Məktəb direktorunun DAŞ YARAN TAMAHI .....                     Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər .....                     Rubio İran danışıqlarında iştirakdan yayınıb .....                     Bank kartından pulu oğurlananlara müjdə .....                     Atışmada şübhəli bilinən şəxs bu adam imiş .....                     Təcili olmayan TİBBİ YARDIM... .....                     Trampın qəbulunda atəş açan şəxs saxlanıldı .....                     Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir .....                     "Dəfələrlə əlaqə saxlasam da..." .....                     " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." .....                     TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! .....                     Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR .....                     Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? .....                     Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb .....                     Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" .....                     ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib .....                     İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu .....                     Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… .....                     Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... .....                     Güllü İbadovaya necə vəzifə həvalə olunur? .....                     İran təzyiq altında danışıqlarda iştirak etməyəcək .....                     AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? .....                     Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? .....                     Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: .....                     Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... .....                     “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” .....                     Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? .....                     Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... .....                     Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil .....                     SEPAH-dan kritik açıqlama .....                     Zaur Kamal efirə qayıdır? .....                     ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib .....                     Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                 

“Satış yoxdur, ya internetdə qurdalanaırıq, ya da mürgüləyirik…” - Tikinti bazarı çökür
Tarix: 20-05-2017, 10:38 | Çap et
“Satış yoxdur, ya internetdə qurdalanaırıq, ya da mürgüləyirik…”
Manatın devalvasiyası iqtisadiyyatın bütün sahələrinə təsirsiz ötüşmədiyi kimi, tikinti materialları sektorundan da yan keçmədi. Ötən il Azərbaycanda tikinti sahəsi üçün ən çətin illərdən oldu, demək olar ki, bu sahə tənəzzülə uğradı. Bu il hökumət tikinti sahəsini canlandırmaq üçün müəyyən addımlar atıb. Çünki tikinti sektoru bir neçə sektoru öz arxasınca aparır və bu sahənin canlanması, iqtisadiyyatın bir çox sektorlarının inkişafı deməkdir. Əslində yaz mövsümü tikinti sahəsinin qızğın dövrü hesab olunur. Bəs hazırda tikinti materialları bazarında vəziyyət necədir? Canlanma varmı? Bununla bağlı araşdırma aparmaq üçün paytaxtın ən böyük topdansatış mərkəzlərindən olan “Dərnəgül bazarı”na yollandıq.

“Satış yoxdur, ya internetdə qurdalanaırıq, ya da mürgüləyirik…”

Bazarda isə o qədər sakitçilik idi ki, necə deərlər, milçək uçsa səsi eşidilərdi. Bütün mağazalar açıq olsa da, nə alıcı gözə dəyirdi, nə də satıcı. Müştərisizliyə öyrənmiş satıcılar günlərini mağazanın bir küncündə mürgüləməklə keçirirdilər. Alıcıların, yük daşıyan, yük boşaldan fəhlələrin səs-küyündən, maşınların uğultusundan əsər-əlamət yox idi.

Qarşımıza çıxan ilk mağazanın qapısını döydük. Deyəsən, satıcını şirin yuxudan oyatmışdıq. İçəridən gözlərini ovxalaya-ovxalaya çıxan Yadigar adlı satıcı söhbətə gileylə başladı. Dediyinə görə, yanvar ayından satış tamamilə dayanıb. Aylardır alıcı yoxdur, xüsusən günorta saatlarında bazarda “ölüm sükutu” hökm sürür.

“Bu ilin əvvəlindən demək olar ki, alıcı yoxdur. Oturub neyləyək, bütün günü ya telefonla internetdə qurdalanırıq, ya da içəridə mürgüləyirik. Gələn qiymətləri soruşub gedir, axırıncı dəfə “krupniy” alver elədiyim yadıma gəlmir.

Bazarda durğunluq olsa da, yeni açılan mağazalara da rast gəldik. Təzə təmirli mağazaların içərisində hər şey var idi, çatışmayan bircə alıcı idi. İllərdir tikinti materialları biznesi ilə məşğul olan Nazimin sözlərinə görə, heç vaxt belə durğunluq görməyib. Mağaza mayın 10-dan açılsa da, hələ alıcı olmayıb:

“Neçə ildir işləyirəm, belə şey görməmişdim...”

“Alıcı çox zəifdir, satış azalıb. Mən neçə illərdir tikinti materialları mağazası işlədirəm, hələ belə şey görməmişdim. Yerli mallarda artım yoxdur, amma bununla belə, yaxına gələn yoxdur. Biz ayın 10-dan açılmışıq, amma hələ siftə eləməmişik”, - deyə mağaza sahibi bildirir.

Kafel-metlax satışı ilə məşğul olan satıcılar da alıcı qıtlığından şikayətlənirlər. Onların sözlərinə görə, gələn də qiymətləri soruşub gedir.

“Qiyməti biz qoymuruq, qiyməti malı gətirənlər qoyur. Biz də hansı qiymətə alırıq, üstünə 40-50 qəpik qoyub satırıq. Bahalı malı ümumiyyətlə, alan yoxdur. Ən çox satılan kafel-metlax məhsulları yerli “Gilan” istehsalı olan ucuz kafellərdir. Bunların qiyməti 9-10 manatdır. Bizdə qiyməti 120 manatdan 400 manata qədər olan mozaikalar var. Bunlar təbii mərmərlərdir. Mən son bir ildə bunlardan ancaq bir dəfə satmışam”, - deyə satıcı Sitarə Rəsulova bildirir.

Satıcı xaricdən gətirilən bütün malların ən azı 6-7 manat bahalaşdığını deyir. Onun sözlərinə görə, ötən il 8 manata alıb 8 manat 50 qəpiyə satdıqları kafel indi 15 manata satılır: “Demək olar ki, iki dəfə bahalaşıb. Biz bunun üstünə nə qiymət qoyaq? Üstəgəl, mağazanın vergisi var, “arenda”sı var, alıcı da yoxdur, işləyə bilmirik”, - deyə satıcı bildirir.

“Qiyməti saxlamaq üçün çəkini azaldırlar, keyfiyyəti salırlar”

Satıcı Feyyaz isə deyir ki, müştəriləri qaçırmamaq üçün satıcılar qiyməti artırmaqdan çəkinirlər. “Yanvar ayından satışımız tam dayanıb. Deyirlər gələn aydan düzələcək, gözləyirik. Firmalar qiyməti tənzimləmək üçün qablaşdırmada çəkini azaldırlar. Bəzən keyfiyyətini aşağı salırlar. Çalışırlar ki, qiymət qaxmasın. Çünki qiymət qalxdıqca müştəri qaçır. İnanın, bəzən sutkalarla alıcı olmur. Bu gün ancaq bir kisə sement satmışıq”, - deyə satıcı narazılıq edir.

Satıcılar deyirlər ki, nisbətən çox satılan tikinti materialı sementdir. Bazarda kisəsi 5-7 manat arasında dəyişir. Mişar daşı 32-35 qəpik, qum, şebenin kubu 16 manat, armaturun tonu 1100-1200 manat arasında dəyişir. Yerli istehsal olan, yerə döşənən daşların kvadrat metri 6 manat 20 qəpikdir. Boyaların litri isə 3 manat 60 qəpikdən başlayaraq 5-6 manata qədər davam edir. Yerli istehsal olan alçipan 7 manat 70 qəpiyə, yerli kafel-metlax yapışdırıcısı 5 manata satılır.

Satıcılar deyirlər ki, son vaxtlar ən çox bahalaşan materiallardan biri də taxtadır. Rusiyadan gətirilən taxtanın kubu əvvəllər 250-280 manata satılsa da, hazırda bu qiymət 300 manatdan bahadır.

Çin, Türkiyə, Almaniya, Rusiya istehsalı olan dam örtüklərinin qiymətləri 5 manatdan başlayır və 18 manata qədər davam edir. Satıcılar deyirlər ki, bu tikinti materialının qiymətləri ötən ilki qiymətlərdən fərqlənmir. Qiymətlərdəki fərq isə örtüyün qalınlığından asılıdır.

Bazarda ən çox tələbat Rusiya istehsalı laminatlaradır. Satıcılar deyirlər ki, müştərilər ucuz olduğuna görə bu məhsulu seçirlər. Laminatlar isə istehsal olunduğu ölkədən və digər keyfiyyətlərdən asılı olaraq 9 manat 50 qəpik-22 manat arasında dəyişir.

Nə cakuzi, nə dəm-dəsgah…

Bazarda hamam aksessuarları satan mağazalarda da alıcıdan çox satıcı gözə dəyirdi. Ən çox müştəri yolunu gözləyənlər isə bahalı hamam aksessuarları, cakuzilər idi. Mağazalarda sadə cakuzinin qiyməti 320 manatdan başlayır. Satıcılar deyirlər ki, ötən illərlə müqayisədə cüzi qiymət dəyişikliyi olsa da, alıcı tapılmır.

Mağazalarda Çin istehsalı olan unitazlar 80-90 matandan başlayır. “Moyka”lar 360 manatdan 800 manata kimi müxtəlif qiymətə satılır.

İnşaat materiallarının satıcıları ilə söhbət zamanı onu da öyrəndik ki, tikinti materialları bahalaşsa da, işçi qüvvəsi ucuzlaşıb. Məsələn, əvvəllər günü 20 manata işləyən fəhlələr indi 15-16 manata işləyirlər.

Tikinti materialları bazarında durğunluq bir neçə il çəkə bilər – Ekspert

Ekspertlər deyirlər ki, adətən tikinti bazarı mart ayının sonundan, aprel ayında canlanmağa başlayır. Qış ayları tikinti materialları bazarı üçün qeyri-mövsümi aylardır. Bu aylarda daxili istehsalda da müəyyən azalmalar müşahidə edilir. Lakin hər il aprel ayında müşahidə olunan canlanma bu il yoxdur, əvəzində aktivlik 12 faiz azalıb. Bunu Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov virtualaz.org-a açıqlamasında bildirib:

“Tikinti materialları sahəsində alqı-satqı çox aşağı düşüb, satıcıların hamısı şikayət edirlər. Bu ən çox xüsusi tikinti təsərrüfatlarında azalmalarla bağlıdır. Tikinti materiallarının əsas alıcı kontingenti fərdi yaşayış evi tikənlərdir. Adətən əvvəlki illərdə aprel ayında biz aktivliyin artmasını müşahidə etmişik. Amma son 1 ayda tikinti materialları bazarında alıcı aktivliyi ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz aşağı düşüb”, - deyə ekspert bildirir.

Lakin ekspertlər tikinti materialları bazarındakı hazırki durğunluqla bağlı bədbin düşünürlər. Tikinti bazarında durğunluğun hələ yaxın illərdə də davam edəcəyini gözlənilir. İqtisadçı ekspert Qadir İbrahimlinin virtualaz.org-a bildirdiyinə görə, hazırda çox lokal layihələr həyata keçirilir, böyük tikinti layihələri dayanıb.

“Ölkədə mənzil tikintisi sahəsində durğunluqdur. Dövlət sifarişli tikintilər dayanıb. Bu durğunluğun yaxın illərdə davam edəcəyi gözlənilir. Hazırda dövlətin tikinti sektoruna kapital qoymaq imkanları məhduddur. Özəl sektorun isə layihələri davam etdirməyə imkanları yoxdur. Hesab edirəm ki, ölkənin iqtisadi və maliyə bazarında sabitlik yaranana qədər bu vəziyyət davam edəcək”.

Ekspert hesab edir ki, tikinti sektorunda canlanmaya nail olmağın yolu bazara yerli investisiyalar cəlb etməkdən keçir. Yeni investorlar dəvət edərək onlara şərait yaratmaq lazımdır.

Virtualaz.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:26
Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Bu gün, 08:07
Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Bu gün, 08:05
Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Bu gün, 08:04
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Bu gün, 08:00
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Bu gün, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Bu gün, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Bu gün, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Bu gün, 06:00
" Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Bu gün, 05:51
TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Bu gün, 05:48
Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39
Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35
Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29
Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18
ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14
İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11
Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05
Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00
Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55
İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49
AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43
Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37
Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36
Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31
“Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23
Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20
Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18
Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09
SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03
Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59
ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19
“Georgian Airways” müflis ola bilər
Dünən, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 12:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru