İŞİD-in Türkiyədəki media tribunası: Kobanidə azərbaycanlı jurnalisti vurdular – Onun durumunun normal olduğu deyilir
Tarix: 4-12-2014, 09:18 |
Çap et
DİA.AZ: - Suriyaya gedən azərbaycanlılardan daha bir güllə hədəfinə çevrilib. Amma ölməyib. DİA.AZ bildirir ki, bu barədə Türkiyə KİV-ləri informasiya yayıblar.
Məlumata görə, Əbu Həmzə Əl Azəri adlı Azərbaycan vətəndaşı İŞİD-in Türkiyə türkcəsində fəaliyyət göstərən xəbər saytlarından birinin əməkdaşı olub və Kobanidə müxbir kimi fəaliyyət göstərirmiş.
DİA.AZ-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, Əbu Həmzə Əl Azəri “takvahaber.com”un əməkdaşı olub. Qeyd edək ki, İŞİD-in Türkiyə türkcəsində fəaliyyət göstərən mətbu orqanı kimi tanınan “Takvahaber” iki yerə bölünüb.
Takvahaber.com-un yaydığı məlumata görə, əməkdaşları Əbu Həmzə Əl Azəri yüngül yaralanıb və hazırdakı durumu normaldır. Qeyd edək ki, Türkiyədə çox rahat fəaliyyət göstərən İŞİD-ə bağlı "Takvahaber" saytı iki qola ayrılıb.
Onlardan biri "net", digəri isə "com" domeni ilə fəaliyyət göstərir. Hər iki sayt bir-birilə düşmən mövqedə olmasına baxmayaraq özünü İŞİD-in Türkiyə üzrə Media təmsilçisi sayır.