Azərbaycanla yeni müharibə? .....                     Neft 60 dollardan da aşağı düşə bilər .....                     "Qarabağ" daha bir simvolunu .....                     Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı .....                     Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi .....                     Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib .....                     Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi .....                     “Artıq bunu gizlətmək istəmirəm” .....                     ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi .....                     Putin barədə dediklərinə görə axtarılırdı .....                     Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib .....                     Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub .....                     Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib .....                     Xaricdən gətirilən hibrid avtomobillərin .....                     Melonidən Azərbaycan açıqlaması: .....                     Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq .....                     Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq .....                     Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq .....                     Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb .....                     Rasim İldırımzadə məhkəmə zalında həbs edildi .....                     AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib .....                     AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib .....                     "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub .....                     “Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? .....                     MEDİAYA VAHİD YANAŞMA... .....                     ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? .....                     Köçəryanın Putinlə görüşünə imkan verilmədi .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     “PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib .....                     Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı .....                     Bu ölkələrdə kreditlər faizsiz verilir .....                     “Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” .....                     İcra başçısının elektron qolbaq taxılan sabiq müavinindən .....                     ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq .....                     Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib .....                     Yasamalın YARIMÇIQ BAŞÇISI... .....                     Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı .....                     ABŞ geri çəkilir? .....                     Aqil Şərifova hökm oxundu .....                     Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir .....                 

Naxçıvan MR DİN-də Prezident Fərmanına niyə əhəmiyyət verilmir? - Çünki bura...
Tarix: 26-05-2022, 08:28 | Çap et
Naxçıvan MR DİN-də Prezident Fərmanına niyə əhəmiyyət verilmir?
Naxçıvanda Prezident İlham Əliyevin Sərəncam və Fərmanlarına məhəl qoyulmur. DİA.AZ xəbər verir ki, ovqat.com-a bu barədə şikayət Naxçıvan polis orqanlarından daxil olub.

Bəs, polis əməkdaşlarının fikrincə, özlərini Prezidentdən üstün görən bu böyük şəxsiyyətlər kimlər olsalar yaxşıdır?

Əlbəttə, ilk növbədə Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov. Amma insafən Naxçıvanın indiyədək gəlib-keçmiş ən böyük "xan"ını hardasa başa düşmək olar. Necə olsa, o "xan"dır və Zəngəzur dəhlizi açılana qədər “gözünün müstəqillik qurdunu öldürür”. Dəhliz açılandan sonra beynəlxalq kommunikasiya əlaqələrinin taleyinin ona həvalə edilməsinin mümkün olmayacağını bilir və nə qədər fürsət var, Prezidentdən daha böyük şəxsiyyət kimi görünməyə çalışır. Odur ki, Vasif müəllimin gedərayaq nazına qatlanmaq olar.

Dərd burasındadır ki, Naxçıvan Maliyyə naziri Rafael Əliyev də, Naxçıvan Daxili İşlər naziri Rəşad İsmayılov da, Naxçıvan Mühafizə Polisi Şöbəsinin rəisi Gündüz Qədimov da “xan” yerişi yeriyib, Prezidentin Sərəncamını lazımsız kağız parçası kimi görürlər. Bəs onların bu özündənmüştebehliyini hansı dəftərə yazaq?

Sual oluna bilər: Muxtar Respublikanın adı çəkilən "şahəşah"larının yerə-göyə sığmayan bu ədabazlıqları özünü nədə büruzə verir?

Gəlin, suala Naxçıvan MR DİN-dən aldığımız məlumatlara qısaca nəzər salaraq cavab axtaraq.

“Bildiyiniz kimi, 2021-ci ilin sonlarında Naxçıvan MR DİN-də baş vermiş “konsert” zamanı Gündüz Qədimov adlı polis təqaüdçüsü, təqaüddən geri çağrılaraq Naxçıvan Mühafizə Polisi Şöbəsinə rəis təyin edildi. Gündüz Qədimovun geri çağrılması ona görə deyildi ki, o, tapılmaz tikədir. Onun təqaüddən geri çağrılmasının 2 səbəbi var idi: Rza Talıbov- Vüqar Abbasov klanının yaxın adamı idi və Naxçıvan Daxili İşlər naziri təyin edilmək ehtimalı var idi. Gündüz Qədimovun “uğurlu” keçmiş xidməti və sabiq nazir Əhməd Əhmədovun onunla hansı tərzdə dialoq aparması ilə bağlı Naxçıvan DİN-in şəxsi heyətinin kifayət qədər məlumatı var. Amma bugünkü söhbətimiz bunlarla bağlı deyil. Söhbətimizin əsas məğzi Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov, Naxçıvan Maliyə naziri Rəfael Əliyev, Naxçıvan Daxili İşlər naziri Rəşad İsmayılov və Naxçıvan Mühafizə Polisi Şöbəsinin rəisi Gündüz Qədimov tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanına məhəl qoyulmamasıdır”, - Naxçıvan Mühafizə Polisi Şöbəsindəki mənbəmiz əməkdaşımızla söhbətə belə başladı.

Onun bildirdiyinə görə, 23.12.2021-ci ili tarixdə Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının 01.01.2022-ci il tarixindən etibarən 20 % miqdarında artırılması haqqında Fərman imzalamışdır: “Artıq Cənab Prezidentin fərmanının üzərindən 6 aya yaxın vaxt keçir. Buna baxmayaraq, həmin Fərman hələ də Naxçıvan Mühafizə Polisi Şöbəsinin əməkdaşlarına tətbiq edilmir. Cənab Prezidentin fərmanına məhəl qoyulmamasına səbəb nədir, hələ də bilinmir”.

Həmsöhbətimiz xatırladıb ki, Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsində Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktlar bu cür sıralanır:

“I. Qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir:

1) Konstitusiya
2) referendumla qəbul edilmiş aktlar;
3) qanunlar;
4) fərmanlar;
5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları;
6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları.

Maddədən göründüyü kimi, Prezident fərmanı hüquqi qüvvəsinə görə 4-cü sırada öz əksini tapıb. Lakin Prezident Fərmanı, belə görünür ki, Naxçıvan MR-in məmur korpusunun yazılmamış qeyri-hüquqi aktları siyahıda göstərilməyib.

Əslində Prezident Fərmanına Naxçıvan MR-də əhəmiyyət verilməməsi başa düşüləndir. Azərbaycanın ən yüksək hüquqi qüvvəyə malik aktının, yəni Konstitusiyanın tətbiq edilmədiyi bir məmləkətdə Prezident Fərmanına 6 aydır ki, əhəmiyyət verilməməsində qeyri-adi nə ola bilər”, - deyə mənbəmiz yaxın günlərdə bu polis şöbəsi barədə bizə daha maraqlı və xoruz banı eşitməmiş məlumatlar verəcəyini bildirdi.

Biz səbrsizliklə mənbəmizin ötürəcəyi məlumatları gözləyir və bu kimi hallarla qarşılaşan MR sakinlərinin məşhur sözünü xatırlatmaqla yazımızı tamamlayırıq: “Çünki bura gülüm Naxçıvandır, ala qarğa bala çıxarmaz”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanla yeni müharibə? – Erməni xalqı qərar verdi
Bu gün, 17:25
Neft 60 dollardan da aşağı düşə bilər - AKTUAL
Bu gün, 17:07
"Qarabağ" daha bir simvolunu İTİRDİ
Bu gün, 17:04
Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı - GİLEY
Bu gün, 17:01
Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi
Bu gün, 16:59
Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib - SİYAHI
Bu gün, 16:44
Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi
Bu gün, 16:41
“Artıq bunu gizlətmək istəmirəm” – Paşinyan ETİRAF ETDİ
Bu gün, 16:39
ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi - RƏY
Bu gün, 16:31
Putin barədə dediklərinə görə axtarılırdı - İrəvan Moskvaya yox, Təl-Əvivə göndərdi
Bu gün, 16:28
Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib - FOTO
Bu gün, 16:24
Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub - FOTO
Bu gün, 16:21
Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib
Bu gün, 16:19
Xaricdən gətirilən hibrid avtomobillərin sayı 2,1 dəfə azalıb, dəyəri isə 7,6% artıb
Bu gün, 16:02
Melonidən Azərbaycan açıqlaması: - Bu məsələdə bizə güvənin
Bu gün, 16:01
Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq - “Azəridmanservis”
Bu gün, 15:58
Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq - AZAL
Bu gün, 15:55
Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq - SİYAHI
Bu gün, 15:52
Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb - FOTO
Bu gün, 15:49
Rasim İldırımzadə məhkəmə zalında həbs edildi - DETALLAR
Bu gün, 15:43
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib - DİQQƏT
Bu gün, 15:41
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib
Bu gün, 15:23
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub
Bu gün, 15:10
“Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? – VİDEO+FOTOLAR
Bu gün, 13:12
MEDİAYA VAHİD YANAŞMA... - Media və Yayım Şurası nə üçün yaradılır?
Bu gün, 13:05
ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? – Kəskin ucuzlaşa bilər
Bu gün, 13:02
Köçəryanın Putinlə görüşünə imkan verilmədi - AÇIQLAMA
Bu gün, 12:57
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:55
“PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib - BUNDAN SONRA...
Bu gün, 12:52
Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı - Bu dəfə yarım milyon ucuz
Bu gün, 12:50
Bu ölkələrdə kreditlər faizsiz verilir - SİYAHI
Bu gün, 12:44
“Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” – Vens
Bu gün, 12:35
İcra başçısının elektron qolbaq taxılan sabiq müavinindən XƏBƏR VAR
Bu gün, 12:33
ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq
Bu gün, 12:15
Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:14
Yasamalın YARIMÇIQ BAŞÇISI... - Gərək buna maaşı da yarımçıq versinlər...
Bu gün, 12:12
Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı - Qusardakı cinayətin TƏFƏRRÜATI
Bu gün, 12:03
ABŞ geri çəkilir? - Vaşinqton NATO qarşısındakı öhdəliklərini azaltdı
Bu gün, 11:59
Aqil Şərifova hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 11:57
Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir - Baxçalı
Bu gün, 11:55
Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı - İTTİHAM VAR...
Bu gün, 11:47
Azərbaycandan ən çox neft idxal edən ölkələr - SİYAHI
Bu gün, 11:40
Direktor 2, maksimum 3 il bir məktəbə rəhbərlik etməlidir - ÇAĞIRIŞ
Bu gün, 11:30
Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş LƏĞV EDİLİR
Bu gün, 11:26
Yanacaq böhranı: artıq Kreml təbliğatçılarının da deməyə sözü qalmayıb - GƏLİŞMƏ
Bu gün, 11:25
Azərbaycan Güləş Federasiyasında yeni Komitə təsis edilib
Bu gün, 11:16
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri yenidən məhkəmə qarşısında
Bu gün, 11:13
Niyə “Sədərək” hər yay yanır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:10
Bu restoran bina sakinlərini yatmağa qoymur – Video
Bu gün, 11:08
Ermənistanda müxalifət parlamenti boykot etdi - GƏRGİNLİK
Bu gün, 11:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru