Xırdalan sakinlərinə SU ÇİLƏSİ .....                     Zərgərlinin absurd və təhlükəli KADIROV SEVDASI... .....                     "Əgər neftçinin maaşı 5 ildir artırılmırsa..." .....                     Xaqani Bəşirliin nə qanunlardan və nə də ki qaydalardan xəbəri yoxdur... .....                     Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib .....                     Binəqədidə “makler istilası”: “Qurbanlar” arasında icra başçısı da var... .....                     DİM bu gün ümumi orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar keçirəcək .....                     Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək .....                     ABŞ-İran danışıqları yenidən başlaya bilər? .....                     “Rossotrudniçestvo”nun “Troya atı” .....                     “Sonuna qədər gedəcəyəm, Mədəniyyət Nazirliyindəkilər özlərini eşitməməzliyə vururlar” .....                     Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi .....                     Köçəryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verdi .....                     Arif Babayevin muzeyi Ağdamda nə vaxt yaradılacaq? .....                     Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı .....                     Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradılır .....                     Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib .....                     Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb .....                     Kinomatoqrafçılar İttifaqının yeni sədri nə zaman seçiləcək? .....                     Şəkidə kəndi su basdı .....                     “Qədir indi də gedib cənnətdə oxuyur, onunla bağlı arzularım çox idi...” .....                     “Pilgrim Education” şirkətindən şikayətlər artır .....                     Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır .....                     Moskva Köçəryan və Karapetyanı qurban verəcək .....                     Ordumuz xalqımızın qürurudur .....                     Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb .....                     Paşinyanın baş nazirliyi dövründə Ermənistanın dövlət borcu 110% artıb .....                     Erməni evlərində Azərbaycan qazı... .....                     Zəngəzur və konstitusiya naminə “boşanma” .....                     Paşinyandan Putinə doğru “U” dönüşü .....                     “Veysəloğlu” nümayəndə heyəti “Şölen”in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib .....                     İcra başçısı Prezidentin portretlərini NİSYƏ ÇƏKDİRDİ VƏ... .....                     Məşhur "Supertoys" mağazalar şəbəkəsinin dövlətə 3 milyon manatdan çox borcu var .....                     Rusiya Xersona hücumlara ara vermir .....                     Şəmkirdə parkda baxımsızlıqdan AĞACLAR QURUDU .....                     Çində kütləvi ixtisarlar başladı: növbə bizdədir .....                     ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib .....                     Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb .....                     Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib... .....                     Nədir bunların əlindən çəkdiyimiz... .....                 

Əhməd Əhmədovun barəsində Bakıya göndərilən gizli dosyedə nələr olub? - İDDİA
Tarix: 3-08-2017, 08:58 | Çap et
Əhməd Əhmədovun barəsində Bakıya göndərilən gizli dosyedə nələr olub?
Naxçıvan Muxtar Respublikası daxili işlər naziri, general-leytenant Əhməd Əhmədovun işdən çıxarılması ilə bağlı müzakirələr səngimir. Mətbuatda sabiq nazirin vəzifədən çıxarılandan sonra istintaqa cəlb edilməsindən tutmuş onun Bakıda yüksək vəzifəyə gətiriləcəyinə qədər xeyli məlumatlar yer alıb.

Kim idi Əhməd Əhmədov və nazir vəzifəsinə nə vaxt təyin ounmuşdu?

DİN-in saytında yer alan məlumatda bildirilir:

"General-leytenant Əhmədov Əhməd Hüseyn oğlu 1969-cu ildə Şərurun Tumaslı kəndində anadan olub. 1996-cı ildə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasını bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. 1990-cı ildən daxili işlər orqanlarında xidmət edir. 1997-ci ildə Naxçıvan Muxtar Respublikası DİN-in Mütəşəkkil cinayətkarlıqla mübarizə bölməsinin rəisi vəzifəsinə təyin edilib, 2000-ci ildə Naxçıvan şəhər polis şöbəsinin rəis müavini vəzifəsinə irəli çəkilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 16 iyun 2000-ci il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilib. Naxçıvan Muxtar Respublikasında əməliyyat-xidməti fəaliyyətindəki uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülmüşdü. Prezidentin 20 may 2004-cü il tarixli 62 nömrəli Fərmanı ilə daxili xidmət general-mayoru, 30 iyun 2006-ci il tarixli 1546 nömrəli Sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi, 2015-ci il 31 avqust tarixli 1379 nömrəli Sərəncamı ilə general-leytenant hərbi rütbəsi verilib. Ailəlidir. Dörd övladı var".

Redaksiyamıza Ə.Əhmədovun vəzifəsindən uzaqlaşdırılması ilə bağlı son dərəcə ilginc məlumatlar daxil olmaqdadır. Bu xüsusda Ə.Əhmədov haqda mətbuatda yer alan yazılardan birində çox maraqlı qeydlər var.

Azpolitika.info saytı yazır ki, Ə.Əhmədov işdən çıxarılması barədə sərəncamdan 1 ay əvvəl artıq vəzifəsindən uzaqlaşdırılıbmış.

Sayt yazır ki, Ə.Əhmədovun “vurulmasına” dair çoxlu sayda iddia və ehtimallar var - Şahtaxtı gömrüyündə tutulmuş 90 kq narkotiklə əlaqələndirilməkdən başlamış, hansısa türk generalla gizli əlaqələr, Bakıdakı bir obyektini ASAN xidmətə 140 min manata icarəyə verməsinə görə kimlərisə qəzəbləndirməsinədək, ən müxtəlif və bəzən də ziddiyyətli ehtimallar irəli sürülür.

Sitat: "Hələlik bir ehtimalı xüsusi olaraq vurğulamaq olar ki, son vaxtlar Ə.Əhmədov Naxçıvan hakim elitasının bir sıra nüfuzlu nümayəndələri ilə toqquşmuşdu. Məsələn, MR milli təhlükəsizlik naziri Vəli Ələsgərovun ətrafında aparılan əməliyyata rəhbərlik edən Ə.Əhmədov bu işə Naxçıvan Əlahiddə Ordusunun Komandanı Kərəm Mustafayev və MR Gömrük Komitəsinin sədri Asəf Məmmədovu da bulaşdırmış, onların yaxınlarını həbs etmiş, bu qüdrətli şəxslərə qarşı cəbhə açmışdı. Bu 2 şəxsə MR rəhbəri Vasif Talıbovun böyük etimadına baxmayaraq, çox çətin günlər keçirmişdilər və təbii ki, buna görə Ə.Əhmədova düşmən münasibəti bəsləməyə bilməzdilər. Bundan başa, Ə.Əhmədovun MR DTX-nin rəisi ilə də problemləri olduğu haqda məlumatlar verilirdi. Belə qüdrətli şəxslərlə qarşı-qarşıya gəlməsi isə sözsüz ki, Ə.Əhmədova baha başa gələ bilərdi. Gəldi də! Daha bir vacib detal: Ə.Əhmədovun “vurulmasında” hazırda həbsdə olan keçmiş MTN naziri Vəli Ələsgərov və onun şəbəkəsinin də rolu ola biləcəyi istisna olunmamalıdır. Nəzərdən qaçırmaq olmaz ki, uzun illər Ə.Əhmədovla V.Ələsgərov da yola getmirdilər və sözsüz ki, bir-birilərinə qarşı kompromat toplayırdılar. Ola bilsin ki, bu kompromatlardan lazımi anda ustalıqla istifadə olunub..."

Sayt yazır ki, Ə.Əhmədov vurulandan sonra onun çoxsaylı biznes obyektləri təhvil-təslim edilir və yaxın ətrafı - qohumları və komandası iş başından uzaqlaşdırılır. Naxçıvan DİN-ində, təxminən MTN-dəki əməliyyata oxşar hadisələr baş verib. Belə ki, MR DTX-si DİN-in onlarla yüksək rütbəli zabitini, o cümlədən DİN Baş Cinayət Axtarış İdarəsinin, DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin, DİN-in 7-ci İdarəsinin rəislərini həbs edib, 2 həftədən artıq onları DTX-nin təcridxanasında saxlayıb. Bu şəxslərə qarşı mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvətalma və sair ağır ittihamlar irəli sürülüb. Bəzilərinin rüşvət almasına dair sübut kimi gizli çəkilişlər ortaya qoyulub. Saxlanılanların bir qismi MR ərazisini tərk etməmək şərtilə sərbəst buraxılıb, bir qismi hazırda ev dustaqlığındadır, istintaq davam edir. İşdən çıxarılanlar arasında Ə.Əhmədovun qardaşı və onlarla yaxın-uzaq qohumu da var. Hazırda MR polisi demontaj olunur. Nazir səlahiyyətlərini icra edən general-mayor Səbuhi Novruzov rayon polis idarələrinin, DYP şöbələrinin, DİN idarələrinin rəislərini dəyişir, yeni komandanı iş başına gətirir.

“Yeni Müsavat”a daxil olan xəbərlərdə də iddia olunur ki, Əhməd Əhmədov nazirliyi dövründə Naxçıvanda Ali Məclis sədrinə tam şəkildə tabe olmayan, yarım müstəqil fiqurlardan olub. Onun müstəqilliyi Naxçıvan rəhbərliyində qıcıq doğursa da, o, illərlə vəzifəsini qoruyub saxlaya bilib.

Vəzifəsindən çıxarılmazdan əvvəl isə barəsində Bakıya ilginc dosye yollanıb. Həmin dosyedə Ə.Əhmədovun bir çox qanunsuz əməlləri faktlarla bərkidilmiş şəkildə yer alıb deyə onun Bakıdakı hamiləri də vəzifədə qalması üçün heç bir tədbir görə bilməyiblər. Mətbuatda onun vəzifədən 2 ay əvvəldən çıxarılması haqda məlumatlar da əbəs deyilmiş. Həmin dosyedəki məlumatlar bir də yoxlanılırmış və buna görə qeyri-rəsmi olaraq Ə.Əhmədov vəzifəsindən uzaqlaşdırılıbmış.

Dosyedə yer alan faktlarla bağlı ən müxtəlif ehtimallar var. Biri də budur ki, Sabiq nazirin Şərurda, Araz çayının kənarında böyük bir mal ferması olub. Həmin fermada 5-10 min iri buynuzlu heyvan saxlanıb. Fermadan digər məqsədlər üçün - qaçaq mal saxlanılması üçün də istifadə edilib. Uzun illər orada nə baş verdiyi yerli hakimiyyət orqanları üçün qaranlıq qalsa da, sonradan fermanın baş çobanı ələ alınıb və onun vasitəsi ilə “qara işlər” gizli şəkildə çəkilib. İddiaya görə dosyedə buna bənzər digər daha ilginc və faktlarla təsdiqlənən materiallar da var.

Sabiq nazirə dosyedə yer alan və olduqca mübhəm, qanunsuz əməliyyatlara görə ittiham verilməyib. Ə.Əhmədov vəzifəsindən çıxarılandan sonra Naxçıvan Prokurorluğunda Naxçıvan Daxili Qoşunlarda 5 milyon manatlıq yeyinti faktı üzrə cinayət işi başlanıb. Həmin fakt üzrə sabiq nazirin də istintaqa cəlb edilməsi xəbəri var. Bundan başqa, Naxçıvanın Kəngərli rayonunun Qabullu kəndinin bir qrup sakini də Naxçıvan Prokurorluğuna çağırılır. Onlara illər əvvəl yazdıqları şikayətlərini yeniləmək tapşırılıb.

Qabullu sakinləri illər əvvəl ən müxtəlif qurumlara yazdıqları şikayətlərdə torpaqlarının zəbt olunmasının qarşısının alınmasını tələb edirlərmiş. Yazırmışlar ki, əkinə yararlı, suyun bol olduğu torpaqlarını yüksək vəzifəli şəxsin dəstəyi ilə əllərindən alıblar. Həmin vaxt sakinlərin məktublarına reaksiya verilməyib. Çünki şikayətlərdə əsasən nazir Əhməd Əhmədovun adı halanıb. İndi isə Ə.Əhmədov nazir deyil və şikayətlərin araşdırılmasına start verilib. İddia var ki, bu fakt üzrə də Ə.Əhmədov istintaqa çağırılıb.

İddiaların nə dərəcədə doğru olması isə yaxın gələcəkdə bilinəcək.
\\Musavat.com\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xırdalan sakinlərinə SU ÇİLƏSİ - GİLEY
Bu gün, 07:16
Zərgərlinin absurd və təhlükəli KADIROV SEVDASI... - BU NƏDİ BELƏ?
Bu gün, 07:07
"Əgər neftçinin maaşı 5 ildir artırılmırsa..." - ETİRAZ VAR!
Bu gün, 06:58
Xaqani Bəşirliin nə qanunlardan və nə də ki qaydalardan xəbəri yoxdur... - BU DA FAKT...
Bu gün, 06:48
Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib - FOTO
Bu gün, 06:31
Binəqədidə “makler istilası”: “Qurbanlar” arasında icra başçısı da var... - GÖRÜN, NƏ EDİRLƏR...
Bu gün, 06:26
DİM bu gün ümumi orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar keçirəcək
Bu gün, 06:19
Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək
Bu gün, 06:18
ABŞ-İran danışıqları yenidən başlaya bilər? - ŞƏRH
Dünən, 13:30
“Rossotrudniçestvo”nun “Troya atı” - Mədəniyyət mərkəzi, yoxsa casus yuvası?
Dünən, 13:23
“Sonuna qədər gedəcəyəm, Mədəniyyət Nazirliyindəkilər özlərini eşitməməzliyə vururlar” - Məlik Dadaşovun qızı
Dünən, 13:14
Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi - BUNDAN SONRA...
Dünən, 13:07
Köçəryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verdi
Dünən, 13:05
Arif Babayevin muzeyi Ağdamda nə vaxt yaradılacaq? - AÇIQLAMA
Dünən, 11:11
Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı - Zaqataladakı qətlin TƏFƏRRÜATI
Dünən, 11:08
Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradılır - “Hraparak”
Dünən, 11:03
Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 11:01
Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Dünən, 10:57
Kinomatoqrafçılar İttifaqının yeni sədri nə zaman seçiləcək? - KATİBDƏN AÇIQLAMA
Dünən, 10:45
Şəkidə kəndi su basdı – Sakinlər köçürüləcək (FOTO)
Dünən, 10:38
“Qədir indi də gedib cənnətdə oxuyur, onunla bağlı arzularım çox idi...”
Dünən, 10:33
“Pilgrim Education” şirkətindən şikayətlər artır - NARAZILIQ VAR...
Dünən, 10:09
Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır - FOTO
Dünən, 10:01
Moskva Köçəryan və Karapetyanı qurban verəcək - Tumasyan
Dünən, 09:59
Ordumuz xalqımızın qürurudur - MƏQALƏ
Dünən, 09:54
Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb - İsrafil Kərimovun yazısı
Dünən, 09:53
Paşinyanın baş nazirliyi dövründə Ermənistanın dövlət borcu 110% artıb - TASS
Dünən, 09:42
Erməni evlərində Azərbaycan qazı... – HAZIRLIQ
Dünən, 09:39
Zəngəzur və konstitusiya naminə “boşanma” – Paşinyanın ailə şousunun ifşası
Dünən, 09:37
Paşinyandan Putinə doğru “U” dönüşü – “Buzlar əriyir”?
Dünən, 09:32
“Veysəloğlu” nümayəndə heyəti “Şölen”in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib
Dünən, 09:24
İcra başçısı Prezidentin portretlərini NİSYƏ ÇƏKDİRDİ VƏ... - İndi də PULLARI VERMİR!
Dünən, 09:19
Məşhur "Supertoys" mağazalar şəbəkəsinin dövlətə 3 milyon manatdan çox borcu var
Dünən, 08:18
Rusiya Xersona hücumlara ara vermir - Son vəziyyət
Dünən, 08:14
Şəmkirdə parkda baxımsızlıqdan AĞACLAR QURUDU - İcra Hakimiyyəti və Yaşıllaşdırma hara baxır?
Dünən, 08:12
Çində kütləvi ixtisarlar başladı: növbə bizdədir – VACİB SİYAHI
Dünən, 07:21
ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib
Dünən, 07:18
Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb - Koşta
Dünən, 07:16
Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib... - NƏ BAŞ VERİR?
Dünən, 07:12
Nədir bunların əlindən çəkdiyimiz... - "Min adama minnətçi düşdüm.."
Dünən, 07:06
Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! - ÇAĞIRIŞ
Dünən, 06:56
"Maliyyə Nazirliyi qulaqları kəsib, indi saymağa başlayıb" - FAKT BUDUR!
Dünən, 06:53
BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq... - DƏLİXANADIR, VALLAH...
Dünən, 06:48
"Kartı hansı əsasla blok etmisiniz?" - MÜRACİƏT
Dünən, 06:39
İmişlidə təhsil sisteminin acınacaqlı halı... - ETİRAZ VAR!
Dünən, 06:28
Taxıl bazarında böhran: çörək bahalaşacaq? - GƏLİŞMƏ
Dünən, 06:18
TƏBİB niyə məlhəm ola bilmir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 06:00
13 min tələbənin təhsildən kənarda qalması... VƏ...
Dünən, 05:44
Özü az imiş kimi... bacanağı da qoçuluq edir - GİLEY
Dünən, 05:36
Əmrullayevin BATIRDIĞI TƏHSİL... - AXI NİYƏ?..
Dünən, 04:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru