“İşdən azad etməsəydilər, krediti indiyə kimi ödəmiş olardım” - Astarada ÖZBAŞINALIQ
Tarix: 18-03-2021, 08:40 | Çap et
 Astara rayonu Burzubənd kənd orta məktəbinin ingilis dili müəllimi Fuad Mehrəliyev ona əməkhaqqının ödənilməməsinə etiraz olaraq işə çıxmaqdan imtina etdiyini deyir. Bu barədə onun özü AzadlıqRadiosuna danışıb:
“Əməkhaqqından 1 manat da əlimə ala bilmirəm” “Astara şəhər 2 saylı məktəbdə işləyərkən rüşvətə “yox” dediyim üçün məni müxtəlif yollarla işdən azad etdilər. Məni susdurmaq üçün üç dəfə həbs etdilər. Sağlamlıq haqqında sənədlərim olduğu halda polisin əli ilə Lənkəran Rayonlararası Psixiatriya Dispanserində bir ay saxladılar. İki ildən sonra işə bərpa olundum. Dağ kəndi olan Burzubənd kənd orta məktəbində dərs deyirəm. Bu məktəbin rəhbərliyindən narazı deyiləm. İş ondadır ki, mənə verilən əməkhaqqından 1 manat da əlimə ala bilmirəm”.
Müəllimin sözlərinə görə, “Kapital Bank”ın Astara filialı aldığı əməkhaqqının hamısını kreditə çıxır:
“İşdən azad etməsəydilər, krediti indiyə kimi ödəmiş olardım” “Məni işdən çıxartdılar, krediti ödəyə bilmədim. Mənim burda günahım yoxdur. İşdən azad etməsəydilər, krediti indiyə kimi ödəmiş olardım. Rayon təhsil şöbəsinə də, bankın mərkəzi ofisinə də müraciət etmişəm ki, əməkhaqqının 50 faizini tutsunlar. Rayon təhsil şöbəsi bununla bağlı sənədləri bankın Astara filialına göndərib. Lakin bank təhsil şöbəsinin göndərdiyi sənədləri icra etmir. Evdə qalmaqla əməkhaqqımın tam tutulmasına etiraz edirəm. Fikirləşmirlər ki, bu ailə pulsuz necə yaşayacaq?”.
O deyir ki, problemin həll edilməsindən ötrü uyğun orqanlara həm yazılı, həm də şifahi müraciət edib: “”Kapital Bank”ın işçisi deyir ki, Azərbaycan Respublikasının qanununa görə, maaşdan 50 faiz tuta bilərlər. Mən soruşdum ki, qanuna nə üçün əməl etmirsiniz? Sualım cavabsız qaldı. Astara rayon Təhsil Şöbəsi müəllimin hüquqlarını müdafiə etməlidir. Mən kreditin ödənilməsindən imtina etmirəm. Bu ödəmə bir ailənin məhv edilməsi ilə baş verməməlidir”.
“Novruz bayramı gəlir, evdə heç nə yoxdur” F.Mehrəliyevin deməsinə görə, iqtisadi vəziyyəti yaxşı deyil: “Ailədə altı nəfərik. Üç azyaşlı uşağım var. Anam xəstədir, aldığı pensiyanı dərmanına verirəm. Qarşıdan Novruz bayramı gəlir, evdə heç nə yoxdur. Mən müəlliməm, üst-başım gərək yaxşı ola. Üç körpə uşağı böyütmək çətindir. Ailədə təminat çox aşağıdır. İşləyirəm, pul ala bilmirəm. Aldığım əməkhaqqından, heç olmasa, 150 manatını ödəsinlər. Yola da pul verirəm. Belə ədalətsizlik olarmı?”.
F.Mehrəliyev sonra da deyib: “”Kapital Bank”ın Problemli Kreditlər Departamentinə zəng edirəm, qız götürür, dərdimi danışıram. Axırda deyir ki, hüquqşünas səninlə əlaqə saxlayar. Bir aydır belə davam edir”.
Bu deyilənlərə, hələlik, Astara Təhsil Şöbəsindən münasibət almaq mümkün olmayıb. “Kapital Bank”ın Problemli Kreditlər Departamentindən isə suallarımıza cavab vermədilər. Oradan bildirdilər ki, bu barədə məlumatı ancaq müştərinin özünə verə bilərlər.



|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycanla yeni müharibə? – Erməni xalqı qərar verdi
Dünən, 17:25 |
|
|
|
| • Neft 60 dollardan da aşağı düşə bilər - AKTUAL
Dünən, 17:07 |
|
|
|
| • "Qarabağ" daha bir simvolunu İTİRDİ
Dünən, 17:04 |
|
|
|
| • Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı - GİLEY
Dünən, 17:01 |
|
|
|
| • Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi
Dünən, 16:59 |
|
|
|
| • Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib - SİYAHI
Dünən, 16:44 |
|
|
|
| • Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi
Dünən, 16:41 |
|
|
|
| • “Artıq bunu gizlətmək istəmirəm” – Paşinyan ETİRAF ETDİ
Dünən, 16:39 |
|
|
|
| • ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi - RƏY
Dünən, 16:31 |
|
|
|
| • Putin barədə dediklərinə görə axtarılırdı - İrəvan Moskvaya yox, Təl-Əvivə göndərdi
Dünən, 16:28 |
|
|
|
| • Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib - FOTO
Dünən, 16:24 |
|
|
|
| • Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub - FOTO
Dünən, 16:21 |
|
|
|
| • Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib
Dünən, 16:19 |
|
|
|
| • Xaricdən gətirilən hibrid avtomobillərin sayı 2,1 dəfə azalıb, dəyəri isə 7,6% artıb
Dünən, 16:02 |
|
|
|
| • Melonidən Azərbaycan açıqlaması: - Bu məsələdə bizə güvənin
Dünən, 16:01 |
|
|
|
| • Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq - “Azəridmanservis”
Dünən, 15:58 |
|
|
|
| • Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq - AZAL
Dünən, 15:55 |
|
|
|
| • Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq - SİYAHI
Dünən, 15:52 |
|
|
|
| • Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb - FOTO
Dünən, 15:49 |
|
|
|
| • Rasim İldırımzadə məhkəmə zalında həbs edildi - DETALLAR
Dünən, 15:43 |
|
|
|
| • AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib - DİQQƏT
Dünən, 15:41 |
|
|
|
| • AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib
Dünən, 15:23 |
|
|
|
| • "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub
Dünən, 15:10 |
|
|
|
| • “Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? – VİDEO+FOTOLAR
Dünən, 13:12 |
|
|
|
| • MEDİAYA VAHİD YANAŞMA... - Media və Yayım Şurası nə üçün yaradılır?
Dünən, 13:05 |
|
|
|
| • ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? – Kəskin ucuzlaşa bilər
Dünən, 13:02 |
|
|
|
| • Köçəryanın Putinlə görüşünə imkan verilmədi - AÇIQLAMA
Dünən, 12:57 |
|
|
|
| • Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:55 |
|
|
|
| • “PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib - BUNDAN SONRA...
Dünən, 12:52 |
|
|
|
| • Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı - Bu dəfə yarım milyon ucuz
Dünən, 12:50 |
|
|
|
| • Bu ölkələrdə kreditlər faizsiz verilir - SİYAHI
Dünən, 12:44 |
|
|
|
| • “Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” – Vens
Dünən, 12:35 |
|
|
|
| • İcra başçısının elektron qolbaq taxılan sabiq müavinindən XƏBƏR VAR
Dünən, 12:33 |
|
|
|
| • ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq
Dünən, 12:15 |
|
|
|
| • Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib - TƏFƏRRÜAT
Dünən, 12:14 |
|
|
|
| • Yasamalın YARIMÇIQ BAŞÇISI... - Gərək buna maaşı da yarımçıq versinlər...
Dünən, 12:12 |
|
|
|
| • Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı - Qusardakı cinayətin TƏFƏRRÜATI
Dünən, 12:03 |
|
|
|
| • ABŞ geri çəkilir? - Vaşinqton NATO qarşısındakı öhdəliklərini azaltdı
Dünən, 11:59 |
|
|
|
| • Aqil Şərifova hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 11:57 |
|
|
|
| • Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir - Baxçalı
Dünən, 11:55 |
|
|
|
| • Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı - İTTİHAM VAR...
Dünən, 11:47 |
|
|
|
| • Azərbaycandan ən çox neft idxal edən ölkələr - SİYAHI
Dünən, 11:40 |
|
|
|
| • Direktor 2, maksimum 3 il bir məktəbə rəhbərlik etməlidir - ÇAĞIRIŞ
Dünən, 11:30 |
|
|
|
| • Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş LƏĞV EDİLİR
Dünən, 11:26 |
|
|
|
| • Yanacaq böhranı: artıq Kreml təbliğatçılarının da deməyə sözü qalmayıb - GƏLİŞMƏ
Dünən, 11:25 |
|
|
|
| • Azərbaycan Güləş Federasiyasında yeni Komitə təsis edilib
Dünən, 11:16 |
|
|
|
| • Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri yenidən məhkəmə qarşısında
Dünən, 11:13 |
|
|
|
| • Niyə “Sədərək” hər yay yanır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:10 |
|
|
|
| • Bu restoran bina sakinlərini yatmağa qoymur – Video
Dünən, 11:08 |
|
|
|
| • Ermənistanda müxalifət parlamenti boykot etdi - GƏRGİNLİK
Dünən, 11:05 |
|
|
|
|