"Gördüm vəziyyət daha da pisləşir, dərhal müalicəyə başladıq" .....                     ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirməyə hazırlaşır .....                     Dövlət qurumu yarım milyonluq tenderi «İdeal Motors»a verdi .....                     İmişlidə suvarma suyu balıq hövzələrinə axır .....                     “Sədərək” və “Binə” bağlana bilər .....                     Binəqədinin sabiq bələdiyyə sədrləri məhşər ayağına çəkilə bilər... .....                     Fransada istilər minlərlə insanın ölümünə səbəb olub .....                     “Aqrarkredit”in 1,2 milyonluq villası hərraca çıxarılır .....                     "Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir" .....                     Nənə və nəvələri maşınla vuraraq hadisə yerindən qaçan sürücü azadlığa buraxıldı .....                     Elmar Vəliyevlə əlaqələndirilən “Gəncə Bazar Ticarət Mərkəzi” satışa çıxarıldı .....                     “Payızda müharibə olacaq” .....                     Azərbaycanlı model məhkəməni uddu .....                     Bakıda makler ev yiyəsini görün necə aldatdı .....                     "Hər kəs bilsin ki, belə şəxslərə güvənmək olmaz..." .....                     ABŞ Yaxın Şərq üzərindən Ermənistanı “vurur”: .....                     Şirkətlər “Expressbank“dan pullarını geri çəkdi .....                     Sosial müavinət və işə düzəltmək vədi ilə 45 min manatlıq dələduzluq .....                     "Azərbaycan Dəmir Yolları"na 760 manat ziyan vuran şəxslər cəzalandırıldı .....                     "Avropa İttifaqında Rusiyaya qarşı yeni sanksiyalar ətrafında fikir ayrılığı dərinləşir" .....                     BU DA BAKIYA “DƏRS KEÇMƏYƏ” QALXDI... .....                     Üç azərbaycanlı Ermənistanda şirkət açıb .....                     Paşinyanın daha bir rəqibinin toxunulmazlığı ləğv olundu .....                     Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil .....                     Bizə Rusiyadan niyə DOST OLMAZ... .....                     Yeni geosiyasi reallıq: Diqtə edən tərəf Bakıdır .....                     İran təslim olmadı, ABŞ planını dəyişdi .....                     Rüfət Əhmədzadənin meyiti aşkarlandı .....                     Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır .....                     Xaricdən gətirilən armaturlardan gömrük rüsumu tutulması .....                     “Azərbaycan jurnalistikasının qarşısında böyük imkanlarla yanaşı, böyük məsuliyyət də dayanır” .....                     Moskva və Ankara "Mavi axın"a edilən hücumları qapalı rejimdə müzakirə edir .....                     Ağdamda xəstəxana tikintisinin davamına daha .....                     “Qaçqınkom” bizi köçürmür, hər an bu divar uşaqların üstünə uça bilər” .....                     Özəlin açıqlamasından sonra 400 min nəfər istefa verdi... .....                     Zəngəzurdan Moskvaya ZƏRBƏ .....                     "Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxılıb .....                     Çağrılmamış qonaqlar... .....                     Mülayim şərq küləyi əsəcək .....                     AZAL media nümayəndələri üçün intellektual yarış təşkil etdi .....                 

MASALLIDA HƏBSLƏR DAVAM EDİR
Tarix: 21-09-2012, 09:52 | Çap et
MASALLIDA HƏBSLƏR DAVAM EDİR

DİNDAR GƏNCLƏR NİYƏ HƏBS OLUNUB?

Bu il sentyabr ayının 7-10 arası Masallıda keçirilən Beynəlxalq Folklor Festivalının axşam tədbirləri zamanı xoşagəlməz olay baş verib. Bu olay nəticəsində 3 nəfər dindar gənc həbs edilib. Onlardan biri, əsasən, dini sayt kimi fəaliyyət göstərən “Xeber44.com”un rəhbəri Araz Quliyevdir. Məlumat üçün bildirək ki, Araz Quliyev Masallı şəhərində yaşayır və taksi sürücüsüdür. Ziya Tahirov isə kiçik ticarətlə məşğuldur. Saxlanılan 3-cü şəxs Rza Ağalı isə işsizdir.

Elə tutulanlardan birinin, A. Quliyevin rəhbərlik etdiyi “Xəbər44.com” saytının yaydığı məlumata və həbsdən əvvəl onun redaksiyaya gəlib bildirdiyinə görə, sentyabrın 7-si axşamı onlar Masallı Mədəniyyət Evinin qarşısındakı Nizami meydanında gəzərkən bir polis nəfəri kefli halda onlara yaxınlaşaraq ərazini tərk etməyi bildirib.
Sayt Araz Quliyevin dilindən yazır: " Gənclər Mərkəzinin yaxınlığındakı ərzaq dükanının yanında dayanmışdıq. Masallıda Beynəlxalq Folklor müsabiqəsi keçirildiyi üçün ətrafda polis işçiləri də var idi. Birdən qarşımızda polis idarəsinə məxsus "Wolsvagen" markalı avtomobil dayandı. Maşından düşən mülki geyimli Nazim Əkbərov adlı polis işçisi aşa-aşa bizə yaxınlaşdıqda onun sərxoş olduğunu bildik. O, ayaq üstə güclə dayanırdı. Sərxoş vəziyyətdə olan Nazim bizi küçə söyüşləri ilə təhqir etdi və onunla polis idarəsinə getməyimizi istədi. Bu zaman onunla birlikdə olan mülki geyimli polis işçiləri maşından düşərək bizə yaxınlaşdılar. Biz onların da sərxoş olduğunu gördükdə: "Siz içkilisiniz, gedin ayıq polis işçisi gəlsin, ” - cavabını verdik. Bu cavabımızdan sonra onlar üstümüzə hücum çəkdilər. Hətta mülki geyimdə olan Rüfət adlı polis işçisi üstümüzə silah da qaldırdı”.
Daha sonra saytda qeyd olunur ki, ərazidə olan polislərdən bir neçəsi onlara yaxınlaşıb, iş yoldaşlarının kefli olduğunu gördükdə deyiblər ki, siz buradan gedin.
“Buna baxmayaraq Nazim Əkbərov və onunla gələn digər mülki geyimli polis işçiləri söyüş söyərək bir daha bizim üstümüzə hücum çəkdilər. Cavid Məmmədov adlı polis baş leytenantı isə bizə yaxınlaşaraq: "Narahat olmayın, onlar öz cəzasını alacaqlar, gedək mənimlə idarəyə, orada danışarıq", - dedi. Biz də onunla birlikdə polis idarəsinə getdik. Polis idarəsinin həyətində Nazim Əkbərov yenidən söyüş söyərək üstümüzə hücum çəkdi.
Bizi rəis müavini Fuad müəllimin otağına apardılar. Fuad müəllim ... Nazim Əkbərovun hərəkətlərinin özbaşınalıq olduğunu bizə bildirdi. Nazim Əkbərovun bu özbaşına hərəkətinə görə Masallı RPŞ-nın rəis müavini Əlifağa Kazımov da gecəylə idarəyə gəldi. O da Nazimin bu hərəkətini görüb onun cəzalanacağını bildirərək səhər saat 9:00-da idarədə olmağımızı istədi. İdarədə hadisə ilə bağlı sənəd və ya izahat yazılmadı. Sadəcə, sərxoş vəziyyətdə olan Nazim Əkbərovun evinə göndərilməsi əmri verildi ”.
Gənc dindarlar isə həmin gecə saat 3-də evlərinə buraxılıblar.
“Xeber44.com” saytı isə olayın sonrakı günü, sentyabrın 8-də baş verən hadisələri belə təqdim edir: “Masallı cümə məscidinə gedən yol istiqamətində bir qrup Ərkivan sakinləri dindarların yolunu kəsərək küçə söyüşləri söyməyə başlayıblar.
(Deyilənlərə görə, mülki geyimli şəxslər polis zabiti Nazim Əkbərovun yaxın qohumlarıdır.)
Sonra Masallı RPŞ-nın rəis müavini Əlifağa Kazımovun göstərişi ilə polis zabiti Cavid Məmmədov onların yanına gələrək: “Döyün bunları”, - deyib və mülki geyimdə olan idmançılar dindarları Mədəniyyət Evinin qabağına aparıblar.
Orada mülki geyimlilərə çoxlu sayda polis də köməklik edib və dindarları rezin dəyənəklərlə, təpik və yumruqlarla döyməyə başlayıblar.
Dindarları amansızlıqla vurduqdan sonra polislər Araz Quliyev və Ziya Tahirovu polis bölməsinə aparıblar.
Polis bölməsində də dindarları amansızcasına döyüblər.
Dindarların özündən getdiyini görən polislər onları ayıltmaq üçün həkim çağırıblar.
Daha sonra isə Masallı şəhər sakini Rza Ağalını da polis şöbəsinə aparılıb”.
Sayt, həmçinin, başqa məlumatda bu hadisəni
belə qeyd edir: “Həmin gün saat 23:30-da 30-a yaxın mülki geyimli idmançı Masallı RPŞ-nin rəis müavini Əlifağa Kazımovun göstərişi ilə Masallı dindarlarına hücum edib.
Hadisədən 5 dəqiqə əvvəl gənc dindarlarla söhbət edən Əlifağa Kazımovdan ayrılandan 2 dəqiqə sonra mülki geyimli idmançılar Araz Quliyevə, Ziya Tahirova və bir neçə dindara hücum ediblər.
Sonradan polis işçilərinin qoşulmasıyla qrup daha da çoxalıb. 10-a yaxın dindara qarşı təxminən 30-mülki geyimli idmançı və 30-40-a yaxın polis işçisi hücum edib, dindarları döyərək polis şöbəsinə aparıblar. Mülki geyimli idmançılardan isə saxlanılan olmayıb.
İlkin məlumata görə, Nazim Əkbərov adlı polis işçisi Masallı RPŞ-nın rəis müavini Əlifağa Kazımovun tapşırığı ilə bir qrup mülki geyimli idmançıları təşkil edib və onlar da bu hadisəni törədiblər”.
Sentyabrın 10-da isə “Media forum” saytına Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bu barədə məlumat verib. Şöbə rəisinin sözlərinə görə, sentyabrın 8-i axşam radələrində Araz Quliyevlə bərabər bir neçə şəxs Masallı rayonunda beynəlxalq folklor festivalı ilə əlaqəli tədbirin pozulmasına cəhd göstərib: “Nəticədə rayonun iki sakini və polis əməkdaşı xəsarət alıb, polisin xidməti avtomobilinin şüşələri sındırılıb. İctimai asayişi pozan Araz Quliyev, Ziya Tahirov və Rza Ağalı saxlanılaraq polis şöbəsinə gətirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2 maddələri ilə cinayət işi açılıb”.
(Məlumat üçün bildirək ki, həmin maddə iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə deməkdir.)
Sentyabrın 10-da isə Masallı Məhkəməsi saxlanılan şəxslərin mühakiməsinə başlayıb və onlar 2 aylıq müddətə azadlıqdan mərhum edilib. Cəzalananlar artıq Bakıya yola salınıb”.
Bütün bunlar gənc dindarların və onların tərəfdaşı kimi çıxış edən “Xeber44.com” saytının məlumatları və movqeyi idi. Bəs digər tərəflər, yazıda adları hallanan polis işçiləri, eləcə də ictimaiyyət nümayəndələri, ictimai təşkilatların təmsilçiləri nə düşünür?
Bu rəyləri təqdim etmədən öncə bildirək ki, vəkil Qəhrəman Əliyevin bildirdiyinə görə, Araz Quliyev məhkəmədə vəkildən imtina edib və o, Masallıda diskoteka keçirilməsinə narazı olduğunu bildirmiş və bu tədbirin qısa müddətdə dağıdılmasını tələb etmişdir.
Bu şəxslərin 3 gün müddətinə Apelyasiya Məhkəməsinə müraciət etmək imkanı olsa da, onlar şikayət verməyiblər.
Bu olay əsasən, diskotekaya görə baş verdiyindən öncə aydınlaşdıraq ki, diskoteka nədir?
Vikipediyada qeyd olunur ki, “Diskoteka” sözü fransız dilində olan 2 sözün birləşməsindən götürülmüşdür: disque- qrammofon valı, kartotheque- kartoteka. Diskoteka mədəni-əyləncəli tədbir olaraq rəqs oynamaq üçün nəzərdə tutulmuş xüsusi tamaşa zallarında və ya açıq səma altında həyata keçirilir. Bu sözü bir az da xırdalasaq, indiki vaxtda diskoteka əsasən, canlı çalğı ilə yox, disklərdə səslənən musiqinin müşayiəti ilə rəqsdir.
Masallıda keçirilən diskotekada isə demək olar ki, bir neçə nəfərdən başqa kənardan gələn qonaqlardan savayı kimsə olmayıb. Hətta “Halay”ansamblının üzvləri də həmin tədbirə qatılmayıb.
İndi isə Masallı Rayon Polis Şöbəsinin rəis müavini Əlifağa Kazımovun fikirlərini sizə təqdim edirik:
- Beynəlxalq səviyyəli Folklor Festivalının Masallıda keçirilməsi hər birimiz üçün fəxrdir. Belə bir tədbirin keçirilməsini sağlam düşüncəli vətəndaş müsbət qarşılamalıdır. Xalqlar öz milli mədəniyyətini, incəsənət
nümunələrini Masallıdan bütün dünyaya nümayiş etdirirdilər.
Lakin bir qrup gənc festivalın normal gedişinə mane olmaq, əngəl törətmək istəmiş, xuliqanlıq hərəkətləri etmişlər. Onların hərəkətlərinə qanuna müvafiq qiymət verilmiş, cinayət işi qaldırılmış, istintaq aparılır.
Qanun-qaydanı pozanlara qarşı polis qüvvələri mövcud qanunvericiliyin tələbləri əsasında hərəkət etmişdir. Polisə qarşı əks tərəfin irəli sürdüyü ittihamlar tam əsassız və yalandır.
Əməkdaşımız Nazim Əkbərov şəkərli xəstədir, spirtli içki onun səhhəti üçün əks göstərişdir. Belə olan halda, o, xidməti vəzifəsini yerinə yetirən zaman sərxoş ola bilərmi?
Qarşıdurma zamanı silah işlətməyə ehtiyac olmamış və heç bir polis işçisi silaha əl atmamışdır. Dindarların döyülməsi faktı isə uydurmadan başqa bir şey deyil. İstintaq işi ilə bağlı araşdırmanı Masallı rayon prokurorluğu aparır.
Masallı Rayon Prokurorluğundan isə bizə bildirdilər ki, siz ancaq Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat ala bilərsiniz. Hazırda istintaq getdiyi üçün biz detallara aydınlıq gətirə bilmərik. Ehtimallar var ki, bu işin içində digər məqamlar da olsun.
Bəs din xadimləri bu barədə nə düşünür? Cənub bölgəsinin Qazisi Hacı Mirqiyas Təhməzovun fikirlərini təqdim edirik:
-Sentyabrın 8-də baş verən olay bir Qazi və ruhani olaraq məni çox hiddətləndirir. Ölkə başçısı, möhtərəm prezidentimiz İ. Əliyev cənablarının apardığı məqsədyönlü və ardıcıl siyasətin sayəsində bu gün ölkəmiz günü-gündən inkişaf edir, dünyada öz layiqli yerini tutur.
Beynəlxalq Folklor Festivalının məhz Masallıda keçirilməsi, dünyanın bir çox ölkələrini təmsil edən kollektivlərin də bura gəlişi bir hadisədir. Belə gözəl tədbirə yalnız nankor adamlar pis baxa bilər. Bir dəstə gəncin dindar adı altında, kimsələrin sifarişi ilə festivalın gedişinə əngəl törətmək istəmələri biz dindarları hədsiz hiddətləndirir. Bu olay eyni zamanda bizə ləkə gətirir. O gəncləri biz dindarlar vəkil etməmişik ki, bizim adımızdan hər hansı aksiya keçirtsinlər.
Onların hərəkəti dinimizin qorunması və müdafiəsinə deyil, hər birimiz üçün
əziz olan dövlətimizin dağıdılmasına və nüfuzdan salınmasına yönəlib. Xuliqanlıq etməklə dini müdafiə etməzlər.
Bir Qazi və din xadimi olaraq Masallıda Folklor Festivalının keçirilməsində, konsert proqramlarının, diskotekanın təşkilində İslam dininə zidd olan heç nə görmürəm. Bu tədbir xalqların birliyinə, insanların mənəvi tərbiyəsinə xidmət edir. Bütün bunları görməmək nankorluqdan başqa bir şey deyil.
Əsl müsəlman öz dininin keşiyində ayıq-sayıq dayanmalı, ibadətini unutmamalı, şəriət qaydalarına düzgün riayət etməli, dindaşlarını birliyə, vəhdətə çağırmalıdır. Biganələrin 5-10 manatına uyub dini parçalamaq, onu təriqətlərə bölmək, xuliqanlıq edərək insanların asayişini pozmaq dindar olmaq demək deyil.
Mən gənclərin bu yaramaz hərəkətini tənqid etməklə, əxlaqa, İslama tamamilə zərbə vuran əməl hesab edirəm.

Biz daha bir neçə nəfərə müraciət etdik. Təəssüf ki, onlar rəy bildirməkdən imtina etdilər. Adını açıqlamaq istəməyən ziyalılardan biri isə bildirdi ki, onsuz da bizim əksər toylarımızda qadın və kişilər birgə rəqs edir, bəziləri yarımçılpaq geyinir, çalğı ilə də, disklə də rəqs edirlər. Onda belə çıxır ki, biz həmin toyları da dağıtmalıyıq. Dövlət dinə necə hörmətlə yanaşırsa, dindarlar da hökumətin tədbirlərinə bu cür hörmətlə yanaşmalıdırlar. Biz gənclərin kütləvi şəkildə məscidə getməsini normal qarşılayırıq, dindar gənclər də digərlərinin başqalarına mane olmamaq şərti ilə ürəkləri istədikləri kimi əylənməsinə normal hal kimi baxmalıdırlar.
Son məlumata görə isə daha bir gənc – Xalid Kazımov, Surac Ağyev, Vüsal Quliyev, Nicat Əliyev və Namiq Kişiyev həbs edilib.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Gördüm vəziyyət daha da pisləşir, dərhal müalicəyə başladıq"
Bu gün, 06:46
ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirməyə hazırlaşır - WSJ
Bu gün, 06:43
Dövlət qurumu yarım milyonluq tenderi «İdeal Motors»a verdi - TƏFƏRRÜAT
Bu gün, 06:41
İmişlidə suvarma suyu balıq hövzələrinə axır - BU NƏDİ BELƏ?
Bu gün, 06:39
“Sədərək” və “Binə” bağlana bilər – Gözlənilməz durum
Bu gün, 06:30
Binəqədinin sabiq bələdiyyə sədrləri məhşər ayağına çəkilə bilər... - İTTİHAM VAR...
Bu gün, 06:28
Fransada istilər minlərlə insanın ölümünə səbəb olub - KİV
Bu gün, 06:19
“Aqrarkredit”in 1,2 milyonluq villası hərraca çıxarılır – FOTOLAR
Dünən, 18:17
"Dərmanların qiymətini Tarif Şurası deyil, bazar müəyyən etməlidir" - Adil Qeybulladan ETİRAZ
Dünən, 18:02
Nənə və nəvələri maşınla vuraraq hadisə yerindən qaçan sürücü azadlığa buraxıldı - TƏFƏRRÜAT
Dünən, 17:53
Elmar Vəliyevlə əlaqələndirilən “Gəncə Bazar Ticarət Mərkəzi” satışa çıxarıldı - BU QİYMƏTƏ...
Dünən, 17:51
“Payızda müharibə olacaq” - Karapetyan
Dünən, 17:49
Azərbaycanlı model məhkəməni uddu
Dünən, 17:35
Bakıda makler ev yiyəsini görün necə aldatdı – İnanılmaz olay
Dünən, 17:31
"Hər kəs bilsin ki, belə şəxslərə güvənmək olmaz..." - ETİRAZ VAR...
Dünən, 17:27
ABŞ Yaxın Şərq üzərindən Ermənistanı “vurur”: - Cənubi Qafqazda yeni “savaş poliqonu” yaranır
Dünən, 17:18
Şirkətlər “Expressbank“dan pullarını geri çəkdi - SƏBƏB
Dünən, 16:53
Sosial müavinət və işə düzəltmək vədi ilə 45 min manatlıq dələduzluq - TƏFƏRRÜAT
Dünən, 16:47
"Azərbaycan Dəmir Yolları"na 760 manat ziyan vuran şəxslər cəzalandırıldı
Dünən, 16:45
"Avropa İttifaqında Rusiyaya qarşı yeni sanksiyalar ətrafında fikir ayrılığı dərinləşir" - "Financial Times"
Dünən, 16:32
BU DA BAKIYA “DƏRS KEÇMƏYƏ” QALXDI... - Nə səviyyəsi, nə də başı üçün deyil
Dünən, 16:29
Üç azərbaycanlı Ermənistanda şirkət açıb - SİYAHI
Dünən, 16:02
Paşinyanın daha bir rəqibinin toxunulmazlığı ləğv olundu - KİV
Dünən, 16:01
Kreml Rusiya və Almaniya nümayəndələrinin Bakıda görüş keçirməsi barədə məlumatlı deyil - AÇIQLAMA
Dünən, 15:50
Bizə Rusiyadan niyə DOST OLMAZ... - ÇÜNKİ...
Dünən, 15:46
Yeni geosiyasi reallıq: Diqtə edən tərəf Bakıdır - İNCƏLƏMƏ
Dünən, 15:41
İran təslim olmadı, ABŞ planını dəyişdi - ŞƏRH
Dünən, 15:39
Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Dünən, 15:32
Tehran ABŞ-la sazişin bərpası imkanını qoruyub saxlayır - İRNA
Dünən, 15:30
Xaricdən gətirilən armaturlardan gömrük rüsumu tutulması – EVLƏRİ BAHALAŞDIRACAQ
Dünən, 15:24
“Azərbaycan jurnalistikasının qarşısında böyük imkanlarla yanaşı, böyük məsuliyyət də dayanır” - Günay Əfəndiyeva
Dünən, 13:58
Moskva və Ankara "Mavi axın"a edilən hücumları qapalı rejimdə müzakirə edir
Dünən, 13:15
Ağdamda xəstəxana tikintisinin davamına daha 16 milyon sərf olunacağı proqnozlaşdırılıb
Dünən, 13:03
“Qaçqınkom” bizi köçürmür, hər an bu divar uşaqların üstünə uça bilər” - NARAZILIQ VAR...
Dünən, 12:58
Özəlin açıqlamasından sonra 400 min nəfər istefa verdi... – CHP-də “siyasi zəlzələ”
Dünən, 12:55
Zəngəzurdan Moskvaya ZƏRBƏ – Sokolov kimin adamıdır?
Dünən, 12:49
"Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxılıb - QƏRAR
Dünən, 12:45
Çağrılmamış qonaqlar... - Bu, çox ciddi məsələdir...
Dünən, 12:43
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:39
AZAL media nümayəndələri üçün intellektual yarış təşkil etdi - Fotolar, VİDEO
Dünən, 12:37
Bakıda Bakıdan xəbərsiz MƏXFİ görüş – Əliyev də ondan danışdı...
Dünən, 12:18
FHN-nin Dövlət Ekspertiza Baş İdarəsindən şübhəli müqavilələr – Milyon yarım manat haralara gedir
Dünən, 12:16
“Tofiq Mirzəyev Bakıda dəfn olunmağı arzulayırdı” - Fərhad Xəlilov
Dünən, 12:12
Onlar görəvdən ALINDI - FOTO
Dünən, 12:11
Ermənistanda Müdafiə Nazirliyinin vəzifəli şəxsi dizel yanacağını mənimsəməkdə ittiham olunur - KİV
Dünən, 11:49
"2 ildir su artezian quyusunun mühərriki işləmir..." - NARAZILIQ VAR...
Dünən, 11:42
“Bir Ecosystem”də YENİ TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 11:36
Bakı Berlinə yaxınlaşır: Mühüm səfərin pərdəarxası - İNCƏLƏMƏ
Dünən, 11:25
Paşinyanın referendum XOFU - ŞƏRH
Dünən, 11:13
Arzumun növbəti məhkəməsidir: Amalın xanımı hökmdən narazıdır - TƏFƏRRÜAT
Dünən, 11:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru