Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib .....                     Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi .....                     “Artıq bunu gizlətmək istəmirəm” .....                     ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi .....                     Putin barədə dediklərinə görə axtarılırdı .....                     Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib .....                     Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub .....                     Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib .....                     Xaricdən gətirilən hibrid avtomobillərin .....                     Melonidən Azərbaycan açıqlaması: .....                     Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq .....                     Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq .....                     Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq .....                     Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb .....                     Rasim İldırımzadə məhkəmə zalında həbs edildi .....                     AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib .....                     AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib .....                     Köhnə başçının NƏSİMİ MACƏRALARI... .....                     "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub .....                     “Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? .....                     MEDİAYA VAHİD YANAŞMA... .....                     ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? .....                     Köçəryanın Putinlə görüşünə imkan verilmədi .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     “PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib .....                     Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı .....                     Bu ölkələrdə kreditlər faizsiz verilir .....                     “Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” .....                     İcra başçısının elektron qolbaq taxılan sabiq müavinindən .....                     ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq .....                     Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib .....                     Yasamalın YARIMÇIQ BAŞÇISI... .....                     Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı .....                     ABŞ geri çəkilir? .....                     Aqil Şərifova hökm oxundu .....                     Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir .....                     Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı .....                     Azərbaycandan ən çox neft idxal edən ölkələr .....                     Direktor 2, maksimum 3 il bir məktəbə rəhbərlik etməlidir .....                     Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş .....                 

Nazirlik “Sovetski”də vətəndaşın 2 mərtəbəli evini “yoxa çıxarıb” - Belə də olurmuş...
Tarix: 15-10-2021, 08:37 | Çap et
Nazirlik “Sovetski”də vətəndaşın 2 mərtəbəli evini “yoxa çıxarıb”
Bakının keçmiş “Sovetski” məhəlləsində aparılan yenidənqurma işləri çərçivəsində köhnə binalar, evlər vətəndaşlardan alınaraq sökülüb. Artıq ərazidə gözoxşayan tikililər ucaldılıb, parklar salınıb. Bununla belə, evləri sökülənlərin narazılıqları hələ də eşidilməkdədir.

Narazı “Sovetski” sakinlərindən biri də yəhudi əsilli Azərbaycan vətəndaşı Anara Baazovadır. Söküntü işlərinə qədər onun Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, dalan 2, 10 A saylı ünvanda 2 mərtəbəli evi olub. Lakin söküntü işləri aparıldığı zaman Anara Baazova Azərbaycanda deyil, İsraildə olub.

“Mən Azərbaycan Respublikasında olmadığım zaman evim dövlət ehtiyacları üçün sökülməyə məruz qalıb. Ev əşyalarım belə məhv edilib! Söküntüyə faktiki nəzarət edən orqan Maliyyə Nazirliyinin hazırkı Aparat rəhbəri Cavanşir Yusifov olub. Təəssüf ki, mənə 2018-ci ilin sonundan bu günə qədər kompensasiyam ödənilmir. Maliyyə Nazirliyindən şikayətimə cavab verilir ki, 2014-cü ilin mart ayından 2019-cu ilin sonuna kimi 6300-dən çox yaşayış sahələrinin sahiblərinə aid olan yaşayış sahələrinə dair tərtib edilmiş ümumi ”İnventarlaşma" siyahısında mənə məxsus olan Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 10 A saylı ev olmayıb. Dəfələrlə Maliyyə Nazirliyinin Aparat rəhbərinə və Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyətinə ədalətli araşdırma aparılması məqsədilə bir yerdə qeyd etdikləri “İnventarlaşma” siyahısına baxış keçirilməsini təklif etmişəm. Lakin mənə cavab verən belə yoxdur. Əminəm ki, qeyd etdikləri “İnventarlaşma” siyahısına baxış keçirildikdən sonra mənim haqlı olduğum məlum olacaq və evimin kompensasiyası ödəniləcəkdir" - Anara Baazova belə deyir. Qeyd edir ki, şikayətlərinə ilk vaxtlar Cavanşir Yusifov və Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları kompensasiyanın ödəniləcəyi barədə vəd versələr də, sonradan guya evinin olmamasını (?!) səbəb göstərməklə kompensasiya ödəməkdən imtina etdilər: "Halbuki, evimin olduğu əraziyə baxan 64 saylı MKİS-in mənə təqdim etdiyi 2 ədəd arayışda qeyd olunan ünvanda evimin olmasını təsdiq edib. Sonradan MKİS-ə edilən təzyiqlər nəticəsində ərazidə evimin olmasını inkar etdi. İş o yerə çatıb ki, 2 vəkil və 2 nümayəndəm bu yoldaşlarla bacara bilmir. Azərbaycan məhkəməsi belə bu yoldaşların qarşısında acizdir".

Zərərçəkən “Sovetski” sakini deyir ki, məhkəmə Cavanşir Yusifova sorğu verib ki, “İnventarlaşma” siyahısını təqdim etsin. Lakin həmin sorğu da cavabsız qalıb.

Anara Baazova qeyd edir ki, “Azərişıq” ASC-yə söküntüyə qədər evində quraşdırılan sayğacla bağlı da sorğu verilib. Həmin sorğuya verilən cavabda qeyd olunur ki, 23.09.2004-cü il tarixdə ünvanımda sayğac olub: “Hətta sayğacın 2011-ci il tarixdə bir dəfə yeniləndiyi də sorğuya cavabda bildirilir. Sayğac 10.11.2018-ci il tarixdə akt əsasında ”Azərişıq" ASC-yə təhvil verilib. Təhvil verilmə əsası kimi söküntü işləri göstərilir. 30.11.2018-ci il tarixdə ASC-nin reyestrində müvafiq qeyd aparılıb. Maliyyə Nazirliyinə təqdim etdiyim “Azərişıq” ASC-nin 2004-cü ildən 2018-ci ilə qədər sayğacımda olan ödəniş dövriyyəsi, sayğacın evin söküntüsü nəticəsində 2018-ci il tarixdə təhvil verilməsini təsdiq edən reyestr çıxarışı və digər ASC-yə aid olan sənədləri redaksiyanıza da verirəm. Sizə təqdim etdiyim “Azərişıq” ASC-nin sayğac dövriyyəsindən və sayğacın təhvil verilməsi reyestrindən də göründüyü kimi, 2018-ci ilin sonunda sayğac təhvil verilib. Əgər ev mövcud olmayıbsa, işıq sayğacı harada quraşdırılıb? İşıq sərfiyyatı üzrə ödənişlər niyə qəbul edilib? Sayğacın evimdən çıxarılaraq “Azərişıq” ASC-yə təhvil verilməsinə əsas kimi evin sökülməsi niyə göstərilib?

İş o yerə çatıb ki, artıq Maliyyə Nazirliyinin email ünvanları mənim email ünvanımı blok ediblər. Heç yazdığımı da qəbul eləmirlər. Vətəndaş olaraq dövlət orqanına müraciət etmək hüququm da pozulur. Mənə açıq-aşkar bildirilir ki, müsəlman məhəlləsində necə ola bilər ki, yəhudinin evi olsun?!

Bu ayrı-seçkiliyi mənə qarşı edirlər və bu özbaşınalıq illərdir ki, davam etməkdədir. Mənim Cavanşir Yusifova ünvanladığım suallar bu günə qədər cavabsız qalıbdır.

Suallar aşağıdakılarldır;

Hörmətli Cavanşir Yusifov, tərəfinizdən verilmiş cavablarda açıq-aşkar qeyd edirsiniz ki, mənə məxsus olmuş Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 10 A saylı ev “İnventarlaşma” siyahısında aşkar edilməyib və “İnventarlaşma” işləri 2014-cü ilin mart ayından aparılıb. Dağ Yəhudiləri Fondunun sədrinə bildirmisiniz ki, sizdə “İnventarlaşma” siyahısı, yoxdur.

Qeyd etdiyiniz “İnventarlaşma” siyahısı, ümumiyyətlə, varmı?

Belə bir siyahı varsa, məhkəməyə və Dağ Yəhudiləri Fonduna təqdim etməkdən niyə yayınırsız?

Əgər qeyd etdiyiniz “İnventarlaşma” siyahısı yoxdursa, hansı səbəbdən cavab məktublarınızda olmayan bir siyahıya istinad edirsiz?

Əgər Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 10 A saylı ev olmayıbsa, məhkəmə, MKİS, kommunal idarələr mənim evimin mövcudluğunu təsdiq edən sənədləri haradan veriblər?

Əgər ev yox idisə, necə olub ki, 2004-cü ildən 2018-ci ilə qədər elektirik enerjisi üçün ödənişlər edilib?

Ətraf qonşularım evdə yaşayıb, mən isə yəhudi əsilli olduğum üçün palatkada yaşamışam?

Əgər ev olmayıbsa və Siz özünüzü haqlı sayırsınızsa, nəyə görə dönə-dönə istinad etdiyiniz “İnventarlaşma” siyahılarına bir yerdə baxış keçirməyə dair təkliflərə cavab vermirsiniz?

Nəyə görə Azərbaycan vətəndaşları arasında dini etiqada istinad etməklə ayrı-seçkiliyə yol verirsiniz?

Nəyə görə kompensasiyanın ödənilməsinə danışıqlar zamanı etiraz etmədiyinizi qeyd etdiyiniz halda, müvafiq qurumlara ödəməmək barədə göstərişlər verirsiniz?"

Məsələ ilə bağlı Maliyyə Nazirliyi rəsmilərinin də mövqeyini dinləməyə hazırıq.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib - SİYAHI
Bu gün, 16:44
Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi
Bu gün, 16:41
“Artıq bunu gizlətmək istəmirəm” – Paşinyan ETİRAF ETDİ
Bu gün, 16:39
ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi - RƏY
Bu gün, 16:31
Putin barədə dediklərinə görə axtarılırdı - İrəvan Moskvaya yox, Təl-Əvivə göndərdi
Bu gün, 16:28
Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib - FOTO
Bu gün, 16:24
Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub - FOTO
Bu gün, 16:21
Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib
Bu gün, 16:19
Xaricdən gətirilən hibrid avtomobillərin sayı 2,1 dəfə azalıb, dəyəri isə 7,6% artıb
Bu gün, 16:02
Melonidən Azərbaycan açıqlaması: - Bu məsələdə bizə güvənin
Bu gün, 16:01
Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq - “Azəridmanservis”
Bu gün, 15:58
Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq - AZAL
Bu gün, 15:55
Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq - SİYAHI
Bu gün, 15:52
Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb - FOTO
Bu gün, 15:49
Rasim İldırımzadə məhkəmə zalında həbs edildi - DETALLAR
Bu gün, 15:43
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib - DİQQƏT
Bu gün, 15:41
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib
Bu gün, 15:23
Köhnə başçının NƏSİMİ MACƏRALARI... - Bunu bir araşdıran olsa...
Bu gün, 15:16
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub
Bu gün, 15:10
“Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? – VİDEO+FOTOLAR
Bu gün, 13:12
MEDİAYA VAHİD YANAŞMA... - Media və Yayım Şurası nə üçün yaradılır?
Bu gün, 13:05
ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? – Kəskin ucuzlaşa bilər
Bu gün, 13:02
Köçəryanın Putinlə görüşünə imkan verilmədi - AÇIQLAMA
Bu gün, 12:57
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:55
“PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib - BUNDAN SONRA...
Bu gün, 12:52
Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı - Bu dəfə yarım milyon ucuz
Bu gün, 12:50
Bu ölkələrdə kreditlər faizsiz verilir - SİYAHI
Bu gün, 12:44
“Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” – Vens
Bu gün, 12:35
İcra başçısının elektron qolbaq taxılan sabiq müavinindən XƏBƏR VAR
Bu gün, 12:33
ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq
Bu gün, 12:15
Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:14
Yasamalın YARIMÇIQ BAŞÇISI... - Gərək buna maaşı da yarımçıq versinlər...
Bu gün, 12:12
Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı - Qusardakı cinayətin TƏFƏRRÜATI
Bu gün, 12:03
ABŞ geri çəkilir? - Vaşinqton NATO qarşısındakı öhdəliklərini azaltdı
Bu gün, 11:59
Aqil Şərifova hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 11:57
Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir - Baxçalı
Bu gün, 11:55
Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı - İTTİHAM VAR...
Bu gün, 11:47
Azərbaycandan ən çox neft idxal edən ölkələr - SİYAHI
Bu gün, 11:40
Direktor 2, maksimum 3 il bir məktəbə rəhbərlik etməlidir - ÇAĞIRIŞ
Bu gün, 11:30
Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş LƏĞV EDİLİR
Bu gün, 11:26
Yanacaq böhranı: artıq Kreml təbliğatçılarının da deməyə sözü qalmayıb - GƏLİŞMƏ
Bu gün, 11:25
Azərbaycan Güləş Federasiyasında yeni Komitə təsis edilib
Bu gün, 11:16
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri yenidən məhkəmə qarşısında
Bu gün, 11:13
Niyə “Sədərək” hər yay yanır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:10
Bu restoran bina sakinlərini yatmağa qoymur – Video
Bu gün, 11:08
Ermənistanda müxalifət parlamenti boykot etdi - GƏRGİNLİK
Bu gün, 11:05
Bu şəhərdə yeri olmayan “Bu şəhərdə”-çilər - Saffari yazır....
Bu gün, 11:00
Köçəryan Ermənistandan qaçmağı planlaşdırır - TƏFƏRRÜAT
Bu gün, 10:59
Şəmkirdə körpə qızdırmadan ölüb
Bu gün, 10:58
Ölüm ayağında olan xəstəyə təcili tibbi yardım maşını ayrılmır - TƏBİB-in yeni sədrinə müraciət
Bu gün, 10:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru