Elşad Abdullayev risqli qərar qəbul edib - Moskvaya səfərə hazırlaşan keçmiş rektor həbs oluna bilər - İLGİNC İDDİA
Tarix: 6-01-2015, 14:39 |
Çap et
DİA.AZ: - Barəsində beynəlxalq axtarış elan olunan və bir neçə konkret cinayət əməlində ittiham olunan fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevdən xəbər var.
Bu barədə DİA.AZ-a məlumatlı mənbələrdən informasiya daxil olub. Xəbərə görə, keçmiş rektor bu günlərdə Azərbaycandakı yaxın qohumları ilə görüşə bilməsi üçün Rusiya paytaxtına gəlməyə hazırlaşır.
Məlumatı verən mənbə bildirir ki, keçmiş rektorun Rusiyaya gəlişi də bu gün problemlidir. dia-az.life-a ötürülən xəbərdə deyilir:
«Azərbaycanla Rusiya arasındakı müqavilələr və bugünkü münasibətlər rəvac verir ki, keçmiş rektor Rusiya ərazisində həbs edilərək Bakıya təhvil verilsin. Məhz bu səbəbdən Elşad Abdullayevin Moskva səfəri kifayət qədər risqli hesab olunur».
Bu səbəbdən sabiq ABU rəhbərinin Moskva səfərindən vaz keçməsi üçün yaxınlarının məsləhətdə bulunduğunu söyləyən qaynaq onu da iddia edir ki, amma Elşad Abdullayev fikrində qətidir.
Əlavə bilgilərimiz olacaq…