Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Bu halda Əliyevi kim dayandıracaq?

Bu halda Əliyevi kim dayandıracaq?


Bu gün, 07:06
Bu halda Əliyevi kim dayandıracaq?
Kənar qüvvələrin əlində bölgə dövlətlərinə qarşı forpost olmaq təhlükəli oyundur.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın Lehigh Universitetinin professoru, siyasi elmlər doktoru Armen Qriqoryan erməni mediasına müsahibəsində deyib.

O bildirib ki, bu cür təhlükəli oyunun nəticəsi müharibədir:

“Müharibə baş versə, onu kim dayandıracaq? Əliyevin önünü kim alacaq? Rusiya heç də bu düşmənçilikdən (Ermənistanın Rusiyaya qarşı düşmən siyasətindən – red.) əziyyət çəkməyəcək”.

İkinci Qarabağ savaşını xatırladan Qriqoryan qeyd edib ki, 25 ildir müharibələri öyrənir:

“44 günlük müharibədən daha proqnozlaşdırıla bilən müharibə və daha proqnozlaşdırıla bilən məğlubiyyət görməmişəm”.
Geri qayıt