ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı .....                     ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər .....                     Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur .....                     Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib .....                     Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: .....                     Çin Avropanı hədələdi: .....                     Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub .....                     Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ .....                     Nəvəsi xalq artistini belə öydü .....                     Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? .....                     “Sürgün əvəzinə Sevgi” .....                     Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi .....                     Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq .....                     Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır .....                     Məktəb direktorunun DAŞ YARAN TAMAHI .....                     Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər .....                     Rubio İran danışıqlarında iştirakdan yayınıb .....                     Bank kartından pulu oğurlananlara müjdə .....                     Atışmada şübhəli bilinən şəxs bu adam imiş .....                     Təcili olmayan TİBBİ YARDIM... .....                     Trampın qəbulunda atəş açan şəxs saxlanıldı .....                     Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir .....                     "Dəfələrlə əlaqə saxlasam da..." .....                     " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." .....                     TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! .....                     Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR .....                     Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? .....                     Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb .....                     Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" .....                     ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib .....                     İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu .....                     Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… .....                     Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... .....                     Güllü İbadovaya necə vəzifə həvalə olunur? .....                     İran təzyiq altında danışıqlarda iştirak etməyəcək .....                     AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? .....                     Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? .....                     Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: .....                     Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... .....                     “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” .....                 

Bura Bağdad deyil, Qobustandır... - Və ya başçının "Kor xəlifə"liyi...
Tarix: 25-10-2019, 09:06 | Çap et
Bura Bağdad deyil, Qobustandır...
Qobustan ərazisinə və əhalısinin sayına görə respublikamızda ən kiçık rayonlardan biridir. Burada əhalınin əsasən kənd təsərrüfatı ilə məşğul olmaları barədə ötən yazımızda da qeyd etmişdik. Rayon sakinlərinin əkib becərdikləri torpaq sahələrindən başqa demək olar başqa gəlir yeri yox dərəcəsindədir. Bütün bunlarla yanaşı burada sakinlər və yerli İcra Hakimiyyəti orqanları arasında torpaq üstündə mübahisələr, məhkəmə çəkişmələri yaşanır və hələ də davam etməkdədir. Aktualinfo.org sözügedən rayonda mübahisəli torpaq məsələləri ilə bağlı müxtəlif vaxtlarda məqalələr yayıb. Qobustan rayonu, Xilmilli kənd sakini Osmanova (Şərifova) Leyla Tərlan qızı tərəfindən ölkə başçısı İlham Əliyevə ünvanladığı müracıət də bu qəbildəndi.Vətəndaş Leyla Osmanova artıq üçüncü dəfədir ki, redaksiyamıza müracət edərək Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov və Qobustan rayon Bələdiyyəsinin sədri Vasif Novruzovun qanunazidd əməllərindən şikayət edir. Maraqlı burasıdır ki, vətəndaşın müracıətini hər dəfə ictimailəşdirildikcə Bələdiyyə sədri sanki vətəndaşa verdiyi əziyyətlərdən zövqü alır. Sanki bu ölkədə yaşamırmış kimi. Sanki bu ölkənin qanunlarının ona aidiyyatı yoxuymuş kimi. Sanki ölkə başçı İlham Əliyev cənablarının yerlərdə məmur özbaşınalıqlarına son qoyulması barədə çağırışlarını eşitmir kimi. Ötən yazıda da qeyd etdiyimiz kini Vasif Novruzova bu cəsarəti görəsən kim verir? Daha maraqlısı isə Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədovun vətəndaşın bu haqlı şikayətinə biganə qalması, Bələdiyyə sədrinin qanunsuz əməllərinə göz yummasıdır. Bələdiyyə sədrini başa düşmək olar. “Zapravşik” olduğuna görə bəlkə də qanunları hardasa bilmir. Amma Adil Məmmədov uzun müddətdir idarəetmə sahəsində çalışır axı.Onu necə başa düşək? İlham Əliyevin son vaxtlar vətəndaşlardan olunan haqlı şikayətlərə yerlərdə məmurların zəmin yaratdığı barədə çıxışlara Adil Məmmədov da qulaq asmırmı? Vətəndaşın hüquqlarını tapdamaq bir yana. üstəlik ona hədə-qorxu gəlmək nə deməkdir Adil Məmmədov?

Aktualinfo org vətəndaş Leyla Osmanovanın müraciətini bir daha oxuculara təqdim edir. O,yazır ki, ailəmlə Qobustan rayonun Mərəzə qəsəbəsində 2007-ci ilədək yaşamış və Qobustan rayon İcra hakimiyyətinin Memarlıq şöbəsində kompüter mütəxəssisi işləmişəm. İşlədiyim dövrdə mən də bir vətəndaş olaraq Nərimankənd ərazisində olan bələdiyyə torpağından fərdi yaşayış evi tikmək məqsədilə torpaq sahə əldə etmək üçün ərizə verdim. Ərizəmə əsasən mənə 0.06 ha torpaq sahəsi yerli bələdiyyə tərəfindən qanuni sənədlərlə, hesaba pul köçürmə, alq-satqı müqaviləsi, qərar, evin eksiz layihə-smeta sənədlri hamısı hazırlanıb mənə təqdim edildi. Mən də təqdim edilmiş yerimə mişar daşı və bir yük avtomobili qum tökdürdüm ki. tezliklə işə başlayaram. Elə oldu ki, ailəmizin maddi imkanı olmadığından yerin kənarını bir az hasar edib qoyduq. 2013-cü ildən ailə həyatı qurdum və o vaxtdan Xilmilli kəndində kirayə kimi müvəqqəti bir evdə yaşamağa başladım. Hazırda öhdəmdə 3 azyaşlı uşaq vardır. Ona görə də kasıbçılıqdan hələlik mənə verilmiş torpaqda ev tikə bilmirdim. Lakin əlavə yerimə yenə iki maşın mişar daşı tökdürmüşdüm. Budur, avqustun 10-da mənə bildirdilər ki, bizim yerdə habil adlı şəxs özbaşına tikinti işləri aparır.O mənim yerimin kənarlarını hasardan çöl tərəfdən yenidən binövrə qazdırıb hasar tikdirmək istəyir. Habil bizə bildirdi ki, mən bu yeri Qobustan şəhər Bələdiyyəsinin sədri Vasif Novruzovdan pulumu verib almışam.Lakin o bizə heç bir sənəd göstərmədi. Yerimizdə işləyən Habilin qohumu olan İlqar adlı bənna da bildirdi ki, mən bu yerin hasarını tikməliyəm. Biz yerimizdə olarkən Bələdiyyə sədri Vasif gözə görünmədən bizi qorxutmaq üçün yerə polis çağırtdırdı. Polis bizim sənədlərimizə baxdı və tikintinin dayandırlımasını tapşırıb çıxıb getdi.Lakin buna baxmayaraq sabahı gün ustalar yağış yağa yağa yenə yerimizdə tikintini davam etdirdilər. Biz bələdiyyə sədri Vasiflə telefonla danışıb nə qədər onunla görüşməyə çalışsaq da o bizdən qaçıb gizləndi, yerində tapılmadı. Yalnız telefonda bildirdi ki, sizdəki sənəd sənəd sayılmır. Biz Qobustan rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Məmmədovun qəbulunda olduq. O bələdiyyə sədrinə tapşırıq verdi ki, gedin yerində aydınlaşdırın və mənə məruzə edin. İkinci dəfə qəbulda olarkən Vasif başçıya bildirdi ki, guya Habilin kadastr planı varmış. Amma bu sənədi təqdim etmədi. Başçı bildirdi ki, əgər sənədi varsa o zaman vətəndaşa başqa yerdən torpaq əvəzi yer verin. Lakin bələdiyyə sədri bu günə kimi nə bizə dediyi rəsmi sənədi təqdim edir, nə də başçının tapşırığına əməl edib digər yerdən 0.06 ha torpaq sahəsini verir. Bir sözlə, V.Novruzov başçının tapşırığına əməl etmir, saymır.

Xatırlatmaq yerinə düşərdi ki, 2005-ci ilədək Vasif Novruzov bir gənc uşaq kimi benzindoldurma stansiyasında operator kimi işləyib birtəhər dolanırdı. Elə ki, özünə saxta diplom təşkil edib bəldiyyə sədri oldu dərahal O zamankı icra başçısı olmuş İsmayıl Vəliyevlə birləşib 2007-2010-cu illər ərzində Nərmankənd kənd sakinlərinə Mərəzə qəsəbəsinin gündoğar tərəfində verilmiş pay torpaqlarının hamısını kənar fizki şəxslərə hər sotu 1500 manatdan satıb bölüşmüşlər. Kənd sakinlərinin çoxu məhkəməyə müraciət edərək bu dəstəni ifşa etmişlər. Lakin buna baxmayaraq Vasif Novruzov yenə də qanusuz olaraq mənim kimi vətəndaşlara vaxtilə verilmiş torpaq sahələrini dədsinin malı kimi özbaşına saxta sənədlərlə satıb əsassız varlanmaqla məşğuldur. Məlumata görə bu adamın təkcə Bakı şəhərində üç villası vardır. Digər əmlaklarının sayı-hesabı yoxdur.Bizimlə söhbət zamanı isə bildirir ki, sizin sənədiniz sənəd sayılmır. Görün haram pullar bu adamı hansı dərəcəyə çatdırıb ki, Vasif qonşulu Nərimankənd kənd bələdiyyəsinin verdiyi sənədləri belə tanımaq istəmir . Və saxta sənədlə Qobustan rayonunun bir çox kəndlərində torpaqları satıb onu himayə edən quldur dəstəsilə bölüşür.Nəticədə bu adam o qədər harınlayıb ki, nəinki rayonun icra başçısını, hətta Ədliyyə Nazirliyinin Bələdiyələrlə İş Mərkəzini, AR-nın 1-ci vitse-prezidenti katibliyini, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsini, hüquq mühafizə orqanlarını ümumiyyətlə saymır. Baxmayaraq ki, bu dövlət qurumları tədbir görülməsi üçün qanunamüvafiq göstərişlər vermişdir. Hətta məmur özbaşnalığının son həddini aşaraq 4 gün əvvəl bizə telefonda hədləyici tonda bildirir ki, nə oldu məni internetə verdiniz, şikayətlər etdiniz nə isə bir şey alındı? Alınmayacaq da. Gedin hara istəyirsiniz şikayət edin. Sizə qəti olaraq torpaq verilməyəcək. Mənə heçnə edə bilməzsiniz. Və telefonu söndürdü. İni görün Azərbaycan nə günə qalıbdır ki, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi bu özbaşnalıq edən adi bir bələdiyyə sədrilə bacarmır.Hətta KİV vasitəsilə Prezidentə etdiyim müraciəti də saymır. Budur hətta mənim yerimi satdığı adam Habil hazırda tikintiyə icazəsi olmadığı halda mənim yerimdə tikinti işləri görməklə məşğuldur. Yerli hüquq mühafizə orqanları və icra hakimiyyəti passiv tamaşaçı kimi seyrçi mövqedən durub gözlərini döyməklə məşğuldurlar.

Cənab Prezident və cənab Ədliyyə naziri! Bildiyiniz kimi Qobustan rayoni bələdiyyənin bizə rəsmən verdiyi torpaq sahəsi bizim istifadəmizdə ola-ola indiki bələdiyyə sədri Vasif Novruzov qanunsuz saxta sənədlərlə bazar qiymətinə kim pul versə satıb əsassız varlanmailə məşğuldurlar. Onlar bizim kimi çox sayda sakinlərin başlarına belə dələduzluq oyunları açıblar. Əvvəlki bələdiyyənin camata verdikləri torpaqları min bir bəhanə ilə əllərimizdən alıb saxta sənədləşmə apardıqdan sonra dədlərinin qiymətinə kimə gəldi satıb varlanmaqla, yağlanmaqla məşğuldurlar. Ona görə də xahiş edirəm Qobustan şəhər Bələdiyyəsində Vasif Novruzovun arxasında hansı dövlət məmurunun dayanmasından asılı olmayaraq son 14 il ərzində törətdiyi irimiqyaslı korrupsiya əməllərinin və sənəd saxtakarlıqlarının araşdırılması və hüquqi qiymət verilməsi üçün aidiyyatı üzrə araşdırma aparılmasına göstəriş verəsiniz. Bizim əlimizdən əsassız olaraq alınmış yerimizin də qaytarılmasında köməklik göstərəsiniz.
Aktualinfo.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Bu gün, 13:21
ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Bu gün, 13:18
Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 13:16
Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Bu gün, 13:15
Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Bu gün, 10:34
Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Bu gün, 10:32
Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Bu gün, 09:41
Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Bu gün, 09:39
Nəvəsi xalq artistini belə öydü
Bu gün, 09:30
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Bu gün, 09:25
“Sürgün əvəzinə Sevgi” - VİDEO
Bu gün, 08:57
Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Bu gün, 08:54
Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Bu gün, 08:53
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Bu gün, 08:27
Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:26
Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Bu gün, 08:07
Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Bu gün, 08:05
Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Bu gün, 08:04
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Bu gün, 08:00
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Bu gün, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Bu gün, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Bu gün, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Bu gün, 06:00
" Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Bu gün, 05:51
TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Bu gün, 05:48
Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39
Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35
Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29
Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18
ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14
İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11
Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05
Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00
Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55
İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49
AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43
Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37
Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36
Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31
“Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23
Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20
Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18
Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09
SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03
Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59
ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru