Mərkəzi Hərbi Hospitalın tanınmış həkimi, lor-cərrah Gündüz Məmmədov faciəvi şəkildə vəfat edib.
Medicina.az xəbər verir ki, onun Şamaxıdakı evində ilkin ehtimala görə, qaz sızması nəticəsində öldüyü bildirilir.
Hadisə baş verən vaxt həkim evdə tək olub. O, Bakıdan ezamiyyətə gedirmiş. Bir gün Şamaxıdakı bağında qalıb Gəncəyə gedəcəkmiş.
Gündüz Məmmədov həkim kimi həm savadlı olması, həm də fitri istedadı ilə fərqlənən kadr idi. O, orta məktəbi qızıl medalla, Azərbaycan Tibb İnstitutunu isə fərqlənmə diplomu ilə bitirib. Gündüz Məmmədov cari ildə əlamətlər günlərə hazırlşırmış. Həm 65 illiyini qeyd edəcək, həm də nişanlı olan iki qızını evləndirəcəkmiş. Allah rəhmət eləsin!