BAŞ REDAKTORUN MAŞINI DA AXTARILDI
Tarix: 29-10-2011, 15:56 |
Çap et
REDAKSİYADAN ŞAHİDLƏR OLUB
Baş Prokororluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallının şəxsi avtomobilində axtarış aparıblar. Bu barədə musavat.com-a "Yeni Müsavat"ın əməkdaşı Samir Kazımlı xəbər verib.
Reportyorumuzun sözlərinə görə, antikorrupsiya idarəsinin işçiləri Ə.Zeynallının "Volqa" QAZ-31-10 markalı maşınında özləri ilə gətirdikləri iki hal şahidinin müşayiəti ilə axtarışa başlayıblar. Axtarışa "Xural"ın redaksiyasından da iki nəfər şahid cəlb edilib.
Jurnalistlərin axtarış işlərini izləməsinə maneə törədilməyib.