Azərbaycanla yeni müharibə? .....                     Neft 60 dollardan da aşağı düşə bilər .....                     "Qarabağ" daha bir simvolunu .....                     Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı .....                     Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi .....                     Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib .....                     Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi .....                     “Artıq bunu gizlətmək istəmirəm” .....                     ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi .....                     Putin barədə dediklərinə görə axtarılırdı .....                     Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib .....                     Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub .....                     Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib .....                     Xaricdən gətirilən hibrid avtomobillərin .....                     Melonidən Azərbaycan açıqlaması: .....                     Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq .....                     Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq .....                     Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq .....                     Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb .....                     Rasim İldırımzadə məhkəmə zalında həbs edildi .....                     AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib .....                     AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib .....                     "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub .....                     “Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? .....                     MEDİAYA VAHİD YANAŞMA... .....                     ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? .....                     Köçəryanın Putinlə görüşünə imkan verilmədi .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     “PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib .....                     Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı .....                     Bu ölkələrdə kreditlər faizsiz verilir .....                     “Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” .....                     İcra başçısının elektron qolbaq taxılan sabiq müavinindən .....                     ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq .....                     Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib .....                     Yasamalın YARIMÇIQ BAŞÇISI... .....                     Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı .....                     ABŞ geri çəkilir? .....                     Aqil Şərifova hökm oxundu .....                     Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir .....                 

“Güzəştli kreditləri ancaq öz adamlarına verirlər” - QUBADAN ŞİKAYƏT
Tarix: 30-03-2021, 09:16 | Çap et
“Güzəştli kreditləri ancaq öz adamlarına verirlər”
Quba rayonunun Rustov kənd sakini Qeybulla Məmmədov dolanışıq imkanlarının məhdudluğundan gileylənir. Deyir ki, kəndlinin işi əkib-beçərməkdir, bunun üçün də imkanlar yoxdur. DİA.AZ xəbər verir ki, 60 yaşlı Qeybulla Məmmədov kənddə doğulub, ömrünü burada keçirib. Onun sözlərinə görə, ağlı kəsəndən təsərrüfatla məşğul olublar, bu yolla dolanıblar. Son dövrlərdə isə texnika və başqa çatışmazlıqlar ucbatından bu işlə də məşğul ola bilmirlər.

Qeybulla Məmmədov deyir ki, həm özü, həm də kəndin bir neçə başqa sakini dövlətin dəstəyindən – kənd təsərrüfatının inkişafına dair dövlət proqramlarından yararlanmaq istəyib. Amma “yox” cavabı alıblar: “Biz kəndliyik, təsərrüfatla, əkinçiliklə məşğul olmalıyıq. Şəhərdəkilər asfaltda gəzib, ofislərdə, binalarda işləyir, pul qazanıb dolanırlar. Kəndlinin də işi əkib-becərməkdir. Buradakı insanlar da yaşamaq, yemək istəyir. Dövlət də bu məsələdə vətəndaşının yanında olmalıdır, dəstək verməlidir. Cənab prezident də deyib ki, torpaq boş qalmasın, istifadə olunsun. Amma məmurların ucbatından təkcə bizə yaxın ərazidə 10 min hektara yaxın sahə səmərəsiz qalıb. Çünki dövlət proqramlarından yararlana bilmirik. Güzəştli kredit vermirlər ki, götürüb iş görək. Ərazini kol-kos basıb gedir”.

Müəyyənləşdirilmiş qaydaya görə, fermer güzəştli kredit almaq üçün yaşadığı rayonda banklara müraciət etməlidir. Bank 15 gün ərzində müraciətə baxıb, ya kreditin verilməsi haqda qərar qəbul edir, ya da fermerə imtina məktubu verir. Amma imtina məktubu da əsaslandırılmış olmalıdır.

Bank krediti vermək qərarına gəlirsə, bu halda, vəsaitin ayrılması barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə sifariş göndərir. Bundan sonra 2 iş günü ərzində vəsait müvəkkil bankın hesabına köçürülür. Bank da aldığı vəsaiti krediti götürən fermerə çatdırır.

Qeybulla Məmmədovun sözlərinə görə, özünün də, bir neçə həmkəndlisinin də güzəştli kreditlərlə bağlı müraciətinə banklardan imtina cavabı gəlib. Bununla əlaqədar Prezident Administrasiyasından tutmuş, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Mərkəzi Banka qədər müxtəlif dövlət orqanlarına da üz tutub. Amma aldığı cavablar onu qane etməyib: “Sanki o dövlət proqramlarının biz kəndlilərə aidiyyəti yoxdur. Adı kəndlinin olur, dadı başqalarının. Sovet dövründəki quruluş dağıldı, texnikanı mafiozlar məhv elədi. İndi sərgərdan qalmışıq. Yer qalmayıb ki, müraciət eləməyim. Bir-birinə yönəldirlər - Prezident Administrasiyası Kənd Təsərrüfatı Nazirliyinə, İqtisadiyyat Nazirliyinə yönəldir, onlar da bir başqasına. Təqaüd almıram, həm öz ailəmin, həm də bütövlükdə kəndlilərin dolanışığı üçün deyirəm bunu. Torpağın boş, istifadəsiz qalmasını istəmirəm. Torpağın hektarını 140-150 manata şumlatdırırıq. Gücümüz çatmır ki, öz imkanlarımız hesabına iş görək, texnika yox, maddi yardım yox...”

Qeybulla Məmmədov onu da bildirir ki, banklar güzəştli kredit müraciətinə yox desə də, ənənəvi şərtlərlə kredit ayırmağa razılıq veriblər: “Güzəştli kredit vermirlər ki, risklidir, amma 25-30 faizlə verməkdə risk görmürlər. Absurddur. Guya mənə 30 faizlə verəndə batmayacaq, güzəştli şərtlərlə veriləndə batacaq. Bu, nə məntiqdir? Güzəştli kreditləri kənd təsərrüfatı adıyla tamam başqa sahələrə yönəldirlər, məmurlar öz biznesləri üçün istifadə edirlər. Öz adamlarına, öz tanışlarına verirlər. Araşdıran da yoxdur ki, kənd təsərrüfatının inkişafı məqsədilə ayrılmış o vəsaitlər hara yönəldilib. Kəndliyə 30 faizə kredit təklif eləmək onu qul kimi işlətmək anlamına gəlir. Biz quldarlıq quruluşunda yaşayırıq?”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanla yeni müharibə? – Erməni xalqı qərar verdi
Dünən, 17:25
Neft 60 dollardan da aşağı düşə bilər - AKTUAL
Dünən, 17:07
"Qarabağ" daha bir simvolunu İTİRDİ
Dünən, 17:04
Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı - GİLEY
Dünən, 17:01
Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi
Dünən, 16:59
Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib - SİYAHI
Dünən, 16:44
Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi
Dünən, 16:41
“Artıq bunu gizlətmək istəmirəm” – Paşinyan ETİRAF ETDİ
Dünən, 16:39
ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi - RƏY
Dünən, 16:31
Putin barədə dediklərinə görə axtarılırdı - İrəvan Moskvaya yox, Təl-Əvivə göndərdi
Dünən, 16:28
Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib - FOTO
Dünən, 16:24
Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub - FOTO
Dünən, 16:21
Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib
Dünən, 16:19
Xaricdən gətirilən hibrid avtomobillərin sayı 2,1 dəfə azalıb, dəyəri isə 7,6% artıb
Dünən, 16:02
Melonidən Azərbaycan açıqlaması: - Bu məsələdə bizə güvənin
Dünən, 16:01
Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq - “Azəridmanservis”
Dünən, 15:58
Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq - AZAL
Dünən, 15:55
Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq - SİYAHI
Dünən, 15:52
Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb - FOTO
Dünən, 15:49
Rasim İldırımzadə məhkəmə zalında həbs edildi - DETALLAR
Dünən, 15:43
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib - DİQQƏT
Dünən, 15:41
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib
Dünən, 15:23
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub
Dünən, 15:10
“Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? – VİDEO+FOTOLAR
Dünən, 13:12
MEDİAYA VAHİD YANAŞMA... - Media və Yayım Şurası nə üçün yaradılır?
Dünən, 13:05
ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? – Kəskin ucuzlaşa bilər
Dünən, 13:02
Köçəryanın Putinlə görüşünə imkan verilmədi - AÇIQLAMA
Dünən, 12:57
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:55
“PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib - BUNDAN SONRA...
Dünən, 12:52
Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı - Bu dəfə yarım milyon ucuz
Dünən, 12:50
Bu ölkələrdə kreditlər faizsiz verilir - SİYAHI
Dünən, 12:44
“Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” – Vens
Dünən, 12:35
İcra başçısının elektron qolbaq taxılan sabiq müavinindən XƏBƏR VAR
Dünən, 12:33
ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq
Dünən, 12:15
Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib - TƏFƏRRÜAT
Dünən, 12:14
Yasamalın YARIMÇIQ BAŞÇISI... - Gərək buna maaşı da yarımçıq versinlər...
Dünən, 12:12
Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı - Qusardakı cinayətin TƏFƏRRÜATI
Dünən, 12:03
ABŞ geri çəkilir? - Vaşinqton NATO qarşısındakı öhdəliklərini azaltdı
Dünən, 11:59
Aqil Şərifova hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 11:57
Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir - Baxçalı
Dünən, 11:55
Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı - İTTİHAM VAR...
Dünən, 11:47
Azərbaycandan ən çox neft idxal edən ölkələr - SİYAHI
Dünən, 11:40
Direktor 2, maksimum 3 il bir məktəbə rəhbərlik etməlidir - ÇAĞIRIŞ
Dünən, 11:30
Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş LƏĞV EDİLİR
Dünən, 11:26
Yanacaq böhranı: artıq Kreml təbliğatçılarının da deməyə sözü qalmayıb - GƏLİŞMƏ
Dünən, 11:25
Azərbaycan Güləş Federasiyasında yeni Komitə təsis edilib
Dünən, 11:16
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri yenidən məhkəmə qarşısında
Dünən, 11:13
Niyə “Sədərək” hər yay yanır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:10
Bu restoran bina sakinlərini yatmağa qoymur – Video
Dünən, 11:08
Ermənistanda müxalifət parlamenti boykot etdi - GƏRGİNLİK
Dünən, 11:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru