Kənar qüvvələrin əlində bölgə dövlətlərinə qarşı forpost olmaq təhlükəli oyundur.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın Lehigh Universitetinin professoru, siyasi elmlər doktoru Armen Qriqoryan erməni mediasına müsahibəsində deyib.
O bildirib ki, bu cür təhlükəli oyunun nəticəsi müharibədir:
“Müharibə baş versə, onu kim dayandıracaq? Əliyevin önünü kim alacaq? Rusiya heç də bu düşmənçilikdən (Ermənistanın Rusiyaya qarşı düşmən siyasətindən – red.) əziyyət çəkməyəcək”.
İkinci Qarabağ savaşını xatırladan Qriqoryan qeyd edib ki, 25 ildir müharibələri öyrənir:
“44 günlük müharibədən daha proqnozlaşdırıla bilən müharibə və daha proqnozlaşdırıla bilən məğlubiyyət görməmişəm”.