Azərbaycanla yeni müharibə? .....                     Neft 60 dollardan da aşağı düşə bilər .....                     "Qarabağ" daha bir simvolunu .....                     Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı .....                     Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi .....                     Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib .....                     Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi .....                     “Artıq bunu gizlətmək istəmirəm” .....                     ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi .....                     Putin barədə dediklərinə görə axtarılırdı .....                     Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib .....                     Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub .....                     Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib .....                     Xaricdən gətirilən hibrid avtomobillərin .....                     Melonidən Azərbaycan açıqlaması: .....                     Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq .....                     Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq .....                     Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq .....                     Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb .....                     Rasim İldırımzadə məhkəmə zalında həbs edildi .....                     AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib .....                     AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib .....                     "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub .....                     “Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? .....                     MEDİAYA VAHİD YANAŞMA... .....                     ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? .....                     Köçəryanın Putinlə görüşünə imkan verilmədi .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     “PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib .....                     Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı .....                     Bu ölkələrdə kreditlər faizsiz verilir .....                     “Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” .....                     İcra başçısının elektron qolbaq taxılan sabiq müavinindən .....                     ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq .....                     Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib .....                     Yasamalın YARIMÇIQ BAŞÇISI... .....                     Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı .....                     ABŞ geri çəkilir? .....                     Aqil Şərifova hökm oxundu .....                     Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir .....                 

Qafqaz İnkişaf Bankının rəhbərinin dövlətə 7 milyon borcu qalıb - həbs təhlükəsi var
Tarix: 6-06-2015, 10:35 | Çap et
Qafqaz İnkişaf Bankının rəhbərinin dövlətə 7 milyon borcu qalıb
Azərbaycan Beynəlxalq Bankından götürülən, lakin qaytarılmayan kreditlərə görə bir müddət əvvəl baş tutan həbslər ölkə gündəminin əsas mövzusu oldu. Bildiyiniz kimi, "maliyyə xəyanəti"nə görə bir neçə tanınmış iş adamı və sabiq məmur saxlanıldı. Onların arasında Hacı İbrahim Nehrəmli, Nizami Piriyev, İsfəndiyar Axundov kimi biznesmenlərin də adı var idi.

Bir neçə gün əvvəl isə Beynəlxalq Bank işinə görə həbs edilən iş adamları sərbəst buraxıldılar. Əlbəttə ki, onlar bankdan götürdükləri kreditlərin bir hissəsini geri qaytardılar. Qeyd edək ki, Beynəlxalq Bankın zəmanəti ilə digər maliyyə mənbələrindən milyonlarla manat vəsait almış bəzi kommersiya banklarının rəhbərlərinin də istintaqa cəlb olunması haqda xəbərlər yayıldı. Məlumata görə, Qafqaz İnkişaf Bankının Müşahidə Şurasının sədri, eyni zamanda Azərbaycan Banklar Assosiasiyasının prezidenti Eldar İsmayılov da həmin ərəfədə DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində istintaq işi üzrə dindirilib. Onunla bərabər bankın İdarə Heyətinin sədri Zəki Kəngərlinin də dindirildiyinə dair məlumat var. Deyilənə görə, istintaqçılar Beynəlxalq Bankdan girovsuz alınmış 12 milyon manat kreditin taleyinə aydınlıq gətirmək üçün Eldar İsmayılovu və Zəki Kəngərlini sorğu-sual ediblər. Həmçinin Qafqaz İnkişaf Bankındakı akkreditiv hesablarından xarici ölkələrə köçürülmüş Beynəlxalq Bankın vəsaitlərinin də taleyi araşdırılıb. Məsələ ilə bağlı yayılan başqa bir məlumatda isə bank rəhbərinin 24 milyon manat vəsaiti itirdiyinə dair iddialar var idi. Bildirilirdi ki, həmin epizodla bağlı daha 12 nəfər istintaqa cəlb olunub və müxtəlif adlara sənədləşdirməklə külli miqdarda vəsait ələ keçirilib. Təkcə bir epizod üzrə bir ofisiantın adına 7 milyon manat pul yazılaraq mənimsənilib. Barəsində həbs xəbəri yayılan bank rəhbəri isə məsələyə bu cür münasibət bildirdi: "Digər banklar kimi bizim bank da Beynəlxalq Bankdan kredit götürüb. Bu kreditin ödənilməsi müddəti 2017-ci ildə başa çatır. Məni bununla əlaqədar DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə dəvət etdilər. Orada əsasən onunla maraqlandılar ki, bizim bank götürdüyü krediti necə qaytarmağa hazırlaşır. Mən də orada izahat verdim. Biz razılaşdıq ki, Beynəlxalq Bankdan götürdüyüm krediti vaxtından əvvəl ödəyək. Bizim Beynəlxalq Bankdan götürdüyümüz kreditin məbləği o qədər də böyük deyil. Faizləri nəzərə almasaq, üst-üstə 9 milyon manat kredit borcumuz var. O pulu da bir neçə dəfəyə götürmüşük. Bu gün o borcdan 2 milyon manatı ödədik. Beynəlxalq Bankdan götürdüyümüz pulları artıq kredit şəklində sahibkarlara vermişik. Onlardan həmin pulları geri qaytarmalarını tələb etmək problem yaradar. Ona görə də alternativ mənbələr axtarırıq ki, Beynəlxalq Bankın xahişinə əməl edə bilək. Əgər bank rəhbərliyi öz borcunu tələb edirsə, bütün borcluların bunu başa düşməsi lazımdır. İndi ağır iqtisadi vəziyyət yaranıb. Bu vəziyyətdə içində olduğumuz gəmini yırğalamaq olmaz. Bizim bank o qədər də böyük deyil. Kredit borclarımızı bağlamağa hər cür imkanımız var. Bizim bank bu vəziyyətdən alnıaçıq çıxacaq və digər banklara nümunə olacaq. Təbii ki, bunun bizim işimizə təsiri olacaq. Bu məbləğ bizdən ötrü böyük məbləğdir. Bu da bizim gələcək planlarımıza öz təsirini göstərəcək". Əldə etdiyimiz məlumatlara əsasən hələlik sərbəst buraxılan bankirə Beynəlxalq Banka qalan 7 milyon borcunu ödəməsi üçün vaxt verilib: "Bu ayın sonuna kimi Qafqaz İnkişaf Bankının rəhbəri kredit borcunun yerdə qalan hissəsini qaytarmasa, yenidən istintaqa cəlb oluna bilər. Bankir borcu həmin vaxta qədər qaytaracağı haqda öhdəlik götürüb. Sözünə əməl etməsə, işi cəncələ düşəcək". Qeyd edək ki, Qafqaz İnkişaf Bankı Açıq Səhmdar Cəmiyyəti Qafqaz ölkələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Azərbaycan, ABŞ, Almaniya, Gürcüstan, Rusiya vətəndaşlarının, təşkilatlarının, banklarının və müəssisələrinin dəstəyi ilə yaradılıb. Bankın rəhbərinin başı üzərində qara buludlar isə 2012-ci ildən dolanmağa başlayıb. Çünki həmin il Mərkəzi Bank bankların nizamnamə kapitalının minimum həddi 10 milyon manatdan 50 milyon manatadək artırılması haqda qərar verib. Adıçəkilən bankın nizamnamə kapitalı 14,4 milyon AZN təşkil etdiyindən bağlanmaq təhlükəsi ilə üzləşib. Yalnız Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun yardımından sonra Eldar İsmayılov fəaliyyətini davam etdirməyi bacarıb. Hazırda bankın nizamnamə kapitalı 60 milyon manat təşkil edir.
\\ Gündəlik Bakı" \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanla yeni müharibə? – Erməni xalqı qərar verdi
Dünən, 17:25
Neft 60 dollardan da aşağı düşə bilər - AKTUAL
Dünən, 17:07
"Qarabağ" daha bir simvolunu İTİRDİ
Dünən, 17:04
Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı - GİLEY
Dünən, 17:01
Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi
Dünən, 16:59
Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib - SİYAHI
Dünən, 16:44
Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi
Dünən, 16:41
“Artıq bunu gizlətmək istəmirəm” – Paşinyan ETİRAF ETDİ
Dünən, 16:39
ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi - RƏY
Dünən, 16:31
Putin barədə dediklərinə görə axtarılırdı - İrəvan Moskvaya yox, Təl-Əvivə göndərdi
Dünən, 16:28
Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib - FOTO
Dünən, 16:24
Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub - FOTO
Dünən, 16:21
Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib
Dünən, 16:19
Xaricdən gətirilən hibrid avtomobillərin sayı 2,1 dəfə azalıb, dəyəri isə 7,6% artıb
Dünən, 16:02
Melonidən Azərbaycan açıqlaması: - Bu məsələdə bizə güvənin
Dünən, 16:01
Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq - “Azəridmanservis”
Dünən, 15:58
Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq - AZAL
Dünən, 15:55
Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq - SİYAHI
Dünən, 15:52
Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb - FOTO
Dünən, 15:49
Rasim İldırımzadə məhkəmə zalında həbs edildi - DETALLAR
Dünən, 15:43
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib - DİQQƏT
Dünən, 15:41
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib
Dünən, 15:23
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub
Dünən, 15:10
“Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? – VİDEO+FOTOLAR
Dünən, 13:12
MEDİAYA VAHİD YANAŞMA... - Media və Yayım Şurası nə üçün yaradılır?
Dünən, 13:05
ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? – Kəskin ucuzlaşa bilər
Dünən, 13:02
Köçəryanın Putinlə görüşünə imkan verilmədi - AÇIQLAMA
Dünən, 12:57
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:55
“PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib - BUNDAN SONRA...
Dünən, 12:52
Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı - Bu dəfə yarım milyon ucuz
Dünən, 12:50
Bu ölkələrdə kreditlər faizsiz verilir - SİYAHI
Dünən, 12:44
“Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” – Vens
Dünən, 12:35
İcra başçısının elektron qolbaq taxılan sabiq müavinindən XƏBƏR VAR
Dünən, 12:33
ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq
Dünən, 12:15
Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib - TƏFƏRRÜAT
Dünən, 12:14
Yasamalın YARIMÇIQ BAŞÇISI... - Gərək buna maaşı da yarımçıq versinlər...
Dünən, 12:12
Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı - Qusardakı cinayətin TƏFƏRRÜATI
Dünən, 12:03
ABŞ geri çəkilir? - Vaşinqton NATO qarşısındakı öhdəliklərini azaltdı
Dünən, 11:59
Aqil Şərifova hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 11:57
Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir - Baxçalı
Dünən, 11:55
Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı - İTTİHAM VAR...
Dünən, 11:47
Azərbaycandan ən çox neft idxal edən ölkələr - SİYAHI
Dünən, 11:40
Direktor 2, maksimum 3 il bir məktəbə rəhbərlik etməlidir - ÇAĞIRIŞ
Dünən, 11:30
Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş LƏĞV EDİLİR
Dünən, 11:26
Yanacaq böhranı: artıq Kreml təbliğatçılarının da deməyə sözü qalmayıb - GƏLİŞMƏ
Dünən, 11:25
Azərbaycan Güləş Federasiyasında yeni Komitə təsis edilib
Dünən, 11:16
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri yenidən məhkəmə qarşısında
Dünən, 11:13
Niyə “Sədərək” hər yay yanır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:10
Bu restoran bina sakinlərini yatmağa qoymur – Video
Dünən, 11:08
Ermənistanda müxalifət parlamenti boykot etdi - GƏRGİNLİK
Dünən, 11:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru