Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır .....                     Söhrab İsmayılov həbs oluna bilər? .....                     Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: .....                     Bərdədə Zümürxan gölü zibilliyə çevrilib .....                     Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... .....                     Müxalifət üçün itirilmiş .....                     İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb .....                     İran ordusu ABŞ-a xəbərdarlıq edib .....                     Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... .....                     "Özünə arxayın olmaq adamı qudurdur" .....                     Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi .....                     Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi .....                     “Georgian Airways” müflis ola bilər .....                     Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir .....                     Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? .....                     İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür .....                     Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” .....                     Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş .....                     Qaynarinfo.az 19 yaşında! .....                     Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur .....                     AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? .....                     Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək .....                     Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir .....                     Yekaterinburqa dron hücumu .....                     Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri .....                     İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib .....                     "İki aydan sonra onlar baş nazir olacaqlar” .....                     Qondarma erməni soyqırımı muzeyində qalmaqal .....                     Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. .....                     Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib .....                     Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib .....                     ABŞ-nin yeni prezidenti Rubio ola bilər .....                     Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... .....                     Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? .....                     Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü .....                     Sosial media qazancının .....                     İrana nüvə bombası atılacaq .....                     Azərbaycanda ət tapılmayacaq? .....                     “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... .....                     “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... .....                 

“Rabitəçilər işi” və ya Vidadi Zeynalovun ifadəsindəki müəmma… - Maxinasiyaların təkamülü
Tarix: 5-12-2016, 08:32 | Çap et
“Rabitəçilər işi” və ya Vidadi Zeynalovun ifadəsindəki müəmma…
2-ci yazı


Ötən həftə ““Rabitəçilər işi” və yaxud iş işdən keçəndə…” başlıqlı yazıda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) keçmiş rəhbərliyi dövründə baş verən məlum hadisələrdən bəhs edən məlumat xarakterli yazıların əsasında müəyyən təhlillər aparıb və bu təhlillərin bəzi nəticələrini oxucularımızla bölüşmüşdük.

Göründüyü kimi İslam aləmində sevilərək anılan iki həzrətin adını öz ad və soyadında ümumiləşdirən Əli Abbasov sonda,elə etimad göstərib yüksək vəzifəyə təyin etdiyi şəxslər tərəfindən də “satılır”. Bu fikrimizi faktlara istinadən izah etməzdən əvvəl, İqtisad Universitetindən özü ilə RYTN-ə aparat rəhbəri gətirdiyi Vidadi Zeynalovun ifadəsindən bəzi məqamlara diqqət yetirək: “Azərpoçt” MMC-dən hər ay təqribən 50 min manat, Məlumat Hesablama Mərkəzindən hər ay 50 min manat, Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzindən (BƏHM) isə, 220000 – 240000 manat məbləğində pul verilib. Lakin həmin struktur bölmələri bu məbləğləri mütəmadi olaraq verməyib. Elə vaxtlar olub ki, gəlirləri olmayıb və həmin strukturlar pul verməyib.

Bundan əlavə, qoyulmuş qaydaya görə həmin idarələr tərəfindən verilən pulların 25-30 faizi onların özlərinə qaytarılıb. BTRİB və “Aztelekom” MMC üzrə verilən aylıq puldan onlara faiz verilməyib. Belə ki, onların fəaliyyət sahələri nisbətən geniş olub. Müəyyən olunmuş aylıq pul vəsaitlərini verdikdən sonra qalan vəsaitlər onlara qalıb. Bu qayda ilə həmin idarələrə ayda təxminən 50-100 min manat pul qalıb. “Aztelekom” MMC-dən hər ay pulu cəmiyyətin direktoru Məhəmməd Məmmədov və ya onun Qulu adlı köməkçisi, həmçinin cəmiyyətin baş mühasibi Oqtay adlı şəxs verib…”

Göründüyü kimi, V.Zeynalovun ifadəsində diqqət çəkən məqam ondan ibarətdir ki, təşkilatlardan ona verilən pulların 25-30 faizini onların özlərinə qaytarsa da, BTRİB və “Aztelekom” MMC üzrə verilən aylıq puldan 25-30 faiz geri qaytarmayıb. Aparat rəhbəri bu halı həmin təşkilatların faliyyət sahələrinin geniş olması ilə əsaslandırıb. Yəni, V.Zeynalovun təbirincə desək, “qoyulmuş qayda”ya əsasən o, BTRİB və “Aztelekom” MMC-nin rəsmiyyətdən kənar, əlavə “gəlir” sahələrinin olduğunu bilib.

Elə Faktinfo.az olaraq bu “qoyulmuş qayda”dan kənar BTRİB və “Aztelekom” MMC-nin əlavə “gəlir”lərinin haradan ola biləcəyi ehtimalına kiçik bir aydınlıq gətirməyə çalışaq.

BTRİB-nin xətti ilə həyata keçirilən ən sadə, necə deyərlər “başağrısız” maxinasiyalardan birinə diqqət edək. Təsəvvür edin ki, Bakının rayonlarından birində yaşamaqla, siz BTRİB-nin müştərisisiniz (və yaxud da abonent deyək). Əgər sizin telefon rabitəsi xidmətlərinə görə ay ərzində ödədiyiniz məbləğ deyək ki, 4-5 manatı keçirsə (aylıq abunə haqqı, şəhərlərarası zənglər, müxtəlif servis xidmətləri və sairə üçün olunan ödənişlər), bu zaman hər dəfə sizin hesabınıza 70-80 qəpik artıq ödəniş məbləği yazılsa belə, siz bunu böyük ehtimalla heç hiss etməyəcəksiniz. Hətta hiss etsəniz belə, BTRİB-nin mütəxəssisləri bunu elə məharətlə əsaslandıracaqlar ki, hesabın düzgünlüyünə heç bir şübhəniz qalmayacaq. Yəni,109-a zəng, digər bəhanələr uydurulacaq. İndi isə gəlin bəsit bir hesablama aparaq. Paytaxtın on iki rayonunun hər birində, ortalama 60-70min nəfər abonent var. Yəni Bakı şəhəri üzrə ümumi abonent sayını şərti olaraq, 800 min nəfər götürə bilərik. İndi isə, bu abonentlərin hər birindən ayda şəhərlərarası danışığa və sair “uydurulmuş” əsaslanmaya görə sadəcə 50 qəpik artıq ödəniş alındığını təxmin edək. Nəticədə, BTRİB-nin yalnız bu saxtakarlıq vasitəsilə hər ay abonentlərindən təqribən 350-400 min manat oğurladığı məlum olur. Hər bir abonentdən oğurlanan 50-60 qəpik və ya daha artıq vəsaitə görə isə heç kim yuxarı təşkilatlara “məndən artıq ödəniş tələb olunur”deyə teleqram vurmurdu. Bu olsa belə, həmin abonentə məxsusi yanaşılırdı və bununla da məsələ yekunlaşırdı. Onu da qeyd edim ki, mütəxəssislər konkret bu maxinasiya ilə bağlı daha böyük rəqəmlər ortaya qoya bilərlər. Mən isə, sadəcə minimum həddə diqqət çəkmək istədim.

Yenidən qayıdaq maxinasiyalar mövzusuna. Nəzərə almaq lazımdır ki, eyni talan sxemləri “Aztelekom” MMC tərəfindən də Azərbaycanın bütün rayon və bölgələrinə tətbiq olunurdu. Zamanla müxtəlif vaxtlarda rayonlardan aldığımız məlumatlarda, telekommunikasiya qovşaqları tərəfindən abonentə bir ay üçün 5-10 manat artıq məbləğdə borc yazıldığı hallar barədə açıqlamalar təqdim olunub. Ümumilikdə isə, təkcə bu artıq yazılan borclar hesabına “Aztelekom” MMC-nin hər ay mənimsəyə biləcəyi məbləği 250-300 min manat civarında qeyd etmək olar. Amma dediyimiz kimi, bu saxtakarlıqlar “Rabitəçilər işi”ndə maxinasiyaların ən bəsitləri, ən primitivləridir. İstintaqın gedişi isə, daha mürəkkəb mənimsəmə üsullarını müəyyən etməkdə davam edir…

BƏHM – “rabitəçilərin” əsas valyuta qaynağı

Böyük ehtimalla, bu maxinasiyaları ləğv olunmuş MTN-nin rəhbərliyi də bilirmiş və elə bu səbəbdən də RYTN-nin sözügedən müəssisələrindən aylıq “haqq” alırmış. Nazirin tapşırığı (Əli Abbasov nəzərdə tutulur-red) ilə hər ay 50 min ABŞ dolları MTN-in Monitorinq Xidmətinin rəisi Teymur Quliyev adlı şəxsə, 100 min ABŞ dolları nazirliyin kuratoru Sübahir (MTN-in Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov-red.) adlı şəxsə sürücüsü vasitəsi ilə göndərilirmiş.

Eləcə də, hər ay RYTN-nin sabiq aparat rəhbəri V.Zeynalova Beynəlxalq Əlaqələr və Hesablama Mərkəzindən verilən 220-240 min manat məbləğində pula diqqət çəkək. Bu qədər vəsait haradan yığılıb verilə bilərdi? BƏHM rəsmi olaraq nazirliyin tabeçiliyində olan təşkilat kimi təqdim olunsa da, əslində bu qurum müstəqil bir təşkilat kimi fəaliyyət göstərib. Yəni, müstəqil olaraq qərarlar vermək imkanına malik olub. O cümlədən, Beynəlxalq Telekommunikasiya İttifaqı (İTU), Regional Rabitə Birliyi (RSS), Poçt və Telekommunikasiya Administrasiyalarının Avropa Konfransı Təşkilatı (CEPT), Beynəlxalq Telekommunikasiya Peyk Təşkilatı (İTSO), Ümumdünya Poçt İttifaqı (UPU) və digər təşkilatlarla əməkdaşlıq da edib. Bu qədər işin qabağında hər ay 220-240 min manat məbləğində nazirliyə pul ödəmək o deməkdir ki, BƏHM-nin əsas vəzifəsi RYTN üçün böyük məbləğlərdə vəsaitin toplanması olmuşdur. Həm də bu pullar “Aztelekom” MMC tərəfindən deyil, məhz BƏHM tərəfindən yığılıb.

Bu yığımların sxemini təxmini də olsa belə açıqlamaq olar. Tutaq ki, hər hansı bir xarici ölkədən BTRİB-nin, “Aztelekom” MMC-nin abunəçisinə zəng daxil olub. Bu zaman xaricdən gələn zəngə görə, xidmət haqqını oradakı operatorun abunəçisi ödəyir. Burada da ona cavab verən bir abunəçi vardır və bu rabitəni təmin etmək üçün “Aztelekom” MMC-nin Beynəlxalq Avtomat Telefon Stansiyası, BTRİB-in telefon şəbəkəsi işə qoşulur və müvafiq xidmətin davamı burada göstərilir. Deməli, xaricdəki operator xidmət haqqını aldığı üçün o, pulu bizim operatorlarla da bölüşməlidir. Bu zaman, rabitə müəssisələri arasında beynəlxalq hesablaşmaların aparılması labüd olur. Bunu da BƏHM aparır. Demək ki, daxil olan məbləğlər müəyyən maxinasiyalar vasitəsilə hesablardan çıxarıla və mənimsənilə bilərmiş.

Bu səbəbdən hazırda məhkəmə zamanı ifadələrdən bəlli yüz minlər o qədərdə ağla batan deyil. Söhbət milyonlardan gedə bilər ,həm də xarici valyuta ilə. İctimaiyyətə təqdim olunan bir neçə yüz min manat barədə etiraflar isə, getdikcə daha çox aktuallığını itirir. Çünki, rəsmi məlumatlara görə, il ərzində 400 milyon dəqiqədən artıq giriş, 100 milyon dəqiqədən artıq isə çıxış olur. Bu qədər danışığın hesabına daxil olan vəsaitlər rabitənin inkişafına yox, rabitədə çalışanların rifah halının yaxşılaşdırılmasına deyil, ortalıqda 5-3 insan arasında pay-pürüş edilib. Bu həm də o anlama gəlir ki, RYTN-də qurumlar bir-birinin funksiyasını da təkrarlayıb. Bu ona dəlalət edir ki, “Aztelekom” MMC-nin özəlləşdirilməməsinin səbəbində də bu kimi maraqlar dayanıb. Ehtimal ki,bu pulların silinməsi üçün həddindən çox şişirdilmiş işçi ştatları saxlanılıb. Mükafatlar, ezamiyyət xərcləri, təmir, dəftərxana, avtomobil və digər xərclərin hamısı şişirdilib… Ardı var

Fuad İsgəndərov










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Bu gün, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Bu gün, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Bu gün, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Bu gün, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Bu gün, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Bu gün, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Bu gün, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Bu gün, 15:39
Doğdu günəş qırmızı... İməcliyə apardılar HAMIMIZI... - Nəqşi-cahanın... Talıbovdan qalma NAXŞI...
Bu gün, 15:33
"Özünə arxayın olmaq adamı qudurdur"
Bu gün, 15:20
Zelenskinin Azərbaycana səfəri Z-blogerləri qəzəbləndirdi – “ikili standartlar” yenidən gündəmdə
Bu gün, 15:05
Ukraynanın “marslı”sı rusları dəhşətə gətirdi – 35 min əsgər necə öldürülüb?
Bu gün, 13:19
“Georgian Airways” müflis ola bilər
Bu gün, 13:11
Bakıda yeni oğru PEYDA OLUB: "parik"dən istifadə edir - VİDEO
Bu gün, 13:09
Zelenskinin Bakı səfəri: Gözləntilər nədir? - AKTUAL
Bu gün, 12:49
İranda “işləməyən” Venesuela modeli: fanatiklərin müqaviməti hələ güclüdür - İNCƏLƏMƏ
Bu gün, 12:43
Oğluma məcburən saxta toy etdirdim, pul yığdım...” – Meyxanaçı Samirədən ŞOK AÇIQLAMALAR
Bu gün, 12:22
Deputata məxsus olduğu deyilən şirkətə 498 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 12:19
Qaynarinfo.az 19 yaşında! - UĞUR YOLU...
Bu gün, 12:09
Zaqatalada qəzalı vəziyyətdə olan BİNA: Yağış suları evlərə dolur - FOTO
Bu gün, 12:05
AZƏRBAYCANDA MOBİL İNTERNET NİYƏ BAHALAŞIB? - "İstehlakçılara qarşı bu cür davranış yolverilməzdir..."
Bu gün, 11:59
Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
Bu gün, 11:46
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanda işgüzar səfərdədir - FOTO
Bu gün, 11:41
Yekaterinburqa dron hücumu − Xəsarət alan var
Bu gün, 11:40
Yeni tikililən binalarda mənzil qiymətlərinin sürətli dəyişməsinin səbəbləri - ARAŞDIRMA
Bu gün, 11:37
İranın gizli təşkilatının rəisi İsrailə casusluğa görə edam edilib -“tabnak”
Bu gün, 11:36
"İki aydan sonra onlar baş nazir olacaqlar” – Paşinyandan səs-küylü AÇIQLAMA
Bu gün, 11:26
Qondarma erməni soyqırımı muzeyində qalmaqal - "Hraparak"
Bu gün, 11:21
Trampın İran strategiyası niyə iflasa uğraya bilər?.. - YƏHUDİ EKSPERT
Bu gün, 11:17
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
Bu gün, 11:15
Turizm Agentlini eyni şirkətə bir gündə iki tender verib - DETALLAR
Bu gün, 11:06
ABŞ-nin yeni prezidenti Rubio ola bilər - Politico nəşri
Bu gün, 11:03
Gəncədə terror qurbanlarının evləri... NECƏ QANUNDAN KƏNAR OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:56
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Bu gün, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Bu gün, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Bu gün, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Bu gün, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Bu gün, 10:25
“AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Bu gün, 10:20
“Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Bu gün, 10:04
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Bu gün, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Bu gün, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Bu gün, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Bu gün, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Bu gün, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Bu gün, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Bu gün, 07:31
Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru