Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi .....                     Sülh üçün yaşıl işıq yandı: Ermənistan bəyannaməni dəyişir .....                     İrəvan KTMT-dən imtina etdi, .....                     Azərbaycanlı İran casusu Rusiyada saxlanıldı .....                     David Vardanyanın təxribat xarakterli müraciəti yayıldı... .....                     COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçiriləcək .....                     Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında nələr baş verir .....                     ABŞ konqresmeni Frank Peloninin Azərbaycanı tərk etməsi rəsmən təsdiqlənib .....                     Ermənistanın daxili işlər naziri istefa verib .....                     “Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı .....                     Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonları KİMİNDİR? .....                     Paşinyan Vatikana gedib .....                     Abxaziyada gərginlik səngimir .....                     Şahbuz təhsilində `ÜSULİ-CƏDİD`... .....                     “Milli Məkan” layihəsi ilə bağlı narazılıq .....                     Bu məktəblərdə dərslər daha tez başlayacaq .....                     Dövlət qurumu COP29 tədbiri üçün 1,4 milyon vəsait SƏRF EDİB .....                     Xankəndi şəhəri, Ağdərə, Laçın və Zəngilan rayonları xərclərini .....                     Ermənistanın militarizasiya siyasətinə cavab olaraq .....                     Yeniyetmə özünü 13-cü mərtəbədən atdı .....                     Prezident İlham Əliyev Rusiyanın maliyyə naziri və Dövlət Dumasında .....                     Tramp sülh müqaviləsinə vasitəçi olacaq? .....                     Hərbi xidmətdən yayınan gənc həbs edildi .....                     Paşinyan Ermənistanda genişmiqyaslı istefaların səbəbini açıqladı .....                     Amsterdamdakı faciə: ipin ucu İrandan Rusiyayadək uzanır .....                     "Referans Pharmaceuticals" da ölkədən çıxarılan .....                     Bayden gedərayaq TRAMPA QUYU QAZDI... .....                     Bələdiyyə sədri EL YOLUNU SATDI... .....                     “Klon”da rol aldı, müharibədə Azərbaycanı dəstəklədi .....                     Keçmiş məmur 8 il əvvəl boşadığı arvadını BALTALADI .....                     ADAU-da `EGE YEYİNTİSİ`... .....                     ABŞ və Rusiya arasında xüsusi əməliyyat gedir .....                     Paşinyan hökumətini “təmizləyir”: yeni istefalar, yeni adlar və SƏBƏBLƏR .....                     Dünyanın dərdini buraxıb... Azərbaycandan YAPIŞIBLAR! .....                     Ermənistanda Ali Məhkəmə Şurasının sədri istefa verib .....                     Məcnun müəllim bu sahəyə nəzər salmazsa... .....                     Naxçıvanda deputatların maaşı artıb .....                     Cümşüd Nuriyevə "Bir dənə ilişdirərəm, uçarsan ha" deyən Cahandar Bayoğludan açıqlama... .....                     Azərbaycanda pambıq bumu: İxrac niyə kəskin artıb? .....                     “Tərtər işi” ilə bağlı həbs edilən şəxslərdən xəbər var .....                 

Heydər Əsədov bu xidməti "işlədə" bilmədi... - İTTİHAM VAR
Tarix: 14-12-2016, 08:07 | Çap et
Heydər Əsədov bu xidməti "işlədə" bilmədi...
Kənd Təsərrüfatı Nazirliyində ciddi qalmaqal baş verib. Nazir Heydər Əsədovun kadr dəyişikliyi artıq yuxarı instansiyalarda müzakirə olunmaqdadır. Belə ki, təxminən 9 ay əvvəl nazir Heydər Əsədovun əmri ilə Bakı Şəhər Baytarlıq İdarəsinin rəisi Aslan Aslanov gözlənilmədən vəzifəsinən uzaqlaşdırılıldı (Aslan Aslanov hazırda hazırda 3-cü mikrorayon bazarına nəzarət edir-red.). Bir neçə gündən sonra isə bu sahədə tanınmayan biri – Orucəli Quliyev adlı həkim Bakı Şəhər Baytarlıq İdarəsinə rəis təyin olundu. Hamı elə düşündü ki, nazir Heydər Əsədov yenilik etmək istəyir, uğurlar əldə olunmasına çalışır. Lakin çox keçmədən hər şey bəlli oldu.
60 min manatlıq rüşvət iddiası
Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq İdarəsindəki kadr islahatları ilə bağlı cumhuriyyet.az media üzərindən araşdırmalar əsasında ilginc məlumatlar əldə edib. Belə ki, mediafax.az saytının yaydığı həmin məlumatlara görə, Orucəli Quliyev İmişli rayonunda baş baytar həkim işləyib və nazir Heydər Əsədovun sağ əli Azər Süleymanovun adamı kimi tanınıb. Nazirlik divarları arasında gəzən söz-söhbətə görə Orucəli Quliyev bu posta 60 min manat rüşvət verərək təyin olunubmuş. Amma nazir Heydər Əsədov öz ənənəsinə sadiq qalaraq O.Quliyevlə çox işləmədi və cəmi 6 ay sonra Quliyev işdən uzaqlaşdırdı. Elə əsl qalmaqal da bundan sonra başladı. Vəzifədən uzaqlaşdırılan Orucəli Quliyev 60 min manatı 6 ay üçün vermədiyini bildirərək pulunu geri istəyib və əks təqdirdə bütün aidiyyatı orqanları məlumatlandıracağını bildirib. Nazir Heydər Əsədovdan 60 min “əmanətini” geri istəyən O.Quliyevə sakit dayanmasını və onu yenidən İmişliyə baş həkim göndəriləcəyi vədi verilib. Tez-tələsik O.Quliyev yenidən İmişliyə baş həkim göndərilib. Bu zaman ortaya başqa əmma çıxıb. Bəlli olub ki, İmişlinin Orucəli Quliyevdən sonra təyin olunan baş baytar həkimi bu posta təyinat üçün rüşvət veribmiş və o da pulunu geri istəyir. Uzun sürən danışıqlardan sonra əldə olunan razılaşmaya görə, 6 ay əvvəl baş həkim postundan çıxarılan Orucəli Quliyev yenidən İmişliyə baş həkim təyin olunub. Müavin isə hələ də pulunu geri istəsə də ala bilmir.
Nazir otağında məzhəkə
Ümumiyyətlə bildirək ki, Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Dövlət Baytarlıq Nəzarəti Xidmətində (DBNX) bir türlü sualar durulmur. Bir neçə il əvvəl, hələ İsmət Abbasov dönəmində Dövlət Baytarlıq Xidmətinin o zamankı rəisi İsmayıl Həsənov vəzifəsindən uzaqlaşdırılandan sonra hamı düşünürdü ki, nəhayət, bu sistemdə işlər qaydasına düşəcək. Amma gözləntilər özünü doğrultmadı. Belə ki, bu dönəmdən sonra baş verən proseslər haqda cumhuriyyet.az-a daxil olan məlumatlar da maraqlıdır. Bildirək ki, İ.Həsənovun yerinə Xanlar rayonunun Zurnabad kəndində Biokombinatın mudiri isləyən Siyalə Rustəmova DBNX-inə rəis gətirildi. Ancaq yenə də DBNX-də milyonluq yeyintilər və böyük mübarizələr davam etdi. Ona görə ki, həm Dövlət Xidmətində, həm də paytaxt Bakıda kifayət qədər savadlı, təcrübəli mütəxəssislər və alimlər ola-ola nə üçün ucqar rayonda kombinat müdiri işləyən xanıma belə yüksək vəzifə verilməsi çoxlarında qıcıq yaratdı. Heydər Əsədov Kənd Təsərrüfatı naziri vəzifəsinə gətirildikdən sonra, o da DBNX-də qayda yaratmağa qalxdı. Amma Heydər Əsədovun da təyinatı hamını təəssüb içində buraxdı. Ucqar Zurnabad kəndində kiçik bir idarənin müdiri olaraq çalışan Siyalə Rüstəmovanı vəzifədən alan Heydər Əsədov onun yerinə yenə Xanlar rayonundan yeni kadr seçdi. Belə ki, nazir Xanlar rayon Baytarlıq İdarəsinin rəisi Azər Süleymanovu DBNX-inə müvəqqəti rəis təyin etdi. Siyalə Rüstəmovanı isə Sumqayıt səhər Baytarlıq Idarəsinə rəis göndərdi. Sentyabr ayının 14-də, yəni təqribən bir ayyarım əvvəl isə Kənd Təsərrüfatı Nazirliyində Sumqayıt şəhər Baytarlıq İdarəsi tərəfindən yol verilmiş nöqsanlar, o cümlədən Qurban bayramı günlərində heyvan kəsimi ilə bağlı idarənin fəaliyyətiilə dair daxil olmuş şikayətlərlə əlaqədar keçirilən kollegiya iclasında nazir Siaylə Rüstəmovanı işdən azad etdi. Nazir Heydər Əsədovun bu qərarı hamı üçün sürpriz oldu. Amma DBNX-nin müvəqqəti rəisi Azər Süleymanov və ona yaxın olan bəzi şəxslər üçün bu qərar heç də gözlənilməz olmadı. Çünki Siaylə Rüstəmova haqqında qərar verilməmişdən əvvəl Azər Süleymanovun adamları Sumqaytda videoçəkiliş aparmış və həmin video Heydər Əsədova təqdim olunmuşdu. Bundan sonra isə nazirin kabinetində faciə-məzhəkə tamaşası oynanılmışdı. Faciə-məzhəkənin baş rejissoru isə Azər Süleymanov olmuşdu.
Erməni iş adamı ilə rəsmi anlaşma
Mövzu ilə bağlı apardığımız araşdırmalar ilginc faktları üzə çıxarıb. Belə ki, cumhuriyyet.az olaraq mediada yer alan və rəzmən təkzib olunmayan məlumatlarda Heydər Əsədovun rəhbərliyi altında erməni əsili şəxsin şirkəti ilə bağlanan müqavilnin təfərrüatları yer alıb: “Kənd Təsərrüfatı naziri Qor Xeçoyanın «Meqavet» şirkətindən vaksin alırmış Azərbaycanda bəzi məmurların ermənilərlə, hətta Ermənistanla əlaqələr qurduğuna dair iddialar hələ xeyli əvvəldən var. Hətta vəzifə başında erməni əsilli qadınlarla evli olan yüksək çinli məmurların olduğu da deyilir. Lakin indiyə qədər rəsmi qurumlar bunu təsdiqləmirlər. Hətta isbata gərəyi olmayan halları belə. Kənd Təsərrüfatı naziri Heydər Əsədovun da düşmən xalqın nümayəndələri ilə sıx əlaqələri varmış. Belə ki, nazir Azərbaycanda heyvanlar üçün büdcə pulları hesabına alınan vaksinləri «Meqavet» şirkəti vasitəsi ilə realizə edirmiş. Bu şirkətin offşor şirkətlər sırasında olduğu isə təsdiqə ehtiyacı olmayan məlumatlardandır. Lakin məsələnin ilginc tərəfi odur ki, Heydər Əsədovun vaksin aldığı şirkətin başında erməni dayanırmış. Politika.Az-ın dəqiqləşdirmələrinə görə, nazirin əməkdaşlıq etdiyi «Meqavet» şirkətinin rəhbəri Qor Rafaeloviç Xeçoyandır. Xeçoyanın Bakıya gəlib-gedən nümayəndəsi isə gürcüdür. Pata Subzivadze yerli biznesmenlərdən fərqli olaraq, gətirdiyi mallara görə ƏDV ödəməkdən azad edilib. Səbəb isə «obnaliçka» əməliyyatları üzrə pulların həcmini daha artırmaqdır. Heydər Əsədovun qaranlıq işləri bununla da yekunlaşmır. Onun ən etibarlı adamlarından biri olan, hazırda nazirlikdə Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəis müavini Abbas Qaracayev isə fermerlərə ayrılmış kreditləri özünküləşdirməyə nail olub. Belə ki, Qaracayev fermerlər üçün ayrılmış pulları banklara yerləşdirib, onlardan əmanətçi kimi faizlər alır. Bildirək ki, bununla bağlı əlimizdə ciddi faktlar var və ortalıqda onun əlyazması olan sənədlər mövcuddur. Həmin sənədlərdə aşkar şəkildə hansı banklarda nə qədər pulun olduğu, aylıq və illik nə qədər faizlər alındığı qeyd olunub. Bununla bağlı geniş yazımız olacaq. KTN rəhbəri hətta Dünya Bankına da kələk gəlməyə başlayıb. Belə ki, bankın layihəsi əsasında ayrılmış maliyyə vəsaitləriylə REV 1 vaksinləri alınmalıdır. Lakin nazirlik vaksinlərin satınalması üzrə keçirilən beynəlxalq tenderdə ciddi qanunsuzluqlar edib”.
“Ət şou”ları:qohumlar və tələbəlik dostları
Kənd Təsərrüfatı naziri Heydər Əsədovun və Dövlət Baytarlıq Nəzarəti Xidmətinin qurduğu rüşvət mexanizmi sayəsində süfrələrimiz birbaşa xəstəlik mənbəyinə çevrilib. Bu hal hazırda qlobal xarakter daşımaqdadır və xalqımızın gələcəyi üçün ciddi təhlükəyə çevrilməkdədir. Qanunla müəyyən edilməmiş yerlərdə, nəzarətsiz şəkildə küçələrdə kəsilən və satıla cəmdəklər isə birbaşa təhlükə mənbəyidir. Çünki yuxarıda göstərildiyi kimi, qanunsuz yerlərdə kəsilən heyvanlara baytar nəzarəti həyata keçirilmir. Bu gün Bakıda satılan ətlərin 90 faizinə “baytarlıq baxışı” nişanı vurulmur. Azər Süleymanovun işçiləri sadəcə Bakıda və rayonlarda fəaliyyət göstərən on minlərlə ət dükanlarından, dönərxanalardan aylıq rüşvət haqqlarını almaqla vəzifələrini bitmiş hesab edirlər.
Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəis əvəzi Azər Süleymanovun növbəti gedişlərindən biri də Respublikanın rayon və şəhərlərindən Bakı şəhərinə satılmaq üçün gətirilən heyvan cəmdəkləri ilə bağlı yaratdığı “ƏT şosudur”. Son zamanlarda efirlərin daimi müştərisinə çevrilən A. Süleymanov Bakıya gətirilən heyvan ətlərinin güya insan qidasına yaramadığını aşkar edərək qarşısını almışam “şousu” ilə sahibkarlara küllü miqdar zərər vurmuşdur. Azər müəllim müntəzəm olaraq “at əti aşkar etmişəm” çıxışı ilə xof yaradır. Lakin bunla bağlı cumhuriyyet.az olaraq mütəxəssislərdən aldığımız rəydə bildirilir ki, əsasən at əti ilə bağlı əhali arasında çaşqınlıq yaratmaq düzgün istiqamət deyil. Belə ki, at əti də digər kəsilməsinə göstəriş olan heyvanlar kimi qida zəncirinə daxil edilir və at ətindən kəsimində tələb edilən qaydalara əməl etməklə istifadə edilə bilər. (At ətinin baytarlıq –sanitariya ekspertizası).
Sahibkarlara məxsus ətləri yararsız hesab etmək üçün laboratoriyadan istənilən rəyin alınması Azər müəllimin bu “şousunda” vacib şərtlərdəndir. Belə ki, cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, məqsədinə çatmaq üçün A.Süleymanov dayısı oğlu Elşad Rzayevi və tələbə yoldaşı Mübariz Nəbiyevi tabeliyində olan Respublika Baytarlıq Laboratoriyasında mühüm vəzifələrə yerləşdirmişdir. Dəmir Yolunda Baytarlıq Nəzarəti İdarəsinə yeni təyin etdiyi tələbə yoldaşı Kamran müəllim isə evində şirniyyat hazırladaraq Xidmətin yeməkxanasında satdırmaqla və hər gün yeməkxanada bu biznesinə nəzarət etməklə fəaliyyətini elə Xidmətin yeməkxanasında yerinə yetirir.Azər məllim Xidmətə rəs əvəzi gələn kimi öz adamlarının hesabına korrubsiya şəbəkəsi yaratmqaq üçün Müfəttişlik sektorunun müdiri Tofiq Atazadəyə şər atmaqla təyziq altında işdən çıxması haqqında ərizəsini aldı. Onun yerinə isə rayon səviyyəli, dövlət qulluqçusu olmyan Aydın Hüseynovu qanunsuz olaraq dövlət qulluğuna vəzifəyə gətirdi. Ramiz Salmanov da öz sözünüdeyən, qanunsuzluqlarla barışmağı və yaltaqlığı bacarmadığı üçün ərizəsini aldı. Eldəniz Zeynalov kimi təcrübəli, baytarlıq sahəsində püxtələşmiş mütəxxəssisə torba tikərək ştatının ixtisara düşməsinə nail oldu. Apşeron Rayon Baytarlıq İdarəsinin sabiq rəisi, peşəkar baytarlıq mütəxəssisi Səmədov Fəxrəddin yenədə cənab Azər Süleymanovun “Rüşvət şəbəkəsində” iştirak etmək “bacarığı” olmadığı üçün vəzifədən kənarlaşdırıldı. Burada məqsəd birdir Azər müəllimim “çaldığı müsiqiyə” mütləq rəqs etmək. torbaları tikilərək İşdən azad olan mütəxəssislərlə yeni təyin edilmiş kadrlar arasında müqayisə edlməyəcək dərəcədə fərq vardır.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 12:26
Sülh üçün yaşıl işıq yandı: Ermənistan bəyannaməni dəyişir
Bu gün, 12:24
İrəvan KTMT-dən imtina etdi, əsgərlərini bu ölkəyə göndərdi
Bu gün, 12:23
Azərbaycanlı İran casusu Rusiyada saxlanıldı – BAKIYA TƏHVİL VERİLƏCƏK
Bu gün, 12:08
David Vardanyanın təxribat xarakterli müraciəti yayıldı... - "Atam erməni olduğu üçün..."
Bu gün, 12:02
COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçiriləcək
Bu gün, 11:55
Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında nələr baş verir – MÜRACİƏT
Bu gün, 11:46
ABŞ konqresmeni Frank Peloninin Azərbaycanı tərk etməsi rəsmən təsdiqlənib - AÇIQLAMA
Bu gün, 11:45
Ermənistanın daxili işlər naziri istefa verib
Bu gün, 11:44
“Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı - FOTO
Bu gün, 11:42
Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonları KİMİNDİR? - varisləri üçün ƏLÇATMAZDIR...
Bu gün, 11:30
Paşinyan Vatikana gedib
Bu gün, 11:27
Abxaziyada gərginlik səngimir - “Dövlət televiziyası”na hücum edildi
Bu gün, 11:25
Şahbuz təhsilində `ÜSULİ-CƏDİD`... - NARAZILIQ VAR...
Bu gün, 11:23
“Milli Məkan” layihəsi ilə bağlı narazılıq – Milyonluq tender prosesində nə baş verir?
Bu gün, 11:19
Bu məktəblərdə dərslər daha tez başlayacaq - DİQQƏT
Bu gün, 11:15
Dövlət qurumu COP29 tədbiri üçün 1,4 milyon vəsait SƏRF EDİB - DETALLAR
Bu gün, 11:10
Xankəndi şəhəri, Ağdərə, Laçın və Zəngilan rayonları xərclərini büdcədən dotasiya almadan təmin edəcək
Bu gün, 11:07
Ermənistanın militarizasiya siyasətinə cavab olaraq Azərbaycan müdafiə xərclərini artırır
Bu gün, 11:04
Yeniyetmə özünü 13-cü mərtəbədən atdı - Bakıda DƏHŞƏT
Bu gün, 11:03
Prezident İlham Əliyev Rusiyanın maliyyə naziri və Dövlət Dumasında fraksiya rəhbəri ilə görüşüb
Bu gün, 11:00
Tramp sülh müqaviləsinə vasitəçi olacaq? - Metyu Brayza: “O, bir qədər təriflənməyi sevir”
Bu gün, 10:59
Hərbi xidmətdən yayınan gənc həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:57
Paşinyan Ermənistanda genişmiqyaslı istefaların səbəbini açıqladı
Bu gün, 10:51
Amsterdamdakı faciə: ipin ucu İrandan Rusiyayadək uzanır - bu, müasir Avropada tendensiyadırmı?
Bu gün, 10:50
"Referans Pharmaceuticals" da ölkədən çıxarılan valyuta vəsatini qaytarmayıb
Bu gün, 10:36
Bayden gedərayaq TRAMPA QUYU QAZDI... - FAKT BUDUR!
Bu gün, 10:35
Bələdiyyə sədri EL YOLUNU SATDI... - ÖZBAŞINALIQ!
Bu gün, 10:31
“Klon”da rol aldı, müharibədə Azərbaycanı dəstəklədi – Ronaldinyo haqqında bilmədikləriniz
Bu gün, 10:23
Keçmiş məmur 8 il əvvəl boşadığı arvadını BALTALADI - TƏFƏRRÜAT
Bu gün, 10:19
ADAU-da `EGE YEYİNTİSİ`... - İTTİHAM VAR...
Bu gün, 10:10
ABŞ və Rusiya arasında xüsusi əməliyyat gedir - Fitso
Bu gün, 10:04
Paşinyan hökumətini “təmizləyir”: yeni istefalar, yeni adlar və SƏBƏBLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 09:57
Dünyanın dərdini buraxıb... Azərbaycandan YAPIŞIBLAR! - AXI NİYƏ?..
Bu gün, 09:55
Ermənistanda Ali Məhkəmə Şurasının sədri istefa verib - KİV
Bu gün, 09:50
Məcnun müəllim bu sahəyə nəzər salmazsa... - fermerlər DAD DEYİR...
Bu gün, 09:49
Naxçıvanda deputatların maaşı artıb - SİYAHI
Bu gün, 09:43
Cümşüd Nuriyevə "Bir dənə ilişdirərəm, uçarsan ha" deyən Cahandar Bayoğludan açıqlama... - "Barışmışıq..."
Bu gün, 09:40
Azərbaycanda pambıq bumu: İxrac niyə kəskin artıb? - ARAŞDIRMA
Bu gün, 09:38
“Tərtər işi” ilə bağlı həbs edilən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 09:35
Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."
Bu gün, 09:32
Amerikalı iqtisadçı İrəvana məsləhət verib
Bu gün, 09:21
`R.İ.S.K` MTK KÖHNƏ ƏHVALDA: Evi bir neçə nəfərə satırlar... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:18
Paşinyan İrəvanda deyil: nazirləri SMS-lə işdən çıxarıb - “Hraparak”
Bu gün, 09:14
Müəllimlər məhkəməyə, həmkarların sədri polisə müraciət etdi - Kollecdə qalmaqal
Bu gün, 09:00
Neft-Kimya Prosesləri İnstitutunda yarım milyon manatlıq təmir işləri aparılacaq
Bu gün, 08:58
Manana Çaparidzeyə ağır itki
Bu gün, 08:56
"Qiymətlər menyu ilə uyğun gəlmir..." - GİLEY
Bu gün, 08:54
Bayden onunla sonuncu görüşdə də nəticə əldə etmədi - İNCƏLƏMƏ
Bu gün, 08:43
İşçilərin əməkhaqqı məsələsi... - Ekspert danışır...
Bu gün, 08:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru