü problemləri tam həll edə, nə də İsrail-Fələstin münaqişəsinə son qoya bilər. Amma bu gərginliklərdən mövqeyini gücləndirmək, ticarət əlaqələrini genişləndirmək və iqtisadiyyatını şaxələndirmək üçün maksimum istifadə edə bilər.

Azərbaycan bir tərəfdən Türkiyə ilə enerji əlaqələrini dərinləşdirməyə, digər tərəfdən İsraildən texnoloji və hərbi dəstək almağa çalışır. Eyni zamanda, ABŞ ilə strateji əməkdaşlığı möhkəmləndirməyə və “Əbrahim sazişləri”nə qoşulmağa can atır.

Musavat.com-a görə, “Maariv” qəzetinin gəldiyi nəticə belədir: Azərbaycan artıq sadəcə neft və qaz ixracatçısı deyil. Qafqazın kralı kimi, Bakı öz diplomatik çevikliyi, güclü iqtisadi dayaqları və balanslaşdırılmış siyasəti ilə Avrasiya və Yaxın Şərqdə söz sahibi olan əsas aktora çevrilmək yolundadır.

Qeyd: bu məqalə İsrailin “Maariv” qəzetində dərc olunmuş Dr. Anat Xoxberq-Maromun müəllifi olduğu yazının Azərbaycan dilinə uyğunlaşdırılmış geniş tərcüməsidir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sabiq nazir müavininə yeni vəzifə verildi - ƏMR
Bu gün, 15:32
Hörmüz boğazı TUTULAN dünya üçün AZƏRBAYCAN NÜMUNƏSİ... - AKTUAL
Bu gün, 15:22
"O vaxt deyirdilər ki, Nadir Bayramlı bir maşının qiymətinə klip çəkdirib"
Bu gün, 15:17
Gömrük Komitəsinin sabiq əməkdaşına hökm oxundu
Bu gün, 15:06
“Falcon Finance” BOKT zərərdə - TƏFƏRRÜAT
Bu gün, 15:02
Səhiyyə nazirliyinin `doktor` Gülüsü GÜL VURUR... - FOTO, VİDEO
Bu gün, 14:57
Kreml Rusiyada internetin nə vaxt tam bərpa olunacağını açıqlayıb
Bu gün, 14:51
Xəzər rayonunda məktəbdə qalmaqal - İTTİHAM VAR...
Bu gün, 14:48
Kamal Kılıçdaroğlu həbs edildi
Bu gün, 14:39
“Vado müəllim hazırda iş başındadır” – “Space”də NƏ BAŞ VERİR?
Bu gün, 14:37
Paşinyanın rəqibi 1 milyard dollara yaxın pul qazandı
Bu gün, 14:34
Bank VTB (Azərbaycan) ASC-də YENİ TƏYİNATLAR - BUNDAN SONRA...
Bu gün, 14:32
Namizəd Səfərovun həbs müddəti uzadılıb
Bu gün, 14:29
Paşinyan Lenini görüb təəccübləndi: “Unikal yerdir!” - VİDEO
Bu gün, 14:21
“ZaminƏmlak”ın beynəlxalq axtarışla tutulan bölmə rəisinə - Hökm oxundu
Bu gün, 14:18
Oskanyan yenə iddialı danışdı
Bu gün, 14:15
Vado Korovin vəzifəsindən azad edildi - Onun yerinə isə...
Bu gün, 14:12
Paşinyan Fransanın nazir-nümayəndəsi ilə Cənubi Qafqazda sülhü müzakirə edib - KİV
Bu gün, 14:10
Ən çox bahalanan məhsullar açıqlandı - SİYAHI
Bu gün, 13:04
"Hizbullah"ın erməni komandiri məhv edildi
Bu gün, 13:01
Jurnalistin sualı Simonyanı qəzəbləndirdi, brifinqi yarımçıq dayandırdı
Bu gün, 12:58
Bank VTB (Azərbaycan) ASC-də yeni təyinatlar - TƏFƏRRÜAT
Bu gün, 12:56
"Talassemiya işi" üzrə təqsirləndirilən şəxslərlə bağlı kassasiya şikayəti təmin olunmayıb
Bu gün, 12:47
Qoca Səmədovun oğlu azadlığa buraxıldı - QƏRAR
Bu gün, 12:45
Mehriban Xanlarova indi nə işlə məşğuldur?
Bu gün, 12:43
Müğənni sevgilisi tərəfindən döyüldü: Xəstəxanaya yerləşdirildi – VİDEO
Bu gün, 12:34
Erməni biznesmenlər Rusiyanın sanksiyalarından qorxur - "Hraparak"
Bu gün, 12:31
Şirkətlər “AccessBank”dakı vəsaitlərini geri çəkib
Bu gün, 12:22
13 Reabilitasiya Mərkəzi Sosial Xidmətlər Agentliyinin tabeliyinə keçir - DETALLAR
Bu gün, 12:20
Xərclərimizin yarıdan çoxunu yeyib-içməyə sərf edirik – Rəsmi
Bu gün, 12:18
Yeni Klinikada Böyük qalmaqal: Bölmə müdiri məcburi işdən çıxarıldı – Vüqar Qurbanov “boynundan atıb”
Bu gün, 12:17
Azərbaycan və Ermənistan parlament sədrlərinin İstanbulda görüşü planlaşdırılır
Bu gün, 12:06
ANAMA əməkdaşı Füzulidə minaya düşərək həlak olub
Bu gün, 12:05
ÜDM-in azalması əhalinin gəlir və dolanışığına mənfi təsir edir - İqtisadçı
Bu gün, 12:02
İnsanlar “ExpressBank”dakı əmanətlərini geri götürüb
Bu gün, 11:59
Kəlbəcər Dağ Turizm Mərkəzi yaradılır – İspaniya şirkəti ilə 247 min manatlıq müqavilə
Bu gün, 11:58
Azərbaycan iqtisadiyyatı 2035-ci ilə qədər 150 milyard dollara qədər arta bilər - “OliverWyman"
Bu gün, 11:53
15 gün dənizdə işləyən neftçiyə bu nə münasibətdir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51
“Ermənistana getmərəm, çünki...” – Aqil Abbasdan ermənilərin Bakıya gəlişinə REAKSİYA
Bu gün, 11:33
Rusiya adı ilə Azərbaycan yağları: Alıcılarımız saxta məhsullarla ALDADILIR - ARAŞDIRMA
Bu gün, 11:28
Uqandalı general "ağıllandı" - Türkiyədən ən gözəl qadını tələb etmişdi
Bu gün, 11:25
Azərbaycan "su cinayəti"nin içində - Zaur Mikayılovla Fuad Quliyevin şok əməlləri
Bu gün, 11:19
“Türkiyəni hədəf seçmək kiminsə öz ölümünə imza atması kimi bir şeydir” - deputat
Bu gün, 11:10
İran neft gəlirlərini sənayenin bərpasına yönəldəcək - Mohsen Paknejad
Bu gün, 11:07
Gədəbəy İcra və probasiya şöbəsinin rəisi və sabiq icra məmuru dələduzluqda ittiham olunur - TƏFƏRRÜAT
Bu gün, 11:06
Şərur sakini dərdini danışdı deyə... BAŞINA OYUN AÇIRLAR... - VİDEO
Bu gün, 11:06
Kəmaləddin Heydərov qalmaqallı “Qurtuluş-93” rəhbərinin otelini bağladı - BUNA GÖRƏ...
Bu gün, 11:02
Ən zəngin 4 azərbaycanlı... - ADLAR
Bu gün, 10:56
"Wizz Ai"r İsrailə uçuşları yenidən dayandırır
Bu gün, 10:53
Hacıbala Abutalıbov və 3 sabiq başçı məsuliyyətə cəlb edilir? – MÜHÜM GƏLİŞMƏ
Bu gün, 10:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru