Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                     Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                     Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” .....                     Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                     Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                     Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                     Yekaterinburqa dron hücumu .....                     Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri .....                     İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib .....                     "İki aydan sonra onlar baş nazir olacaqlar” .....                     Qondarma erməni soyqırımı muzeyində qalmaqal .....                     Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. .....                     Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib .....                     Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib .....                     ABŞ-nin yeni prezidenti Rubio ola bilər .....                     Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... .....                     Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? .....                     Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü .....                     Sosial media qazancının .....                     İrana nüvə bombası atılacaq .....                     Azərbaycanda ət tapılmayacaq? .....                     “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... .....                     “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... .....                 

Əli Abbasovu həbsə aparan YOL - 3-cü yazı
Tarix: 9-12-2016, 09:00 | Çap et
Əli Abbasovu həbsə aparan YOL
Bir neçə gün əvvəl Faktinfo.az “Rabitəçilər işi” və yaxud iş işdən keçəndə”… həmçinin “Rabitəçilər işi” və ya Vidadi Zeynalovun ifadəsindəki müəmma”… başlıqlı məqalələrlə çıxış etmişdi.

Bu yazımızda isə xüsusi qeyd etmək istəyirik ki,kifayət qədər böyük məbləğlər bəzi hallarda ehtiyac olmadan telekommunikasiya qovşağları (TKQ) binalarının təmirinə yönəldilərək “silinib”. Məsələn, təkcə Nizami rayon TKQ-nın binası 2011-2015-ci illərdə iki dəfə əsaslı təmir olunub. Halbuki, bunların heç birində təmirə ciddi ehtiyac olmayıb. Eyni əməliyyatlar paytaxtın digər rayonlarında, eləcə də Sumqayıt və Gəncə şəhərlərində, bölgələrdə mütəmadi olaraq həyata keçirilib. Həm də bu maxinasiyaların daha rahat keçirilməsi üçün Əli Abbasov telekommunikasiya qovşağlarının əksəriyyətinə özünə yaxınları, bir sözlə etibar etdiyi şəxsləri rəis təyin edib. Bu gün də həmin şəxslərin arasında keçmiş tarix və ya ədəbiyyat müəllimlərini, digər peşə və ixtisas sahiblərini aşkarlamaq elə də çətin olmaz.

Daha bir möhtəşəm maxinasiya da rayonlarda aparılan kabelləşmə işləri ilə bağlı olub. Həm də bu maxinasiyalar üçün xüsusilə geniş fəaliyyət imkanları var idi. Kimdir torpağı qazıb metrajları ölçən,çəkilən kabellərin optik və ya səhra üçün nəzərdə tutulan kabel olub- olmamasını yoxlayan, qiyməti 8-10 qəpik olan səhra kabellərinin 4 manatdan yuxarı optik kabel kimi rəsmiləşdirilməsini müəyyənləşdirən? Sərf olunmuş hər 100 metr kabeli 200 metr göstərməyə nə var ki? Eynilə bu cür, keyfiyyətsiz, ucuz kabeli bahalı mal kimi sənədləşdirmək də heç bir çətinlik törətmirdi. İnanın ki, hələ bundan bir müddət sonra, həmin o yeni çəkilmiş keyfiyyətsiz kabellərin sıradan çıxması baş verdikcə, rabitəçilərin başqa “zibillərinin” də üstü yavaş-yavaş açılacaq,dövlətin külli miqdarda vəsaitinin “havaya sovrulduğu” üzə çıxacaq. Onda məlum olacaq ki, bu gün istintaqın aşkar etdiyi mənimsəmə məbləğləri, bəlkə də real rəqəmlərin heç 25%-ni belə təşkil etmir.

Vidadi Zeynalovun “PaLaZı”

RYTN strukturlarında gedən prosesləri daha aydın dərk etmək üçün “AzEurotel” MMC-nin də fəaliyyəti bir nümunə kimi nəzərdən keçirilə bilər. Bu müəssisə öz daxili nizamnaməsinə uyğun olaraq, telefon çəkilişləri, internet xətlərinin çəkilişləri, banklar arasında rabitə sistemi olan “SWİFT”in təşkili, beynəlxalq şəhərlərarası telefon rabitə xidməti, simsiz rabitə xidməti və başqa geniş zolaqlı rabitə xidmətlərini həyata keçirib və BTRİB-nin tabeliyində olub. Əlbəttə ki, təmir-tikinti-quraşdırma işləri sahəsində belə geniş fəaliyyət dairəsinə malik olması, bu müəssisəni də RYTN-in maxinasiya subyektlərindən birinə cevirməyə bilməzdi. “AzEurotel”-in direktoru Cabit Rəsulov da istintaqa verdiyi ifadəsində bildirib ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən rabitə qurğularının təmiri və tikintsi ilə əlaqədar əsaslı işlər görülmədiyi halda, birliyin baş direktoru Beytulla Hüseynov kağız üzərində “görülmüş” işlərə görə münzətəm olaraq “AzEurotel”ə vəsait ayırıb, sonradan isə, ayrılan həmin vəsaitləri öz şirkətləri üzərindən geri alaraq mənimsəyib. Məsələn, Beytulla Hüseynov BTRİB-nin 800 min manatını “AzEvrotel” MMC-nin inzibati binasında kondisionerlərin quraşdırılması adı altında mənimsəyib. Rəsulovun dediyiyinə görə, sənədlərdə guya binanın bütün kondisioner sisteminin yenilənməsi öz əksini tapmışdı. Əslində isə, heç bir kondisioner-filan quraşdırılmayıb, B.Hüseynov görülməmiş işlərə görə 800 min manatı RYTN-in aparat rəhbəri Vidadi Zeynalova aid olan “PLZ” MMC-nin hesabına köçürüb, daha sonra oradan nəğdləşdirərək götürüb.

Bəli, bax beləcə, üsulluca gəlib çıxdıq Vidadi müəllimin “palazı”nın üzərinə. Artıq mətbuat səhifələrində bu müəssisənin yaradılması və fəaliyyət istiqamətləri barədə kifayət qədər ətraflı məlumat verilib. Qeyd olunub ki, “PLZ” MMC (Vidadi Zeynalovun üç övladının adlarının baş hərflərindən ibarət kombinasiya) məktub daşınması, eləcə də tikinti və təmir işləri ilə məşğul olub. İlkin olaraq, MMC aparat rəhbərinin sürücüsünün adına təsis edilib. İstintaq zamanı Vidadi Zeynalov MMC-nin ona məxsus olmadığını desə də, sürücü istintaqda bu məsələyə birmənalı aydınlıq gətirib. “P.L.Z” MMC-nin sonuncu direktoru isə, Mahmud İbrahimov adlı bir şəxs olub. Vidadi Zeynalovla 2013-cü ilin əvvəllərində, elə onun bağ evində təmir işləri ilə məşğul olarkən tanış olduğunu bildirən Mahmud İbrahimov deyib ki, RYTN-in aparat rəhbəri onun işini bəyəndiyindən, aralarında münasibət yaranıb. Bu əsasda da Vidadi Zeynalov ona “P.L.Z” MMC-ni “işlətməyi” təklif edib. Bundan sonra o, şirkətin təsisçisi və Zeynalovun sürücüsü olan Elçin Əliyevlə tanış olub. Öz ifadəsində Mahmud İbrahimov həmçinin bildirib ki, Vidadi Zeynalov “Aztelekom” MMC-nin, “Azərpoçt” MMC-nin və BTRİB-nin rəhbərlərinə tapşırıb ki, keçirilən tenderlərdə “P.L.Z” MMC-ni qalib elan etsinlər. Bundan sonra tender və ya “kotirovka” sənədləri yalnız formal qaydada hazırlanıb.

Beləliklə, Mahmud İbrahimov da aparat rəhbərinin bu “PaLaZı”na bürünüb və RYTN-lə birgə “sürünüb”. Təbii ki, nazirliyin bütün maxinasiyaları tək bir müəssisə ilə həyata keçirilməyib. İstintaq zamanı bir çox belə MMC-lərin adları açıqlanıb. Bunlardan “Stabil Biznes-12” MMC, “Fərid-R” firması, “Violin Travel” MMC daha çox “fəallıqları” ilə seçiliblər. Yəni fəallıq dedikdə təbii ki, real görülən işlər nəzərdə tutulmur. Söhbət sadəcə nəğdləşmə əməliyyatlarının intensivliyindən gedir. Məsələn, istintaqa verdiyi ifadəsində “Stabil Biznes-12” MMC-nin təsisçisi və direktoru Muxtar Abdullayev deyib ki, onun şirkətinin ümumiyyətlə hansı fəaliyyəti olmayıb. MMC nazirliyin hər hansı qurumunda, o cümlədən “Azərpoçt”da heç bir iş görməyib. Sadəcə olaraq MMC-nin bank hesabı ilə əməliyyatlar aparılıb. Qeyd edək ki,“Fərid-R” firmasının təsisçisi Faiq Seyidov Vidadi Zeynalovun bacısının həyat yoldaşıdır.Bu şirkət və MMC-lərdən isə ən çox diqqət çəkənlərdən biri “Violin Travel” MMC-dir…

Əli Abbasov – burda nə baş verir?!

Bilirsiz niyə məhz belə bir altbaşlıq ağlıma gəldi? Ona görə ki, son vaxtlar mətbuatda dərc olunan və “Rabitəçilər işi”ndən bəhs edən materiallarda qəribə bir tendensiya hiss olunmaqdadır. Yazılarla tanış olduqca belə bir təəssürat yaranır ki, sanki keçmiş rabitə nazirinin bütün bu baş verənlərdə heç bir rolu olmayıb. Hətta, Əli Abbasovun qohumu olan Hikmət Şirinovun rəhbərlik etdiyi “Violin Travel” MMC-nin də bütün bu proseslərdəki rolu, az qala tamamilə qanuni fəaliyyət kimi təqdim olunur. Yayımlanan açıqlamalarda Hikmət Şirinovun istintaqa verdiyi ifadəyə əsaslanaraq bildirilir ki, bu şəxs direktoru olduğu MMC-nin məhz qanuni şəkildə fəaliyyət göstərdiyini və tenderlərdə qalib gəldiyini söyləyib. Bir neçə poçtun təmiri və tikintisini həyata keçirən Hikmət Şirinov bu işlərdən 10 faiz leqal qazancının olduğunu deyib.

Keçmiş nazirin özünə gəlincə isə, mən bu barədə hələ 1-ci yazıda da müəyyən fikirlər ifadə etmişdim. Söhbət Əli Abbasovun hər ay 200-300 min manat məbləğində “xərclik” almasına dair etdiyi etirafdan gedir. Yazıda qeyd olunmuşdu ki, Əli Abbasovun bilavasitə özünə aid etdiyi mənimsəmələri aylıq 200-300 min manat civarına sığışdırmaqla, dövlətin yüz milyonlarla mənimsənilən vəsaitlərindən diqqəti yayındırmaq, eyni zamanda da, keçmiş nazirin bütün bu baş verənlərdən guya ki, xəbərsiz olması görüntüsü yaratmaq cəhdləri sözün əsil mənasında hiddət doğurur. Şəxsən mən bunu bilirsiz nəyə bənzədirəm? Təsəvvür edin ki, üç-dörd nəfər oğrudan ibarət bir dəstə hansısa bir evi soymaq qərarına gəlir. Bu zaman dəstədən biri hər zaman “ayaq”da durur ki, evə kimsə gəldiyində şərti siqnalla içəridəkiləri xəbərdar etsin. Dəstə tutulanda isə, həmin o “ayaq”çı polisdə and-aman edir ki, mənim heç nədən xəbərim olmayıb. Sadəcə mənə 10-15 manat verib, burda dayanmağımı tapşırıblar. Sonda isə məlum olur ki, sən demə bu dəstənin təşkilatçısı da, başçısı da elə həmin “ayaq”çı özü olub.

İndi özünüz seçim edin. Yarımbaşlıqda səslənən sualı olub-bitənlərdən “bixəbər” olan keçmiş nazirinmi adından verək, yoxsa Əli Abbasova bəraət qazandırmaq cəhdlərindən narazı olan şəxslərinmi?

Bəs deyirdiz, Əli Abbasov humanist alimdir..?

Amma yox, bəraət cəhdi çətin ki, baş tutsun. Hər halda istintaqa verilən ifadələrdən belə qənaətə gəlmək olur ki, Əli Abbasov barəsində mütləq bir neçə epizod üzrə cinayə işi açılacaq. Hətta deyim ki, ən yaxın günlərdə keçmiş nazir barəsində həbs qəti imkan tədbiri seçilsə, mən buna da təəccüblənmərəm. Artıq bu barədə müvafiq ictimai rəy də formalaşıb. Yəni, Əli Abbasovun dürüst kadr, humanist alim və digər bu kimi maskaları da artıq yırtılıb. Bu da ona görə baş verib ki, yüz milyonlarla gəlirləri talan edən, bunun müqabilində isə rabitəçilərə 50 mənzillik bir bina tikib, bir mənzillə belə təmin etməyən keçmiş nazirin mətbuatdakı dəstəkçiləri də artıq ondan üz döndəriblər. Əlbəttə, bu da gözlənilən idi. Axı, indi onun hər ay bu təəssübkeşlərinə 3-5 min manatlıq “paket” göndərmək imkanları da yoxdur.

Həmçinin, Əli Abbasovun Vidadi Zeynalovla dostluqlarının tarixçəsi də xüsusi maraq doğuran bir məqamla bağlıdır. Faktinfo.az-a bir müddət əvvəl bəlli idi ki, bu dostluq məlum “Hacı Məmmədovun işi” ilə bağlı olaylardan sonra daha da möhkəmlənib. Belə ki, həmin vaxt RYTN-nin aparat rəhbəri də bu işlərə “bulaşmışdı”. Lakin sonradan məhz Əli Abbasovun səyləri nəticəsində Vidadi Zeynalov öz yaxasını layiqli cəzadan qurtara bildi. Əli Abbasovun bu səyləri isə, yenə də keçmiş MTN rəhbərliyi ilə olan əlaqələri sayəsində səmərə vermişdi. Nazir və Aparat rəhbərinin “dostluqları” da məhz bu zəmində dərinləşmişdi. Lakin indi artıq necə deyərlər, dostların da “üzə durduğu” zaman yetişib. Diqqət edirsinizsə, artıq Beytulla Hüseynov ilkin ifadəsində dediyi kimi rəhbərliyə 10 milyon deyil, 24 milyon verdiyini iddia edir. Heç şübhə etmirəm ki, istintaq davam etdikcə bu məbləğ də dəyişəcək, hesab 50, bəlkə də 100 milyona çıxacaq. Hələ bir Əli Abbasovun özünə də cinayət işi açılsa, bu zaman artıq RYTN üzrə aşkarlanacaq ümumi mənimsəmələrin daha böyük məbləğə çatacağını da gözləmək olar.

Siz də deyirsiniz ki, nazirin aylıq 200-300 min manat xərclik alması dəhşətdir. Yox, əsil dəhşətlər hələ ictimaiyyətə təqdim olunmayıb,yəqin olunacaq. Bax, onda da biz deyəcəyik ki, necə qan ağlamasın daş bu gün?..

Fuad İsgəndərov
Faktinfo.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Bu gün, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Bu gün, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Bu gün, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Bu gün, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Bu gün, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Bu gün, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Bu gün, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Bu gün, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Bu gün, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Bu gün, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Bu gün, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Bu gün, 13:19
“Georgian Airways” müflis ola bilər
Bu gün, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Bu gün, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Bu gün, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Bu gün, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Bu gün, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Bu gün, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Bu gün, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Bu gün, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Bu gün, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Bu gün, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Bu gün, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Bu gün, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Bu gün, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Bu gün, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Bu gün, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Bu gün, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Bu gün, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Bu gün, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Bu gün, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Bu gün, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Bu gün, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Bu gün, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Bu gün, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Bu gün, 10:25
“AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Bu gün, 10:20
“Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Bu gün, 10:04
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Bu gün, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Bu gün, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Bu gün, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Bu gün, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Bu gün, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Bu gün, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Bu gün, 07:31
Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru