Azərbaycanla yeni müharibə? .....                     Neft 60 dollardan da aşağı düşə bilər .....                     "Qarabağ" daha bir simvolunu .....                     Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı .....                     Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi .....                     Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib .....                     Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi .....                     “Artıq bunu gizlətmək istəmirəm” .....                     ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi .....                     Putin barədə dediklərinə görə axtarılırdı .....                     Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib .....                     Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub .....                     Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib .....                     Xaricdən gətirilən hibrid avtomobillərin .....                     Melonidən Azərbaycan açıqlaması: .....                     Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq .....                     Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq .....                     Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq .....                     Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb .....                     Rasim İldırımzadə məhkəmə zalında həbs edildi .....                     AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib .....                     AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib .....                     Köhnə başçının NƏSİMİ MACƏRALARI... .....                     "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub .....                     “Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? .....                     MEDİAYA VAHİD YANAŞMA... .....                     ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? .....                     Köçəryanın Putinlə görüşünə imkan verilmədi .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     “PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib .....                     Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı .....                     Bu ölkələrdə kreditlər faizsiz verilir .....                     “Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” .....                     İcra başçısının elektron qolbaq taxılan sabiq müavinindən .....                     ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq .....                     Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib .....                     Yasamalın YARIMÇIQ BAŞÇISI... .....                     Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı .....                     ABŞ geri çəkilir? .....                     Aqil Şərifova hökm oxundu .....                 

“Ağstafanın icra başçısı məni küçə söyüşləri ilə təhqir etdi” - NARAZILIQ!
Tarix: 31-08-2021, 08:39 | Çap et
“Ağstafanın icra başçısı məni küçə söyüşləri ilə təhqir etdi”
“Bilirəm ki, bizim də hansısa kağız üzərində hüquqlarımız var, ancaq mən bu hüquqlarımı əlil olduğum son 7 ildə hiss etmədim. Aldığım pensiyanın 130 manatı kirayəpuluna gedir, qalanı da yavan çörəyə… Dərmanlarımı ala bilmirəm. Heç olmasa hökumət mənə əlil kimi birotaqlı ev tikib versə, kirayədən canım qurtarar, kirayəyə verdiyim pulu dərmanıma verərəm”.

Bunu Meydan TV-yə Ağstafa sakini, 1-ci qrup əlil Xəyyam Abdullayev deyir.

“280 manatın 130 manatını ev kirayəsinə ödəyirəm”

Xəyyam Abdullayevin 40 yaşı var. Əvvəllər qaynaqçı işləyib. 7 il əvvəl iş vaxtı hündürlükdən yıxılaraq belindən aldığı xəsarət onu əlil arabasına məhkum edib və 1-ci qrup əlilə çevirib. Deyir, hər ay aldığı 280 manat əlillik pensiyasnıın 130 manatını ev kirayəsinə ödəyir, qalan pulla ailəni dolandırmağa çalışır. Ailədə iki azyaşlı var.

Xəyyam Abdullayev əvvəllər kreditlə torpaq alıb, ev tikintisinə başlayıb, əlillliyi işləri yarımçıq qoyub. İstədiyi odur ki, yarımçıq qalmış tikintini hökumətin dəstəyi ilə başa vursun və ailəsini kirayədən qurtarsın.

“Polisləri çağırıb məni çölə atdırdı”

“Axırıncı dəfə icra hakimiyətində iki həftə əvvəl olmuşam. Çıxdım yuxarı mərtəbəyə ki, icra başçının qəbuluna girim, başçı otağından çıxdı, mənimlə dəhlizdə görüşdü. Dedim, 1-ci qrup əliləm, kirayədə qalıram, mənə kömək edin, yarımçıq evimi tikim, uşaqlarımı yığım içərisinə. Kirayə pulunu ödəyə bilmirəm, bu gün-sabah bu arabayla çıxarıb məni də, uşaqlarımı da çıxarıb çölə atacaqlar. Mənim də bu ölkədə bir vətəndaş olaraq normal həyat şəraitim olmalıdır, uşaqlarımın normal gələcəyi olmalıdır. Dedi: “Mən ev tikən şirkətdə işləyirəm ki, dəqiqədə qaçıb gəlirsən üstümə?” Dedim, bəs kimin üstünə gedim? Ermənistana köçüm, oranın rəhbərindən kömək istəyim? Rayonun rəhbəri sənsən, mən də deyirəm ki, əliləm, köməyə ehtiyacım var. Məni küçə söyüşləriylə təhqir elədi, dedi: “Rədd ol get, nə vaxt Ermənistana köçsən, gələrsən, yolpulunu verərəm”. Polisləri çağırdı, dedi, çıxardın bunu binadan, bir də binaya buraxmayın”, – şikayətçi deyir.

“Uşaqlarım acdır, heç bir işıq yeri görünmür”

Xəyyam Abdullayev deyir, hazırda kirayədə qaldığı ev də şəraitsizdir, rütubətsə əlil kimi həm özünün, həm də azyaşlı övladlarının səhhətini ağırlaşdırır: “Vallah, bir çəkiliş göndərin, gəlib yaşadığımız zilləti çəkib göstərsinlər, yuxarılarda oturanlar görsün ki, bu vəziyyətdə uşaq, əlil yaşayaşa bilərmi? Ünvanlı sosial yardım da vermirlər ki, çörəyimizi, suyumuzu təmin edək. Uşaqlarım acdır, mən bilmirəm 280 manatı çörəyə çatdırım, yoxsa ev kirayəsinə… Ha düşünürəm, dövlət bizi görməyincə, vətəndaş olaraq bizə can yandırmağınca, bizimçün heç bir işıq yeri görünmür”.

“Ümumi əlillərə ev tikilmir”

Ağstafa Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı fiziki sağlamlıqlarını itirmiş vətəndaşlar və şəhid ailələri dövlət hesabına mənzillə (fərdi evlə) təmin olunmaq üçün icra hakimiyyətində mənzil növbəsinə götürülürlər: “Hər il bu kateqoriyadan olan ailələr rayon ərazisində tikilən fərdi mənzillərlə təmin olunur. Ümumi əlillər üçün isə hələlik ev tikilmir. Xəyyam Abdullayevə dəfələrlə bildirilib ki, o, mənzil və yaşayış şəraitinin yaxşılaşdırılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməlidir”.

Xəyyam Abdullayevsə deyir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də müraciət edib. Həmin qurumdan da ona Ağstafa Rayon İcra Hakimiyyətinə müraciət etməli olduğu bildirilib: “Bir sözlə, sağlamlığımız əldən gedir, evsiz-eşiksiz, minmişəm əlil arabasına, qalmışam iki qurumun arasında…”, – Xəyyam Abdullayev deyir.

“Ağstafanın icra başçısı məni küçə söyüşləri ilə təhqir etdi”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanla yeni müharibə? – Erməni xalqı qərar verdi
Bu gün, 17:25
Neft 60 dollardan da aşağı düşə bilər - AKTUAL
Bu gün, 17:07
"Qarabağ" daha bir simvolunu İTİRDİ
Bu gün, 17:04
Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı - GİLEY
Bu gün, 17:01
Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi
Bu gün, 16:59
Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib - SİYAHI
Bu gün, 16:44
Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi
Bu gün, 16:41
“Artıq bunu gizlətmək istəmirəm” – Paşinyan ETİRAF ETDİ
Bu gün, 16:39
ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi - RƏY
Bu gün, 16:31
Putin barədə dediklərinə görə axtarılırdı - İrəvan Moskvaya yox, Təl-Əvivə göndərdi
Bu gün, 16:28
Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib - FOTO
Bu gün, 16:24
Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub - FOTO
Bu gün, 16:21
Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib
Bu gün, 16:19
Xaricdən gətirilən hibrid avtomobillərin sayı 2,1 dəfə azalıb, dəyəri isə 7,6% artıb
Bu gün, 16:02
Melonidən Azərbaycan açıqlaması: - Bu məsələdə bizə güvənin
Bu gün, 16:01
Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq - “Azəridmanservis”
Bu gün, 15:58
Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq - AZAL
Bu gün, 15:55
Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq - SİYAHI
Bu gün, 15:52
Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb - FOTO
Bu gün, 15:49
Rasim İldırımzadə məhkəmə zalında həbs edildi - DETALLAR
Bu gün, 15:43
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib - DİQQƏT
Bu gün, 15:41
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib
Bu gün, 15:23
Köhnə başçının NƏSİMİ MACƏRALARI... - Bunu bir araşdıran olsa...
Bu gün, 15:16
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub
Bu gün, 15:10
“Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? – VİDEO+FOTOLAR
Bu gün, 13:12
MEDİAYA VAHİD YANAŞMA... - Media və Yayım Şurası nə üçün yaradılır?
Bu gün, 13:05
ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? – Kəskin ucuzlaşa bilər
Bu gün, 13:02
Köçəryanın Putinlə görüşünə imkan verilmədi - AÇIQLAMA
Bu gün, 12:57
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:55
“PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib - BUNDAN SONRA...
Bu gün, 12:52
Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı - Bu dəfə yarım milyon ucuz
Bu gün, 12:50
Bu ölkələrdə kreditlər faizsiz verilir - SİYAHI
Bu gün, 12:44
“Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” – Vens
Bu gün, 12:35
İcra başçısının elektron qolbaq taxılan sabiq müavinindən XƏBƏR VAR
Bu gün, 12:33
ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq
Bu gün, 12:15
Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:14
Yasamalın YARIMÇIQ BAŞÇISI... - Gərək buna maaşı da yarımçıq versinlər...
Bu gün, 12:12
Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı - Qusardakı cinayətin TƏFƏRRÜATI
Bu gün, 12:03
ABŞ geri çəkilir? - Vaşinqton NATO qarşısındakı öhdəliklərini azaltdı
Bu gün, 11:59
Aqil Şərifova hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 11:57
Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir - Baxçalı
Bu gün, 11:55
Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı - İTTİHAM VAR...
Bu gün, 11:47
Azərbaycandan ən çox neft idxal edən ölkələr - SİYAHI
Bu gün, 11:40
Direktor 2, maksimum 3 il bir məktəbə rəhbərlik etməlidir - ÇAĞIRIŞ
Bu gün, 11:30
Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş LƏĞV EDİLİR
Bu gün, 11:26
Yanacaq böhranı: artıq Kreml təbliğatçılarının da deməyə sözü qalmayıb - GƏLİŞMƏ
Bu gün, 11:25
Azərbaycan Güləş Federasiyasında yeni Komitə təsis edilib
Bu gün, 11:16
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri yenidən məhkəmə qarşısında
Bu gün, 11:13
Niyə “Sədərək” hər yay yanır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:10
Bu restoran bina sakinlərini yatmağa qoymur – Video
Bu gün, 11:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru