Hacıyevin İran səfərinin pərdəarxası - 9 illik “tilsimi” sındırmaq zamanı
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra İranla münasibətləri ziqzaq şəkində davam edir. Bunun da əsas səbəbi cənub qonşumuzun torpaqlarımızın işğal dövrü daxil, müəyyən fasilələrlə davam etdirdiyi yanlış siyasətdir. Hansının ki, altını ən çox elə İran çəkir.
“Azərbaycan İranla heç bir məhdudiyyət olmadan və qarşılıqlı fayda üçün mehriban qonşuluq şəraitində siyasi, iqtisadi və mədəni əlaqələri inkişaf etdirməkdə maraqlıdır. İki ölkə arasında münasibətlərdə əsas məqam inam yaratmaq və anlaşılmazlıqları aradan qaldırmağa çalışmaqdır”.
Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ötən həftə sonu Tehrana səfəri zamanı İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşdə deyib.
H.Hacıyev qeyd edib ki, Azərbaycan tərəfdən İrana heç bir təhdid olmayacaq. Mehdi Sənayi isə öz növbəsində bildirib ki, Azərbaycan İran üçün təkcə mühüm və dəyərli qonşu deyil, iki ölkənin xalqları bir-birinə qohum və dostdur. Onun fikrincə, iki ölkə arasında münasibətlərin səviyyəsi sırf diplomatik formatdan kənara çıxmalı, digər dövlət və özəl sahələrə də yayılmalıdır: “İnsanlar arasında təmasların dərinləşməsi əməkdaşlığın inkişafına böyük təsir göstərəcək. İranın öz qonşuları, o cümlədən Azərbaycanla münasibətlərdə əsas məqsədi strateji əlaqələr qurmaq, istənilən gərginlikdən uzaq olmaqdır”.
M.Sənayi əlavə edib ki, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi çox kiçikdir: “Biz makroiqtisadi və ticarət layihələrini müəyyən etməklə, iş adamlarını mədəni-iqtisadi əlaqələrin inkişafı və genişləndirilməsinə cəlb etməyə çalışmalıyıq. İki ölkənin mənafeyi naminə iqtisadi əlaqələr və ticarət şəbəkəsi yaratmaq üçün lazımi imkanlar və vacib platformalar mövcuddur”...
Azərbaycanın yüksək çinli rəsmisi Tehranda bir sıra digər mühüm görüşlər də keçirib, o cümlədən İran Xarici Əlaqələr üzrə Strateji Şurasının sədri Kamal Xərrazi ilə bir araya gəlib.
Daha sonra İran Prezidenti Məsud Pezeşkian Hikmət Hacıyevi qəbul edib. Görüşdə Hikmət Hacıyev Prezident İlham Əliyevin səmimi salamlarını və ölkəmizə səfərə dəvətini İran Prezidentinə çatdırıb. İran Prezidenti salamlara və dəvətə görə təşəkkürünü bildirib və onun da səmimi salamlarının Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib.
Yada salaq ki, Prezident İlham Əliyev Məsud Pezeşkianı son seçkidə qələbə münasibətilə təbrik edən ilk xarici dövlət başçısı olmuş, onu ölkəmizə səfərə dəvət etmişdi. İlham Əliyevin üç dəfə İranda səfərdə olub (2004, 2009, 2016). Eləcə də İranın sabiq prezidentləri - Məhəmməd Xatəmi (2001), Mahmud Əhmədinejad (2006, 2010), Həsən Ruhani (2016) ölkəmizə rəsmi səfərlər ediblər.
Göründüyü kimi, az qala 9 ildir nə o tərəfdən, nə də biz tərəfdən ən yüksək səviyyədə səfərlər olmur...
“Ümid edirik ki, Tehran və Bakı arasındakı səfərlər iki ölkə arasında münasibətlərin yaxşılaşmasına kömək edəcək”. APA xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Azərbaycan və İran rəsmiləri arasında keçirilən görüşləri şərh edərkən deyib. “Bu ikitərəfli səfərlər İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibinin Bakıya son səfərindən sonra baş tutub. Sözügedən səfər zamanı əlverişli görüşlər olub, iki ölkə rəsmiləri arasında münasibətlərin möhkəmləndirilməsi və bəzi media anlaşılmazlıqları müzakirə olunub. Ümid edirik ki, bu səfərlər ümumi narahatlıqlar və iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması ilə bağlı daha yaxşı və qarşılıqlı anlaşma üçün mühüm başlanğıc olacaq”, - sözçü vurğulayıb.
Diplomat eyni zamanda Qafqaz regionunun, o cümlədən Azərbaycan və Ermənistanın təhlükəsizliyinin İran üçün mühüm olduğunu qeyd edib: “İranın hər iki ölkə ilə yaxşı münasibətləri mövcuddur və diplomatik səfərlər artmaqdadır. İran Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi üçün hər bir dəstəyə hazıdır”.
Bəs pərdəarxasında nələr ola bilər? Ekspertlərin qənaəti necədir, cənub qonşumuzla əməkdaşlıqda, nəhayət, hamar dövrə qədəm qoyuruqmu?
İrandan təhdidlər dayanacaqmı? Böyük bir fasilədən sonra prezidentlərin qarşılıqlı səfərlərinə hazırlığın başladığını necə, söyləmək mümkünmü?
Siyasi şərhçi Aydın Quliyev “Yeni Müsavat”a bildirdi ki, Hikmət Haclyevin İrana səfəri və yüksək ranqlı İran rəsmiləri ilə görüşü dərin məqsədlərə hesablanmış hadisədir: “Unutmayaq ki, Hikmət Hacıyev Azərbaycan Prezidentinin mövqeyini və fikirlərini ifadə edir. Hikmət Hacıyevin çox yuxarı İran dairələri ilə görüşü deməyə əsas verir ki, masada hər iki ölkənin ortaq maraqlarında olan ciddi mətləblər var. Şübhə yox ki, hər iki ölkə münasibətlərdə yeni mərhələ açılmasında maraqlıdır və bu istiqamətdə addımlar atmaq iradəsindədirlər. Yəqin bu görüşərdən sonra İranın siyasətində Azərbaycanı narazı salan məqamlar aradan qaldırılacaq. Böyük ehtimalla İranın bəzi məmurları və din xadimləri Azərbaycanla bağlı öz çıxışlarına çəki-düzən verməli olacaqlar. İran tərəfi bilməmiş olmaz ki, iki qonşunun münasibətlərinin daha yaxşı olmasına həmişə ehtiyac olub. Eyni zamanda münasibətlərin dərinləşməsi üçün daha çox İranın iş görməsinə ehtiyac var, nəinki Azərbaycanın”.
A.Quliyevin fikrincə, yeni mərhələdə Naxçıvanla birbaşa əlaqələrin yaradılmasında İranın öz fəaliyyətini Bakı ilə daha sıx qurmasına ehtiyac var: “Arazın kənarı ilə Cəbrayıldan Naxçıvana yolun açılmasının sürətləndirilməsi Hikmət Hacıyevin danışıqlarından sonra görə biləcəyimiz reallıqlardan biri ola bilər. Ermənistanın bölgəmizdə davakar siyasətinin yumşaldılmasında da İran təsirli rol oynaya bilər. Yetər ki, İran bölgədə sülhə Azərbaycanın daha böyük töhfə verə biləcəyinin fərqinə varsın.
İran beynəlxalq müstəvidə getdikcə təklənməkdədir. Onun indiki beynəlxalq vəziyyətində Azərbaycanla daha yaxşı münasibətlərdən uduşu böyük ola bilər. Regionda bir neçə məsələ var ki, bunlara İranın münasibətinin dəyişməsini zaman özü tələb edir. İran bunlarsız Azərbaycanın imkanlarından geniş bəhrələnmək şansını itirir. Məsələn, Mərkəzi Asiya-Azərbaycan-Avropa dəhlizinin İran üçün hələ istifadə olunmamış geniş imkanları var. Azərbaycanla münasibətlər yaxşılaşdıqca, İranın şansları genişlənə bilər. Tehranda Hikmət Hacıyevlə müzakirələr İranın regional siyasətində bəzi zəruri dəyişikliklərə gətirə bilər".
Politoloq Elxan Şahinoğlu isə bildirib ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Tehran səfəri bir neçə səbəbdən Azərbaycan üçün əhəmiyyətlidir: “Birincisi, Tehranın diqqətinə bir daha çatdırılıb ki, Azərbaycan cənub qonşusu ilə münasibətlərdə gərginlik istəmir, ölkəmiz qarşılıqlı faydalı əməkdaşlıqda maraqlıdır. İkincisi, Ermənistanın mövqeyinə görə Zəngəzur dəhlisi yubandığı üçün Azərbaycan İran ərazisindən - Araz çayının sahili ilə keçən dəhlizə əhəmiyyət verir. Çayın üzərində körpünün inşası bitmək üzrədir. İran üzərindən dəhlizin qısa müddətdə işə düşməsinin bölgə ölkələri üçün faydası olacaq. Bunu Tehran da anlamamış deyil. Üçüncüsü, Azərbaycanın müxtəlif ölkələrlə, o cümlədən İsrail və ABŞ-la münasibətlərinin İrana qarşı yönəlmədiyi dəfələrlə deyilsə də, bu, Tehranda təkrarən iranlı rəsmilərin diqqətinə çatdırılıb. Dördüncüsü, rəsmi Bakı mötədil prezident Məsud Pezeşkianla normal əməkdaşlığa ümid edir. Pezeşkianın da Azərbaycanla əməkdaşlığa marağı var. Mümkündür ki, Tehrandakı danışıqlarda iki ölkə prezidentinin yaxın müddətdə görüşünün təşkili barədə də fikir mübadiləsi aparılıb”. Ekspert onu da deyib ki, bu sadalanan müsbət məqamlara baxmayaraq, İranın mühafizəkar və dini dairələri növbəti anti-Azərbaycan təxribatları ilə əldə edilənlərin üstündən yenə xətt çəkə bilərlər: “Hər dəfəsində belə olur, iki ölkənin rəsmiləri və diplomatları görüşür, tərəfdaşlıqdan və ortaq layihələrdən danışırlar, üstündən bir müddət keçdikdən sonra əyalət mollalarından biri və ya SEPAH generalı Azərbaycanı hədəf götürən açıqlama verir, İran dövlətinin nəzarətindəki televiziya kanalları, agentlikləri və saytları bunları yayımlayır, nəticədə müsbətə doğru irəli sürülən təşəbbüslər yarımçıq qalır”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qızı vermədilər, oğurladılar - İmişlidəki olayın TƏFƏRRÜATLARI
Bu gün, 11:01 |
|
|
|
• Gömrük Komitəsinin ardından Gömrük Akademiyası: Təqaüd ala bilmirlər... - Tələbələr NARAZIDIR...
Bu gün, 10:58 |
|
|
|
• AZAL-ın təyyarəsinin qəzaya uğrama səbəbinin araşdırılması üzrə ilkin hesabat yaxın günlərdə açıqlanacaq - Nazir
Bu gün, 10:51 |
|
|
|
• "Avroviziya" təmsilçimiz onlardan biri olacaq? - FOTO
Bu gün, 10:50 |
|
|
|
• Çin ABŞ məhsullarına tarif tətbiq edib
Bu gün, 10:39 |
|
|
|
• Şəhid anası nazirdən GİLEY EDİR... - Qəbuluna düşmək müşkül imiş...
Bu gün, 10:38 |
|
|
|
• Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ... - "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..."
Bu gün, 10:25 |
|
|
|
• "Bu, bir təsadüf deyildi" - VİDEO
Bu gün, 10:10 |
|
|
|
• Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
Bu gün, 10:02 |
|
|
|
• Ümid edirik ki, Cənubi Qafqazda sülh ABŞ üçün prioritet olacaq - Paşinyan
Bu gün, 09:55 |
|
|
|
• Özünü həkim hesab edənlərin əksəriyyəti diplomunu pulla alan şəxslərdir - İTTİHAM VAR...
Bu gün, 09:52 |
|
|
|
• Təhsildə nöqsanlar belə ört-basdır edilir... - MALƏSƏF...
Bu gün, 09:50 |
|
|
|
• Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanılıb - VİDEO
Bu gün, 09:45 |
|
|
|
• Vergi Xidməti sahibkarın başına niyə bu oyunu açır? - ETİRAZ
Bu gün, 09:43 |
|
|
|
• "Oleq Bakinski"nin dəstə üzvləri deyilən şəxslərlə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:40 |
|
|
|
• “AXC-nin iclasında təklif etdim ki, gəlin, Heydər Əliyevi Naxçıvandan Bakıya çağıraq” - Fəzail Ağamalı
Bu gün, 09:36 |
|
|
|
• Qaralov vəzifədə deyil... amma hələ də ADI QARA İŞLƏRDƏ BİRİNCİDİR... - TƏFƏRRÜAT
Bu gün, 09:29 |
|
|
|
• "Azərbaycan hər zaman türk dövlətləri ilə bütün sahələrdə inteqrasiyanın olmasına çalışıb" - Fazil Mustafa
Bu gün, 09:18 |
|
|
|
• "44 günlük müharibədə məğlubiyyət bizə bu imkanı verdi" - Paşinyan
Bu gün, 09:17 |
|
|
|
• Paşinyanın sirli ABŞ səfəri - Bakıya qarşı gizli plan...
Bu gün, 09:15 |
|
|
|
• Rusiyada yaşayan azərbaycanlılara hansı problemlər yaradacaq? - AKTUAL
Bu gün, 09:12 |
|
|
|
• İran Zəngəzur prosesindəki maneələri aradan qaldıracaq - Görünəni odur ki...
Bu gün, 09:10 |
|
|
|
• Köçəryanı qane edən Qarabağ təklifi – “Nə Əliyev, nə də Elçibəy razılaşdı, çünki…”
Bu gün, 09:04 |
|
|
|
• Gürcüstandan Azərbaycana ZƏRBƏ - Bakıdan etirazlar
Bu gün, 09:03 |
|
|
|
• Teatr Xadimləri İttifaqının sədri lotoreya reklamına çəkilib - BU NƏDİ BELƏ?..
Bu gün, 09:01 |
|
|
|
• Paşinyanın ələ keçirmək istədiyi Azərbaycan ərazisi – “Çox strateji yerdir…”
Bu gün, 08:59 |
|
|
|
• USAİD- təmizləyən ABŞ əslində öz DÖVLƏT NAMUSUNU qurtarmağa cəhd etmiş oldu... - FAKT BUDUR!
Bu gün, 08:56 |
|
|
|
• Nizami rayonunda meydan sulayan KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 08:49 |
|
|
|
• "Niyə olmayan xidmət üçün pul ödəməliyəm?" - ETİRAZ
Bu gün, 08:44 |
|
|
|
• ABŞ Senatı Kris Raytı energetika naziri vəzifəsinə təsdiqləyib
Bu gün, 08:34 |
|
|
|
• İşçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı... - Ekspert danışır...
Bu gün, 08:29 |
|
|
|
• Hacıyevin İran səfərinin pərdəarxası - 9 illik “tilsimi” sındırmaq zamanı
Bu gün, 08:21 |
|
|
|
• Əliyev haqlı çıxdı: “Qarabağ”a reaksiyamız faşizmdir - Kiviryan
Bu gün, 08:17 |
|
|
|
• Erməniləri qorxuya salan ETİRAF: - “Türklər bu ərazilərə yerləşir”
Bu gün, 06:23 |
|
|
|
• Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb
Bu gün, 06:18 |
|
|
|
• Vaşinqton Kiyevə silah tədarükünü bərpa edib - KİV
Bu gün, 01:47 |
|
|
|
• Xankəndindəki zavodda çörək bahalaşıb? - "...zavoda biz cavabdehik"
Bu gün, 01:43 |
|
|
|
• Sektor müdiri BŞTİ-dən azad edildi, məktəb direktoru göndərildi - AÇIQLAMA
Bu gün, 01:39 |
|
|
|
• 'Azəriqaz'dan vətəndaşa SAYĞAC TƏLƏSİ - BU FAKTDIR!
Bu gün, 01:13 |
|
|
|
• Nazirlik ləğv olunur, əvəzində isə... - İLGİNC
Bu gün, 01:07 |
|
|
|
• “Vardanyan Azərbaycandan əvvəl Ukraynada da ağır cinayətlər törədib” - ŞƏRH
Bu gün, 00:56 |
|
|
|
• “Ürəyimdə fikirləşdim ki, birdən ona nəsə olar, Ağdamı görmədən ölər”
Bu gün, 00:53 |
|
|
|
• "Razi kimdir, mənim haqqımda nəsə desin?!" - Deputatlar arasında gərginlik davam edir...
Bu gün, 00:51 |
|
|
|
• “Yeni çeşid” hiyləsi: çörəyin qiyməti necə qaldırılıb… - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 00:45 |
|
|
|
• Kremlin “hüquqları” və ya köhnə ssenari yenidən gündəmdə - UNİAN
Bu gün, 00:41 |
|
|
|
• Nadir Quliyevə vəzifə verildi - ƏMR
Bu gün, 00:37 |
|
|
|
• Marko Rubio USAID-in administratoru vəzifəsini icra edəcək
Bu gün, 00:35 |
|
|
|
• Agentlik bu şəxslə 1,4 milyon manatlıq icarə - MÜQAVİLƏSİ BAĞLADI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 117 minlik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan ABŞ-də etirazla qarşılandı
Dünən, 23:31 |
|
|
|
|