Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? .....                     Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir .....                     “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm” .....                     Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR .....                     Fransa meydan oxudu .....                     “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? .....                     BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb .....                     "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" .....                     Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov .....                     NCQG üzrə real nəticəyə nail olmalıyıq .....                     “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb .....                     Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir .....                     Bakıda biznesmenin evindən seyf oğurlandı .....                     Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... .....                     Tarixi film istehsalında SÜKUNƏT: .....                     Müharibə ilə bağlı bədbin proqnoz: .....                     Paşinyan papa ilə görüşdə: .....                     Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq .....                     Azərbaycan düşməni olan şovinistdən .....                     Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır .....                     Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir .....                     Neft niyə 70 dollardan götürüldü: .....                     Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var .....                     “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” .....                     Bakıdan Qarabağa necə getmək olar: .....                     Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil .....                     Berlin Kiyevə "Mini-Taurus" lar verəcək .....                     Türkiyə İsraillə TEZ ANLAŞSIN... .....                     Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq .....                     Qazaxdan Araza qədər yol belə açılacaq... .....                     Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? .....                     Azərbaycanda xarici logistika şirkəti ləğv edilir .....                     Bakıda toylar bu tarixdə başlayacaq .....                     Orxan Cəlilov işdən çıxarıldı .....                     Paşinyan seçkilərə belə hazırlaşır .....                     Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. .....                     Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı .....                     “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” .....                     General-leytenant yeni rəis təyin etdi .....                     Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib .....                 

Onun öz hesabı-kitabı var ki... - Reallıqla daban-dabana ziddir
Tarix: 9-05-2017, 08:07 | Çap et
Onun öz hesabı-kitabı var ki...
«Təzadlar» Azərbaycan hökumətinin aqrar sahəyə maliyyə dəstəyini və bu sahənin vəziyyətini Fransa, Ukrayna, Belorus, Türkiyə, Gürcüstan və Moldova ilə müqayisə etdi…
(5-ci yazı)
«Təzadlar»ın Araşdırma Qrupu bu dəfə Azərbaycan hökumətinin aqrar sahəyə maliyyə yatırımları ilə bu dəstəyin son nəticəsini eyni qaydada Fransa, Ukrayna, Belorus, Türkiyə, Gürcüstan və Moldova ilə müqayisə etməli oldu. Bunun isə özəl səbəbləri var. Belə ki, Dövlət Gömrük Komitəsinin rəsmi məlumatına görə, 2016-cı ildə Azərbaycan xarici ölkələrdən 38 milyon 622.41 min dollar dəyərində 33 min 592 ton təkcə ət idxal edib. Bu isə 2015-ci illə müqayisədə 19 milyon 858.44 min dollar çoxdur. Ən pisi odur ki, valyuta ilə alınıb idxal olunan o məhsullardır ki, həmin məhsullar elə Azərbaycanda becərilə bilər.
Bəs nə baş verir ki, biz, hətta adi meyvə-tərəvəzi, südü, kərə yağını, digər süd məhsullarını, çayı, buğdanı, bitki və heyvan mənşəli yağları, şəkəri, deməyə utanırıq, kartof-soğanı belə Ukraynadan, Belorusdan, Moldovadan, Fransadan, Türkiyədən, Rusiyadan, Qazaxıstandan… alıb gətiririk? Və niyə təkcə bu il (ötən il də eyni qaydada) aqrar sahəyə büdcədən 822 milyon manat vəsait xərclənsə də, fermerlərə olmazın lazımi dəstək verilib hər il stimullaşdırma gücləndirilsə də, yenə də Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi bu sahədə müsbət dönüşə nail ola bilmir. Nazirlik isə diqqəti bu problemlərdən və özünün günahlarından yayındırmaq üçün ictimai fikri çaşdıran bir məsələni az qala hər gün ortaya atıb qalmaqal yaradır: sən demə, rayonlarda bəzi işbazlar və ya qəssablar at və ölmüş inək cəmdəyini kəsib Bakıya gətirirmiş! Yaxud, filankəsin «Jiqulisi»ndən 100 kq leş tutulub… Bəhmənkəsin qapısında başı kəsilmiş at görüblər… Lap məşhur «Başsız atlı» filmindəki uydurmalar kimi.

Prezidentin «Kənd təsərrüfatı ili» hansı məmurlara düşərli oldu?

Yəqinki aqrar sahəyə ayrılan subsidiyalardan «bal tutub barmaq yalayan» məmurlara düşərli olan «Kənd təsərrüfatı ili»mizin ağrısını sıravi Azərbaycan vətəndaşı çəkib. Çünki ötən yazıda da qeyd etmişdik ki, Prezident İlham Əliyev 2015-ci ili «Kənd təsərrüfatı ili» elan etdi, ondan ötrü ki, nazir Heydər Əsədov bütün qüvvələri səfərbər edərək Azərbaycanın ərzaq təhlükəsizliyində hansı rola malik ola biləcəyini ortaya qoysun. Ortaya isə belə bir nəticə çıxdı: məlum oldu ki, 2015-ci və 2016-cı illərdə taxıl sahələrindən illik tələbatımız 1,7 milyon ton olduğu halda, təxminən 3 milyon ton taxıl yığılıb(!). Deməli, tələbatımızdan hələ 1,3 milyon ton da artıq taxıl yığmışıq. Afərin!!! Bircə «məhsul bayramı» təşkil edib Sovetsayağı bayram tədbiri çatışmırdı… Amma birdən məlum olur ki, Azərbaycan 2016-cı ildə təxminən 300 mi1yon dollar xərc tökərək xarici ölkələrdən 1,3 milyon ton əlavə taxıl da alıb gətirib.
Daha bu qədər də yox də, cənab nazir!!!
Görün necə ağ etdilərsə, Prezident İlham Əliyev bu cür «pripiska»nı bəzi nüansları gözləyərək açıb-ağartmadı…

Baş Prokurorluq Prezidentin ünvanını göstərdiyi korrupsiya ilə bağlı niyə cinayət işi başlamadı?

…Amma Prezident nazir Heydər Əsədova da eləcə 2016-cı ildə Nazirlər Kabinetinin ötən ilin hesabat yığıncağına həsr olunmuş müşavirədə lazımi sözünü dedi: "İndi kənd təsərrüfatı naziri bəlkə də demək istəmirdi… Dedi ki, taxılın az olması quraqlıqla bağlıdır… Təkcə quraqlıqla bağlı deyil. Çünki əvvəllər qiymətlər şişirdilirdi. Nəyə görə? Subsidiyalara görə. Məgər burada oturanlar bilmir subsidiyalarda hansı pozuntular baş verirdi? Yaxşı bilir və bəziləri bu pozuntuların iştirakçılarıdır. Ona görə buna son qoyulmalıdır. Dövlət bu pulu fermerlərə verir, məmurlara yox…”.
Bəli, Azərbaycan CPM-nin tələblərinə görə, fakt üzrə cinayət işinin başlanması üçün həm də kütləvi informasiya vasitəsinin məlumatları da əsas sayılır. Qanunun 46-cı maddəsində yazılır: “Maddə 46. Cinayət işinin başlanması ilə bağlı cinayət təqibi üzrə icraatın açılmasının xüsusiyyətləri
46.1. İctimai ittiham və ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi üzrə cinayət işinin başlanması üçün müvafiq səbəb və əsaslar olmalıdır.
46.2. Cinayət işinin başlanması üçün səbəb kimi törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki şəxs tərəfindən verilən ərizə, hüquqi şəxsin (vəzifəli şəxsin) və ya kütləvi informasiya vasitəsinin məlumatları, yaxud bu məlumatların təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən bilavasitə aşkar edilməsi ola bilər”.
CPM-də aydın şəkildə yazılıb ki, istintaq orqanı həm də KİV-də işıqlandırılan faktlara görə cinayət işi başlaya bilər… Cənab Prezident İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyindəki məlum korrupsiya faktlarını özü ortaya qoydu, bu faktlar (çıxışlar) Prezident.az saytında və digər KİV-lərdə işıqlandırılıb. Bəs Baş Prokurorluq qanunvericiliyin tələblərini əsas tutuaraq niyə nazir Heydər Əsədovun barəsində cinayət işi başlamadı??? Niyə onun o boyda qudası Ziya Məmmədov nöqsanlara yol verdiyi üçün işdən çıxarılıb cəzalandırılır, amma Heydər Əsədov cəzasız qalır?

Nazir taxılın məhsuldarlığına dair rəqəmi haradan alır?

Ötən yazılarla bağlı redaksiyaya daxil olan rəylərdə bir maraqlı məqam diqqətimizi çəkdi. Məsələn, fermerlərin söhbətlərindən (əslində, bunun üçün el bir araşdırma da lazım deyil, kənd yerlərində qohumları, ailə üzvləri olanlar bilir ki, hər kəs özü üçün taxıl əkir, bunun nazir Əsədova heç bir aidiyyəti yoxdur) fermerlər, eləcə də taxıl əkən hər bir vətəndaş bütün əkin-biçin prosesində tək-tənha olur, topladığı məhsulu özü tədarük edir, özü də istədiyi formada və ya qiymətə bazarda satır. İndi sual olunur: cənab nazir Heydər Əsədov haradan bilir ki, məsələn, Mehdiqulu kişi qapısında neçə baş qoyun, mal, yaxud keçi saxlayır, onların neçəsi kəsilib ət kimi satılır? Bəlkə onların hamısı murdar olub, yaxud canavar yeyib?
Başqa bir misal: hörmətli nazir Heydər Əsədov necə müəyyən edir ki, yenə də, Mehdiqulu kişinin neçə hektar arpa və ya buğda sahəsi var, bu sahələrdən nə qədər taxıl biçilib bazarda satılıb??? Bəlkə əkindən az sonra qarğalar həmin sahəni basıb yeyib, ya da bitiş vaxtı siçanlar yağmalayıb?! «Selsovet»lərin arayış verdiyi əkin sahələri sonadək izlənilirmi ki, bu sahələrdə taxıl əkildi, sonra becərildi, ya yox?!
Elə bunun nəticəsidir ki, Azərbaycanın illik taxıl təlabatı 1,7 milyon ton olduğu halda, ötən illərdə özümüz (guya) 3 milyon ton taxıl yığmışıq (?), amma həm də xaricdən 1,3 milyon ton taxıl da gətirmişik.
Bu rüsvayçı statistika, əslində, nazir Heydər Əsədovun rəhbərlik etdiyi bir nazirliyin fəaliyyətinə verilən qiymətdir. Bu qiymət həm də kənd təsərrüfatının digər sahələrinin nəticələrinə aid edilə bilər: nazir bir tərəfdən deyir ki, Azərbaycanda ötən il təlabata uyğun filan qədər ət istehsal edilib, bu biri tərəfdən Dövlət Statistika Komitəsi nazirin sözlərini yalana çıxardır və məlum olur ki, Azərbaycan 2016-cı ildə 38 milyon 622.41 min dollar dəyərində 33 min 592 ton ət idxal edib… Gülməlidir!

Kənd Təsərrüfatı Nazirliyinin bu günə düşməyinin baiskarı kimdir?

…Neçə gün əvvəl redaksiyaya daxil olmuş bir oxucu məktubu isə bu suala cavab verməkdə, necə deyərlər, əlimizdən tutdu. Vaxtilə Kənd Təsərrüfatı Nazirliyi sistemində çalışmış oxucumuz haqlı olaraq qeyd edir ki, hər bir struktura həmin sahəni dərindən bilən mütəxəssis rəhbərlik etməlidir.
Bəs gəlin görək indiyə kimi Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinə kimlər, hansı tanınmış alim və mütəxəssislər rəhbərlik edib?
Həsən Seyidov, Respublikanın görkəmli ictimai xadimi, elmlər doktoru, professor, Əməkdar elm xadimi. 1928-ci ildə Gəncə (Kirovabad) şəhərində Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuş, 1931-ci ildə oranı bitirərək aqronom ixtisasına yiyələnmiş, 1931-34-cü illərdə Moskva Ümumittifaq Elmi-Tədqiqat Gübrə və Aqrotorpaqşünaslıq İnstitutunun aspirantı olmuş, 1937-41-ci illərdə Gəncə Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunda direktor vəzifəsində çalışmış, 1943-1944-cü illərdə Azərbaycan KP MK-nın kənd təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışmışdır. H.Seyidov 1944-1946-cı illərdə Azərbaycan KP MK-nın üçüncü katibi, 1944-1950-ci illərdə ikinci katibi, 1950-1952-ci illərdə Azərbaycan SSR Ali Soveti sədrinin birinci müavini, 1953-1954-cü illərdə Dövlət Plan Komitəsinin sədri, 1954-1959-cu illərdə Kənd təsərrüfatı naziri, 1959-1970-ci illərdə Moskvada, SSRİ hökuməti yanında Azərbaycan Respublikası Nazirlər Sovetinin daimi nümayəndəliyinin sədri vəzifələrində çalışmışdır. O, «Lenin», 2 dəfə «Qırmızı Əmək Bayrağı» və «Şərəf Nişanı» ordenləri ilə mükafatlandırılıb.
İlyas Abdullayev, Azərbaycan Dövlət Aqrar Universitetini bitirmiş, 1932-1934-cü illərdə namizədlik dissertasiyasını müdafiə etmiş, 1934-1938-ci illərdə AKTİ-nin aspirantı olmuş, ipəkçilik şöbəsində tutçuluq kursundan mühazirələr oxumu, 1941-1942-ci illərdə Azərbaycan elmi-tədqiqat İpəkçilik Stansiyasının direktoru vəzifəsində çalışmış, Azərbaycan EA-nın Genetika və Seleksiya şöbə müdiri olmuşdur.
Azərbaycan KP MK-nın kənd təsərrüfatı şöbəsinin müdir müavini və müdiri (1942-1948), Azərbaycan Nazirlər Soveti sədrinin müavini (1948-1950), Azərbaycan SSR kənd təsərrüfatı naziri (1950-1954), Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini (1954-1958), habelə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1958-1959) vəzifələrində çalışmışdır. "Qırmızı Əmək Bayrağı", "Şərəf Nişanı", SSRİ medalları və SSRİ XTNS-nin qızıl medalları ilə təltif edilmişdir. Akademik İ.K. Abdullayevin işləri, genetika, sitologiya, və seleksiya ittifaqının ən gözəl nümunələrindən biri olmuşdur.
İmam Mustafayev, Zaqatala Kənd Təsərrüfatı Texnikumunu, Az. Kənd Təsərrüfatı İnstitutunu bitirmiş, 1934-1940-cı illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dekan, kafedra müdiri, elmi işlər və tədris hissəsi üzrə direktor müavini işləmiş, 1940-1954 illərdə Azərbaycan SSR dövlət nəzarəti komissarının 1-ci müavini, Azərbaycan xalq torpaq komissarının 1-ci müavini, Azərbaycan kənd təsərrüfatı naziri, Azərbaycan Kommunist Partiyası Gəncə Vilayət Komitəsinin 1-ci katibi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi vəzifələrində çalışmışdır. 1954-cü ildə Azərbaycan KP-nin birinci katibi seçilmişdir. «Qırmızı Əmək Bayrağı», «Şöhrət», «Qırmızı Bayraq» və «Şərəf Nişanı» ordenləri ilə təltif edilmişdir. Azərbaycan EA-nın Genetika və Seleksiya İnstitutunda şöbə müdiri işləmiş (1954-1970), 1971-ci ildən həmin institutun direktoru olmuşdur.
İrşad Əliyev, 1982-1983-cü illərdə Azərbaycan KP MK-də inspektor, 1983-1985-ci illərdə Azərbaycan KP Balakən, 1985-1991-ci illərdə Ucar, 1991-1992-ci illərdə Goranboy rayon komitəsinin birinci katibi, sonra isə Goranboy rayon İcra hakimiyyətinin başçısı, 1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi idarəetmə orqanları ilə iş şöbəsində məsləhətçi, 1992-1994-cu illərdə Daimi yaşayış yerlərini məcburi tərk etmişlərlə iş üzrə Dövlət Komitəsinin sədri, 1994-2004-cü illərdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri, 2005-2012-ci illərdə Beyləqan, 2012-2014-cü illərdə isə Kürdəmir RİH başçısı vəzifələrində çalışmışdır. XI-XII çağrış Azərbaycan SSR Ali Sovetinin deputatı olub.Müxtəlif orden və medallarla təltif olunmuşdur.
İsmət Abasov, Azərbaycan Dövlət Üzümçülük və Şərabçılıq Komitəsində Təchizat, Tədarük və Satış İdarəsində böyük mühəndis və şöbə rəisi, Bakı Şampan Şərabları zavodunun planlaşdırma-istehsalat şöbəsinin rəisi və kommersiya məsələləri üzrə direktor müavini, Bakı biskvit fabrikinin iqtisadi məsələlər üzrə direktor müavini, Bakı 1 saylı şərab zavodunun iqtisadi məsələlər üzrə direktor müavini, Bakı tütün kombinatında istehsalat üzrə direktor müavini, inzibati direktor, Respublika Kənd Təsərrüfatı nazirinin 1-ci müavini, Respublikanın Kənd Təsərrüfatı naziri olmuşdur. Azərbaycan Respublikası Baş nazirinin müavini təyin olunmuşdur. İqtisad elmləri üzrə fəlsəfə doktorudur.
Heydər Əsədov, Bakı Sovet Ticarəti Texnikumunun mühasibat uçotu fakültəsini, 1983-cü ildə isə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. 1978-1984-cü illərdə (İnstitutda oxuduğu illərdə) fəhlə, mühasib, böyük mühasib, böyük təftişçi vəzifələrində çalışmışdır. 1983-1992-ci illərdə Azərbaycan İqtisad İnstitutunda müəllim, baş müəllim vəzifələrində işləmiş, 1987-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini almışdır. 1992-1995-ci illərdə Mərmərə Universitetinin doktorantı olmuşdur.1995-ci ildə maliyyə nazirinin müavini təyin edilmiş, 1996-2007-ci illərdə Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının Baş direktoru, Azərbaycan Respublikası Maliyyə nazirinin müavini, 2007-2013-cü illərdə Hesablama Palatasının sədri vəzifələrində çalışmışdır. 2013-cü ildən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri vəzifəsinə təyin edilmişdir.
***
Göründüyü kimi, əvvəlki nazirlərin hamısı görkəmli dövlət xadimi olmaqla, həm də kənd təsərrüfatı sahələrində yüksək vəzifələrdə çalışmış, böyük təcrübəyə malik olmuşlar. Lakin Heydər Əsədov maliyyə sahəsində çalışmış, kənd təsərrüfatı sahəsində demək olar heç bir iş təcrübəsi, nəzəri biliyi olmamışdır. Görünür bütün bunlar ona gətirib çıxarmışdır ki, indi rəhbərlik etdiyi nazirlik hələki gözlənilən səmərəli işini ortaya qoya bilmir.
Qeyd: təəssüflər olsun ki, Azərbaycanın kənd təsərrüfatı nazirləri olmuş Rəhim Əşrəfov(1992) və Müzamil Abdullayevin (1993) barəsində əlavə məlumat toplaya bilmədik. Lakin hamı bilir ki, həm M.Abdullayev, həm də R.Əşrəfov kənd təsərrüfatı sahəsində tanınmış mütəxəssislər idi.

Bəs indi Azərbaycan Kənd Təsərrüfatı Nazirliyini kim necə idarə edir?

Bəli, bu gün nazirlikdə çalışan sahə mütəxəssislərini barmaqla saymaq olar. Vaxtlə olduqca qabaqcıl mütəxəssislər var idi, indi isə onların yerini hansısa vəzifəsinin öhdəsindən gələ bilməyib işdən çıxarılanlar tutub… Hansına baxırsan, keçmiş icra başçıları, iri idarələrin müdirləridir və beləcə, rayonlarda iş bacarmayanları bu nazirlikdə işə götürərək kabinetləşdiriblər. Məsələn, Göyçayın, Mingəçevirin, Qubanın… keçmiş icra başçısı olmuş Mübariz Ağayev, Şəmkirin keçmiş icra başçısı Aslan Aslanov, Cəbrayılın adamdöyən keçmiş icra başçısı Mahmud Quliyev, Laçının keçmiş İcra başçısı Akif Səlimov, Salyanın keçmiş İcra başçısı Tahir Kərimov… kimi. Onlar yaxşı işləyən olsaydılar, elə öz rayonlarında kənd təsərrüfatında irəliləyişə nail olardılar, elə taxılın məhsuldarlığını 23-25 sentnerdən 40-50 sentnerə qaldırardılar…


Əli Əhmədov havayı maaş alan məmurların ixtisar anonsunu verdi

İndi gəldik mətləbə: bəli, neft gəlirlərinin azalması fonunda Azərbaycan hakimiyyəti doğru olaraq aqrar siyasəti sərtləşdirib. Beləliklə, indi kənd təsərrüatı sahələrinə daha bacarıqlı, dünya aqar siyasətini bilən, digər ölkələrin kənd təsərrüfatı sahəsində məhsul istehsalı statistikasını təhlil edə bilən mütəxəssislər lazımdır. Lakin redaksiyaya daxil olan məktub və ya şərhlərdən bəlli olur ki, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində çalışan mütəxəsslərin, daha doğrusu, məsul vəzifə tutanların əksəriyyəti vaxtilə hansısa dövlət vəzifəsində çalışan və sonradan bu vəzifələrin öhdəsindən gələ bilmədiyinə görə işdən qovulanlardır. Aralarında İcra başçıları çoxluq təşkil edir. Məsələn, Azərbaycan baş nazirinin müavini Əli Əhmədov bu gün KİV-ə açıqlamasında deyib ki, “Bürokratik aparatın əsassız olaraq şişməsi dövlətlərin əksəriyyətində müşahidə olunan hadisə sayıla bilər. Bu isə, öz növbəsində, büdcə xərclərinin artması ilə yanaşı, idarəçiliyin keyfiyyət parametrlərinin azalması ilə müşahidə olunur… Azərbaycanda əhalinin hər 10 min nəfərinə 287 nəfər dövlət idarəçiliyi sahəsində çalışan işçi düşür. Həmin göstərici ABŞ, Almaniya, Yaponiya və Rusiya Federasiyasında 100-110 nəfər arasındadır”.

Göyçayın keçmiş icra başçısı Mübariz Ağayev Kənd Təsərrüfatı Nazirliyində nə işə baxır?

Yuxarıda qeyd olunan şikayətlə bağlı araşdırma apardıq. Məlum oldu ki, təkcə son 10 ildə Kənd Təsərrüfatı Nazirliyində 20-yə yaxın işdən qalmaqallarla çıxarılmış başçıları, həmçinin digər dövlət strukturlarından kənarlaşdırılan şəxsləri işə götürüblər. Onların arasında həm də Göyçayın keçmiş İcra başçısı Mübariz Ağayev vardır.
Bəs Mübariz Ağayev nazirlikdə nə işə baxır? Axı o, ömrü boyu ticarətlə məşğul olub… Məsələyə daha ətraflı aydınlıq gətirməyə çalışdıq və bu və ya digər suallara aydınlıq gətirmək istədik. Çünki bir müddət əvvəl bəzi saytlar belə bir məlumat yaymışdılar ki, guya M.Ağayev nazir müavini təyin olunub… Lakin az sonra bu məlumatın dezinformasiya olduğu, qəsdən yayıldığı məlum oldu.
Elə bu və ya digər suallara aydınlıq gətirilməsi üçün Mübariz Ağayevin özü ilə danışmaq istədik. İş telefonu cavab vermədiyindən nazirliyin kommutatoruna zəng vurduq. Xanım komutator saat 16:09-da zəngimizə cavab olaraq bildirdi ki, «Mübariz Ağayev işdə yoxdur…».
Sonra nazirliyin Mətbuat Xidmətinin rəhbəri Murtuzəli Hacıyevlə əlaqə saxladıq. O, bildirdi ki, «Mübariz Ağayev nazirlikdə texniki siyasət şöbəsinin müdir müavini vəzifəsində çalışır».

Ömrü boyu ticarət-iaşədə işləmiş keçmiş başçı kənd təsərrüfatı sahəsində hansı mütərəqqi yenilik edə biləcək?

Budur, Mübariz Ağayevin Vikipediya-da barəsində olan rəsmi məlumatlarla tanış olaq: «…2006-2007-ci illərdə Göyçay RİH-nin başçısı, 2007-2012-ci illərdə Mingəçevir Şəhər İH-nin başçısı, 2012-2015-ci illərdə Quba Rayon İH-nin başçısı, 2015-2016-cı illərdə isə yenidən Göyçay RİH-nin başçısı vəzifələrində çalışıb. Azərbaycan Texnologiya İnstitutunu bitirib. İxtisasca texnoloqdur. 1970-ci ildə Göyçay şəhər İstehlak Cəmiyyətində əmək fəaliyyətinə başlayib. Sonralar müxtəlif illərdə Göyçay konserv zavodunda mühasib köməkçisi, Çərəkə kənd İC-də, Qarabaqqal ictimai iaşə müəssisəsində mühasib vəzifələrində işləyib. 1979-1986-ci illərdə Qarabaqqal ictimai iaşə müəssisəsində direktor müavini, direktor, 1986-cı ildə Göyçay şəhər İctimai iaşə müəssisələri birliyində direktor, 1987-1989-cu illərdə Göyçay rayon İstehlak cəmiyyəti idarə heyətinin sədri, 1989-1991-ci illərdə Baş qiymətlər idarəsinin Göyçay rayonlararası Qiymət Müfəttişliyində rəis, 1991-1995-ci illərdə Göyçay şəhər təsərrüfat hesablı ticarət idarəsində direktor, 1995-1997-ci illərdə Göyçay rayon 17 saylı çörək zavodunda direktor, 1997-ci ildən isə Göyçay-çörək SC idarə heyətinin sədri vəzifələrində işləyib».
Bəli, ömrü boyu ticarət və iaşədə çalışmış bir şəxsi birdən-birə strateji sahə olan kənd təsərrüfatı sahəsində necə məsul sahəyə işə götürmək olardı???

Mübariz Ağayevin İH başçısı işlədiyi rayonlarda taxılın məhsuldarlığı da olduqca aşağı olub, amma…

«Təzadlar» apardığı araşdırmalarda daha bir maraqlı məsələnin üstünü açdı: Mübariz Ağayev 2006-2007-ci illərdə Göyçay, 2007-2012-ci illərdə Mingəçevir, 2012-2015-ci illərdə Quba və nəhayət, 2015-2016-cı illərdə isə yenidən Göyçay RİH-nin başçısı olub. Dövlət Statistika Komitəsinə istinadla qeyd olunan illər üzrə həmin rayonların kənd təsərrüfatı sahələrindəki iqtisadi göstəricilərini təhlil etdik. Olduqca bədbin göstəricilər mənzərəsi alındı. Bu barədə ətraflı bəhs olunacaq. Lakin hələlik qısaca deyək ki, Mübariz Ağayevin rəhbər vəzifələrdə işlədiyi illərdə həmin rayonlarda bölgə üçün strateji sahə olan taxılçılıqda məhsuldarlıq orta Azərbaycan göstəricisindən yuxarı keçməyib. Niyə? Əgər adi bir rayonda aqrar sahədə ciddi irəliləyişə nail olmayan sabiq başçı indi bu boyda Kənd Təsərrüfatı Nazirliyində məsul vəzifə tutaraq nə iş görə biləcək?
Biz hələ onu demirik ki, dövlət qulluğu olan və yalnız işə qəbulun müsabiqə yolu ilə aparıldığı nazirlikdə Mübariz Ağayev və digər sabiqlər hansı metod və şərtlərlə işə qəbul ediliblər???
Bu hələ harasıdır, məlum olur ki, qalmaqallarla işdən çıxarılan Mübariz Ağayev 2013-cü ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilib… Axı, Mübariz Ağayev 2013-cü ildə Qubada icra başçısı idi və onun 2015-ci ildə oradan necə kənarlaşdırıldığını hamı bilir… Bunu necə başa düşək?!
-Ümumiyyətlə, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində neçə vurulmuş sabiq icra başçısı və şirkət rəhbəri, məmur… «sığınıcaq» tapıb?
-Bəs 10 milyon əhalisi olan Azərbaycan nazir, komitə sədri və Dövlət Xidməti rəislərinin sayına görə Fransa, Ukrayna, Belorus, Gürcüstan və Moldovadan necə seçilir???
-Azərbaycanın dövlət büdcəsindən Kənd Təsərrüfatı Nazirliyinə ayrılan vəsait Fransa, Ukrayna, Belorus, Gürcüstan və Moldovanın eyni nazirliyindən hansı fərqlə irəlidədir?
-Nəhayət, 2017-ci ildə Azərbaycanın Dövlət büdcəsindən Dövlət idarəetmə aparatına ayrılmış vəsait Fransa, Ukrayna, Belorus, Gürcüstan və Moldovadakından hər 10 min nəfərə görə nə qədər fərqlidir?
«Təzadlar» şok araşdırmanı təqdim edəcək…
(Davamı var)
«Təzadlar»ın Araşdırma Qrupu









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Bu gün, 19:00
Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Bu gün, 18:58
“Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Bu gün, 18:05
Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Bu gün, 18:02
Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Bu gün, 18:00
“Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:55
BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Bu gün, 17:51
"Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Bu gün, 17:46
Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Bu gün, 17:43
NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Bu gün, 17:37
“La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Bu gün, 17:35
Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Bu gün, 17:31
Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Bu gün, 17:29
Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Bu gün, 17:20
Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Bu gün, 17:17
Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Bu gün, 17:16
Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Bu gün, 17:14
Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Bu gün, 17:11
Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Bu gün, 17:10
Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Bu gün, 17:03
Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Bu gün, 17:00
Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Bu gün, 16:59
Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Bu gün, 16:57
“Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 16:37
Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Bu gün, 16:34
Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Bu gün, 16:20
Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Bu gün, 16:18
Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Bu gün, 16:15
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 16:12
Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Bu gün, 16:06
Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Bu gün, 16:05
Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Bu gün, 16:02
Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Bu gün, 15:55
Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 15:50
Paşinyan seçkilərə belə hazırlaşır
Bu gün, 15:48
Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34
Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30
“Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26
General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21
Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17
Prezident Los-Ancelesə yeni baş konsul təyin edib - SƏRƏNCAM
Bu gün, 15:16
Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu TƏYİN OLUNDU
Bu gün, 15:15
Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:13
Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. - hələ bizim camaat YUMŞAQ DAVRANDI...
Bu gün, 15:10
"1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." - GİLEY
Bu gün, 15:03
Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? - Türkiyəli general detalları açıqladı
Bu gün, 15:00
Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb - BİZİ NƏ GÖZLƏYİR?
Bu gün, 14:58
Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olunub - TƏFƏRRÜAT
Bu gün, 14:55
Anti-Azərbaycan mərkəzləri və onun əlaltıları - AXI NİYƏ?..
Bu gün, 14:00
Şəkidəki şirkət Ucarda əkin sahələrini su ilə təmin edəcək - 7 MİLYONLUQ TENDER
Bu gün, 13:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru