
Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkov bildirib ki, “bütün qıcıqlandırıcı məsələlərin” təfərrüatı ilə həll edilməsi üçün Amerika tərəfi ilə hərtərəfli məsləhətləşmələr aparmaq barədə prinsipial razılıq əldə olunub.
Publika.az xəbər verir ki, Ryabkov “RİA Novosti”yə müsahibəsində qeyd edib ki, Rusiya artıq amerikalılara bu işə mümkün qədər tez başlamağa hazır olduğunu təsdiqləyib.
Ryabkov izah edib ki, yaxın iki həftə ərzində əvvəlcə müvafiq idarələrin rəhbərləri arasında məsləhətləşmələr aparılacaq, sonra isə müavinlər səviyyəsində raund keçiriləcək.
Görüş üçüncü ölkədə baş tutacaq, konkret yer hazırda razılaşdırılır.