Azərbaycanla yeni müharibə? .....                     Neft 60 dollardan da aşağı düşə bilər .....                     "Qarabağ" daha bir simvolunu .....                     Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı .....                     Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi .....                     Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib .....                     Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi .....                     “Artıq bunu gizlətmək istəmirəm” .....                     ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi .....                     Putin barədə dediklərinə görə axtarılırdı .....                     Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib .....                     Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub .....                     Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib .....                     Xaricdən gətirilən hibrid avtomobillərin .....                     Melonidən Azərbaycan açıqlaması: .....                     Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq .....                     Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq .....                     Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq .....                     Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb .....                     Rasim İldırımzadə məhkəmə zalında həbs edildi .....                     AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib .....                     AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib .....                     "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub .....                     “Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? .....                     MEDİAYA VAHİD YANAŞMA... .....                     ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? .....                     Köçəryanın Putinlə görüşünə imkan verilmədi .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     “PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib .....                     Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı .....                     Bu ölkələrdə kreditlər faizsiz verilir .....                     “Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” .....                     İcra başçısının elektron qolbaq taxılan sabiq müavinindən .....                     ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq .....                     Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib .....                     Yasamalın YARIMÇIQ BAŞÇISI... .....                     Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı .....                     ABŞ geri çəkilir? .....                     Aqil Şərifova hökm oxundu .....                     Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir .....                 

Elşad Abdullayev siyasi təqibdədir? - Bu adam nə zaman siyasətlə məşğul oldu ki? - Keçmiş rektor hamını qaralamaqla özünü ağ günə çıxarmaq istəyir?
Tarix: 24-01-2015, 10:07 | Çap et
Elşad Abdullayev siyasi təqibdədir? - Bu adam nə zaman siyasətlə məşğul oldu ki?
Məlum olduğu kimi, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev və həmin universitetin vəzifəli şəxsləri tərəfindən yol verilmiş qanunsuzluqlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. Baş Prokurorluğun Mətbuat Xidmətindən “Təzadlar”a verilən məlumata görə, istintaq zamanı E.Abdullayevin qulluq mövqeyindən sui-istifadə edərək qabaqcadan əlbir olduğu bir qrup şəxslə qanunsuz hərəkətlərə görə ayrı-ayrı şəxslərdən 370 min 586 manat məbləğində pulu rüşvət almaqla fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, habelə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasında, həmçinin təkrarən külli miqdarda rüşvət verməyə cəhd etməsində və külli miqdarda vergiləri ödəməkdən yayınmasında şübhələr üçün əsaslar olduğundan 25 iyun 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (rüşvət alma), 311.3.2, 311.3.3 və 29,312.2 (rüşvət vermə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilmişdir.
Hazırda cinayət işi üzrə universitetin ayrı-ayrı fakültələrinə qanunsuz olaraq tələbələrin köçürülməsi, təhsil aldıqları müddətdə sessiya və yekun dövlət buraxılış imtahanlarından müvəffəqiyyət qiymətlərinin yazılması və onlara ali təhsil haqqında diplomların verilməsində həmin universitetin vəzifəli şəxsləri tərəfindən törədilmiş korrupsiya faktlarının araşdırılması ilə bağlı müvafiq istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bundan başqa, E.Abdullayevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək universitetin nəzdində fəaliyyət göstərmiş Tibb Mərkəzinin vəzifəli şəxslərinə həmin tibb müəssisəsinə insan orqan və ya toxumalarının transplantasiyası ilə bağlı cərrahiyyə əməliyyatlarının keçirilməsinə dair xüsusi razılıq (lisenziya) olmadığı halda qanunsuz göstəriş verməklə İsrail vətəndaşları ilə əlbir olub cinayət əlaqəsinə girərək “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini kobud surətdə pozaraq, donorlardan qanunsuz olaraq böyrəklərinin götürülüb əcnəbi vətəndaşlar olan resipiyentlərə köçürülməsi ilə bağlı cərrahiyyə əməliyyatlarının keçirilməsinə şərait yaradılmaqla hər bir əməliyyata görə heç bir sənədləşdirmə aparılmadan nağd qaydada külli miqdarda pulun alınıb dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurulması faktları ilə bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərdən sui-istifadə) maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir. İş üzrə universitetin və Tibb Mərkəzinin əməkdaşları, cərrahiyyə əməliyyatlarında iştirak etmiş tibb personalı şahid qismində dindirilmiş, həkim fəaliyyəti ilə bağlı məhkəmə-tibbi, məhkəmə-xətşünaslıq, sənədlərin texniki-kriminalistik ekspertizaları təyin olunaraq rəylər alınmış, E.Abdullayevlə cinayət əlaqəsinə girmiş İsrail və Ukrayna vətəndaşları barəsində eyni cinayət əməllərinə dair Ukraynada həyata keçirilən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əldə olunaraq iş üzrə toplanmış digər sübutlarla birgə qiymətləndirilməklə ittiham üçün əsas verən kifayət qədər sübutlar toplanıldığından 20 avqust 2013-cü il tarixdə E.Abdullayevin Cinayət Məcəlləsinin 137.3 (insan orqanların və ya toxumalarının qanunsuz alqı-satqısı) və 308.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilmişdir. E.Abdullayev istintaqdan qaçıb xarici dövlətdə gizləndiyi üçün barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək axtarış elan olunmaqla tutulması istiqamətində beynəlxalq axtarış tədbirləri həyata keçirilir...
“Baş Prokurorluğun indiyədək ABU və onun rektoru haqqında yaydığı rəsmi açıqlamalardan, məhkəmələrin çıxardığı hökmlərdən məlum olur ki, E.Abdullayevin Azərbaycanda siyasi yox, korrupsiya fəaliyyəti olmuşdur!”

“Təzadlar”ın ötən saylarında E.Abdullayevin Fransada siyasi sığınacaq alması barədə məsələ ətrafında kiçik bir araqşdırmamızın nəticəsini təqdim etmişdik. Fransada yaşayan, MTN-nin keçmiş mühüm işlər müstəntiqi Ramin Nağıyevin “Təzadlar”ın sorğusuna cavabından isə məlum olurdu ki, E.Abdullayev, sən demə, bu ölkədə indiyədək hamının güman etdiyi siyasi sığınacaq statusunu almayıb. Elə dünən redaksiyanın elektron poçtuna hüquqşünas Adil Mirzəyevin imzası ilə bir məktub daxil olub. Müəllif məhz həmin məqama toxunaraq yazır: “E.Abdullayevin kimliyi mənim üçün maraqlı deyil... Amma bir şey maraqlıdır ki, adətən, o şəxslərə siyasi sığınacaq statusu verirlər ki, ona əvvəl yaşadığı ölkədə siyasi fəaliyyətinə görə hakimiyyət tərəfindən siyasi təzyiqlər edilib, onun fikir və ifadə azadlığı kobud surətdə pozulub, sərbəst fəaliyyət və toplaşma azadlığına məhdudiyyətlər qoyulub və s. Güman etmirəm ki, E.Abdullayev bunları bilməmiş olsun. İnternetdən siyasi statusun alınması qayda və şərtlərini öyrənmək bir o qədər də çətin deyil... Amma sual yaranır: Elşad Abdullayevin bu hüquqlarından hansı hakimiyyət tərəfindən pozulmuşdur? Bəri başdan xüsusi olaraq bildirirəm ki, məqsədim məsələyə hüquqi aydınlıq gətirməkdir, hakimiyyətin hansısa hərəkətinə bəraət qazandırmaq yox. Əksinə, bilməyənlər üçün qeyd edirəm ki, dövlət strukturlarından birindəki iş yerimi məhz başqa siyasi partiyanın üzvü olmağıma görə itirmişəm... Yəni, YAP-ın üzvü deyiləm... Qayıdaq sualların cavabına: Birincisi, E.Abdullayevdə hansı siyasi fəaliyyət olmuşdur? Cavab birmənalıdır, əksinə, Baş Prokurorluğun indiyədək ABU və onun rektoru haqqında yaydığı rəsmi açıqlamalardan, məhkəmələrin çıxardığı hökmlərdən məlum olur ki, E.Abdullayevin Azərbaycanda siyasi yox, korrupsiya fəaliyyəti olmuşdur! İkincisi, sual olunur, E.Abdullayevin Azərbaycanda olduğu və fəaliyyət göstərdiyi illərdə hansı fikir və ifadə azadlığı pozulub? Cavab yenə də birmənalıdır: heç bir! Kiçik bir araşdırma apardım, təkcə sosial şəbəkələrdən və digər mənbələrdən aldığım bilgilərdən məlum oldu ki, E.Abdullayev ABU-nun rektoru və professoru, müəllimi kimi sərbəst elmi fəaliyyətlə məşğul olub, paralel olaraq Bakı Dövlət Universitetinin müəllimi olub və auditoriyalarda illər boyunca dərs deyib... Həmçinin o, Azərbaycan Prezidenti Yanında Ali Attestasiya Komissiyasının ekspert şurasının üzvü, sektor müdiri olub. Özü də Azərbaycanı tərk etdiyi son ana qədər-2011-ci ilin sonlarınadək... Elə isə bu insana hakimiyyətin hansı təzyiqi olub, hansı sərbəst hərəkətinə məhdudiyyət qoyulub?
İfadə azadlığına gəlincə, E.Abdullayevin onlarla dərsliyi, siyasi məzmunlu kitabları nəşr olunub... Məsələn, onun sonuncu 680 səhifəlik “Dağlıq Qarabağ və Beynəlxalq təşkilatlar” kitabı başdan ayağa Azərbaycanın keçmiş Prezidenti Heydər Əliyevin və hazırkı Prezident İlham Əliyevin dəstəklənməsinə, təriflənməsinə... həsr olunub, hər iki dövlət başçısının Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ayrı-ayrı illərdəki rəsmi görüşləri və çıxışları kitabda gen-bol işıqlandırılıb.
İndi təkrarən sual yaranır: Azərbaycanda E.Abdullayevin hansı fikir və ifadə azadlığına maneçilik, yaxud təzyiq edilib? Əksinə, onun bütün yazılı fəaliyyəti, elmi işi hakimiyyətin tərifinə hesablanıb və bu istiqamətdə olub. Beləliklə, mən də əvvəldən inanmırdım və inanmağa əsas da yox idi ki, Fransa kimi bir ölkə adı ictimaiyyət arasında belə saxta diplom istehsalı ilə məşhur olan bir adama siyasi sığınacaq statusu versin. Varsa, qoy siyasi mühacirlər üçün verilən pasportun iç səhifəsini KİV-lərə ötürsün, hamı da bilsin... Amma əksinə, neçə gün əvvəl onun sosial şəbəkələrdə yayılmış bir açıqlamasını oxudum. E.Abdullayev bütün KİV-ləri hakimiyyətin tribunası, iqtidara işləyən satılmışlar kimi təqdim edir. Yenə də sual olunur: özü on illər hakmiyyətə qulluq edəndə, hakimiyyəti tərifləyəndə... yaxşı idi, indi Azərbaycandan uzaqlaşdığı üçün bu hakimiyyət düşməndir? Yaxud, özünü gen-bol tərifləyəndə KİV-lər yaxşı idi, amma indi hamısı olub “xalq düşməni “?”.

Keçmiş ABU rektoru həbs təhlükəsindən həyəcanlı görünür...
Baş Prokurorluğun sonuncu rəsmi açıqlamasına E.Abdullayev əvvəlcə “Yeni Müsavat”a, ardınca isə özünün facebook səhifəsində əsəbi cavab verib... O, “YM”na göndərdiyi cavabında bildirir ki, prokurorluğun onun əleyhinə vermiş oldugu açıqlamaları qanunsuz və siyasi sifarişdir: “Prokurorluğun həftədə bir dəfə verdiyi təhdidedici bəyanatlarını siyasi sifariş hesab edirəm. Onların mənim əleyhimə qaldırdığı cinayət işləri saxta “fabrikovat” olunmuş işlərdir, daxili auditoriya üçün hesablanıb, tələbələrin və müəllimlərin qorxu altında saxlanmasına xidmət edir. Əgər həqiqətən də belə faktlar vardısa, nə üçün 5 il bundan əvvəl bu cinayət işlərini qaldırmırdınız!? Mən Avropa Məhkəməsinə şikayət edənə qədər mənim adım heç bir cinayət işində hallanmayıb. Strasburq Məhkəməsinə şikayət etdikdən sonra diktatura rejimi həmin şəxsi susdurmaq məqsədilə onun əleyhinə həqiqətə uyğun olmayan saxta cinayət işləri açır. Bu günə qədər kimlər şikayət edibsə, onun əleyhinə həmən saxta cinayət işləri acılıbdır”.

“Oğru elə bağırdı ki, doğrunun bağrı çatlayır”

Bu ifadə sabiq rektorun ən sevimli atalar sözündəndir. Amma həm də onun özünə aiddir. Çünki E.Abdullayev açıqlamasında bildirir ki, qətlləri açmaq əvəzinə, onu qorxu altında saxlayırlar: “Oğurlanmış qardaşımı geri qaytarmaq, cinayətkarları cəzalandırmaq əvəzinə, məni təhdid etməklə məşğuldurlar. Oğru elə bağırdı ki, doğrunun bağrı çatlayır...”.
“Kimdir doğru? Elşad Abdullayevmi???”, -deyə sual edir oxucumuz Həsən Mikayılov. Onun qəzetin elektron poçtuna göndərdiyi məktubu düşündürücüdür: “...Mən ABU-ya sənəd verəndə əvvəlcə 5 min manat, sonra isə iki il oxuduğum müddətdə yenə də bu qədər pulumu aldılar... Mən hələ təhsil haqqını demirəm. Şəxsən atama dedilər ki, oğlunun adı ABU-nun Moskva filialındadır, bir ildən sonra Bakıya “perevod” ediləcək... Amma həmin vaxtdan bunun frıldaq olduğunu bilirdik, amma artıq gec idi... İndi nə sənədlərimi tapa bilirik ki, başqa ali məktəbə sənəd verim, nə də Elşad Abdullayev üzə çıxır ki, pulumuzu alaq. Pulu onun qardaşı Eldənizə vermişdik... O, isə hamını cinayətdə suçlayır, internetdəki statusunda yazdıqlarından məlum olur ki, Azərbaycanda hamı cinayətkardır, təkcə ondan başqa... Qardaşının itkin düşməsi pərdəsi altında isə özünün müdafiəsini qurur. Halbuki uşaq da anlayır ki, bunlar söz oyunu, manevr üsullarıdır. Bəlkədə onun Mahir Abdullayevin ailəsinin maddi durumundan xəbəri yoxdur... Belə söz davasına son qoymaq üçün isə o Bakıya gətirilməli, minlərlə mənim kimi banka, qonşuya... borclu olanların pulunu qaytarmalıdır!”.
Oxucumuz H.Mikayılov E.Abdullayevin facebook səhifəsindəki açıqlamalarını da redaksiyamıza göndərib. Oxuyanda dəhşətə gəldik. Azərbaycan Prezidentini, onun ailə üzvlərini, bütün hüquq mühafizə orqanı rəhbərlərini dilə gətirilməsi mümkün olmayan ifadələrlə təhqir edir, şər və böhtan dolu ifadələr işlədilir. Bilə-bilə ki, bu cür açıqlamalar Azərbaycandakı qohum-əqraba üçün nə qədər problemlər yaradandır, onları həyəcan içində saxlamağa xidmət edir.
“Azərbaycanda azad mətbuat və müstəqil məhkəmə hakimiyyəti olmadığı üçün günahsız adamlar haqqında necə gəldi qeyri-legitim
rejimin yalan məlumatlarını tirajlayırlar”

Bu sözlər E.Abdullayevin Azərbaycan KİV-ləri barədə böhtan dolu açıqlamasındandır. Və çox maraqlıdır ki, o, bu siyahıya daim onun açıqlamalarına əvvəldən geniş meydan vermiş “Azadlıq”, “Yeni Müsavat”... qəzetlərini, !Qafqazinfo” saytını... da daxil edib. “Azərbaycanda azad mətbuat və müstəqil məhkəmə hakimiyyəti olmadığı üçün günahsız adamlar haqqında necə gəldi qeyri-legitim rejimin yalan məlumatlarını tirajlayırlar. Müntəzəm olaraq yalan məlumatlara münasibətimi bildirirəm, lakin diktator rejimlə iş birliyində olan bəzi jurnalistlər guya məni axtarırlar, tapa bilmirlər, əslində qanlı monarxiya rejiminin yalanlarını bəzəyib tirajlayırlar...”.
Təsəvvür edirsinizmi, uzun illər vəzifəsini tutub çörəyini yediyi bir hakimiyyət barədə indi E.Abdullayev nələri deyir... Özü də bütün dünyaya yayılan bir tribunadan... Bununla da sakitləşməyən E.Abdullayev özünün facebook səhifəsində yazır: “...Dünən başda “Yeni Müsavat” və “Azadlıq” qəzetləri olmaqla saysız hesabsız cinayətkar və mafioz... Rejimə nökərçilik edən reket qəzetlər və Saytlar Beynəlxalq Universitetin keçmiş Rektoru, Hüquq Professoru Elşad Abdullayevin AZ. Respublikası Prokurorluğunun növbəti dəfə beynəlxalq axtarışa verildiyinə dair Bəyanatını yayımladılar. Mən şəxsən özüm saydım, E.Abdullayevi Respublika Prokurorluğu son bir iki ildə 12 dəfə beynəlxalq axtarışa verib və hər dəfəsində adlarını yuxarıda qeyd etdiyim reket qəzetlər bu Bəyanatları sevə-sevə manşetlərdə yayımlayıblar...”.
Oxucumuz daha sonra yazır: “Təəccüblənirəm, Elşhad Abdullayev təkrar olaraq özünün tamamilə günahsız, mələk kimi olduğunu bildirərək, Prezidenti və onun ətrafının, yaxın qohumlarının ABU-nu ələ keçirmək üçün guya ona təzyiqlər ediblər, hətta qardaşını oğurlatdırıblar... Baş Prokurorluğun yayımladığı rəsmi açıqlamanı “avantürist, boş, yalan və iftiralarla dolu Bəyanat” adlandıran E.Abdullayevə bir sual vermək yerinə düşər: əvvəla, Prezidentin ailəsinə, ətrafına, qohumlarına... ABU-nu ələ keçirmək nəyinə lazım idi? Prezidentin ətrafı istəsə on ABU boyda universitet açardı... Son 4-5 ildə Azərbaycanda onlarla özəl təhsil ocaqları, Müəllimlər İnstitutunun filialları bağlanıb... Çünki onların verdiyi diplomlar olmalı təhsilə və savada qətiyyən uyğun gəlmirdi. İkincisi, E.Abdullayev doğrudanmı düşünür ki, Prezidentə və ya onun ətrafına ABU kimi imici korlanmış, korrupsiya yuvası, kolxoz bazarı üsul-idarəli bir universiteti ələ keçirmək lazım imiş? Nəhayət, tutalım hakimiyyətdəkilərdən kimlərəsə ABU-nu ələ keçirmək lazım idi. Bunun üçün E.Abdullayevə təzyiq etmək, qardaşını oğurlamaq çoxmu vacib idi? Hakimiyyət bircə vergi əməkdaşını bu bazar universitetinə göndərib, Təhsil Nazirliyi buradakı təhsilin səviyyəsini yoxlatdırsaydı, kifayət idi ki, ABU bağlanıb arxivə verilsin... Bunu qoya-qoya, rektorun qardaşını oğurlamaq hansı ağılsızın işi ola bilərdi görəsən?”.
Əlavə şərhə ehtiyac varmı?
“Təzadlar”ın Araşdırma Qrupu










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanla yeni müharibə? – Erməni xalqı qərar verdi
Bu gün, 17:25
Neft 60 dollardan da aşağı düşə bilər - AKTUAL
Bu gün, 17:07
"Qarabağ" daha bir simvolunu İTİRDİ
Bu gün, 17:04
Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı - GİLEY
Bu gün, 17:01
Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi
Bu gün, 16:59
Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib - SİYAHI
Bu gün, 16:44
Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi
Bu gün, 16:41
“Artıq bunu gizlətmək istəmirəm” – Paşinyan ETİRAF ETDİ
Bu gün, 16:39
ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi - RƏY
Bu gün, 16:31
Putin barədə dediklərinə görə axtarılırdı - İrəvan Moskvaya yox, Təl-Əvivə göndərdi
Bu gün, 16:28
Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib - FOTO
Bu gün, 16:24
Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub - FOTO
Bu gün, 16:21
Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib
Bu gün, 16:19
Xaricdən gətirilən hibrid avtomobillərin sayı 2,1 dəfə azalıb, dəyəri isə 7,6% artıb
Bu gün, 16:02
Melonidən Azərbaycan açıqlaması: - Bu məsələdə bizə güvənin
Bu gün, 16:01
Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq - “Azəridmanservis”
Bu gün, 15:58
Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq - AZAL
Bu gün, 15:55
Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq - SİYAHI
Bu gün, 15:52
Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb - FOTO
Bu gün, 15:49
Rasim İldırımzadə məhkəmə zalında həbs edildi - DETALLAR
Bu gün, 15:43
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib - DİQQƏT
Bu gün, 15:41
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib
Bu gün, 15:23
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub
Bu gün, 15:10
“Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? – VİDEO+FOTOLAR
Bu gün, 13:12
MEDİAYA VAHİD YANAŞMA... - Media və Yayım Şurası nə üçün yaradılır?
Bu gün, 13:05
ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? – Kəskin ucuzlaşa bilər
Bu gün, 13:02
Köçəryanın Putinlə görüşünə imkan verilmədi - AÇIQLAMA
Bu gün, 12:57
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:55
“PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib - BUNDAN SONRA...
Bu gün, 12:52
Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı - Bu dəfə yarım milyon ucuz
Bu gün, 12:50
Bu ölkələrdə kreditlər faizsiz verilir - SİYAHI
Bu gün, 12:44
“Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” – Vens
Bu gün, 12:35
İcra başçısının elektron qolbaq taxılan sabiq müavinindən XƏBƏR VAR
Bu gün, 12:33
ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq
Bu gün, 12:15
Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:14
Yasamalın YARIMÇIQ BAŞÇISI... - Gərək buna maaşı da yarımçıq versinlər...
Bu gün, 12:12
Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı - Qusardakı cinayətin TƏFƏRRÜATI
Bu gün, 12:03
ABŞ geri çəkilir? - Vaşinqton NATO qarşısındakı öhdəliklərini azaltdı
Bu gün, 11:59
Aqil Şərifova hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 11:57
Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir - Baxçalı
Bu gün, 11:55
Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı - İTTİHAM VAR...
Bu gün, 11:47
Azərbaycandan ən çox neft idxal edən ölkələr - SİYAHI
Bu gün, 11:40
Direktor 2, maksimum 3 il bir məktəbə rəhbərlik etməlidir - ÇAĞIRIŞ
Bu gün, 11:30
Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş LƏĞV EDİLİR
Bu gün, 11:26
Yanacaq böhranı: artıq Kreml təbliğatçılarının da deməyə sözü qalmayıb - GƏLİŞMƏ
Bu gün, 11:25
Azərbaycan Güləş Federasiyasında yeni Komitə təsis edilib
Bu gün, 11:16
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri yenidən məhkəmə qarşısında
Bu gün, 11:13
Niyə “Sədərək” hər yay yanır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:10
Bu restoran bina sakinlərini yatmağa qoymur – Video
Bu gün, 11:08
Ermənistanda müxalifət parlamenti boykot etdi - GƏRGİNLİK
Bu gün, 11:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru