Diplomlu işsizlər... - BELƏ DAVAM EDƏRSƏ...
Bu il dövlət büdcəsindən peşə təhsilinə 82.2 milyon manat vəsait ayrılıb. Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov “Tikinti sektoru üzrə kadr hazırlığında dövlət-özəl tərəfdaşlığının rolu” mövzusunda müzakirələr zamanı deyib. Agentlik sədri həmçinin vurğulayıb ki, 2020-ci ildən bəri peşə təhsilinə qəbulda 60 faiz artım qeydə alınıb: “Ölkəmizdə 2022-2026-cı illər üçün sosial iqtisadi inkişaf, birinci qayıdış planı çərçivəsində təhsillə bağlı keçirilən tədbirlərdə peşə təhsilinin inkişafına xüsusi yer ayrılıb. Peşə təhsilinin inkişafı iqtisadiyyatın tələblərinə uyğun ixtisaslı kadrlar hazırlamaq üçün vacibdir. Bu, həm sahibkarlar, həm təhsil sistemi və cəmiyyət üçün önəmlidir”.
Qeyd edək ki, müzakirələrin əsas məqsədi tikinti sektorunda işə götürənlərin peşə təhsil müəssisələri ilə əməkdaşlığının inkişaf etdirilməsi, özəl sektorun təhsil prosesində aktiv iştirakının təmin edilməsi, həmçinin peşə təhsilinin əmək bazarına uyğunlaşdırılması, tikinti sahəsində texniki ixtisaslar üzrə kadr hazırlığının gücləndirilməsi, müasir standartlara cavab verən təhsil proqramlarının hazırlanması, tələbələrin praktiki bacarıqlarının artırılmasıdır. Ancaq son illər peşə təhsilinə maraq azalıb. Əksəriyyət ali təhsil almağa axın edir. Halbuki diplomlu işsizlərin sayı heç də az deyil.
Peşə məktəblərinə müraciətlər niyə sovet dövründə olduğu kimi deyil? Bəlkə onların reputasiyasını bərpa etmək istiqamətində addımlar atılmalıdır?
Təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Azərbaycanda peşə təhsilinə marağın azalması həm iqtisadi, həm də sosial baxımdan ciddi problemlərə yol açır: “Sovet dövründə peşə təhsili iqtisadiyyatın inkişafında mühüm rol oynayırdı. Bu sistem əsasən zavod və fabriklər kimi iri sənaye müəssisələri ilə sıx inteqrasiyaya əsaslanırdı. Peşə məktəbləri yalnız nəzəri biliklər deyil, həm də praktiki bacarıqlar öyrədirdi. Məzunlar dərhal iş yerləri ilə təmin olunurdu və onların əmək bazarına adaptasiyası sürətli olurdu. Bu dövrdə peşə təhsili cəmiyyətdə nüfuzlu və vacib hesab olunurdu. Lakin müstəqillikdən sonra Azərbaycanın iqtisadi strukturlarında baş verən dəyişikliklər, sənaye müəssisələrinin özəlləşdirilməsi və ya fəaliyyətinin dayandırılması nəticəsində peşə məktəbləri ilə istehsalat arasında əlaqə kəsildi. Bu da peşə təhsilinin praktiki əhəmiyyətinin azalmasına və reputasiyasının zəifləməsinə səbəb oldu.
Statistik məlumatlar göstərir ki, Azərbaycanda peşə təhsilinə qəbulda artım müşahidə olunsa da, bu rəqəmlər hələ də qaneedici deyil. 2020-ci ildən etibarən qəbulda 60%-lik artım qeydə alınsa da, bu, əsasən dövlətin maliyyə dəstəyi və müəyyən layihələrin icrası ilə əlaqədardır. Bununla yanaşı, ali təhsilə yönələn gənclərin sayı daha yüksəkdir. 2023-cü ildə ali təhsil müəssisələrinə 120 mindən çox müraciət edildiyi halda, peşə təhsilinə müraciət edənlərin sayı bundan xeyli az idi. Bu vəziyyət peşə təhsilinin cəmiyyətdəki reputasiyasının hələ də aşağı səviyyədə olduğunu göstərir.
Dünya təcrübəsinə nəzər saldıqda, bir çox ölkələrin peşə təhsilini cəmiyyət və iqtisadiyyat üçün vacib bir komponent kimi inkişaf etdirdiyini görürük. Almaniya bu sahədə nümunəvi ölkələrdən biridir. Almaniyanın dual təhsil sistemi peşə məktəbləri ilə sənaye müəssisələri arasında sıx əməkdaşlığa əsaslanır. Tələbələr təhsil aldıqları müddətdə istehsalat proseslərində iştirak edir, praktiki bilik və təcrübə qazanırlar. Bu model həm tələbələrin işəgötürənlər tərəfindən dərhal qəbul edilməsinə şərait yaradır, həm də onların əmək bazarında rəqabətqabiliyyətli olmasını təmin edir. Azərbaycan bu modeli uyğunlaşdıraraq tətbiq edə bilər. Bunun üçün dövlət-özəl tərəfdaşlığını gücləndirmək və peşə məktəblərini müasir sənaye müəssisələri ilə birləşdirmək lazımdır.
Finlandiya və Sinqapur da peşə təhsili sahəsində uğurlu təcrübələrə malikdir. Finlandiyada peşə təhsili yalnız texniki biliklər deyil, həm də geniş spektrli bacarıqlar öyrədir. Bu sistem tələbələrin əmək bazarının dəyişən tələblərinə uyğunlaşmasını təmin edir. Sinqapurda isə peşə təhsili dövlət tərəfindən güclü dəstəklənir və cəmiyyət arasında yüksək nüfuza malikdir. Orada tələbələrə maddi və sosial dəstək göstərilir, təhsil müddətində yüksək səviyyəli praktik təcrübələr təqdim edilir".
Ekspertin sözlərinə görə, Azərbaycanda peşə təhsilinin reputasiyasını bərpa etmək üçün ilk növbədə bu sahənin keyfiyyətini artırmaq vacibdir. Təhsil müəssisələri müasir texnologiyalarla təmin edilməli, onların infrastrukturu yenilənməlidir: “Məsələn, bərpa olunan enerji, texniki xidmət, rəqəmsal texnologiyalar kimi müasir sahələr üzrə peşə məktəbləri yaradılmalıdır. Bununla yanaşı, təhsil proqramları beynəlxalq standartlara uyğunlaşdırılmalı və tələbələrə müasir bilik və bacarıqlar qazandırılmalıdır.
Peşə təhsili yalnız iqtisadi inkişaf üçün deyil, həm də sosial ədalətin təmin olunması baxımından vacibdir. Bu sahənin inkişafı işsizliyin azaldılmasına, ixtisaslı kadrların hazırlanmasına və iqtisadiyyatın dayanıqlı inkişafına töhfə verə bilər. Azərbaycan bu sahədə dünya təcrübəsindən yararlanaraq öz peşə təhsili sistemini modernləşdirməli və gəncləri bu sahəyə cəlb etmək üçün məqsədyönlü siyasət həyata keçirməlidir. Beləliklə, peşə təhsilinin inkişafı həm ölkənin iqtisadi gücünü artıracaq, həm də gənclərin əmək bazarına uğurlu inteqrasiyasını təmin edəcək".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Bu gün, 17:44 |
|
|
|
• Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Bu gün, 17:39 |
|
|
|
• ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Bu gün, 17:36 |
|
|
|
• Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Bu gün, 17:34 |
|
|
|
• Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Bu gün, 17:32 |
|
|
|
• "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Bu gün, 17:18 |
|
|
|
• İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Bu gün, 17:09 |
|
|
|
• Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Bu gün, 17:08 |
|
|
|
• "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 17:05 |
|
|
|
• Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Bu gün, 17:01 |
|
|
|
• Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Bu gün, 16:57 |
|
|
|
• “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Bu gün, 16:53 |
|
|
|
• Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Bu gün, 16:51 |
|
|
|
• "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Bu gün, 16:48 |
|
|
|
• “Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Bu gün, 16:42 |
|
|
|
• Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Bu gün, 16:37 |
|
|
|
• Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Bu gün, 16:31 |
|
|
|
• Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Bu gün, 16:28 |
|
|
|
• “Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Bu gün, 16:19 |
|
|
|
• Azərbaycanda mənzillər 10 % bahalaşıb
Bu gün, 16:18 |
|
|
|
• Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:01 |
|
|
|
• Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Bu gün, 15:58 |
|
|
|
• Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Bu gün, 15:41 |
|
|
|
• Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Bu gün, 15:39 |
|
|
|
• “Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Bu gün, 15:36 |
|
|
|
• London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Bu gün, 15:34 |
|
|
|
• Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Bu gün, 15:32 |
|
|
|
• Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Bu gün, 15:26 |
|
|
|
• “İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Bu gün, 15:23 |
|
|
|
• Ziya Məmmədovun bacısı vəzifəsindən azad edildi - SƏBƏB
Bu gün, 15:19 |
|
|
|
• Rusvari rüsvayçılıq – Kremlin “üzr”ü qəbahətindən betər oldu
Bu gün, 15:17 |
|
|
|
• ABŞ-lə strateji tərəfdaşlıq sazişi imzalayan Ermənistan Ukraynadan nəticə çıxarmalıdır
Bu gün, 15:15 |
|
|
|
• Bayden-Blinken duetinin fəlakətli siyasəti: nəticələr çox ağırdır - İNCƏLƏMƏ
Bu gün, 15:10 |
|
|
|
• "Rusiya müşahidə edir, nəyisə nizama salmağa çalışır..." - ŞƏRH
Bu gün, 14:02 |
|
|
|
• “Ölü” yiyələri də dilə gəlirlər: onu basdırmağın zamanıdır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00 |
|
|
|
• Paşinyan güman edir ki, Qərb ona daha çox dəstək verəcək... - AMMA...
Bu gün, 13:58 |
|
|
|
• Yeni qayda test üsulunu ləğv edəcək? - AKTUAL
Bu gün, 13:10 |
|
|
|
• Kadırovçular azərbaycanlını əsirlikdən xilas etdilər - VİDEO
Bu gün, 13:05 |
|
|
|
• Ermənistan eyforiyadadır - GÖRÜNƏNİ BUDUR
Bu gün, 13:02 |
|
|
|
• İcra Hakimiyyəti binasında FHN üçün icarəyə otaqlar verdi
Bu gün, 13:00 |
|
|
|
• Təhsil müəssisəsi 46 mühafizəçiyə 63 milyon manat ödəyəcək - TENDER NƏTİCƏSİ
Bu gün, 12:59 |
|
|
|
• “Rəsul öz müəlliminə aşiq olur!” - VİDEO
Bu gün, 12:56 |
|
|
|
• Yeni dələduzluq üsulu yayılıb - Bu dəfə süni intellektlə
Bu gün, 12:54 |
|
|
|
• “AccessBank” üçün ÇƏTİN MƏRHƏLƏ... - NƏ BAŞ VERİR?
Bu gün, 12:51 |
|
|
|
• Bəxtiyar Mikayılova HÖKM OXUNDU
Bu gün, 12:48 |
|
|
|
• Kəlbəcər icra hakimiyyətindəki davanın TƏFƏRRÜATI - “Atamgili Kəlbəcərə aparmaq istəyirdim”
Bu gün, 12:41 |
|
|
|
• Tarixi Bakı məhkəməsi: cinayət işi ayrı, siyasət işi ayrı... - Bahəddin Həzi yazır...
Bu gün, 12:39 |
|
|
|
• Hərbi Hospitalın tanınmış həkimi facəvi şəkildə vəfat etdi - FOTO
Bu gün, 12:38 |
|
|
|
• Havanın arabir yağıntılı olacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:36 |
|
|
|
• Tofiq İsmayılovun 1 milyonluq işdə adı hallanan oğlu yenidən həbs edildi
Bu gün, 12:35 |
|
|
|
|