Paşinyan Ermənistanı Rusiyadan XİLAS EDİR... .....                     5-6 aya biz Paşinyanın əsl simasını görəcəyik .....                     Keçmiş nazirin ailə biznesində VERGİ QALMAQALI: şirkəti bağlandı, borcu qaldı .....                     Eldar Əzizovun vəzifəyə təyin olunan oğlu ilə bağlı maraqlı fakt .....                     Hacı Əliyev bu vəzifəyə təyin edildi .....                     BMT Baş katibi Yaxın Şərqdə gərginliyin artmasından narahatdır .....                     BDU-da TƏHSİL HAQQI 7600 MANAT OLDU .....                     İrəvan Avropaya inteqrasiyada Bakıya arxalanır? .....                     Əsmər Əliyeva vəzifəsindən azad edildi .....                     Bakıda borc pula görə tanışının ayaqlarına atəş açan şəxsə hökm oxundu .....                     Sosial şəbəkələrdə “yaş aldatma dövrü” bitir .....                     İranda bütün uçuşlar müvafiq bildirişədək ləğv olunub .....                     Qərbin qələbəsi: rusiyapərəstlər tarixin zibil qutusuna atıldı .....                     Dünyada “ultra varlılar”ın sayı sürətlə artır .....                     İsrailin yüksək vəzifəli rəsmisi Trampın xahişi ilə .....                     Azərbaycanın iri inşaat şirkətinin rəhbərliyində təyinat olub .....                     MİDA bu işlərə 7,6 milyon manat pul xərcləyəcək .....                     “Bir Kredit” BOKT-un .....                     Bakcell yeni baş icraçı direktor təyinatını elan edib .....                     Keçmiş məmur dələduzluqda ittiham olunur: .....                     "Zamiqi olduğu kimi qəbul edin" .....                     Qan ver, həyat xilas et! .....                     Nə danışıqlar masasını, nə də döyüş meydanını tərk etmişik .....                     Saxta nikaha girənlər həbs oluna bilər .....                     Məktəblərdəki zorakılığa görə “Mikrorayon” günahkardır? .....                     İran İsrailə qarşı zərbələri dayandırıb .....                     Azərbaycandan ABŞ-yə 1700, Qazaxıstana isə 842 000 manatlıq avtomobil göndərilib .....                     "Hər toydan-şabaşdan pul ayırıb Rəşad Dağlıya göndəririk" .....                     Mixail Xodorkovskiyə 10 il qiyabi həbs verilib .....                     Aİ Ukraynaya 2,8 milyard avroya yaxın vəsait köçürüb .....                     “Bir ailənin üç üzvü yoxa çıxıb... nə vaxt bu qədər mərhəmətsiz olduq” .....                     Əliyar Əsgərovun BOKT-unda vəziyyət düzəlmir: ZƏRƏRLƏR ARTIR, AKTİVLƏRİ AZALIB .....                     Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin edilib .....                     Rəsmi Moskva Paşinyanın partiyasının seçkilərdə qələbəsini şərh edib .....                     Bakıda DƏHŞƏT: .....                     Marta Kos Ermənistana səfər etməyi planlaşdırır .....                     Naxçıvandakı 2800 illik yazı ermənilərə istinadla tərcümə edilib? .....                     İsrail və İran atəşi dərhal dayandırmalıdır .....                     "AzerGold" sədrinin müşaviri vəzifəsindən ayrıldı .....                     "Toplum TV" işi üzrə təqsirləndirilənlərə cəza istənilib .....                 

Zaur Mikayılovun azad edilmiş ərazilərdə ŞOK BİZNESİ - Şərikləri arasında Eldar Mahmudovun adamları da var...
Tarix: 19-01-2023, 08:39 | Çap et
Zaur Mikayılovun azad edilmiş ərazilərdə ŞOK BİZNESİ
Son illər ölkədə su ehtiyatlarının azalması, quraqlığın ildən-ilə artması ərzaq və digər təhlükəsizlik məsələlərini ön sıraya çıxarır. Bu baxımda işğaldan azad olunan ərazilərin zəngin su ehtiyatı problemin həlli üçün yeni imkanlar açıb. "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC ("Azmelsutəsərrüfat" ASC) bu yöndə Qarabağ və Şərqi Zəngəzur ərazilərində layihələr həyata keçirir.

Bəs, ölkənin taleyüklü məsələsində hökumət nə dərəcədə şəffaf davranır?

2022-ci ilin 16 noyabrında prezidentin təsdiq etdiyi "Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda meliorasiya və su təsərrüfatı ilə bağlı ilkin investisiya layihələrinin siyahısı açıqlanıb.

Zaur Mikayılovun azad edilmiş ərazilərdə ŞOK BİZNESİ

Lakin çəkilən xərclərlə bağlı heç bir məlumat verilmir.

Bununla bağlı Prezident Administrasiyasına ünvalandığımız sorğu da cavabsız qalıb.

Dövlət satınalmaları portalında meliorasiya və su təsərrüfatı sisteminin qurulması ilə bağlı 2021-ci ildə 178 min manatlıq, 2022-ci ildə isə 380 milyon manatlıq tender məlumatlarına rast gəlirik.

Zaur Mikayılovun azad edilmiş ərazilərdə ŞOK BİZNESİ

Qubadlı

Həkəriçayın üzərində qurulacaq meliorasiya layihələri üçün 2022-ci ildə 317 milyon manatlıq tender keçirilib. Burada aparılan tikinti işlərinə yerli şirkətlərlə yanaşı, türk şirkətləri də cəlb olunub.

Yerli şirkətlərdən olan "Nort Vest Konstrakşn" MMC 2022-ci ildə "Həkəri çayının sağ və sol sahilində yerləşən əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi" üzrə layihə-smeta sənədlərinin hazırlanması, eləcə də tikinti-quraşdırma işlərinə görə 188 milyon 751 min manat alıb. Şirkət bu layihələri tender yolu ilə əldə edəndə vergi orqanlarına 11,1 milyon manat borcu var idi. Qanunvericiliklə isə tenderdə iştirak edən şirkətin vergi borcu olmamalıdır.

Şirkətin Latviyadakı törəməsi - "North West Baltic" şirkətinin təsisçiləri sırasında İqtisadiyyat Nazirliyinin Latviyadakı "Azərbaycan Ticarət Evi"nin həmtəsisçisi və direktoru olan Rüfət Quliyevin adına rast gəlirik.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ailəsinə yaxın olan "CENGİZ" İnşaat Sənaye və Ticarət şirkəti də Həkəriçay ilə Zabuxçayın birləşdiyi yerdə tikilən su anbarının layihə-smeta sənədlərinin hazırlanması və tikinti işlərinin icrası üçün 128 milyon 210 min manat alıb.

Maraqlıdır ki, prezident İlham Əliyevin Qubadlı rayonuna səfəri zamanı Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov ona məruzəsində bildirmişdi ki, Zabuxçayın Həkəriçaya birləşdiyi yerdən su anbarının və ondan ayrılacaq magistral kanalların yaradılması ilə bağlı təklifləri Türkiyənin "Suyapı" məsləhətçi şirkəti verib. Lakin bu şirkətlə bağlı dövlət satınalmaları portalında heç bir məlumat yoxdur.

Zaur Mikayılovun sözlərindən məlum olur ki, dövlət büdcəsindən yüz milyonlarla manata başa gələcək suvarma sistemi "Dost Aqropark" şirkətinin 1900 hektar, "Dost Ziraat Heyvandarlıq" şirkətinin 1700 hektar və digər şirkətlərin min hektarlarla əkin sahələrini su ilə təmin edəcək. "Dost Aqropark" və "Dost Ziraat Heyvandarlıq" Türkiyə prezidenti Ərdoğanın qardaşının kürəkəni Abdulkadir Karagözə aid şirkətlərdir. "Dost Aqropark" MMC-nin qanuni təmsilçisi Mehmet Zeki Tuğrula AK Partiyanın gənclik qolunda (Genclik Kolu) təmsil olunur.

Ağdam

Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərində meliorasiya və su təsərrüfatı kompleksinin bərpası üçün 2022-ci ildə 17 milyon manata yaxın vəsait nəzərdə tutulub.

Ağdamda yerləşən "Xaçınçay" su anbarının təmiri və bərpası isə "Körpü - Bina - Tikinti" MMC -yə həvalə edilib və bununla bağlı 2022-ci il üçün 10 milyon manata yaxın vəsait ayrılıb. Suqovuşan su anbarının təmiri, bərpası da bu şirkətə tapşırılıb və buna görə, 12,2 milyon manatlıq tender qazanıb.

2001-ci ildə yaradılan "Körpü-Bina-Tikinti" ən böyük dövlət sifarişlərini alan şirkətlərdən biridir.

Şirkətin qanuni təmsilçisi Xaliq Göyüşovun adı “MTN işi” kimi tanınan qalmaqallı cinayət işində Eldar Mahmudovun yaxın adamı olaraq keçirdi.

"Xaçınçay" magistral kanalının, Cəbrayıl rayonunda meliorasiya və su təsərrüfatı kompleksinin bərpası üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanması işləri "Hydrotrans Engineering Mühəndislik Mərkəzi" MMC-yə həvalə edilib. Layihələrin hazırlanması üçün şirkət 1,3 milyon manatlıq tender qazanıb.

Şirkət Köndələnçay, Suqovuşan su anbarlarının bəndlərində təmir-bərpa işlərinin layihələndirilməsi üçün də ümumilikdə 73 min manatlıq tender qazanıb.

"Hydrotrans Engineering Mühəndislik Mərkəzi"-nin hüquqi ünvanı ilə Baş nazirin keçmiş müavini Abid Şərifova bağlı olan AVRO-ASİYA İnşaat Korporasiyası "EVRASCON" ASC-nin qeydiyyat yeri eynidir. Bu şirkət ölkənin ən nəhəng dövlət sifarişlərinin icrası ilə tanınır.

Füzuli

"Köndələnçay" su anbarlarının bəndlərində təmir-bərpa işlərini "RAMCO" şirkəti həyata keçirir. Bu işlərin icrası üçün şirkətə 11,5 milyon manata yaxın vəsait ayrılıb.

"Ramco" QSC 2010-cu ildə yaradılıb və qanuni təmsilçisi Rövşən Abdullayevdir.

Vergi reyestrində Rövşən Abdullayevin və onun ailə üzvlərinin adına xeyli şirkətə rast gəlmək olur. Bu şirkətlərin bir qismi Vergilər Nazirliyində 2020-ci ilə qədər şöbə müdiri işləmiş Azər Əsədova bağlıdır. Azər Əsədov eyni zamanda vergilər nazirinin keçmiş müşaviri, İqtisad Universitetinin Biznes Mərkəzinin direktoru Asəf Əsədovun oğludur.

Rövşən Abdullayev və ailə üzvlərinin qeydiyyatda olduğu ünvan (Əsəd Əhmədov küçəsi, ev 203, mənzil 26) Azər Əsədovun təsisçisi olduğu audit şirkəti "HS Consulting" MMC-nin yerləşmə ünvanı olaraq göstərilir.

Abdullayev-Əsədovların Qarabağdakı fəaliyyətləri tək bununla yekunlaşmır. Ailə Füzuli rayonunun meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı üzrə texniki-iqtisadi əsaslandırma, layihə sənədlərinin hazırlanması üçün 3,5 milyon manatlıq tender qazanan "SUPEK" Proje Müşavirlik türk şirkətinə də yaxındır.

Belə ki, türk şirkətinin Azərbaycandakı filialının qeydiyyatdan keçdiyi ünvanla (Binəqədi rayonu F.Məlikov 7-ci mikrarayon, ev 4, Məhəllə 3123, mənzil 62) Rövşən Abdullayevə bağlı olan "CASPİAN EQUİPMENT COMPANY" ASC-nin hüquqi ünvanı eynidir. Şirkətin qanuni təmsilçisi Kamal Bağırov daha öncə Rövşən Abdullayeva məxsus "GMC GROUP" MMC-də (keçmiş adı "Grand Motors" MMC) rəhbər vəzifələrdə çalışıb.

Cəbrayıl

Cəbrayılın İran və Azərbaycan arasındakı beynəlxalq sərhəddində, Araz çayı üzərində tikilən "Qız Qalası" su anbarından magistral suvarma kanalının tikintisi ilə bağlı texniki-iqtisadi əsaslandırılma və layihə-smeta sənədlərinin hazırlanması üçün 1,7 milyon manata yaxın vəsait ayrılıb. Tenderi qazanan "Hydro-Geo Environnement Group" MMC və "Hinal Proje" MMC birgə müəssisəsidir. "Azərsu" Sukanal Elmi-Tədqiqat və Layihə İnstitutunun baş mühəndisi olmuş Saleh Seyfullayev şirkətin qanuni təmsilçisidir. MMC "Azərsu" ASC-nin iri həcmli tenderinin qalibi olub.

S.Seyfullayev deyir ki, hazırda "Azərsu" ASC ilə heç bir əlaqsi yoxdur. O, "Hydro-Geo Environnement Group" MMC-nin qanuni təmsilçisi olduğunu desə də, konkret nə zamandan fəaliyyət göstərməsi ilə bağlı suala cavab verməkdə tərəddüd edib: "Şirkət əslində, uzun müddətdir ki, fəaliyyət göstərir. Ayrı-ayrı işlər görüb, ondan sonra şirkət kimi formalaşıb".

İqtisadçı Elçin Rəşidov deyir ki, "Meliorasiya və Su Təsərrüfatı" ASC həyata keçirdiyi layihələrin dəyərinin şişirdilməsində maraqlıdır: "Mən "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin layihələri ilə bağlı təlimlər keçmişəm, həm də işlərində iştirak etmişəm. Görmüşəm ki, onlar layihələri çox bahalı keçirməkdə maraqlıdırlar və ucuz alternativlərə meyl göstərmirlər".

İqtisadçının fikrincə, meliorasiya və su təsərrüfatı sahəsinə qoyulan investisiyaların səmərəliliyinin qiymətləndirilməsi metodologiyası hazırlanmalıdır: "Ölkədə investisiyaların səmərəliliyin qiymətləndirilməsi və texniki- iqtisadi əsaslandırma qaydaları qəbul edilməlidir ki, texniki-iqtisadi əsaslandırma düzgün hazırlansın, həqiqi optimal və fermerlərin maraqlarına, ölkənin iqtisadi maraqlarına uyğun, o cümlədən istehlakçının maraqlarına uyğun layihələr ən səmərəli şəkildə seçilə bilsin. Hazırda bu qaydalar olmadığına görə, onlar daha çox həmin sahədə qərar verənlərin maraqlarına uyğunlaşdırılır. Onlara belə kanalların tikintisi verildikdə onlar daha bahalı, heç də səmərəli olmayan şəkildə tikməkdə maraqlıdırlar".

"Meliorasiya və Su Təsərrüfatı" ASC isə qeyd olunanlarla bağlı yaranan suallara cavab verməyib.

Qarabağda su təsərrüfatı ilə bağlı şirkətlərin işləri su kimi rəvan getsə də, onların necə seçilməsi və xərcləri ilə bağlı məsələlər heç də su kimi şəffaf deyil.

Araşdırma və vizualizasiya: AbzasMedia












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan Ermənistanı Rusiyadan XİLAS EDİR... - HƏM DƏ...
Bu gün, 04:13
5-6 aya biz Paşinyanın əsl simasını görəcəyik - Tural Abbaslı
Bu gün, 04:03
Keçmiş nazirin ailə biznesində VERGİ QALMAQALI: şirkəti bağlandı, borcu qaldı - TƏFƏRRÜAT
Bu gün, 03:59
Eldar Əzizovun vəzifəyə təyin olunan oğlu ilə bağlı maraqlı fakt - SƏN DEMƏ...
Bu gün, 03:57
Hacı Əliyev bu vəzifəyə təyin edildi - BUNDAN SONRA...
Bu gün, 03:53
BMT Baş katibi Yaxın Şərqdə gərginliyin artmasından narahatdır - KİV
Bu gün, 03:49
BDU-da TƏHSİL HAQQI 7600 MANAT OLDU – “Mühazirələr kosmosdan yayımlanacaq?”
Dünən, 18:06
İrəvan Avropaya inteqrasiyada Bakıya arxalanır? - AÇIQLAMA
Dünən, 18:02
Əsmər Əliyeva vəzifəsindən azad edildi
Dünən, 17:59
Bakıda borc pula görə tanışının ayaqlarına atəş açan şəxsə hökm oxundu
Dünən, 17:49
Sosial şəbəkələrdə “yaş aldatma dövrü” bitir - EKSPERT
Dünən, 17:44
İranda bütün uçuşlar müvafiq bildirişədək ləğv olunub
Dünən, 17:42
Qərbin qələbəsi: rusiyapərəstlər tarixin zibil qutusuna atıldı - İNCƏLƏMƏ
Dünən, 17:28
Dünyada “ultra varlılar”ın sayı sürətlə artır - SİYAHI
Dünən, 17:21
İsrailin yüksək vəzifəli rəsmisi Trampın xahişi ilə İrana hücumların dayandırıldığını təsdiqləyib
Dünən, 17:15
Azərbaycanın iri inşaat şirkətinin rəhbərliyində təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:10
MİDA bu işlərə 7,6 milyon manat pul xərcləyəcək
Dünən, 17:06
“Bir Kredit” BOKT-un – 14 FİLİALI LƏĞV EDİLİB
Dünən, 17:04
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
Dünən, 16:53
Keçmiş məmur dələduzluqda ittiham olunur: - “Nə evdən çıxır, nə də pulumuzu verir”
Dünən, 16:51
"Zamiqi olduğu kimi qəbul edin"
Dünən, 16:41
Qan ver, həyat xilas et!
Dünən, 16:23
Nə danışıqlar masasını, nə də döyüş meydanını tərk etmişik - Pezeşkian
Dünən, 16:21
Saxta nikaha girənlər həbs oluna bilər
Dünən, 16:19
Məktəblərdəki zorakılığa görə “Mikrorayon” günahkardır? - REJİSSOR DANIŞDI
Dünən, 15:39
İran İsrailə qarşı zərbələri dayandırıb - AÇIQLAMA
Dünən, 15:32
Azərbaycandan ABŞ-yə 1700, Qazaxıstana isə 842 000 manatlıq avtomobil göndərilib
Dünən, 15:28
"Hər toydan-şabaşdan pul ayırıb Rəşad Dağlıya göndəririk"
Dünən, 15:21
Mixail Xodorkovskiyə 10 il qiyabi həbs verilib
Dünən, 15:19
Aİ Ukraynaya 2,8 milyard avroya yaxın vəsait köçürüb
Dünən, 15:09
“Bir ailənin üç üzvü yoxa çıxıb... nə vaxt bu qədər mərhəmətsiz olduq”
Dünən, 15:05
Əliyar Əsgərovun BOKT-unda vəziyyət düzəlmir: ZƏRƏRLƏR ARTIR, AKTİVLƏRİ AZALIB - HESABAT
Dünən, 15:04
Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin edilib - BUNDAN SONRA...
Dünən, 14:46
Rəsmi Moskva Paşinyanın partiyasının seçkilərdə qələbəsini şərh edib
Dünən, 14:42
Bakıda DƏHŞƏT: - dostunu öldürdü
Dünən, 14:12
Marta Kos Ermənistana səfər etməyi planlaşdırır
Dünən, 14:10
Naxçıvandakı 2800 illik yazı ermənilərə istinadla tərcümə edilib? - AĞIR İTTİHAMLAR
Dünən, 14:08
İsrail və İran atəşi dərhal dayandırmalıdır - Tramp ÇAĞIRIŞ ETDİ
Dünən, 13:52
"AzerGold" sədrinin müşaviri vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Dünən, 13:22
"Toplum TV" işi üzrə təqsirləndirilənlərə cəza istənilib - TƏFƏRRÜAT
Dünən, 13:18
Ruslan Quliyev vəfat etdi
Dünən, 13:09
“Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?” - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:06
Paşinyan seçkini qazandı: - Əsas döyüş isə indi başlayır
Dünən, 13:02
“Gold Alko” batır? – Şirkətin dövlətə 1,5 milyon manatdan çox borcu yarandı
Dünən, 13:00
MDB-dən Ermənistandakı seçkilərə REAKSİYA
Dünən, 12:59
İranın məhkəmə sistemi 3000-dən çox insanı ABŞ və İsraillə əməkdaşlıqda ittiham edir - “Al Jazeera“
Dünən, 12:57
Dostları Aysuna XƏYANƏT EDİB?
Dünən, 12:49
Türkiyəli iş adamının rəhbərlik etdiyi şirkət kapitalını 214 min dollar azaltdı
Dünən, 12:47
Səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:44
500 minlik dələduzluq məhkəməsində şahidlər nələr dedilər? - TƏFƏRRÜAT
Dünən, 12:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru