"Get, hara yüksəkdir əlini ora qoy, buranın rəhbəri mənəm..." - Özbaşınalıq
Tarix: 8-03-2019, 10:00 | Çap et
 Ağdam rayonu Mahrızlı kənd sakini, Qarabağ və Əfqanıstan müharibəsi veteranı Ələkbər Mənsum oğlu Əliyev “Cümhuriyət” qəzetinə şikayət məktubu ünvanlayıb.
Şikayətçi iki müharibədə iştirak etsə də, hazırda heç bir sosial güzəştdən istifadə edə bilmir:
“Ağdamın Mahrızlı kəndində yaşayıram, həm Əfqanıstan, həm də Qarabağ müharibəsi veteranıyam. İki müharibədə iştirak etmişəm, amma 1 qəpik pul almıram. Dərdimi kimə deməliyəm? Dövlət Sosial Müdafiə Fondunun Ağdam rayon şöbəsinin sədri Əvəz müəllim deyir ki, get, hara yüksəkdir əlini ora qoy, buranın rəhbəri mənəm. Köməkçisi də bacısı oğludur, şikayətlərə baxmırlar. Mən Azərbaycanın Milli qəhrəmanı Şirin Mirzəyevin alayında döyüşmüşəm. Sıravi əsgərdən tabor komandirinə qədər yüksəlmişəm. Mənimlə döyüşən əsgərlərin hamısı veterandır, pul alırlar, amma mən ala bilmirəm. Bu qədər haqsızlıq olmaz axı. Mən zamanında vətəni qorumuşam, indi də mənim qorumaya ehtiyacım var. Bu qədər süründürməçilik olmaz”.
Müharibə veteranı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etsə də, şikayətinə baxılmayıb: “Ona görə də hər şeydən küsmüşəm. Əfqanıstan müharibəsi veteranı olduğuma görə son 2 ilə qədər pul aldım. Sonra xəstəliklə əlaqədar pensiyaya çıxdım, 60 manat təqaüd alıram. Təqaüd almağa başladığım gündən Əfqanıstan müharibəsi veteranı olduğuma görə verilən pulu kəsdilər. Hazırda nə Qarabağda, nə də Əfqanıstanda döyüşdüyümə görə pul ala bilirəm. Qarabağ veteranı olduğumla bağlı sənədimi də ala bilmirəm. Müdafiə Nazirliyinə sorğu göndərdim, cavab olaraq bildirdilər ki, Qarakəndə döyüşə getmisiniz, amma son aqibətiniz məlum deyil. Nazirlikdən kağız gəlmir ki, Qarabağ veteranı vəsiqəsini də alım. Sənədlərimin hamısı var, hərbi xidmətə girişimdən tutmuş çıxış tarixinə qədər. Amma məhəl qoyan yoxdur”. Ələkbər Əliyev sonda döyüş yoldaşlarını da xatırlayıb: “Yaqub Rzayevin (Qatır Məmməd) yanında da “quş tüfəngi” ilə döyüşmüşəm. Milli Ordu yarananda Şirin Mirzəyevin yanına getdim. Qarabağda rəhmətlik Canpoladla, Elmarla, Fred Asiflə döyüşmüşəm”.

Qəzet məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu ilə müraciət edib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı sorğuya cavab olaraq bildirib ki, məsələ ilə bağlı araşdırma aparılıb:' Ələkbər Əliyevlə danışdıq. Bununla bağlı rəsmi mövqeyimiz belədir. Ağdam rayonu, Mahrızlı kənd sakini Ələkbər Əliyev bir neçə il öncə II qrup əlillik dərəcəsi aldığı üçün ona əlilliyə görə müavinət təyin olunub. Bu səbəbdən qanunvericiliyə uyğun olaraq, müharibə veteranı kimi ona ödənilən sosial müavinət dayandırılaraq, əlilliyə görə sosial müavinətin ödənilməsinə başlanılıb. Çünki qanunla eyni şəxsə iki müavinət növü ödənilə bilməz. Lakin bugünlərdə cənab Prezidentin imzaladığı Sərəncamla əlilliyə görə sosial müavinətin məbləği ciddi şəkildə artırılmaqla, eyni zamanda müharibə veteranları üçün
Prezidentin aylıq təqaüdü (80 manat) təsis olunub. Beləliklə, aprel ayının 1-dən etibarən Ə.Əliyevin II qrup əlilliyi olan şəxs kimi müavinəti 61 manatdan 130 manata çatdırılır, eyni zamanda müharibə veteranı kimi ona 80 manat ödəniləcək. Ümumilikdə 210 manat alacaq.

Bu da ona ödənilən dövlət vəsaitinin azı 3 dəfədən də çox artması deməkdir. Həmin ödənişlə yanaşı Ə.Əliyevin özünün bildirdiyinə görə, özü və yoldaşı, həmçinin 2 uşağı hər biri məcburi köçkün kimi aylıq sosial müavinət alır. Həmin müavinətin də məbləği 50 faiz artırılaraq 60 manata çatdırılıb. Göründüyü kimi, vətəndaşın özünə və ailəsinə dövlət tərəfindən lazımi maddi dəstək göstərilir. Bu dəstək daim artır.
Bununla bağlı Ə.Əliyevə də telefonla məlumat verilib və o, bundan razılığını ifadə edərək, dövlət başçısına minnətdarlığını bildirib.
Eyni zamanda Ə.Əliyev özünüməşğulluq proqramına cəlb olunmaq üçün növbədədir. Cari il ərzində öz kiçik təsərrüfatını yaratmaq üçün ona aktivlər veriləcək".


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • ABŞ-İran danışıqları yenidən başlaya bilər? - ŞƏRH
Dünən, 13:30 |
|
|
|
| • “Rossotrudniçestvo”nun “Troya atı” - Mədəniyyət mərkəzi, yoxsa casus yuvası?
Dünən, 13:23 |
|
|
|
| • “Sonuna qədər gedəcəyəm, Mədəniyyət Nazirliyindəkilər özlərini eşitməməzliyə vururlar” - Məlik Dadaşovun qızı
Dünən, 13:14 |
|
|
|
| • Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi - BUNDAN SONRA...
Dünən, 13:07 |
|
|
|
| • Köçəryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verdi
Dünən, 13:05 |
|
|
|
| • Arif Babayevin muzeyi Ağdamda nə vaxt yaradılacaq? - AÇIQLAMA
Dünən, 11:11 |
|
|
|
| • Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı - Zaqataladakı qətlin TƏFƏRRÜATI
Dünən, 11:08 |
|
|
|
| • Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradılır - “Hraparak”
Dünən, 11:03 |
|
|
|
| • Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 11:01 |
|
|
|
| • Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Dünən, 10:57 |
|
|
|
| • Kinomatoqrafçılar İttifaqının yeni sədri nə zaman seçiləcək? - KATİBDƏN AÇIQLAMA
Dünən, 10:45 |
|
|
|
| • Şəkidə kəndi su basdı – Sakinlər köçürüləcək (FOTO)
Dünən, 10:38 |
|
|
|
| • “Qədir indi də gedib cənnətdə oxuyur, onunla bağlı arzularım çox idi...”
Dünən, 10:33 |
|
|
|
| • “Pilgrim Education” şirkətindən şikayətlər artır - NARAZILIQ VAR...
Dünən, 10:09 |
|
|
|
| • Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır - FOTO
Dünən, 10:01 |
|
|
|
| • Moskva Köçəryan və Karapetyanı qurban verəcək - Tumasyan
Dünən, 09:59 |
|
|
|
| • Ordumuz xalqımızın qürurudur - MƏQALƏ
Dünən, 09:54 |
|
|
|
| • Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb - İsrafil Kərimovun yazısı
Dünən, 09:53 |
|
|
|
| • Paşinyanın baş nazirliyi dövründə Ermənistanın dövlət borcu 110% artıb - TASS
Dünən, 09:42 |
|
|
|
| • Erməni evlərində Azərbaycan qazı... – HAZIRLIQ
Dünən, 09:39 |
|
|
|
| • Zəngəzur və konstitusiya naminə “boşanma” – Paşinyanın ailə şousunun ifşası
Dünən, 09:37 |
|
|
|
| • Paşinyandan Putinə doğru “U” dönüşü – “Buzlar əriyir”?
Dünən, 09:32 |
|
|
|
| • “Veysəloğlu” nümayəndə heyəti “Şölen”in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib
Dünən, 09:24 |
|
|
|
| • İcra başçısı Prezidentin portretlərini NİSYƏ ÇƏKDİRDİ VƏ... - İndi də PULLARI VERMİR!
Dünən, 09:19 |
|
|
|
| • Məşhur "Supertoys" mağazalar şəbəkəsinin dövlətə 3 milyon manatdan çox borcu var
Dünən, 08:18 |
|
|
|
| • Rusiya Xersona hücumlara ara vermir - Son vəziyyət
Dünən, 08:14 |
|
|
|
| • Şəmkirdə parkda baxımsızlıqdan AĞACLAR QURUDU - İcra Hakimiyyəti və Yaşıllaşdırma hara baxır?
Dünən, 08:12 |
|
|
|
| • Çində kütləvi ixtisarlar başladı: növbə bizdədir – VACİB SİYAHI
Dünən, 07:21 |
|
|
|
| • ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib
Dünən, 07:18 |
|
|
|
| • Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb - Koşta
Dünən, 07:16 |
|
|
|
| • Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib... - NƏ BAŞ VERİR?
Dünən, 07:12 |
|
|
|
| • Nədir bunların əlindən çəkdiyimiz... - "Min adama minnətçi düşdüm.."
Dünən, 07:06 |
|
|
|
| • Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! - ÇAĞIRIŞ
Dünən, 06:56 |
|
|
|
| • "Maliyyə Nazirliyi qulaqları kəsib, indi saymağa başlayıb" - FAKT BUDUR!
Dünən, 06:53 |
|
|
|
| • BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq... - DƏLİXANADIR, VALLAH...
Dünən, 06:48 |
|
|
|
| • "Kartı hansı əsasla blok etmisiniz?" - MÜRACİƏT
Dünən, 06:39 |
|
|
|
| • İmişlidə təhsil sisteminin acınacaqlı halı... - ETİRAZ VAR!
Dünən, 06:28 |
|
|
|
| • Taxıl bazarında böhran: çörək bahalaşacaq? - GƏLİŞMƏ
Dünən, 06:18 |
|
|
|
| • TƏBİB niyə məlhəm ola bilmir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 06:00 |
|
|
|
| • 13 min tələbənin təhsildən kənarda qalması... VƏ...
Dünən, 05:44 |
|
|
|
| • Özü az imiş kimi... bacanağı da qoçuluq edir - GİLEY
Dünən, 05:36 |
|
|
|
| • Əmrullayevin BATIRDIĞI TƏHSİL... - AXI NİYƏ?..
Dünən, 04:52 |
|
|
|
| • Yevlaxda ASFALT YEYƏNLƏR... - nuş olacaqmı?
Dünən, 04:45 |
|
|
|
| • Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb - "AXİOS"
Dünən, 04:40 |
|
|
|
| • Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... - AY MAŞALLAH...
Dünən, 04:38 |
|
|
|
| • Universitetdə keçirilən test imtahanları tələbələr arasında ciddi narazılığa səbəb olub -İDDİA
Dünən, 04:29 |
|
|
|
| • İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur - DSMF əsaslandıra bilmir...
Dünən, 04:27 |
|
|
|
| • İrəvanı hansı senarilər gözləyir? - Arzuman Muradlı ŞƏRH EDİR
Dünən, 04:22 |
|
|
|
| • İnsanlara zəhərli və iylənmiş balıq satılır! - ÖZBAŞINA QALIBLAR...
Dünən, 04:17 |
|
|
|
| • Kartı bloklanan vətəndaş nə etməlidir? - AKTUAL
Dünən, 04:07 |
|
|
|
|