Müdafiə Nazirliyi son 3 gündə 7,5 milyonluq sifarişlər verib .....                     Yekaterinburqda azərbaycanlılara qarşı repressiya edən polislər mükafatlandırıldı .....                     ABŞ və İsraillə münaqişənin üçüncü mərhələsinə qədəm qoyuruq .....                     İçib "TikTok"da söyüş söyən musiqiçi həbs olundu .....                     Saxta xəbərlərdən necə qorunaq: Ekspertdən təklif .....                     İcra başçısı bir neçə ay əvvəl təltif etdiyi müavinini işdən çıxardı .....                     Çevrilişə cəhdin arxasından İran planı ÇIXDI .....                     Elm və Təhsil Nazirliyi: Vitrində süni intellekt, içəridə isə klanların SAVAŞI .....                     “Ermənistandakı Aİ missiyasına yeni funksiyalar verilə bilər” .....                     Dollar dəyərini itirir: Manat bahalaşacaq? .....                     Casus şəbəkələri: Türkiyə İranla bağlı strategiyasını nəzərdən keçirməli olacaq .....                     Bakıdan saxta pasportla Almaniyaya getmək istədi, həbs olundu .....                     Ermənistan Azərbaycanla sülh sazişinin yaxın aylarda imzalanacağına ümid edir .....                     Paşinyan “Putin NATO-su”na SAVAŞ elan etdi .....                     “MTK-ların məsuliyyətsizliyi minlərlə vətəndaşı illərlə evsiz qoyub” .....                     Ermənistan Azərbaycanla sülhə sadiqdir .....                     Cəbrayılov Ana Təbiətin ƏZRAYILIDIR! .....                     Ermənistan axtarışda olan 3 nəfəri Türkiyəyə təhvil verib .....                     QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq .....                     Bakıda arvadını parkda qətlə yetirənə .....                     Qarabağa İngilislərin gətirdiyi oyun .....                     Axtarışda olan Hüseyn Həsənov istintaqa müraciət etdi .....                     Avropa NATO-dakı rolunu gücləndirməlidir .....                     Ohanyan yenə Paşinyanı hədəfə aldı .....                     Azərbaycanın dövlət borcu açıqlanıb .....                     Tutuqlanan azərbaycanlılar “Vilayəti-Xorasan”a necə qoşulublar? .....                     Moskvadan Bakıya yeni HƏDƏ .....                     Avropa İttifaqında QALMAQAL .....                     Bloqer Hüseyn Həsənov barəsində vergidən yayınma ilə bağlı iş .....                     AYNA-nın sürücülərə qarşı süni CƏRİMƏ FABRİKİ .....                     “Parazit sözlər şou proqamlarda istifadə edilir” .....                     Rusiya MATO-ya hücum edəcək .....                     Mollalar Azərbaycandan əl çəkmir .....                     Rəsul Çunayevə vəzifə verildi .....                     Fuad Nəcəfli YENİDƏN XANLIQ SİSTEMİNƏ QAYITMIŞDI?.. .....                     Gürcüstanda 1270, Azərbaycanda 173 dollar... .....                     MDU-da bu fakültəyə yeni dekan təyin edildi .....                     Yanmış binada təmir dayandı .....                     Sərhədimizdəki “casuslar” gedir, amma... .....                     Sakinlər özlərini TƏHLÜKƏDƏ HİSS EDİR... .....                 

Tiflisdən İrəvana SEZAR şilləsi! - sərhəddən buraxmır
Tarix: 6-11-2024, 10:05 | Çap et
Tiflisdən İrəvana SEZAR şilləsi!
Ermənistan Qərb silahlarını, eləcə də Fransadan aldığı SEZAR artilleriya qurğularını ölkəyə gətirə bilmir. Bu sensasion iddia barədə politoloq Qurgen Simonyan danışıb. O deyib: “Bəziləri Qərbin silahlarının Gürcüstandan keçdiyini deyir. Bəs onda niyə SEZAR-lar hələ də Potidə və ya Gürcüstanın hər yerində ilişib qalıblar?”.

Bundan əvvəl mətbuatda Gürcüstanın Ermənistana silah tranzitindən tamamilə imtina etdiyi barədə məlumatlar yayılmışdı. Bu addımın səbəbi Tiflisin Ermənistanın bir qrup siyasi fəal vətəndaşını Gürcüstan prezidenti Salome Zurabişvilini dəstəkləmək üçün Gürcüstana göndərilməsindən narazılığı ilə də izah olunur. Bu hərəkət Gürcüstanın siyasi dairələrində mənfi reaksiyaya səbəb olub və görünür ki, ölkənin tranzit siyasətinə təsir edib.

“Bakı-xeber.com” şərhində yazır ki, Ermənistanın baş naziri Nikol Paşinyanın gürcüstanlı həmkarı İrakli Kobaxidzeyə yazdığı sönük təbrik məktubunda da aydın hiss olunurdu ki, seçkinin nəticələri onların gözləntilərini doğrultmayıb.

Maraqlıdır ki, bir il əvvəl Fransanın “Bastion” markalı çoxməqsədli zirehli maşınlarının Gürcüstanın Poti limanından Ermənistana daşındığı üzə çıxmışdı. Gürcüstan daha əvvəl Ermənistana silah və hərbi texnika daşınmasına icazə vermirdi. Bu da Azərbaycanla Gürcüstan arasındakı strateji tərəfdaşlıq əlaqələrinin roluna uyğun bir davranış idi. Əgər iddialar doğrudursa, demək, Gürcüstan yenə əvvəlki strateji tərəfdaşlıq əlaqələrinin roluna uyğun siyasətə qayıdıb.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Fransa istehsalı olan SEZAR-ların Gürcüstanda qalması Azərbaycan və Gürcüstan arasında olan strateji tərəfdaşlığın yaxşı nəticəsidir: “Gürcüstan da yaxşı anlayır ki, Ermənistan kimi bir ölkənin silahlandırılması regionda yeni gərginliyə yol aça və bölgədə hadisələr arzuolunmaz ssenari üzrə inkişaf edə bilər. Belə arzuolunmaz vəziyyət isə şübhəsiz Gürcüstana da təsirlərini göstərəcək. Çünki bir ölkənin qonşuluğunda təhlükəsizlik təhdidləri yaranırsa, bu vəziyyətin məhz həmin ölkəyə də mənfi təsirləri olur. Digər tərəfdən, Gürcüstanda seçki öncəsi kifayət qədər gərginlik var idi. Hakimiyyətə qarşı demək olar ki, prezident Salome Zurabişvili əsas rəqib hesab olunurdu və ermənilərin ona dəstək verməsi "Gürcü Arzusu" hökumətini razı sala bilməzdi. Yəni müəyyən qədər də olsa SEZAR silahlarının Gürcüstandan buraxılmamasında bu məsələnin də təsiri ola bilər. Ancaq əsas məsələ Gürcüstan-Azərbaycan strateji tərəfdaşlıq münasibətləri öz təsirini göstərir. Gürcüstan bu cür mövqedən daim çıxış etməlidir. Hər hansı təsirlərlə, təzyiqlərlə, ultimatum xarakterli mesajlarla dövlət öz vahid strateji xəttindən çəkilməməlidir. Anlamalıdır ki, biz regionda yalnız bir-birimizə dəstək olaraq inkişafa və tərəqqiyə nail ola bilərik, Cənubi Qafqazı vahid bir orqanizm kimi görməliyik. Ətrafında güclü geosiyasi aktorlar olsa da Azərbaycan, Gürcüstan və Ermənistan nəhayət ki, Cənubi Qafqazda dayanıqlı sülh üçün birgə fəaliyyət haqqında düşünməlidir. Təəssüflər olsun ki, İrəvanda bu düşüncədə deyillər. Gürcüstan hakimiyyətini prinsipial mövqeyinə görə təqdir etmək lazımdır".

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov bildirdi ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın silahlandırılmasına qarşı dəfələrlə münasibətini ortaya qoyub, silahlandırmanın Cənubi Qafqaz regionunda sülhü təhdid etdiyini bəyan edib: "Azərbaycan həmişə çağırış edib ki, digər bölgə dövlətləri də Ermənistanın silahlandırılması ilə bağlı ortaya mövqe qoysunlar. Amma təəssüf ki, digər dövlətlər Azərbaycan kimi mövqe nümayiş etdirmirdilər. Hətta Gürcüstan bir müddət öz ərazisindən Ermənistana Fransa silahlarının daşınmasına şərait yaratdı. Bu, həmin dövrlər idi ki, Gürcüstan Qərbdən təzyiqlərə məruz qalırdı, Fransa Tiflisə təsir edirdi. Fransa və bir sıra ermənipərəst dövlətlər Gürcüstanı Cənubi Qafqaza qapı rolunda görürdülər. Və Ermənistana Gürcüstan ərazisindən silah keçirilməsi sübut edirdi ki, bu cür qapı xoş niyyətlər üçün deyil. Lakin artıq Gürcüstanda seçkilər keçirilib və Fransanın diktəsi ilə hərəkət etməyən siyasi qüvvə hakimiyyətini qoruyub saxlamağı bacardı. Gürcüstanda hakimiyyət artıq seçki qayğısını xeyli dərəcədə arxada qoyduğundan Ermənistana silah daşınması üçün Gürcüstan ərazisindən istifadə edilməsinə qırmızı işıq yandıra bilər. Yayılan xəbər doğrudursa və belə olacaqsa, bu, həm də Gürcüstanın Azərbaycanla strateji tərəfdaşlıq əlaqələrinin ruhuna uyğun mövqe ortaya qoyması kimi dəyərləndirilə bilər. Məsələnin başqa bir tərəfi də var ki, son seçkilərdə ermənilər Qərbə bağlı olan gürcü müxalifətinə dəstək verirdilər. Hətta daxildə etirazlar, qarşıdurmalar yaradılması istiqamətində ermənilərə Ermənistandan sifariş verildiyi barədə məlumatlar yayılmışdı. Bu məqamın da "Gürcü Arzusu" hakimiyyətinin Ermənistana münasibətində müəyyən soyuqluq yarada biləcəyi ehtimalını söyləməyə əsas verir. Rəsmi Tiflis gördü ki, Ermənistan və Gürcüstanda yaşayan ermənilər Gürcüstana qarşı istənilən oyunda alət olmağa böyük həvəslə razılıq verirlər. Günün birində daha bir təhlükəli oyunun Gürcüstana qarşı istiqamətlənməsi halında Ermənistan bu oyunda alət olmağa razı olacaq. Ona görə də hesab etmək olar ki, əgər həqiqətən də yayılan xəbər doğrudursa, Gürcüstan haqlı olaraq həmin silahların Ermənistana göndərilməsinə razılıq vermir. Bizim də Gürcüstandan gözləntimiz həm də budur".

Ekspert vurğuladı ki, Gürcüstan Cənubi Qafqazın tərkib hissəsidir. Ermənistan kimi bir ölkənin silahlandırılması həm də elə Gürcüstanın özü üçün də gələcəkdə təhlükələr vəd edir. Ona görə də Gürcüstan Azərbaycanla bu məsələdə maraq uzlaşması ortaya qoymalıdır: “Ermənistanın silahlandırılmasına qarşı birgə hərəkət, birgə siyasət yürüdülməlidir. Cənubi Qafqazda dayanıqlı sülhə nail olunması məhz Azərbaycanla Gürcüstanın yürütdüyü siyasətin qayəsini təşkil edir. Ancaq təəssüf ki, Ermənistan hələ ki bu siyasətə qoşulmaq istəmir. Ermənistanın qoşulmaq istədiyi təhlükəli oyunlardır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müdafiə Nazirliyi son 3 gündə 7,5 milyonluq sifarişlər verib - QALİB ŞİRKƏTLƏR
Bu gün, 18:01
Yekaterinburqda azərbaycanlılara qarşı repressiya edən polislər mükafatlandırıldı - Düşmənin BUYNUZU OLMUR...
Bu gün, 17:57
ABŞ və İsraillə münaqişənin üçüncü mərhələsinə qədəm qoyuruq - İran XİN
Bu gün, 17:46
İçib "TikTok"da söyüş söyən musiqiçi həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 17:44
Saxta xəbərlərdən necə qorunaq: Ekspertdən təklif - Görünəni odur ki...
Bu gün, 17:43
İcra başçısı bir neçə ay əvvəl təltif etdiyi müavinini işdən çıxardı - FOTO
Bu gün, 17:41
Çevrilişə cəhdin arxasından İran planı ÇIXDI - İNCƏLƏMƏ
Bu gün, 17:36
Elm və Təhsil Nazirliyi: Vitrində süni intellekt, içəridə isə klanların SAVAŞI - NƏ BAŞ VERİR?
Bu gün, 17:30
“Ermənistandakı Aİ missiyasına yeni funksiyalar verilə bilər” - GƏLİŞMƏ
Bu gün, 17:26
Dollar dəyərini itirir: Manat bahalaşacaq? - AKTUAL
Bu gün, 17:21
Casus şəbəkələri: Türkiyə İranla bağlı strategiyasını nəzərdən keçirməli olacaq - RƏY
Bu gün, 17:18
Bakıdan saxta pasportla Almaniyaya getmək istədi, həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 17:15
Ermənistan Azərbaycanla sülh sazişinin yaxın aylarda imzalanacağına ümid edir - AKTUAL
Bu gün, 17:11
Paşinyan “Putin NATO-su”na SAVAŞ elan etdi – Yeni raketlər hansı ölkəyə QARŞIDIR?
Bu gün, 17:10
“MTK-ların məsuliyyətsizliyi minlərlə vətəndaşı illərlə evsiz qoyub”
Bu gün, 16:03
Ermənistan Azərbaycanla sülhə sadiqdir - Mirzоyan
Bu gün, 15:58
Cəbrayılov Ana Təbiətin ƏZRAYILIDIR! - AXI NİYƏ?..
Bu gün, 15:51
Ermənistan axtarışda olan 3 nəfəri Türkiyəyə təhvil verib
Bu gün, 15:47
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -Bu sistemdə əsas olan münasibətlər və vərdişlərdir
Bu gün, 15:40
Bakıda arvadını parkda qətlə yetirənə AĞIR CƏZA
Bu gün, 15:30
Qarabağa İngilislərin gətirdiyi oyun - Atı olmayanın oyunu olan FUTBOL
Bu gün, 15:28
Axtarışda olan Hüseyn Həsənov istintaqa müraciət etdi - "Derk etməmişəm"
Bu gün, 15:24
Avropa NATO-dakı rolunu gücləndirməlidir - Kallas
Bu gün, 15:21
Ohanyan yenə Paşinyanı hədəfə aldı
Bu gün, 15:19
Azərbaycanın dövlət borcu açıqlanıb
Bu gün, 15:08
Tutuqlanan azərbaycanlılar “Vilayəti-Xorasan”a necə qoşulublar? - TƏFƏRRÜAT
Bu gün, 13:08
Moskvadan Bakıya yeni HƏDƏ – Azərbaycan udulası TİKƏ deyil!
Bu gün, 12:47
Avropa İttifaqında QALMAQAL – Qadın liderlərin duelindən kim QALİB ÇIXACAQ?
Bu gün, 12:41
Bloqer Hüseyn Həsənov barəsində vergidən yayınma ilə bağlı iş Rusiya prokurorluğuna daxil olub
Bu gün, 12:40
AYNA-nın sürücülərə qarşı süni CƏRİMƏ FABRİKİ - Yol hərəkəti yoxsa YOL TƏLƏSİ
Bu gün, 12:37
“Parazit sözlər şou proqamlarda istifadə edilir” - Qulu Məhərrəmli
Bu gün, 12:30
Rusiya MATO-ya hücum edəcək - Müharibə bu ölkədə başlayacaq
Bu gün, 12:27
Mollalar Azərbaycandan əl çəkmir - indi də “Nücəba” böhtana başlayıb
Bu gün, 12:24
Rəsul Çunayevə vəzifə verildi
Bu gün, 12:21
Fuad Nəcəfli YENİDƏN XANLIQ SİSTEMİNƏ QAYITMIŞDI?.. - İLGİNC
Bu gün, 12:08
Gürcüstanda 1270, Azərbaycanda 173 dollar... – Adambaşına düşən turizm gəlirləri
Bu gün, 12:04
MDU-da bu fakültəyə yeni dekan təyin edildi - BUNDAN SONRA...
Bu gün, 11:59
Yanmış binada təmir dayandı - “Amma “LOFT” xarabasına pul tapır”
Bu gün, 11:48
Sərhədimizdəki “casuslar” gedir, amma... – İLGİNC PLAN
Bu gün, 11:41
Sakinlər özlərini TƏHLÜKƏDƏ HİSS EDİR... - VİDEO
Bu gün, 11:35
Direktorun vəkilinin tələbi RƏDD EDİLDİ - Perinatal Mərkəzdəki YANĞIN İŞİ
Bu gün, 11:22
Kirayə qaldığı mənzildən vaxtından əvvəl çıxan şəxs döyüldü - TƏFƏRRÜAT
Bu gün, 11:18
Ətin qiyməti yenə bahalaşacaq! - BELƏ HARA GEDİRİK?
Bu gün, 11:13
Naxçıvanda sahibkarlar NARAHATDIR... - DƏYİŞƏN NƏ OLDU Kİ?
Bu gün, 11:08
Ukrayna Krım istiqamətində hücuma keçdi - Rusiya HHM-i işə saldı
Bu gün, 11:02
“Qarabağ”ın son və ən çətin SINAĞI – Qurban Qurbanov “Liverpula” hansı sürprizi HAZIRLAYIB?
Bu gün, 10:56
Sabiq icra başçısının əmisi oğluna yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:48
“Azercell” 5 manatlıq paket üçün balansdan 12 manat çıxır - NARAZILIQ VAR...
Bu gün, 10:44
“Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir - VİDEO
Bu gün, 10:36
Səfirimiz erməni həmkarı ilə görüşdü - FOTO
Bu gün, 10:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru