“İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
53 vətəndaşa qarşı dələduzluqda ittiham olunan “İnstapower” şirkətinin Azərbaycan üzrə nümayəndəsi Orxan Babazadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs bəzi şahidlərin məhkəməyə çağırılmaması ilə bağlı vəsatət verib və onların ibtidai istintaqda verdiyi ifadələri ilə razı olduğunu bildirib. Ancaq hakim təqsirləndirilən şəxsin vəsatətinə irad bildirərək qeyd edib: "Şahidlərin ifadə verməyini ona görə istəmir ki, sənin bütün qurduğun oyunları üzə çıxır. Sən istəyirsən tez iş alasan, məhkəmə bitsin. Ancaq elə olmayacaq, 76 milyonluq dövriyyə bir-bir araşdırılacaq".
Sonra ifadə verən şahid köçürülən pullardan, onun adına olan nömrələrdən xəbəri olmadığını bildirib. Hakim Azad Məcidov isə şahidə bildirib ki, köçürülən pullar sənin üstündədir, sən qaytarmalısan dövlətə. Pulları neynəmisən, kimin kartına köçürmüsən?".
Sonra cinayət işində şahid kimi ifadə verən Aytac Cəfərova ifadə verərək bildirib ki, vəkil kimi qardaşı Mirzəfər Qəmbərova hüquqi yardım göstərərək müqavilə hazırlayıb. Həmçinin Orxan və Leyla Babazadənin BMCMİ-də vəkili olub.
Təqsirləndirilən Orxan Babazadə isə şahidin verdiyi ifadə ilə razılaşmayaraq məsələyə aydınlıq gətirib: "İnstapower şirkətini Azərbaycanda rəsmiləşdirmək üçün mənim həyat yoldaşım Leyla Babazadə şəxsən Aytac Cəfərovanın M10 nömrəsinə 46 min manat pul göndərib".
Şahid Aytac Cəfərova isə həmin pulun Orxan tərəfindən yox, İnstapower şirkətinin nümayəndələri Liza və Cesika tərəfindən onun qardaşı Mirzəfərin adına 46 min 200 manat göndərildiyini qeyd etdi: "Söz vermişdilər, şirkətin rəsmiləri martın 6-da Dubaydan Azərbaycana gəlməli idilər. Onlar gəlmədi, Orxanla Leylanı isə tutub apardılar".
Leyla Babazadə isə həmin pulu şəxsən Aytac Cəfərovanın axırı 8811 olan M10 nömrəsinə göndərdiyini məhkəmənin nəzərinə çatdırdı.
Aytac Cəfərova Leyla və Orxan Babazadənin şikayəti əsasında Səbail Rayon Polis İdarəsində onun barəsində cinayət işinin başlandığını sonra isə xitam verildiyini söylədi: "Əvvəl axtarış verdilər, cinayət işi başlandı sonra ləğv edildi. Mənim qardaşım Orxan və Leyla ilə söhbət edib, çalışıb onlara kömək etsin.
Hakim Azad Məcidov isə öz növbəsində cinayət işinin materiallarının içində Aytac Cəfərovaya verilən 46 min manat barədə araşdırma aparıldığını, ancaq sonra rədd edildiyini məhkəmə iştirakçılarının nəzərinə çatdırıb. Həmçinin Aytac Cəfərovanın məhkəməyə Leyla Babazadə barədə göndərdiyi ərizə haqqında məlumat verib: "Niyə Leyla Babazadə istintaqa cəlb edilmir, 76 milyon manatı onlar yeyib".
Sonra Orxan Babazadənin vəkili Mirdamət Qədirli müvəkkili ilə Aytac Cəfərovanın necə tanış olmasını dəqiqləşdirib. Orxan Babazadə Mirzəfər Qəmbərovun bacısını ona vəkil kimi bu işləri görə biləcəyini dediyini məhkəməyə bildirib: "Gəldik Torqovıda Aytac xanımla İnstapower işini rəsmiləşdirmək üçün görüşdük, söhbət etdik".
Şahid kimi ifadə verən vəkil Aytac Cəfərova Leyla Babazadə barədə xüsusi və mülki qayda da şikayət etdiyini və işin hazırda məhkəməyə baxışında olduğunu vurğuladı.
Növbəti şahid kimi Aytac Cəfərovanın qardaşı Mirzəfər Qəmbərov ifadə verib: "2021-ci ilə kimi hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə işləmişəm. Mən 46 min manatı İnstapowerin əməkdaşları Cesika ilə Lizadan almışam".
Hakim isə 43 ildən artıqdır hüquq-mühafizə orqanında işlədiyini, ancaq bir dəfə də olsun sosial şəbəkədən istifadə etmədiyini söylədi: "Hətta vəkil Mirdamət Qədirli də deyir siz müasir texnikanı bilmirsiniz, siz polis olaraq hər gün sosial şəbəkələrdə nə axtarırdınız?".
Hakimin iradına cavab olaraq şahid bunları deyib: "İnstapower barədə İnstaqramda, Teleqram kanalında məlumat almışam. Əvvəllər polis olduğum üçün işimizlə əlaqədar sosial şəbəkələrə çox daxil olurdum. Sonra İnstapowerə üzv olmaq üçün Orxan və Leyla ilə 28 May metrosunun yanında ofisdə görüşdük. Ümumi olaraq İnstapowerə 11 min 500 manat pul yatırmışam, 5-6 günə 120 manat pul götürürdük. Başqa şirkətlər aylıq qazanc verirdi, bunlar isə gündəlik. Şirkətlə danışdıq rəsmiləşdirdik, paralel menecerlə danışdıq. 100 min pul almalı idik, 50 min verdilər. Sonra dedilər işçilərimiz Dubaydadır. 2-ci 50 min gəlmədi. Mən də ilk 50 mindən Orxana 4 min manat pul verdim. Sonra vətəndaşlar bunlardan şikayət eləməyə başladılar, bunlar qaçdı Qubaya. Şirkətin rəsmiləri gəlmədiyi üçün heç bir qeydiyyat apara bilmədik. Mənim M10 nömrəmə atıblar o pulu. Sənin 50 bitin yoxdur, bizə 50 min verəsən. Əgər mən bilsəydim M10-dan gələn pul hansısa vətəndaşın adınadır, onu götürməzdim. Biz həmin məbləği şirkətin pulu kimi qəbul etmişik. Orxan Babazadə orda günahsız oturub”.
Qeyd edək ki, vəkil Mirdamət Qədirli və təqsirləndirilən şəxs Orxan Babazadə Aytac Cəfərova barədə şikayət etdikdən sonra onun vəkilliyinə Vəkillər Kollegiyası tərəfdən xitam verilməsi ilə bağlı məhkəməyə müraciət olunduğunu bildiriblər: "Biz Səbail Polis İdarəsinə Aytac Cəfərovanın bizə qarşı dələduzluq etməsi ilə bağlı şikayət etdikdən sonra materiala onlar xitam versələr də Vəkillər Kollegiyasına şikayət etdik, onlarda araşdırıb obyektiv qiymət verdilər. Hazırda həmin işlə bağlı Aytac Cəfərova aidiyyatlı yuxarı instansiyalara müraciət edib".
Onu da qeyd edək ki, cinayət işi üzrə 53 zərərçəkmiş var və ümumi dəymiş ziyan isə 256 min manatdan artıqdır. Bundan başqa həmin şəxslərin adından 4 milyon manat pul dövr edilib. Milyonlarla vəsait Çində olan şirkətin hesabına köçürülüb və vəsait leqallaşdırılıb. Orxan Babazadəyə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Bu gün, 22:42 |
|
|
|
• ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Bu gün, 22:38 |
|
|
|
• İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Bu gün, 22:14 |
|
|
|
• Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Bu gün, 22:12 |
|
|
|
• "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Bu gün, 21:45 |
|
|
|
• Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Bu gün, 20:43 |
|
|
|
• Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Bu gün, 20:36 |
|
|
|
• Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Bu gün, 20:30 |
|
|
|
• İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Bu gün, 19:16 |
|
|
|
• "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Bu gün, 19:02 |
|
|
|
• Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Bu gün, 19:00 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:58 |
|
|
|
• Erməni deputatdan sərsəm iddialar - KİV
Bu gün, 18:09 |
|
|
|
• "Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Bu gün, 18:07 |
|
|
|
• Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Bu gün, 18:04 |
|
|
|
• “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Bu gün, 17:54 |
|
|
|
• İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Bu gün, 17:52 |
|
|
|
• Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Bu gün, 17:49 |
|
|
|
• Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Bu gün, 17:44 |
|
|
|
• Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Bu gün, 17:39 |
|
|
|
• ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Bu gün, 17:36 |
|
|
|
• Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Bu gün, 17:34 |
|
|
|
• Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Bu gün, 17:32 |
|
|
|
• "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Bu gün, 17:18 |
|
|
|
• İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Bu gün, 17:09 |
|
|
|
• Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Bu gün, 17:08 |
|
|
|
• "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 17:05 |
|
|
|
• Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Bu gün, 17:01 |
|
|
|
• Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Bu gün, 16:57 |
|
|
|
• “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Bu gün, 16:53 |
|
|
|
• Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Bu gün, 16:51 |
|
|
|
• "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Bu gün, 16:48 |
|
|
|
• “Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Bu gün, 16:42 |
|
|
|
• Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Bu gün, 16:37 |
|
|
|
• Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Bu gün, 16:31 |
|
|
|
• Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Bu gün, 16:28 |
|
|
|
• “Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Bu gün, 16:19 |
|
|
|
• Azərbaycanda mənzillər 10 % bahalaşıb
Bu gün, 16:18 |
|
|
|
• Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:01 |
|
|
|
• Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Bu gün, 15:58 |
|
|
|
• Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Bu gün, 15:41 |
|
|
|
• Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Bu gün, 15:39 |
|
|
|
• “Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Bu gün, 15:36 |
|
|
|
• London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Bu gün, 15:34 |
|
|
|
• Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Bu gün, 15:32 |
|
|
|
• Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Bu gün, 15:26 |
|
|
|
• “İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Bu gün, 15:23 |
|
|
|
• Ziya Məmmədovun bacısı vəzifəsindən azad edildi - SƏBƏB
Bu gün, 15:19 |
|
|
|
• Rusvari rüsvayçılıq – Kremlin “üzr”ü qəbahətindən betər oldu
Bu gün, 15:17 |
|
|
|
• ABŞ-lə strateji tərəfdaşlıq sazişi imzalayan Ermənistan Ukraynadan nəticə çıxarmalıdır
Bu gün, 15:15 |
|
|
|
|