"Gəncə Cihazqayırma Zavodu"nun səhmdarlarının yığıncağı keçiriləcək .....                     Elbrus Paşayev iki yüz minlik “Lexus”u hansı məqsədlərlə alır .....                     ABŞ-dən Türkiyəyə AĞIR ZƏRBƏ .....                     Paşinyanın yerinə namizəd olan “FSB” agenti Moskvaya məsləhətləşməyə getdi... .....                     Rüşvət alan sabiq müstəntiq və zabitlə bağlı şikayət geri götürüldü .....                     Lənkəranda bağçada uşaqlara göstərilən şiddətlə bağlı araşdırma aparılır .....                     Lisey və gimnaziyalarla bağlı qərar ləğv olundu: .....                     Şagirdlərin ağzını "skoç"layan müəllimlə bağlı araşdırılma aparılır .....                     "Sabunçu Tikinti-Quraşdırma" səhmdarlarını yığıncağa dəvət edir .....                     Komandir cinayət işini bağlatmaq istədi: 150 minlik tələyə düşdü .....                     Antalyada bıçaqlanan Araz Musayevlə bağlı İLGİNC FAKTLAR .....                     Yasamalda səkilər BAZARA ÇEVRİLİB .....                     KAPİTAL BANK müştərini rəsmən soyur .....                     Burda müştərinin başına OYUN AÇIRLAR... .....                     İşçilərin bilməli olduqları hüquqları... .....                     SOCAR-da TİBBİ MÜAYİNƏ ŞÜBHƏSİ... .....                     Laçın Zirvəsindən “Orta güc”ün mühüm mesajları... .....                     Naxçıvanda nazirlərə bahalı ALIŞ-VERİŞ .....                     Simonyan sərsəmlədi: Ermənilər Bakıda yaşaya biləcəklər? .....                     Yeni qəbul qaydası YENİ NARAZILIQ yaradır... .....                     QAZANMADIĞIMIZ PULLAR: Onları xərcləmək həvəsi... .....                     Yeni nazirdən ŞOK ADDIM: Şərifovun adamları hədəfdə... .....                     Azərbaycanda yağ idxalı artıb .....                     Şəhid övladının belə HAQQINI YEYİRLƏR... .....                     "Əgər Paşinyan tələblərimizi qəbul etməsə, onda Qərbi Azərbaycana..." .....                     "Supertoys"un vergi borcu artmaqda davam edir .....                     149 saylı məktəbin direktorunu kim və necə qoruyur? .....                     Azərbaycanda mobil internet qiymətləri niyə bahadır? .....                     Sülh zəmanəti? .....                     Azərbaycan və Türkiyənin Pakistanla birgə olması həm dostlara, həm də düşmənlərə mesajdır .....                     "Avropaya da gərək 25 dekabrdan sonra gedəsən..." .....                     Araz Musayevin Türkiyədə bıçaqlanmasının təfərrüatı .....                     Araz Musayevi bıçaqlayıb qaçanlar saxlanıldı .....                     Ukrayna atəşkəs sənədini Rusiyaya təhvil verib .....                     Nazirliyin qərarı narazılıq yaratdı .....                     Araz Musayev vurulmazdan öncə bu məmurla bağlı paylaşım edibmiş .....                     "Tam əminliklə demək olar ki, bu gün..." .....                     “Mən alim axtarmıram, narkoman axtarıram” .....                     Azərbaycan müdafiə naziri türkiyəli həmkarı ilə görüşüb .....                     Zelenski ABŞ Senatını Rusiyaya qarşı sanksiyaları təsdiqləməyə çağırıb .....                 

1 il nazir kreslosunda: Kimlər etimadı doğruldur? - DGK neqativdə ilk yerdədir...
Tarix: 3-05-2019, 08:45 | Çap et
1 il nazir kreslosunda: Kimlər etimadı doğruldur?
2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərindən sonra Nazirlər Kabinetinin tərkibində dəyişiklik edildi və nəticədə hökumətin 7 üzvü yenisi ilə əvəz olundu.

Belə ki, seçkidən sonra Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi və Gömrük Komitəsinin rəhbərləri dəyişdirildi.

Yeni təyinat alan nazirlərin, komitə sədrlərinin fəaliyyəti 1 ildən bir qədər artıq dövrü əhatə edir. Bu müddət ərzində sözügedən qurumların bəzilərində müsbətə doğru dəyişiklik hiss edilsə də, bəzilərinin fəaliyyəti hələ də narazılıq doğurur. 1 il fəaliyyət və bu fəaliyyətə qiymət üçün az müddət deyil. Bu müddət ərzində problemləri öyrənmək və onların aradan qaldırılması mexanizmini hazırlamaq üçün yetərlidir. “Cümhuriyət” hökumətin bu 7 üzvünün 1 illik fəaliyyətini analiz edib.

Yüksək posta təyinat aldıqdan qısa zaman sonra xüsusi aktivliyi, problemlərə, şikayətlərə çevik reaksiyası ilə seçilənlərdən biri Dövlət Miqrasiya Xidmətinin rəhbəri Vüsal Hüseynov oldu. Mətbuata açıq olan xidmət rəisi, hətta sosial şəbəkələr vasitəsilə vətəndaşların suallarını cavablamaqla xüsusi trend yaratdı. Vüsal Hüseynovun “Facebook” üzərindən canlı yayıma çıxaraq sualları birbaşa cavablandırması isə ictimai fikirdə müsbət qiymətləndirildi. Nəzərə alsaq ki, Xidmətin keçmiş rəhbərliyi gündəmə əsasən qeyri-şəffaf fəaliyyətli ilə gəlirdi, Vüsal Hüseynovun təyinatından sonra qurum haqqında fikirlər ciddi şəkildə dəyişdi. Bir illik fəaliyyəti ilə Vüsal Hüseynovun ona bəslənən ümidləri doğrultduğunu söyləyə bilərik.

Problemlərə, şikayətlərə çevik reaksiya verən, şəffaf fəaliyyət göstərən qurumlardan biri də Kənd Təsərrüfatı naziri oldu. Nazir İnam Kərimov “ASAN Xidmət”ə rəhbərlik etdiyi zaman kifayət qədər müsbət imic qazanmışdı. Təsadüfi deyil ki, İnam Kərimov Kənd Təsərrüfatı naziri təyin olunduqdan sonra bu qurumun da “asan”laşdığı ilə bağlı müxtəlif fikirlər səsləndi. Doğrudur, İnam Kərimov təyinatından sonra bir müddət mütəmadi olaraq bölgələrə səfərləri, hətta maraqlı fotoları ilə gündəmdə olsa da, sonradan bu tendensiya nisbətən zəiflədi. Hazırda nazir mətbuata gec-gec çıxır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yeni rəhbərliyinin təyinatdan keçən müddətdəki fəaliyyətini də müsbət qiymətləndirmək olar. Qurumun rəhbəri Rövşən Rzayevin də etimadı doğruldacağına ümid var. Şikayətçilərin qarşısına birbaşa çıxması, onlarla müntəzəm ünsiyyətdə olması, səlahiyyəti çərçivəsində problemlərin həllinə çevik reaksiyası Rövşən Rzayevin adına müsbət xal yazdırır. Xüsusilə də, R.Rzayevin təyinatdan sonra qurumda apardığı “təmizlik” ona müsbət imic qazandırıb. Nəzərə alsaq ki, bu sahə ölkənin ən problemli sahələrindən biri olub və mövcud problemləri aradan qaldırmaq üçün zamana ehtiyac var. Bütün hallarda qurumun tutduğu hazırkı yol müsbət istiqamətidir və görünən odur ki, Rövşən Rzayev hədəflərə çatmaq üçün hələ çox işləməlidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə rəhbərlik edən Muxtar Babayev də yenilərdəndir. Nazir özü mətbuatdan uzaq qaçsa da, qurumda iş görülür. M.Babayev nazir olduğu 1 il ərzində şəxsən özüylə bağlı şikayət və ya rəhbərlik etdiyi quruma aid hansısa ciddi neqativ informasiya ilə gündəmə gəlməyib. Nazirliyin balansında olan qurumların iş fəaliyyəti bir çox hallarda uğurlu hesab edilib, xüsusilə, mətbuatla əlaqə və şikayət, müraciət, sorğulara çevik reaksiya bəyəniləndir.

Bu qurum əsasən gündəmə yaşıllıqların məhv edilməsi xəbərlərindən sonra gəlir ki, burada da əsas səbəbkar işbazlar və onlara şərait yaradanlardır. Ümid edək ki, nazirlik bununla bağlı da ciddi mexanizm tətbiq edəcək və bu gün park kimi getdiyimiz yerlərə, sabah alış-veriş, toy üçün getməyəcəyik.

Yeni təyinatlardan sonra da problemləri bitməyən, daim narazılığın hədəfi olan nazirlik və dövlət komitələri də var. Müsbət imic qazana bilməyən yenilər siyahısına Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Təhsil naziri Ceyhun Bayramov, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev “liderlik” edir.

Sosial sahədə problemlər bitmək bilmir. Bu gün əhalinin əksər şikayətlərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adı çəkilir. Nazirliyin tabeliyində olan qurumların fəaliyyətsizliyi nazir Sahil Babayevi daim hədəfdə saxlayır. Xüsusilə də, məşğulluqla bağlı problemlər bütün zamanlarda olduğu kimi, bu gün də gündəmdədir. Bütün hallarda Sahil Babayevin 1 illik fəaliyyəti ilə bağlı ilkin mənzərə heç də onun xeyrinə deyil. Nazir rəhbərlik etdiyi sahədə olan problemləri aradan qaldıra bilməyib.

Təhsil də problemlərin həddindən artıq çox olduğu sahələrdəndir. Təhsil Nazirliyinin fəaliyyəti daim tənqid hədəfində olub və bu sahənin köklü islahatlara ehtiyac olduğu vurğulanıb. İstər təhsilin səviyyəsi, istərsə də orta məktəblərdə olan digər problemlər yeni nazir Ceyhun Bayramovun imicini zədələyən faktora çevrilib. Orta məktəblərdə baş verən son hadisələr, 162 saylı məktəbin şagirdi Elina Hacıyevanın intiharı, 123 nömrəli məktəbdə şagirdin döyülərək öldürülməsi, Qobustan qəsəbəsində yerləşən 321 nömrəli məktəbdə müəllimin şagirdi döyərək xəstəxanalıq etməsi və digər bu kimi neqativ hallar Təhsil Nazirliyinin fəaliyyətini bir daha mənfi mənada gündəmə gətirib.

Dövlət Gömrük Komitəsi də yeni rəhbərliyinə baxmayaraq tənqidlərin hədəfindən yayına bilmir. Doğrudur, bu sahədə müəyyən müsbət dəyişikliklər baş verib. Məsələn, Səfər Mehdiyevin rəhbərliyi dönəmində Gömrük Komitəsindən dövlət büdcəsinə 1 milyard manat əlavə vəsait daxil olub. Bu isə onu deməyə əsas verir ki, ondan əvvəlki dövrlərdə milyardlarla vəsait bu və ya digər formada büdcəsindən yayındırılıb. Amma hələ də gömrük sahəsində bürokratik əngəllər, insanların lüzumsuz olaraq incidilməsi, gömrük rüsumlarının yüksək olması narazılıq yaradır. İnsanlar saatlarla, bəzi hallarda sutkalarla gömrük keçid məntəqələrində qalır. Qeyd edək ki, Komitə özü də problemlərin mövcudluğunu, islahatlara ehtiyac olduğunu etiraf edir. Belə ki, Gömrük Komitəsinin son açıqlamasında 1 ay sonra gömrük sahəsində böyük bir islahatların gözlənildiyi bildirilib. Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev islahatların birinci mərhələsinin demək olar ki, həyata keçirildiyini, ikinci böyük islahat paketinin isə idxalla bağlı olacağını deyib. Ekspertlər isə bu qurumun, ümumiyyətlə, ləğv edilərək Maliyyə və ya Vergilər nazirliklərinə birləşdirilməsini təklif edirlər. Qeyd edək ki, bu məsələ uzun müddətdir gündəmdədir və qurumun Vergilər Nazirliyinə birləşdiriləcəyi haqqında müxtəlif iddialar səslənir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Gəncə Cihazqayırma Zavodu"nun səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 10:14
Elbrus Paşayev iki yüz minlik “Lexus”u hansı məqsədlərlə alır - İLGİNC FAKTLAR...
Bu gün, 10:13
ABŞ-dən Türkiyəyə AĞIR ZƏRBƏ - Gərginlik artdı, yaxın günlərdə...
Bu gün, 10:00
Paşinyanın yerinə namizəd olan “FSB” agenti Moskvaya məsləhətləşməyə getdi... —Mayın 31-də qayıdacaq...
Bu gün, 09:49
Rüşvət alan sabiq müstəntiq və zabitlə bağlı şikayət geri götürüldü - TƏFƏRRÜAT
Bu gün, 09:47
Lənkəranda bağçada uşaqlara göstərilən şiddətlə bağlı araşdırma aparılır
Bu gün, 09:42
Lisey və gimnaziyalarla bağlı qərar ləğv olundu: - bu siniflərə qəbula İCAZƏ VERİLDİ
Bu gün, 09:36
Şagirdlərin ağzını "skoç"layan müəllimlə bağlı araşdırılma aparılır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:30
"Sabunçu Tikinti-Quraşdırma" səhmdarlarını yığıncağa dəvət edir
Bu gün, 09:26
Komandir cinayət işini bağlatmaq istədi: 150 minlik tələyə düşdü - İLGİNC FAKTLAR...
Bu gün, 09:05
Antalyada bıçaqlanan Araz Musayevlə bağlı İLGİNC FAKTLAR - TƏFƏRRÜAT
Bu gün, 09:02
Yasamalda səkilər BAZARA ÇEVRİLİB - Yetim piyada quş olub uçmalıdır...
Bu gün, 08:46
KAPİTAL BANK müştərini rəsmən soyur - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:40
Burda müştərinin başına OYUN AÇIRLAR... - BU DA FAKT!
Bu gün, 08:35
İşçilərin bilməli olduqları hüquqları... - Ekspert danışır...
Bu gün, 08:28
SOCAR-da TİBBİ MÜAYİNƏ ŞÜBHƏSİ... - İcazə verin şübhələnək...
Bu gün, 08:17
Laçın Zirvəsindən “Orta güc”ün mühüm mesajları... - İNCƏLƏMƏ
Bu gün, 08:09
Naxçıvanda nazirlərə bahalı ALIŞ-VERİŞ
Bu gün, 06:57
Simonyan sərsəmlədi: Ermənilər Bakıda yaşaya biləcəklər? - GƏLİŞMƏ
Bu gün, 06:17
Yeni qəbul qaydası YENİ NARAZILIQ yaradır... - AKTUAL
Bu gün, 06:12
QAZANMADIĞIMIZ PULLAR: Onları xərcləmək həvəsi... - NƏ ETMƏLİ?
Bu gün, 06:08
Yeni nazirdən ŞOK ADDIM: Şərifovun adamları hədəfdə... - YENİ MƏMUR HƏBSLƏRİ OLACAQ
Bu gün, 06:04
Azərbaycanda yağ idxalı artıb - SƏBƏB
Bu gün, 05:49
Şəhid övladının belə HAQQINI YEYİRLƏR... - NARAZILIQ VAR...
Bu gün, 01:46
"Əgər Paşinyan tələblərimizi qəbul etməsə, onda Qərbi Azərbaycana..." - GƏLİŞMƏ
Bu gün, 01:39
"Supertoys"un vergi borcu artmaqda davam edir - 2.3 milyona yaxındır
Bu gün, 01:37
149 saylı məktəbin direktorunu kim və necə qoruyur? - Bakı təhsilinin 30 illik toxunulmazı
Bu gün, 01:33
Azərbaycanda mobil internet qiymətləri niyə bahadır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:54
Sülh zəmanəti? – Paşinyan “müharibə olmayacaq deyir
Bu gün, 00:48
Azərbaycan və Türkiyənin Pakistanla birgə olması həm dostlara, həm də düşmənlərə mesajdır - Tural Abbaslı
Bu gün, 00:42
"Avropaya da gərək 25 dekabrdan sonra gedəsən..." - Xalq artisti
Bu gün, 00:39
Araz Musayevin Türkiyədə bıçaqlanmasının təfərrüatı
Bu gün, 00:02
Araz Musayevi bıçaqlayıb qaçanlar saxlanıldı - VİDEO
Dünən, 23:58
Ukrayna atəşkəs sənədini Rusiyaya təhvil verib
Dünən, 23:56
Nazirliyin qərarı narazılıq yaratdı - Lisey və gimnaziyalara qəbul niyə dayandırılıb?
Dünən, 18:37
Araz Musayev vurulmazdan öncə bu məmurla bağlı paylaşım edibmiş - ŞOK DETALLAR
Dünən, 18:23
"Tam əminliklə demək olar ki, bu gün..." - deputat
Dünən, 18:04
“Mən alim axtarmıram, narkoman axtarıram” - Nail Kəmərli
Dünən, 18:02
Azərbaycan müdafiə naziri türkiyəli həmkarı ilə görüşüb
Dünən, 17:58
Zelenski ABŞ Senatını Rusiyaya qarşı sanksiyaları təsdiqləməyə çağırıb - “European Pravda”
Dünən, 17:53
Trampdan İlham Əliyevə XOŞ SÖZLƏR... - "Bundan sonra da..."
Dünən, 17:49
Şəhid anası bu başçılardan şikayətçidir... - MÜRACİƏT
Dünən, 17:42
Trampın bu qadağası azərbaycanlılara problem yarada bilər – Kritik gəlişmə
Dünən, 17:33
"Oğru" adından imtina etdi, "Yaşasın Putin!" qışqırdı
Dünən, 17:27
Tramp Rusiya-Ukrayna münaqişəsi barədə kifayət qədər məlumatlandırılmır - Kreml
Dünən, 17:14
Bakının mərkəzində məşhur restoranda “Cümhuriyyət Günü”müzə özəl hörmətsizlik - FOTOFAKT
Dünən, 17:13
Azərbaycanlı idmançı Türkiyədə vuruldu - VİDEO
Dünən, 17:06
Hakerlər balları artıra bilir? - DİM-dən cəlbedici təkliflərə CAVAB
Dünən, 17:00
Bakı ilə Ankaranın mövqeyi GÜN KİMİ AYDINDIR... - BUNA GÖRƏ DƏ...
Dünən, 16:54
Əgər SSRİ hələ də varsa... – Absurd təhdid
Dünən, 16:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru