Ölümdən sonrakı həyat: mənim ala bilmədiyim pensiyamı ailəm niyə almasın? .....                     “Salyan-Aqrotexservis” ASC səhmdarlarının toplantısı keçiriləcək .....                     "Zəngəzuru" "qırmızı xətt"i hesab edən İran... .....                     2 həftə ərzində növbəti Rusiya-ABŞ görüşü olacaq .....                     Paşinyan bu əməlinə görə də cavab verəcək .....                     Aİ Ukraynaya 20 milyard dollar həcmində hərbi yardıma hazırlaşır .....                     "`Expressbank` niyə müştəriyə kömək etmək istəmir?" .....                     "Allahsız o deyil e, onu ora soxuşdurandır!" .....                     Zelenski 9 trilyon dolları ABŞ-a HƏDİYYƏ EDƏCƏK? .....                     Qarabağ Universitetində “əlavə işlər” üçün 330 minlik müqavilə .....                     ABŞ-la Rusiya arasında növbəti görüş nə vaxt olacaq? .....                     Minaya düşən veteranın ayağı amputasiya edilib .....                     İrandan daha bir TƏHLÜKƏ .....                     Samuxda oğul 84 yaşlı atasına balta ilə xəsarət yetirib .....                     47 nəfər in qollarına qandal vuruldu .....                     Qobustanda keçirilən əməliyyatda xeyli silah-sursat tapılıb .....                     "Kənddən gəlib bazardan tərəvəz alarlar?" .....                     Zəngəzur dəhlizi ilə bağlı İrəvana MESAJ: .....                     ƏƏSMN Zərdabda 79 minə 30 ev tikmək istədi: .....                     "Bizdən Yaşar Nurinin evinə su damırdı, gecə qapı döyüldü, əlində konyak gəldi" .....                     "İmişli-Avtotexservis" ASC-nin səhmdarları toplanır .....                     Qafqaza böyük dönüş başlayır: Tiflis və İrəvana çətin olacaq... .....                     Pentaqon kütləvi ixtisarlara hazırlaşır .....                     BU NƏDİ BELƏ: «Poz qazan!», vur dolsun qazan! .....                     Kərə yağının qiyməti “əl yandırır”: kilosu 34 manata... .....                     Təbiətimizə qənim kəsilən ərəb oliqarx tək deyilmiş: Yanında DUBAY ŞEYXLƏRİ DƏ VAR... .....                     Lavrovun istəyi: Rusiya Qafqaza bu cür qayıdır .....                     İrəvan uzunmüddətli sülhə gətirəcək müqavilə imzalamaq istəyir, yoxsa... .....                     Sülhün olmaması təhlükəli proseslərə zəmin yaradır .....                     Qəzzada İsrail və HƏMAS arasında sonuncu məhbus mübadiləsi... .....                     İndi bu Cəbrayılov kimin adamı oldu belə?.. .....                     Bu maddələrin yalnız birində... .....                     “7 oğuldan biri” çıxdı: neçə icra başçısı həbsdə qalıb? .....                     Turizm Agentliyi elə bir oyun qurub ki... .....                     Dövlətə borcu olana dövlət ortaqlıq edir .....                     “907-ci düzəliş” ləğv edilir, sonra..." .....                     Xocalıdakı mina partlayışından ALACAĞIMIZ DƏRS .....                     Sülh üçün Konstitusiya dəyişməlidir, amma... .....                     Fransanın Güney Qafqazla bağlı əsas planı belədir... .....                     Cənubi Qafqazın “unudulması” problem yaradır, yoxsa fürsət? .....                 

Türkcə şeir söylədiyi üçün İran prezidentinə sərt xəbərdarlıq edilib - Bir “salam”ın qorxusu
Tarix: Bu gün, 06:08 | Çap et
 Türkcə şeir söylədiyi üçün İran prezidentinə sərt xəbərdarlıq edilib
Fevralın21-də Beynəlxalq Ana dili günüdür. Bu gün kimin üçün bayram, kimlər üçünsə hələ də bayrama çevrilə bilməyən təqvimdir.
Ana dili ilə bağlı ayrıca bir gün 1999-cu ilin noyabrında UNESCO-nun baş konfransının 30-cu sessiyasında təsis edilib. 2000-ci il fevralın 21-dən dünyada dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq məqsədi ilə qeyd olunur.
Beynəlxalq Ana dili günü 25 ildir dünyanın müxtəlif ölkələrində keçirilir.
1952-ci il fevralın 21-də Banqladeşdə ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbə öldürülüb. Həmin gün onların şərəfinə elan edilib.
Dilin insan həyatında oynadığı əvəzedilməz rolunu demək əbəsdir. Bu, həm də bir etnosun varlığının, mövcudluğunun başlıca şərtidir. Bir etnik qrup milli dövləti
olmadan yaşaya, mövcud ola, dilini qoruya bilər. Ancaq bir etnosun milli dili olmazsa, o, məhv olar.
Dünya dillərinin yarısı yox olmaq təhlükəsi ilə üz-üzədir. Hazırda dünyada 7000-ə yaxın dil və dialekt var. Hər il dünyada doqquz dil yox olur. Bəziləri son danışanları ilə qalıb. Minlərlə başqaları isə istifadə edilməmək təhlükəsi altındadır. Dünya dillərinin yarısı yox olmaq təhlükəsi ilə üz-üzədir.
UNESCO Yer kürəsində dillərin yarısının əsrin sonunadək yox olacağını proqnozlaşdırır.
Dominant dillər tərəfindən sıxışdırılan dillər özünü qorumaq uğrunda sakit mübarizə aparır.
İranda Azərbaycan türkcəsi yüz ildir mövcudluğu uğrunda mübarizə aparır. Pəhləvilərin hakimiyyətə gətirilməsi ilə panfarsizm və paniranizm hakim ideologiya elan olundu. Bununla da İranda fars olmayanların, ik növbədə Azərbaycan türklərinin assimilyasiyası başladı. Türkcə danışmaq qadağan olundu, bu dildə danışığa görə cərimələr tətbiq edildi. Azərbaycan dilində kitablar yandırıldı. Uşaq bağçalarında farscanın öyrənilməsi məcburi oldu. Radio və televiziya kanallarında təmiz türkcə danışmaq qadağan edildi. Yalnız felləri Azərbaycan türkcəsində olan qondarma dil yaradıldı. Şimalda, keçmiş Azərbaycan SSR-dəki akademik dildə yazanlar, oxuyanlar, danışanlar “şurəvi casusu”, “kommunist” adlandırıldı, cəzalanırdı.

1979-cu il inqilabında türklərin rolu əvəzsiz və həlledici olub. Bununla belə, bu inqilab da ədalətli hakimiyyət qura bilmədi. Məhəmmədrza şah Pəhləvini əvəzləyən indiki hakimiyyət də islam pərdəsi, ümmətçilik “hicabı” altında panfarsçılıq və
şovinist farsçılıq siyasi ideolojisini davam etdirir. Bu baxımdan, indiki İslam Respublikası pəhləvilərin səltənətindən yalnız uniforması ilə fərqlənir.
Ana dilinin qorunması və inkişaf etdirilməsindən söz düşəndə gözlər önünə ilk növbədə məktəblər gəlir. Çünki bu təhsil ocağı yeni nəsli maarifləndirməklə yanaşı, həm də onlara dil öyrədir.
İranda 169 min məktəb yaşlı vətəndaş təhsil almır. Bunu İranın ibtidai təhsil nazirinin
müavini Rizvan Hakimzadə bildirib. Onun sözlərinə görə, bu tədris ilində 9 milyon 220 min 160 şagird ibtidai sinifdə oxuyur: “168 min 881 uşaq isə ibtidai sinfə getmir”.
İranın fars olmayan əyalətlərində məktəblərin vəziyyəti acınacaqlıdır. Yaxud məktəb binası dağılmış haldadır.
Bundan başqa, ölkə üzrə təhsil ancaq farscadır. Azərbaycan türkcəsində bir sinif belə yoxdur.
Tehran hakimiyyətinə Azərbaycan dilində məktəblərin açılması bu barədə dəfələrlə müraciət edilib. Ancaq hakimiyyət və hökumətlər bununla bağlı vəd versələr də,
sözlərini tutmayıblar.
“Armenpress”in məlumatına görə, İslam Respublikasında 2010-cu ilin məlumatına əsasən, 50-60 min erməni yaşayır. Ermənistanın təhsil müəssisələri hər il İrandakı erməni dilli məktəblərə bu dildə tədris kitabları göndərir. Bundan başqa, hər il İrandan 10-15 müəllim Ermənistanda erməni dili üzrə təkmilləşdirmə kursu keçir. İslam Respublikasında ermənicə təhsil verən 29 məktəb fəaliyyət göstərir.
***

Bu günlərdə İran Prezidenti Məsud Pezeşkian türkcə şeir dediyi üçün diskriminasiyaya məruz qalıb. O, Tehranda “Azərbaycan mədəniyyəti həftəsi”ndə çıxışı zamanı Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasından iki beyt deyib. Bu zaman ona “İranda dövlət dili farscadır” xəbərdarlığı
edilib. O da “problem deyil” deyib, çıxışını fars dilində davam etdirib.

Tədbirdən bir gün sonra ayətullah Seyid Əli Xamenei 22 Bəhmən hərəkatının 46-cı illiyi ilə bağlı Təbrizə səfər edib. Belə bir gündə Azərbaycanda hökumət başçısına türk dilində danışmaq qadağan edildi.

Belə şəraitdə Məsud Pezeşkianın düşdüyü vəziyyəti Əli bəy Hüsenyzadənin “Hali vətən” şeiri belə şərh edir:

“...Ucundadır dilimin

həqiqətin böyüyü;

Nə qoydular deyəyim,

Nə kəsdilər dilimi!...”.

Xamənei, Pezeşkian başda olmaqla milyonlarla türkün fars şoviniziminin əsiri, girovu olduğu bir daha təsdiqlənir.

Məsud Pezeşkiana qarşı İran Ana Yasasının 15-ci maddəsindən istifadə etmək qadağan edildi. Ona "Türkcə danışma" əmri verildi. Bu, şovinizmdir. Tehran hakimiyyəti Pezeşkianın səsini kəsməklə İslam Respublikası Ana Yasasının 15 və 19-cu maddələrini pozub. İran hakimiyyəti çətinə düşəndə Azərbaycan türkləri yada düşür. Prezident seçkisində türklər Tehranın yadından çıxmırdı. Onda küçələrdə belə "Azərbaycan" mahnısının oxunmasına icazə verilirdi. Odur ki, heç nə dəyişmədi. İranın yiyəsi fars şovinistləridir. Bütün sahələr üzrə İranın mütərəqqi inkişafının qarşısını da onlar alır. Bu mürtəce düşüncəlilər kin, nifrət yaydıqları üçün insanlığın düşmənidir...

Məhəmmədhüseyn Şəhriyar deyirdi:

"...Heydərbaba, göylər bütün dumandı,

Günlərimiz bir-birindən yamandı.

Bir-birizdən ayrılmayın, amandı!

Yaxşılığı əlimizdən alıblar,

Yaxşı bizi yaman günə salıblar"...

Beynəlxalq Ana dili günüdən bir həftə öncə baş vermiş bu hadisə İranda türklərin təbii dil haqqının tapdanmasını ən yüksək səviyyədə belə göstərib.

P.S. 1990-cı yanvarın 20-də sovet qoşunları Bakıda qırğın törətdikdən sonra SSRİ Ali Sovetinin sessiyasında o vaxtkı SSR xalq deputatı Anar Rzayev sədr Mixail Qorbaçovdan hadisənin bir dəqiqəlik sükutla yad edilməsini istəmişdi. Onda sovet lideri Anarın təklifini qəbul etməmiş, sonra sözünü kəsmişdi. Hörmətli yazıçımız yanvar qırğınından sonra belə bəlkə də sadəlövhcəsinə kommunist rejiminin ədalətli ola biləcəyinə inanırdı. Bu baxımdan, Tehranla Moskvanın nə onda, nə də indi heç bir fərqi yoxdur. Biri ölkəni velikorus şovinizmi, o biri isə panfarsizmlə idarə edir.

Sədrəddin Soltan - pressklub.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ölümdən sonrakı həyat: mənim ala bilmədiyim pensiyamı ailəm niyə almasın? - AKTUAL
Bu gün, 15:00
“Salyan-Aqrotexservis” ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 14:58
"Zəngəzuru" "qırmızı xətt"i hesab edən İran... - niyə dəhlizin öz ərazisindən keçməsinə çalışır?
Bu gün, 11:42
2 həftə ərzində növbəti Rusiya-ABŞ görüşü olacaq - Sergey Ryabkov
Bu gün, 11:40
Paşinyan bu əməlinə görə də cavab verəcək - Elçin Alıoğlu yazır...
Bu gün, 11:38
Aİ Ukraynaya 20 milyard dollar həcmində hərbi yardıma hazırlaşır
Bu gün, 11:34
"`Expressbank` niyə müştəriyə kömək etmək istəmir?" - MÜRACİƏT
Bu gün, 11:33
"Allahsız o deyil e, onu ora soxuşdurandır!" - ETİRAZ VAR...
Bu gün, 11:27
Zelenski 9 trilyon dolları ABŞ-a HƏDİYYƏ EDƏCƏK? - Trampın AĞILASIĞMAZ TƏLƏBİ
Bu gün, 11:22
Qarabağ Universitetində “əlavə işlər” üçün 330 minlik müqavilə - TƏFƏRRÜAT
Bu gün, 11:17
ABŞ-la Rusiya arasında növbəti görüş nə vaxt olacaq? - Moskva Vaşinqtona bildirdi ki...
Bu gün, 11:13
Minaya düşən veteranın ayağı amputasiya edilib - Son durumu AÇIQLANDI
Bu gün, 11:11
İrandan daha bir TƏHLÜKƏ - Bu dəfə...
Bu gün, 10:38
Samuxda oğul 84 yaşlı atasına balta ilə xəsarət yetirib - TƏFƏRRÜAT
Bu gün, 10:28
47 nəfər in qollarına qandal vuruldu
Bu gün, 10:19
Qobustanda keçirilən əməliyyatda xeyli silah-sursat tapılıb
Bu gün, 10:04
"Kənddən gəlib bazardan tərəvəz alarlar?" - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:03
Zəngəzur dəhlizi ilə bağlı İrəvana MESAJ: - “Azərbaycan güzəştə getməyəcək”
Bu gün, 09:59
ƏƏSMN Zərdabda 79 minə 30 ev tikmək istədi: - tender ləğv edildi
Bu gün, 09:56
"Bizdən Yaşar Nurinin evinə su damırdı, gecə qapı döyüldü, əlində konyak gəldi" - Rafiq Əzimov
Bu gün, 09:47
"İmişli-Avtotexservis" ASC-nin səhmdarları toplanır
Bu gün, 09:37
Qafqaza böyük dönüş başlayır: Tiflis və İrəvana çətin olacaq... - Bakı isə…
Bu gün, 09:32
Pentaqon kütləvi ixtisarlara hazırlaşır
Bu gün, 09:22
BU NƏDİ BELƏ: «Poz qazan!», vur dolsun qazan! - İLGİNC FAKTLAR...
Bu gün, 09:21
Kərə yağının qiyməti “əl yandırır”: kilosu 34 manata... - SƏBƏBİ NƏDİR?
Bu gün, 09:16
Təbiətimizə qənim kəsilən ərəb oliqarx tək deyilmiş: Yanında DUBAY ŞEYXLƏRİ DƏ VAR... - KİM SÖZ DEYƏ BİLƏR Kİ?..
Bu gün, 09:11
Lavrovun istəyi: Rusiya Qafqaza bu cür qayıdır - Rusiya və İranın baxışı belədir...
Bu gün, 09:03
İrəvan uzunmüddətli sülhə gətirəcək müqavilə imzalamaq istəyir, yoxsa... - vaxt udmaq üçün düşünülüb?
Bu gün, 09:01
Sülhün olmaması təhlükəli proseslərə zəmin yaradır - FAKT BUDUR!
Bu gün, 09:00
Qəzzada İsrail və HƏMAS arasında sonuncu məhbus mübadiləsi... - bu gün baş tutmalıdır
Bu gün, 08:57
İndi bu Cəbrayılov kimin adamı oldu belə?.. - İSTƏDİYİNİ EDİR...
Bu gün, 08:56
Bu maddələrin yalnız birində... - Ekspert danışır...
Bu gün, 08:53
“7 oğuldan biri” çıxdı: neçə icra başçısı həbsdə qalıb? - GƏLİŞMƏ
Bu gün, 08:46
Turizm Agentliyi elə bir oyun qurub ki... - Dİ GƏL, BAŞ ÇIXAR...
Bu gün, 08:45
Dövlətə borcu olana dövlət ortaqlıq edir - daha bir ŞÜBHƏLİ TENDER
Bu gün, 08:38
“907-ci düzəliş” ləğv edilir, sonra..." - İLGİNC...
Bu gün, 08:32
Xocalıdakı mina partlayışından ALACAĞIMIZ DƏRS - Minaların siyahısını gözlədiyimiz an belə mina basdırıblar...
Bu gün, 08:19
Sülh üçün Konstitusiya dəyişməlidir, amma... - AKTUAL
Bu gün, 07:25
Fransanın Güney Qafqazla bağlı əsas planı belədir... - ŞƏRH
Bu gün, 07:21
Cənubi Qafqazın “unudulması” problem yaradır, yoxsa fürsət? - NƏ BAŞ VERİR?
Bu gün, 07:16
Tramp bu addımla 80 illik beynəlxalq sistemi dağıdır - GƏLİŞMƏ
Bu gün, 07:13
"Hələ də bu istiqamətdə ölkəmizə qarşı təxribatlar törədirlər" - deputat
Bu gün, 07:11
Türkcə şeir söylədiyi üçün İran prezidentinə sərt xəbərdarlıq edilib - Bir “salam”ın qorxusu
Bu gün, 06:08
Putinin “əsgəri” hərəkətə keçdi – Üç həftə sonra nələr baş verəcək?
Bu gün, 06:05
"Firəngiz xanım rusdilli idi, ədəbiyyatı, qəzəli o qədər də bilmirdi"
Bu gün, 06:02
Yasamalın icra başçısı qanunları belə pozdu - FOTOLAR
Bu gün, 05:50
Sərdar Cəlaloğludan Ayaz Salayevə SƏRT SÖZLƏR - "Rusu gözümüzə soxma..."
Bu gün, 05:45
"Sosial şəbəkələrdə yazırlar ki, evdən dəstək var" - VİDEO
Bu gün, 05:19
"İsa Qəmbər LGBT-nin nə olduğunu bilmir?" - Tənzilə Rüstəmxanlı
Bu gün, 05:13
Britaniya fevralın 24-də Ukraynaya yeni yardım paketini açıqlayacaq - “Daily Telegraph”
Bu gün, 05:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru