Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                     Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                     Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” .....                     Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                     Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                     Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                     Yekaterinburqa dron hücumu .....                     Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri .....                     İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib .....                     "İki aydan sonra onlar baş nazir olacaqlar” .....                     Qondarma erməni soyqırımı muzeyində qalmaqal .....                     Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. .....                     Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib .....                     Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib .....                     ABŞ-nin yeni prezidenti Rubio ola bilər .....                     Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... .....                     Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? .....                     Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü .....                     Sosial media qazancının .....                     İrana nüvə bombası atılacaq .....                     Azərbaycanda ət tapılmayacaq? .....                     “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... .....                     “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... .....                 

Gəncə Dövlət Universitetində sonu görünməyən korrupsiya OYUNLARI
Tarix: 10-03-2017, 08:29 | Çap et
Gəncə Dövlət Universitetində sonu görünməyən korrupsiya
Uzun illərdir ki, mətbuatın gündəmində qalmağı başaran Gəncə Dövlət Universiteti yüksək təhsil səviyyəsi əvəzinə daim rektorları ətrafında qalmaqallarla gündəmə gəlib. Rektorlar bir-birini əvəzlədikcə, bu adlı-sanlı təhsil ocağı daha dəhşətli münaqişə ocağına, daha dərin korrupsiya bataqlığına dönüb. Hər yeni təyinat özündən əvvəlki sələflərə rəhmət oxudub. Durum yenə eynidir. Hazırki rektor ətrafında cərəyan eləyən dedi-qodu, universitetdə idarəolunan rüşvət mexanizmi gözləntiləri heç edib. Yusif Yusifov rüşvətbazlığı, qohumbazlığı, intriqabazlığı-nə bilim nə bazlığı öncəkiləri çox arxasında qoyub.

Mətləbə keçək və zaman-zaman KİV-lərdə yer alan bir sıra məsələləri sadalayaq. 2012-ci ildə gedən xəbərlərdə universitetin rektoru Elman Məmmədovla şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev arasında qarşıdurma yarandığı barədə məlumatlar dərc olunub. Münaqişəyə səbəb rektorun kadr seçimi irəli sürülürdü. Bundan başqa universitetdə qiymətlərin rüşvətlə yazıldığı barədə məlumatlar hələ keçmiş rektorun dövründən var. Münaqişə 7 il ərzində (2006-2012) universitetə rəhbərlik etmiş E.Məmmədovun vəzifəsini itirməsi ilə nəticələnib. "Bizim Yol” qəzeti də o vaxt daxil olan məlumatlara istinadən yazırdı ki, rəhbərliyin əsas gəliri ildə iki dəfə keçirilən imtahanlardan çıxır. В«GDU-da 7 min tələbə oxuyur, onun təxminən 5 mini stabil olaraq qiymətini rüşvətlə yazdırır. Növbəti gəlir mənbəyi ikinci ixtisas almaq istəyənlərdən çıxır. Mənbə bu niyyətə düşənlərin 3 000 manat xərc çəkdiyini bildirir. İl ərzində universitetdə nə qədər tələbənin ikinci ixtisas almaq üçün müraciət etməsi rektor tərəfindən məxfi saxlanılır. Mənbə univesitetdə bir neçə dəfə müxtəlif dövlət qurumları tərəfindən yoxlamalar aparıldığını vurğulayıb. Deyib ki, ali məktəbdə ödənişli təhsil alan onlarla tələbənin müxtəlif səbəblərlə təhsil haqqından "azad edildiyi” üzə çıxıb. Tələbələrin ödədiyi vəsaitlər kassaya mədaxil olunmadan mənimsənilib. Amma cəza alan olmayıb”.

2013-cü il fevralın 15-də Prezident Ilham Əliyevin sərəncamı ilə Yadigar Əliyev GDU-nun rektoru təyin edilib. Mia.az saytının "5 ay əvvəl təyin olunan rektor rüşvət almadığına görə cəzalandırılıb?” başlıqlı yazıda qeyd olunub ki, "təhsil naziri Mikayıl Cabbarov GDU-nun rektoru Yadigar Əliyevə sonuncu xəbərdarlıqla şiddətli töhmət verib. Buna səbəb kimi, rektorun "universitetdə imtahan sessiyasının gedişində yol verilmiş neqativ halların qarşısının alınması üçün vaxtında tədbirlər görməməsi” göstərilir. Lakin universitetin iqtisadiyyat fakültəsinin məzunu deyib ki, keçmiş rektorun dövründə daha çox rüşvət alınırdı: "Bu il bizdən dövlət imtahanına görə 400 manat aldılar. Bunu da xəlvət edirdilər. Kafedra müdirləri pul yığa bilmirlər deyə, rektoru istəmirlər. Rektor tapşırır ki, pul yığılmayacaq, amma kafedra müdirləri özbaşına, xəlvət pul yığırlar”. Universitetin tələbəsi Pənah da deyir ki, bu il imtahanlarda pul alınmayıb. "Tələbələr təcrübə məsələlərini də pulla həll etmək istəyirdilər, amma pullarını geri qaytardılar”. Həmin ilin dekabrın 23-də Y.Əliyev Prezidentin sərəncamı ilə vəzifədən azad edilib. Mətbuata ünvanlanan məktubda iddia olunurdu ki, prorektor Yusif Yusibov təhsil müəssisəsinin möhürünü ələ keçirib və onu rektora təhvil vermir: "İllərdir bu elm ocağında təhsil alan tələbələrin arzusunda olduğu şəffaflıq, rüşvətsiz, korrupsiyasız təhsil sistemi yaranan bir vaxtda müəyyən qruplaşma hərəkətə keçib. Rektor Yadigar Əliyev təhsil ocağında illərdir hökm sürən problemlərin həllinə çalışdığı və buna müəyyən qədər də nail olduğu, mütərəqqi metodları tətbiq etdiyi, islahatlara başladığı bir vaxtda maddi maraqları və mənfəətini güdən qruplaşma bu prosesi süngü ilə qarşılayıb”.

Son beş ildə GDU-ya artıq üçüncü rektor gəlib, buna qədər orada prorektor işləmiş Y.Yusibov 2014-cü ildən universitetə rektor təyin olunub. Amma Y.Yusibov haqqında da universitetdə rüşvət ocağı yaratmaqdan tutmuş, müəllim və tələbələrin xüsusi cihazlarla dinlənilməsinə qədər ittihamlar səslənib. Ən son bu ilin yanvarın 20-də yayılan məlumatlara görə, GDU-nun tələbələri qış imtahan sessiyasında onlardan pul tələb edilməsinə etiraz olaraq aksiya keçiriblər. Deyilirdi ki, ötən il imtahanlar üçün onlardan 30-40 manat pul alınırdısa, ikinci devalvasiyadan sonra məbləğ 70 manata qaldırılıb. Dekan və müəllimlər belə bir qərarın rektor Yusibov tərəfindən verildiyini bildirərək, məsuliyyəti üzərlərindən atıblar. Qəzəblənən tələbələr rektorluğun qarşısına toplanaraq, Y.Yusibovun istefasını tələb ediblər. Sonradan universitetin tələbələri adından KİV-ə həmin məlumatları təkzib edən bir məktub daxil oldu. Yazılırdı ki, "Həqiqəti özündə əks etdirməyən, böhtan və şər xarakterli xəbərlərin paylaşılması biz tələbələri üzür. Təhsilin keyfiyyətinin artırılması, tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün universitetdə hər cür şərait yaradılıb. Misal kimi dərs laboratoriyalarının yenidən qurulması, "ağıllı lövhələr”in quraşdırılması, dərs nizam-intizamının artırılmasını göstərmək olar. Hər il universitetimizə 500-600-dən yüksək bal toplayan tələbələr qəbul olur. Bu, bir daha göstərir ki , GDU regionun lider universitetlərindəndir. Məlumatlar universitetimizə ləkə yaxmaq istəyən bir qrup insanın mənfur əməlidir, amma onlar istəklərinə çata bilməyəcəklər. Tələbələr universitetdən və rektor professor Yusif Yusibovdan razıdır, etiraz üçün də heç bir səbəb yoxdur”. Əvvəla, məktub çox savadsız yazılıb, kim yazıbsa Azərbaycan dilinin bütün qrammatik qaydalarını ayaqlarının altına alıb. Biz onu redaktə və korrektə ilə vermişik. İkincisi, orada yazılanları bütün tələbələrin dəstəklədiyini kim təsdiq edir? Onu 2-3 tələbə də rektorun diktəsi ilə də yaza bilərdi, rektorun özü, prorektor və ya müəllimlər də.

Kiçik bir universitetdə o qədər böyük vəsaitlər xərclənir ki, orada dərs laboratoriyası və ya "ağıllı lövhə”nin mövcudluğu təəccüb doğurmamalıdır. Rektor bu işləri şəxsi büdcəsi hesabına görmür, odur ki, lövhə və laboratoriyanı universitetin "uğuru” saymaq gülüncdür. Imtahanlarda rüşvət və nəticə etibarilə aksiya barədə mətbuata ötürülən məlumatların arxasında sabiq rektorların durub-durmadığını deyə bilmərik, cənab Yusibov "düşmənləri”ni bizdən yaxşı tanııyır. Onun nə qədər və ümumiyyətlə rüşvət alıb-almadığını da bilmirik. Amma dövlət büdcəsindən ayrılan vəsaitləri necə xərclədiyini təxmin etmək olar. GDU-nun kimya-biologiya fakültəsinin dekanı İsfəndiyar Alverdiyev "Yeni Müsavat”a açıqlamasında rektorun fəaliyyətində qüsurlara yol verdiyini deyib: "Rektor 5 min nəfərlik kollektivin dərdi-səri ilə maraqlanmırdı. Maddi-texniki bazanın yaxşılaşdırılmasına ayrılan vəsaiti xərcləməyib saxlayırdı. Bu da narazılığa səbəb olurdu. Təhsil naziri bir dəfə ona şiddətli töhmət vermişdi, ancaq bu da təsir etmədi, Yadigar Əliyev dönüş yaratmaq istəmədi. Sonda da öz ərizəsini yazıb, çıxıb getdi”.
Sondan başlayaq. Bizdə özxoşuna işdən çıxan yüksək çinli məmur varmı? 80 yaşlarını da qeyd ediblər, kreslodan əl çəkmirlər. İddiaya görə rektorla işləmək istəməyən müəllimlər olub, bizdəki psixologiya ilə rektorun idarəçilik üsulunu bəyənməyənlər ərizə yazıb getməliydilər. Deməli, rektorun öz ərizəsi ilə getdiyi barədə söylənənlər butaforiyadır. Onu, "öz xahişi” ilə getməyə məcbur ediblər. Ikincisi, "Bizim Yol” qəzeti GDU-da 6 ildə tender yolu ilə sərf olunan vəsaitlərin xərc strukturunu araşdırıb. Bu faktları kimsə təkzib edə bilməz və etməyiblər də. Çünki, bütün yazılanlar Satınalmalar üzrə Dövlət Agentliyinin rəsmən ictimailəşdirdiyi müsabiqə reyestrlərinə əsaslanır.

Rektorların xərcləmələrinə gələk. 2010-2012-ci illərdə GDU-nun rektoru E.Məmmədov idi. 2010-cu ildə universitet üzrə 14 satınalma barədə reyestr məlumatı var. Ümumilikdə tenderdə xərclənən 287 597 manatın 72 930 manatı inventara sərf olunub. 56 206 manat avadanlıq, 42 min manat təmir, 28 371 manat dəftərxana ləvazimatı, 34 950 manat təsərrüfat malları, 24 950 manat mətbəə xərcləri, 18 111 manat abadlaşdırma, 8 043 manat kommunal- kommunikasiya, 2 033 manat da qazanxananın qazlaşdırılmasına yönəldilib. 2011-ci ildə Universitetin 40 tenderdə xərclədiyi pulun məbləği birdən-birə 5,3 dəfə artaraq 1 522 646 manat olub. Bundan 677 773 manat təmirə gedib və bu məqsədlə 8 dəfə pul ayrılıb. 254 311 manat avadanlıq, 196 208 manat inventar, 52 974 manat dəftərxana və təsərrüfat malları, 49 357 manat mətbəə xərcləri, 26 890 manat nəqliyyat vasitəsinin alınması, 15 min manat kommunal-kommunikasiya, 8 395 xalça və pərdələrin yuyulması, 127 065 manat abadlıq, 114 673 manat "digər xərclər” altında istifadə edilib. 2012-ci ildə ümumi dəyəri 1 709 045 manat olan 41 tender keçirilib. Bunun yenə 406 622 manatı təmirə sərf olunub. Bir ildə yeddi dəfə təmir işi aparılıb. 316 699 manat inventar (yeddi dəfə pul ayrılıb), 306 723 manat avadanlıq (yeddi dəfə pul ayrılıb), universitetin abadlığına 163 525 manat (üç dəfə pul ayrılıb) xərclənib. Bir ildə universitetə təkcə dəftərxana və təsərrüfat mallarının alınmasına 191 388 manat sərf olunub. Dörd dəfə də mətbəə işlərinə pul ayrılıb və bu, 109 766 manat təşkil edib. Xalça, pərdələrin yuyulması bu dəfə 11 493 manat, kommunal, kommunikasiya məsrəfləri də 34 min manat olub. 168 829 manatı (beş dəfə pul ayrılıb) da "digər xərclər” aparıb.

2013-cü ildə, yəni Y.Əliyevin dövründə cəmi 6 tender keçirildiyi göstərilib. Yumşaq inventarlar 19 574 manat, digər maşın və avadanlıqlar 47 930 manat, yenə inventarlar 44 090 manata başa gəlib. Mətbəə xərcləri üzrə satınalmalar 19 960 manat, dəftərxana malları 19 968 manat, idarənin digər xərc maddəsi üzrə işlərin satın alınması da 24 561 manat olub. Göründüyü kimi cəmi 176 083 manat avadanlıq, inventar, mətbəə, dəftərxana və "digər xərclər”ə gedib. Əvvəlki ildən 9,70 dəfə az xərc çəkilib. Həqiqətən də kimə görə xəsis, bizə görə isə qənaətcil rektor dövlət vəsaitlərini xərcləməyib, saxlayırmış. Y.Əliyevin bu davranışı naziri niyə narahat edib, onu başa düşmədik. Y.Əliyevin rektor işlədiyi dövrdə doğrudan da çox az pul istifadə olunub. Y.Əliyev ona görə az pul sərf edib ki, o işlər əvvəlki illərdə görülüb. Rektor pulu cibinə qoymayıb, mənimsəməyib, o pul onun evindən çıxmayıb, universitetin büdcəsində qalıb. Vəsaitin büdcədə qalması qüsur deyil. Əsl qüsur ehtiyac olmadan hər il eyni işlərə təkrar-təkrar pul xərcləməkdir.

Universitetin 2014-cü il üzrə tender xərclərinin strukturuna baxaq. Atıq o dövrdən rektor Y.Yusibovdur. 13 tenderin ümumi qiyməti 1 016 915 manatdır – əvvəlki ildən 5,77 dəfə çox. 625 514 manat təmir, 90 977 manat abadlıq, 76 700 manat avadanlıq, 74 680 manat inventar, 44 850 manat mətbəə, 41 791 manat dəftərxana, 37 900 manat nəqliyyat vasitəsinin alınması, 24 503 manat da "sair xərclər” aparıb. Əvvəlki illər universitetin heç bir tenderini qazanmayan, dolayısıyla yüksək çinli məmurlardan birinə aid olduğu deyilən "İnstal-Servis” MMC əsaslı təmir işlərini 527 049 manata aparıb. 2015-ci ilin 6 ayı üzrə GDU-da ümumi dəyəri 1 882 199 manat olan 15 satınalmaya dair məlumat var. Bu da əvvəli rektorun xərclədiyindən 10,68 dəfə çoxdur. Əvvəlki illərdə təkrar-təkrar təmir aparılmasına baxmayaraq, bu dəfə də 1 421 294 manatlıq təmir işi "İlqar-MR” MMC-yə həvalə olunub. Bu firmanın da adı şübhəli tenderlərin siyahısındadır. Keçən il üç dəfə, ümumilikdə 1 517 179 manat dəyərində təmir aparılıb, 25 min manata da layihə-smeta işləri görülüb. 68 217 manat inventar, 48 156 manat avadanlıq, 48 729 abadlıq, 34 652 manat dəftərxana və təsərrüfat malları, 23 000 manat mətbəə, 17 000 manat nəqliyyat vasitəsinə sərf olunub, dörd dəfə də "digər xərclər” altında 100 266 manat istifadə edilib.

Hansı rektorun dövründə daha çox korrupsiya riski var, oxucu görmüş oldu.

Aztoday.Az saytı internet üzərindən araşdırma apararkən daha bir faktı üzə çıxara bilib. Yusifovun tender əməliyyatlarındakı maxinasiyalar açıq-saçıqlığı ilə diqqət çəkdiyindən, cari tədris ilində, yəni 2016 – cı ilin sentyabrında təmtəraqla açılışı elan olunan korpuslardakı əsaslı tikinti-quruculuq işlərinin hansı vəsait hesabına reallaşdığı barədə məlumatlar gizlədilib. Daha doğrusu, sonuncu rektor qardaşının-Maliyyə Nazirliyində büdcə xərclərinə nəzarət funksiyasını həyata keçirən Cavanşir Yusifovun məsləhətilə görülən işlərə smeta sənədləri "tutmayıb”. Görünən budur. Əgər tutulubsa, Universitetin tərifi ilə məşğul olanlar Yusifovun "bəzəmə əməliyyatlarını” yazarkən, bəzəkpulunu nədən unudublar??? Araşdırmalarımız davam edir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Dünən, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Dünən, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Dünən, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Dünən, 13:19
“Georgian Airways” müflis ola bilər
Dünən, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Dünən, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Dünən, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Dünən, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Dünən, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Dünən, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Dünən, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Dünən, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Dünən, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Dünən, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Dünən, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Dünən, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Dünən, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Dünən, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Dünən, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Dünən, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Dünən, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Dünən, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Dünən, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Dünən, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Dünən, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Dünən, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Dünən, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Dünən, 10:25
“AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Dünən, 10:20
“Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Dünən, 10:04
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Dünən, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Dünən, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Dünən, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Dünən, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Dünən, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Dünən, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Dünən, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Dünən, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Dünən, 07:31
Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Dünən, 07:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru