Onu da "MTN işi" məhkəməsinə çıxarırlar... - İDDİA
Tarix: 15-02-2017, 08:10 |
Çap et
Keçmiş Kənd Təsərrüfatı naziri, hazırda baş nazirin işi bəlli olmayan müavini İsmət Abbasov, keçmiş MTN generalı Akif Çovdarovun məhkəməsində ifadə verə bilər.
Mediafax.Az-a daxil olan məlumata görə, İsmət Abbasovun Eldar Mahmudov komandasına yaxınlığı ortaya çıxıb.
Mahmudovla böyük biznes əlaqələrinin olduğu üzə çıxdıqdan sonra İsmət Abbasov əks hücuma keçərək olanların hamısından imtina edib.
Mediafax.Az-a daxil olan məlumata görə, İsmət Abbasov məhkəməyə çağırılacaq və ifadəsi alınacaq.