Goranboyda məmur atası MEYDAN SULAYIR .....                     Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? .....                     ADSEA işçiləri ÖZBAŞINA QALIB .....                     İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib .....                     Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı .....                     Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib .....                     İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib .....                     Nə qədər alsaq da, çatmır: .....                     MİDA-nın direktoruna yeni müavin təyin olundu .....                     Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb .....                     Nail Kəmərli gördüyü dəhşəti danışdı: .....                     Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb .....                     44 ilin fotoqrafı anbardara çevrildi .....                     Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib .....                     Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin .....                     Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb .....                     "Hər aktyordan müəllim olmaz... .....                     “Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir .....                     “Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir” .....                     Xamenei hələ də dəfn edilməyib .....                     "Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" .....                     Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var .....                     "Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi .....                     Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib .....                     Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının .....                     Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu .....                     Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? .....                     İranı kim idarə edir .....                     "Optimal Finance" BOKT-un lisenziyası ləğv olunub .....                     Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb .....                     Baş Prokurorluq Ağdaş hərbi komissarlığında əməliyyat keçirib, vəzifəli şəxslər saxlanılıb .....                     "Dünən "bayağı" dedikləriniz, bu gün Xalq artistidir" .....                     Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, iki vəzifəli şəxs saxlanılıb .....                     Mayda ƏFV OLACAQ? .....                     Milyonçu sahibkarlar “10 manatlıq” şirkətlərinə görə məsuliyyət daşıyırmı? .....                     500-ə yaxın əcnəbi Rusiyadan deportasiya olundu: azərbaycanlılar da çoxdur .....                     "Onu kim ortaya salıb yaxşı bilirəm" .....                     Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? .....                     Hakimlər məhkəməyə niyə hazırlıqsız çıxır? .....                 

Dövlətləşmə gününüz mübarək olsun...
Tarix: 28-05-2015, 08:56 | Çap et
Dövlətləşmə gününüz mübarək olsun...
Bu gün Azərbaycanın milli bayramı-Respublika Günü qeyd olunur.

Düz 97 il əvvəl Şərqdə ilk demokratik respublikanın qurulub.

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.

Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi:

Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir;

Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir;

Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir;

Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir;

Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır;

Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti Hökumət durur.

M.Ə.Rəsulzadə Azərbaycanın müstəqilliyinə dair Batumda Osmanlı imperiyası ilə danışıqlar apardığından, İstiqlal Bəyannaməsinin elan olunduğu iclasa Azərbaycan Milli Şurasının sədr müavini Həsən bəy Ağayev sədrlik edib. Mustafa Mahmudovun katib olduğu iclasa Fətəli Xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mirhidayət Seyidov, Heybətqulu Məmmədbəyov, Nəriman bəy Nərimanbəyli (bolşevik Nəriman Nərimanov deyil - red.), Mehdi bəy Hacınski, Ələsgər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultanməcid Qənizadə, Əkbər Ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudin bəy Köçərli, Cəmo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim Axundzadə qatılıblar.

Azərbaycan Milli Şurasının həmin iclasında bitərəf Fətəli Xan Xoyskinin rəhbərliyi ilə AXC-nin ilk müvəqqəti hökumətinin tərkibini də təsdiqlənib. İlk hökumətin tərkibi belə idi:

Fətəli xan Xoyski - Nazirlər Şurasının sədri və daxili işlər naziri
Xosrov Paşa bəy Sultanov - hərbi nazir
Məmmədhəsən Hacınski - xarici işlər naziri
Nəsib bəy Yusifbəylı - maliyyə naziri və xalq maarif naziri
Xəlil bəy Xasməmmədov - ədliyyə naziri
Məmmədyusif Cəfərov - ticarət və sənaye naziri
Əkbər Ağa Şeyxülislamov - əkinçilik naziri və əmək naziri
Xudadat bəy Məlik-Aslanov - yollar naziri və poçt-teleqraf naziri
Camo bəy Hacınski - dövlət nəzarətçisi.

AXC elan olunarkən Bakı Stepan Şaumyanın başçılığı altında bolşevik-daşnak birləşmələrinin nəzarəti altında olduğundan, Azərbaycan hökuməti müvəqqəti olaraq Gəncə şəhərində fəaliyyət göstərib. 1918-ci il sentyabrın 15-də ağır döyüşlərdən sonra AXC milli ordusunun və Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun hissələri Bakını bolşevik-daşnak və ingilis hərbi dəstələrindən azad edib. Bundan sonra Azərbaycan hökuməti Bakıya köçüb.

1918-ci il dekabrın 7-də saat 13:00-da Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin binasında (hazırda AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan parlamentinin təntənəli açılışı olub. Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə geniş təbrik nitqi söyləyib.

Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçilib. Ə.Topçubaşov Paris sülh konfransında olduğundan, parlamentə H.Ağayev rəhbərlik edib. Parlamentin ilk iclasındaca F.X.Xoyski hökumətinin istefası qəbul edilib və yeni hökumətin təşkil olunması qərara alınıb. Yeni hökumətin təşkili yenidən F.X.Xoyskiyə tapşırılıb.

AXC-nin mövcud olduğu dövrdə parlamentin ümumilikdə 155 iclası keçirilib. Bunun 10-u Azərbaycan Milli Şurasının (27 may - 19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan parlamentinin fəaliyyət göstərdiyi dövrə (7 dekabr 1918-ci il - 27 aprel 1920-ci il) aiddir.

Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılıb, onlardan 230-a yaxını qəbul olunub. Parlament qanunlarının hazırlanması, müzakirəsi və təsdiq olunmasında 11 fraksiya və qrupa mənsub olan millət vəkilləri iştirak edib. Parlamentdə 11 komissiya olub.

AXC qısa ömründə böyük nailiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın-kişi bərabərliyini təmin edən cümhuriyyət, milli ordu quruculuğu, milli valyutanın buraxılması, milli bankın yaradılması, demokratikləşmə, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmən tanınması, Azərbaycanın bütövlüyünün təmin olunması, iqtisadi islahatların aparılması və digər sahələrdə böyük işlər görüb. Təəssüf ki, cəmi 23 ay yaşayan AXC 1920-ci il aprelin 28-də bolşevik işğalı nəticəsində devrilib.

Qeyd edək ki, AXC-nin müstəqilliyi ilk olaraq 1918-ci il iyunun 4-də Osmanlı imperiyası tərəfindən rəsmən tanınıb.

Hazırda AXC-nin yaranması tarixi Azərbaycanın milli bayramı-Respublika Günü kimi qeyd edlir. Bu tarix ölkəmizdə qeyri-iş günü Г©lan olunub.

Azərbaycan prezidentinin sərəncamı ilə Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılıb.

Eyni zamanda prezident İlham Əliyevin sərəncamı ilə AXC qurucuları Məhəmməd Əmin Rəsulzadənin, Əlimardan bəy Topşubaşovun, Fətəli xan Xoyskinin və digərlərinin yubileyləri dövlət səviyyəsində qeyd edilib, xatirələri əbədiləşdirilib.

Azərbaycan prezidenti Respublika Günü münasibətilə hər il rəsmi qəbul keçirir. Builki rəsmi qəbulda çıxış edən prezident İlham Əliyev “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması dünya miqyaslı tarixi hadisə idi. Çünki müsəlman aləmində ilk demokratik respublika yaradılmışdı. Biz fəxr edirik ki, bu tarixi Azərbaycan xalqı yazıb. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması bir daha onu göstərir ki, Azərbaycan xalqı çox istedadlı, vətənpərvər və mütərəqqi xalqdır. Azərbaycan xalqı müstəqilliyə qovuşurdu” deyə bildirib.

Prezident vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsi bizim üçün əzizdir: “ Azərbaycan dövləti və Azərbaycan xalqı onların xatirəsini ehtiramla yaşadır”.

Respublika Günü münasibətilə ölkənin bütün strukturları, Azərbaycanın diplomatik nümayəndələri və diaspor təşkilatları tədbirlər təşkil edirlər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Goranboyda məmur atası MEYDAN SULAYIR - BU NƏDİ BELƏ?
Bu gün, 04:08
Məktəblərdə psixoloqlar varsa: Şagirdlər niyə bir-birini bıçaqlayır? - AKTUAL
Bu gün, 03:58
ADSEA işçiləri ÖZBAŞINA QALIB - GİLEY
Bu gün, 03:56
İran Rusiyaya Hörmüz boğazında rüsumlarla bağlı istisna tətbiq edib - KİV
Bu gün, 03:47
Tramp marşrutu: Bakı və Vaşinqton texniki danışıqlara başladı - GƏLİŞMƏ
Dünən, 21:12
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:11
İTV-yə baş direktor vəzifəsinə namizəd seçimi üçün sənəd qəbulu elan edilib
Dünən, 18:01
Nə qədər alsaq da, çatmır: - Həm bahalaşır, həm də azalır
Dünən, 17:57
MİDA-nın direktoruna yeni müavin təyin olundu - BUNDAN SONRA...
Dünən, 17:41
Tramp İranın razılaşma istəməyən rəsmilərini öldürməyə çağıran postu paylaşıb - KİV
Dünən, 17:31
Nail Kəmərli gördüyü dəhşəti danışdı: - Ata-oğul bir qrama görə...
Dünən, 17:16
Ermənistan, Yunanıstan və Kipr müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb
Dünən, 17:12
44 ilin fotoqrafı anbardara çevrildi - "Azərbaycanfilm"də ştat ixtisarı
Dünən, 17:10
Natiq İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:05
Saxlanılan vəzifəli şəxslərdən bəzilərinin ADLARI MƏLUM OLDU
Dünən, 16:57
Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb - FOTO
Dünən, 16:54
"Hər aktyordan müəllim olmaz... - ...Hər adam müəllim işləyə bilməz"
Dünən, 16:52
“Bakcell” gənc qızların İKT sahəsində təhsilinə dəstək verir - FOTO
Dünən, 16:48
“Ermənistan sürətlə Qərbi Azərbaycana çevrilir”
Dünən, 16:45
Xamenei hələ də dəfn edilməyib
Dünən, 16:36
"Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" - Məhkəmə işi
Dünən, 16:27
Kriminal oliqarx olan sabiq prezidentləri siyasi arenadan çıxarmaq üçün unikal şans var - Paşinyan
Dünən, 16:26
"Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:24
Daha bir məktəbdə QALMAQAL: sinif yoldaşlarını ölümlə hədələdi - ŞOK SİYAHI
Dünən, 16:20
Tramp vasitəsilə İsrailə gizli atəşkəs tarixi bildirilib - ŞOK İDDİA
Dünən, 16:09
Ərini qətlə yetirərək yaşadığı həyətdə basdıran qadının məhkəmə işi
Dünən, 15:59
Azərbaycanlı ilə eşq yaşayan erməni diplomata hökm oxundu
Dünən, 15:53
Səhiyyə sistemi çalxalanır: kimlər işdən, vəzifədən çıxarılacaq? – AÇIQLAMA
Dünən, 15:50
İranı kim idarə edir - Xamenei, Pezeşkian, Qalibaf, yoxsa SEPAH?
Dünən, 15:47
"Optimal Finance" BOKT-un lisenziyası ləğv olunub
Dünən, 15:43
Dövlət Xidmətinin 4 rayonunda rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 15:40
Baş Prokurorluq Ağdaş hərbi komissarlığında əməliyyat keçirib, vəzifəli şəxslər saxlanılıb - ƏMƏLİYYAT DAVAM EDİR
Dünən, 15:37
"Dünən "bayağı" dedikləriniz, bu gün Xalq artistidir" - Eldar Mansurov
Dünən, 15:35
Dövlət Xidmətinin Saatlı rayon Şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, iki vəzifəli şəxs saxlanılıb - Daha bir neçə rayonda da...
Dünən, 15:28
Mayda ƏFV OLACAQ? - MÜHÜM AÇIQLAMA
Dünən, 15:20
Milyonçu sahibkarlar “10 manatlıq” şirkətlərinə görə məsuliyyət daşıyırmı? - ARAŞDIRMA
Dünən, 15:16
500-ə yaxın əcnəbi Rusiyadan deportasiya olundu: azərbaycanlılar da çoxdur - KİV
Dünən, 15:12
"Onu kim ortaya salıb yaxşı bilirəm" - Seyfəddin Dəmirlini aldatmaq istəyənin İŞİ
Dünən, 15:00
Aydın Əliyev öz “media keçmişini” niyə “təmizlədib”? - NƏ BAŞ VERİR?
Dünən, 14:58
Hakimlər məhkəməyə niyə hazırlıqsız çıxır? – Vəkildən AÇIQLAMA
Dünən, 14:52
Aİ liderlərinin sammitləri iflic olub – Brüssel yeni dünya nizamına yetişə bilmir
Dünən, 14:32
Bağçalarada kişi tərbiyəçiləri niyə yoxdur? - Keçmiş deputatdan tənqid
Dünən, 14:30
Necə edək ki, aldanmayaq? - AKTUAL
Dünən, 14:27
Ərzaq bahalaşacaq - AÇIQLAMA
Dünən, 14:25
Vüqar Qurbanovun yaxın adamı kimi İŞDƏN ATILDI... indi isə... - İLGİNC İDDİA
Dünən, 14:20
Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
Dünən, 14:15
Səfir Xəzəryanı ölkələrin sammitinin tarixini açıqlayıb - TASS
Dünən, 14:00
Nazirlikdə vəzifə müəmması: Bakıda imtahan verdiyi gün Gəncədə çıxış edir - FOTO
Dünən, 13:59
Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm - Ermənistan mediası
Dünən, 13:52
Azərbaycanlı və erməni milyarderlər: Kimin pulu daha çoxdur? - SİYAHI
Dünən, 13:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru