“Umico” adını və logosunu dəyişdi .....                     Aqrar Tədarük və Təchizatın rəhbərliyinə təyinat olub .....                     “Baku Electronics”də yeni təyinat .....                     Yekaterinburqda qətlə yetirilən Ziyəddin Səfərov posttravmatik şok nəticəsində ölüb .....                     “BOA Agency” şirkəti səhmdarlarına dividend ödəyəcək .....                     Yekaterinburqda öldürülən azərbaycanlıların meyitləri ilə bağlı ekspertizanın rəyi açıqlanıb .....                     AYNA bu şirkətə yol xətlənməsi və nişanlanmaya görə .....                     “Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” .....                     Slovakiya Azərbaycana Kəlbəcər kökənli azərbaycanlı diplomatını səfir təyin etdi .....                     “Mən təqaüdçüyəm, yaşamaq istəyirəm, normal yaşamaq istəyirəm!” .....                     Oliqarx-məmur saxta yağ biznesinə girişib... .....                     “Sputnik Azərbaycan”dakı dostlarının köməyinə gələn Aytəkin necə saxlanılıb? .....                     İran Prezidenti Xankəndiyə səfər edəcək .....                     Miri Yusifə ağır itki .....                     Fuad Nəcəfli göstəriş verib ki, Talıbovun ağaclarını sulamayın... .....                     "Görəsən, bu `Təmiz Qaz` QSC kimindi ki?.." .....                     MİDA-nın Füzulidə tikdiyi evin qapısı aşdı .....                     Baş direktor işdən çıxarıldı .....                     Bərdə xəstəxanasının həkimləri saxta arayış verir? .....                     Paşinyan hakim elitanı Laçınla qonşu şəhərə toplayır... .....                     Xocavənddə yarımstansiyasının tikintisi və şəbəkə ilə əlaqələndirilməsi işlərinə 4 milyon manata yaxın vəsait xərclənəcək .....                     Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır .....                     Birdəfəlik “stop” qoyuldu .....                     Paşinyan kilsə ilə bağlı xəbərdarlıq etdi: .....                     Turizm Agentliyinin tenderi LƏĞV OLUNDU .....                     Dövlət Agentliyi baş verən faciəyə görə .....                     Bu dəfə Yeni Yasamalda yol çökdü .....                     İran dövlət televiziyası Azərbaycandakı iki media quruluşunu ölüm fətvası ilə təhdid etdi .....                     Külli miqdarda pulu səhvən öz adaşının adına köçürdü və... BƏLAYA DÜŞDÜ... .....                     "Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi" .....                     “Sputnik” və Azərbaycan sözləri niyə YANaşı ola bilməzdi... .....                     Şeyx Əbdüldən şok ittiham: .....                     "Haram-zəhər olsun qoyduğunuz tarif və aldığınız pullar..." .....                     Dövlətə xəyanət ittihamı ilə həbs olundu .....                     Tehran təxribatçı səfiri niyə dəyişmir? .....                     BU NƏDİ BELƏ: Gələn ilə daha bir VERGİ ZƏRBƏSİ... .....                     İşçilərin ƏMƏK HÜQUQU... .....                     SOCAR-ın rəhbərliyi islahatı elə ilk olaraq BURDAN BAŞLAMALI İDİ... .....                     Ruslar düzələnə oxşamırsa... BİZ DÜZDƏN NİYƏ DÖNƏK? .....                     “BTB” Bank bağlanır? .....                 

Ən azı 100 deputat yenilənəcək - parlament seçkisi ilə bağlı yeni iddialar
Tarix: 1-11-2019, 08:22 | Çap et
Ən azı 100 deputat yenilənəcək
Azərbaycan Milli Məclisi ətrafında gəzən söz-söhbətlər səngimək bilmir. Ölkə başçısı İlham Əliyevin 15 oktyabrda keçirdiyi iqtisadi müşavirədən sonra iddialar daha da artıb. Prezidentin yaşlı məmurlara ünvanladığı “gedin” mesajının qanunverici orqanda təmsil olunan qocaman deputatlara da şamil olunduğu bildirilir.

Artıq Azərbaycan hökumətinin yaşlılarla sağollaşmaq fikrində qətiyyətli olduğu son günlərdə bir neçə qərarda özünü büruzə verdi. Hakim Yeni Azərbaycan Partiyasının parlament seçkilərində yaşlı namizədlər irəli sürməyəcəyi iddia edilir. Əslində bu seçkilərlə bağlı da müəyyən söz-söhbətlər dolaşır. Seçkilərin vaxtından əvvəl, gələn ilin əvvəlində keçiriləcəyi qeyd olunur. Bu proseslərdə parlamentin tərkibinin hətta 90 faiz (ən azı 100 deputat yeri) dəyişə biləcəyi vurğulanır. “Lal”, qocaman, məmurlara yaxın mandat sahibləri üçün qanunverici orqanın qapılarının bağlanacağı barədə fikirlər də səslənir. Tərkibdə orta və gənc nəslin daha çox təmsil olunacağı deyilir. Ölkə iqtidarının gələcək üçün kadr bazasını Milli Məclis üzərində qurmaq fikrində olduğu söylənilir. Əslində bunun mesajları 2018-ci ilin aprelindəki prezident seçkilərindən sonra verilmişdi. Seçkilərdə qalib gələn İlham Əliyev təyinatlarda parlament deputatlarına üstünlük vermişdi, yəni onları yüksək vəzifələrə təyin etmişdi.

Müxalifətlə bağlı da müəyyən fikirlər dolaşır. Parlament partiyalarının bəzilərinin bu dəfə qanunverici orqandan kənar qalacağı ehtimal edilir. Onları başqa siyasi qurumların əvəzləyəcəyi bildirilir. Milli Məclisdə təmsil olunan partiyaların sayının da artırılacağı söylənilir.

Keçmiş maliyyə naziri Fikrət Yusifov da Milli Məclisin yenilənməsini arzu edir: “Azərbaycanda hakimiyyətin bu qanadının zəifliyi cəmiyyətdə əsas tənqid hədəfində olan mövzulardan biridir. İnsanlar arasında keçirilən sorğular göstərir ki, onların çoxu öz deputatlarını tanımırlar. Əgər seçici səs verdiyi deputatın adını belə bilmirsə, bu seçicinin günahı deyil - deputatın günahıdır. Deputat xalqın sözünü deyən, onu aidiyyəti yerə çatdırmalı olan birisidir. Bizim deputatların böyük bir hissəsi parlamentdə praktik olaraq söz sahibi deyillər. Yəni onlar parlamentdə ”danışmaq gümüşdürsə, susmaq qızıldır" prinsipinə söykənib, passiv mövqedə dayanmağa üstünlük verirlər. Kifayət qədər məlumatlar var ki, bu sıradan olan deputatların əksəriyyəti seçiciləri ilə də demək olar ki, görüşmürlər və onların problemlərinin həlli üçün heç nə etmirlər. Danışmayan, lakin həmişə seçicilərinin yanında və dəstəyində olan bir-iki deputat var. Deputat seçicilərinin içərisində olmalıdır və təbii ki, onların problemlərini təmsil olunduğu məclisdə qaldırmalı və bu problemlərin həllinə nail olmalıdır. Növbəti parlamentdə daha aktiv fəaliyyət göstərə biləcək deputatların olmasını arzu edirəm. Bu sırada daha çox iqtisadçıların və hüquqşünasların olması dövlətçiliyimiz üçün olduqca önəmlidir".

Sabiq dövlət müşaviri Qabil Hüseynli parlamentin tərkibinin yenilənməsinin vacibliyinə toxundu: “Kadr siyasətinin mahiyyətinə parlamentin deputatları da daxil olmalıdır. Düzdür, onlar seçkili orqanların nümayəndələridir. Bu gün durub desək ki, onların ən passivini, yaxud yaşlısını fəaliyyətindən kənarlaşdırmaq lazımdır, bu düzgün olmazdı. Biz parlamentin fəaliyyətinin son günlərini gözləməli, üzümüzə gələn seçkiləri nəzərdə tutub danışmalıyıq. Sözsüz ki, Milli Məclisə seçilən adamın yaşı çox əhəmiyyətlidir. Yaş 70-dən yuxarıdırsa, bu adamın ictimai-siyasi fəallığı aşağıdırsa, ictimai intellektinin kəsərliyi yaxud yüksəkliyi ilə fərqlənmirsə, fəal siyasətçi, ictimai-siyasi xadim deyilsə, belə şəxslərin parlamentə seçilməsinə hər bir partiya imkan verməməlidir. Düzdür, seçkilərdə əsas rol xalqa məxsusdur. Amma seçicilər də maarifləndirilməli və onlara izah edilməlidir ki, Milli Məclisə ictimai-siyasi fəallar, intelektuallar, dünya siyasətini yaxşı bilən hazırlıqlı insanlar seçilməlidir. Onların yaş meyarları da mütləq nəzərə alınmalıdır. Amma bunu mütləqləşdirməyin tərəfdarı deyiləm. Birinin yaşı 70-dən yuxarı ola bilər, amma onun intellektual göstəriciləri yuxarıdırsa, fəal ictimai-siyasi xadimdirsə, ona meydan vermək mümkündür. Çünki siyasətçilər adətən kamil çağlarına yaşlaşanda çatırlar. Burada çox böyük yaşı nəzərdə tutmuram. Gənc nəsillə yaşlı təbəqə arasında qırılmaz nəsil əlaqəsi yaradılmalıdır. Gənc deputat olmalıdır deyib parlamenti tam şəkildə gəncləşdirmək də olmaz. Burada kamil siyasətçilərə yer verilməlidir deyib, Milli Məclisin qapılarını onların üzünə tam açmaq da olmaz. O kəslər parlamentə namizədliklərini verməlidir ki, deputat kimi yüksək funksiyasının öhdəsindən gələ biləcəklərini anlasınlar.

Bu işə özlərini hazır hesab etdikdən sonra deputatlığa namizəd ola bilərlər. Xalqın onlara olan etimadını doğrulda biləcəklərinə də əmin olmalıdırlar. Əlbəttə, xalq da aldanmamalı, hər şeyi götür-qoy edib seçimini etməlidir. Seçki marafonu olur. Bu marafonda insanlara seçki platformasını təqdim etmək, onlar arasında təbliğat aparmaq, əhali ilə görüşmək, KİV-lər vasitəsilə özünü təqdim etmək kimi imkanlar açılır. Bununla da insanlar namizədin hansı keyfiyyətlərinin olduğunu öyrənmək imkanı qazanırlar. Xalqımız düşünüb, daşınıb gənc, enerjili, yüksək keyfiyyətlərə malik olan, vətənpərvər, səhəri gün onun hüquqları uğrunda mübarizə apara biləcək insanlara səs verməyi hədəfləməlidir. Parlament düşüncə parlamenti olmalıdır. Orada işləyən şəxslər təmsil olunmalıdır. Qanunlar hazırlayan, büdcənin hazırlanmasına töhfə verən insanlar mandat qazanmalıdır. Təsadüfi adamların, o qədər də cəlbedici göstəricilərə malik olmayan insanların heç bir halda deputat olmalarına yol vermək olmaz. Çünki qanunverici orqan hər bir hakimiyyət üçün böyük rol oynayan qurumdur. Bu orqanın yaxşı qanunlar hazırlaması, müsbət təşəbbüslərlə çıxış etməsi üçün oraya seçilən adamların mənəvi, əxlaqı keyfiyyətləri və digər insanı tərəfləri ciddi surətdə nəzərə alınmalıdır. Zənnimcə, belə olduqda parlament daha yüksək iş əmsalına sahib ola bilər”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Umico” adını və logosunu dəyişdi - FOTO
Bu gün, 11:59
Aqrar Tədarük və Təchizatın rəhbərliyinə təyinat olub - ƏMR
Bu gün, 11:56
“Baku Electronics”də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 11:54
Yekaterinburqda qətlə yetirilən Ziyəddin Səfərov posttravmatik şok nəticəsində ölüb
Bu gün, 11:53
“BOA Agency” şirkəti səhmdarlarına dividend ödəyəcək
Bu gün, 11:43
Yekaterinburqda öldürülən azərbaycanlıların meyitləri ilə bağlı ekspertizanın rəyi açıqlanıb - TƏFƏRRÜAT
Bu gün, 11:40
AYNA bu şirkətə yol xətlənməsi və nişanlanmaya görə - 32 MİLYON ÖDƏYƏCƏK
Bu gün, 11:35
“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA
Bu gün, 11:32
Slovakiya Azərbaycana Kəlbəcər kökənli azərbaycanlı diplomatını səfir təyin etdi – böyük etimad!
Bu gün, 11:30
“Mən təqaüdçüyəm, yaşamaq istəyirəm, normal yaşamaq istəyirəm!” - ETİRAZ
Bu gün, 11:25
Oliqarx-məmur saxta yağ biznesinə girişib... - ÖZÜ DƏ GÖRÜN, KİMİNLƏ...
Bu gün, 11:19
“Sputnik Azərbaycan”dakı dostlarının köməyinə gələn Aytəkin necə saxlanılıb? — DETALLAR
Bu gün, 11:13
İran Prezidenti Xankəndiyə səfər edəcək - SƏBƏB
Bu gün, 11:10
Miri Yusifə ağır itki - FOTO
Bu gün, 11:04
Fuad Nəcəfli göstəriş verib ki, Talıbovun ağaclarını sulamayın... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:02
"Görəsən, bu `Təmiz Qaz` QSC kimindi ki?.." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:58
MİDA-nın Füzulidə tikdiyi evin qapısı aşdı - VİDEO
Bu gün, 10:49
Baş direktor işdən çıxarıldı - BUNDAN SONRA
Bu gün, 10:44
Bərdə xəstəxanasının həkimləri saxta arayış verir? - VİDEO
Bu gün, 10:28
Paşinyan hakim elitanı Laçınla qonşu şəhərə toplayır... -"Johovurd"
Bu gün, 10:26
Xocavənddə yarımstansiyasının tikintisi və şəbəkə ilə əlaqələndirilməsi işlərinə 4 milyon manata yaxın vəsait xərclənəcək – Yenə həmin şirkət...
Bu gün, 10:24
Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır - Ovannisyan
Bu gün, 10:16
Birdəfəlik “stop” qoyuldu – Yeni qadağa qalmaqalı
Bu gün, 10:12
Paşinyan kilsə ilə bağlı xəbərdarlıq etdi: - Hazır olun
Bu gün, 10:06
Turizm Agentliyinin tenderi LƏĞV OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 09:58
Dövlət Agentliyi baş verən faciəyə görə – GÜNAHI SAHİBKARLARIN ÜZƏRİNƏ QOYDU
Bu gün, 09:56
Bu dəfə Yeni Yasamalda yol çökdü - VİDEO
Bu gün, 09:47
İran dövlət televiziyası Azərbaycandakı iki media quruluşunu ölüm fətvası ilə təhdid etdi - BAŞLARI QAÇIB...
Bu gün, 09:33
Külli miqdarda pulu səhvən öz adaşının adına köçürdü və... BƏLAYA DÜŞDÜ... - ATB-dən isə...
Bu gün, 09:31
"Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi" - Seyfəddin
Bu gün, 09:24
“Sputnik” və Azərbaycan sözləri niyə YANaşı ola bilməzdi... - Bu "PEYKK" gec-tez bizi YANdıracaqdı...
Bu gün, 09:22
Şeyx Əbdüldən şok ittiham: - “Öncə satdılar, sonra partlatdılar”
Bu gün, 09:17
"Haram-zəhər olsun qoyduğunuz tarif və aldığınız pullar..." - "CityNet" müştərisi OD PÜSKÜRDÜ
Bu gün, 09:15
Dövlətə xəyanət ittihamı ilə həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 09:09
Tehran təxribatçı səfiri niyə dəyişmir? - sensasion səbəb
Bu gün, 09:07
BU NƏDİ BELƏ: Gələn ilə daha bir VERGİ ZƏRBƏSİ... BİZİ GÖZLƏYİR!
Bu gün, 09:03
İşçilərin ƏMƏK HÜQUQU... - Ekspert danışır...
Bu gün, 08:59
SOCAR-ın rəhbərliyi islahatı elə ilk olaraq BURDAN BAŞLAMALI İDİ... - HƏLƏ DƏ GEC DEYİL...
Bu gün, 08:53
Ruslar düzələnə oxşamırsa... BİZ DÜZDƏN NİYƏ DÖNƏK? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:45
“BTB” Bank bağlanır? - GƏLİŞMƏ
Bu gün, 07:29
Putinin dostu... ELƏ PUTİNİN DOSTUDUR! - BİZƏ NƏ?
Bu gün, 07:25
Mürsəlovun işçisi MİLLƏTİ TƏHLÜKƏYƏ ATIR - VİDEOFAKT
Bu gün, 07:11
Kənan MM İTV rəhbərliyini yalnız öz tanışlarından layihə qəbul etməkdə ittiham edir... - İTV-dən isə deyirlər ki...
Bu gün, 07:08
"Bu çox ciddi bir cinayətdir, terrordur" - Sərdar Cəlaloğlu
Bu gün, 06:59
"Bu vəhşiliklərin arxasında Kremldən gələn göstəriş dayanır" - Zərdüşt Əlizadə
Bu gün, 06:57
Şəkidə şəhid ailəsi çətin durumda - Prezidentə MÜRACİƏT
Bu gün, 06:53
Rusiyadakı azərbaycanlılar: onlar kimlərdir? - FOTOLAR
Bu gün, 06:45
"Rusiyanın digər xalqlara qarşı daha qəddar və amansız davranışı təəccüb doğurmur" - partiya sədri
Bu gün, 06:37
Bakının mərkəzində Rusiya təhlükəsi – Gözümüzün önündə imiş!
Bu gün, 06:29
Əmrullayevin çətiri altında özbaşınalıq - NAZİRƏ ETİRAZ
Bu gün, 06:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru