43 YAŞLI QADIN DƏNİZDƏ BOĞULDU
Tarix: 29-07-2012, 14:42 |
Çap et
FHN İŞÇİLƏRİ AYGÜN QƏDİROVANIN CƏSƏDİNİ ÇIXARA BİLİBLƏR
DİA.AZ: - Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, 29 iyul 2012-ci il tarixində Lənkəran şəhərində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 3 km solda nəzarətsiz ərazidə) 1969-cu il təvəllüdlü Qədirova Ayğün Hüseynağa qızının dənizdə batma ehtimalı olması barədə məlumat daxil olub.
DİA.AZ-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib və axtarışlara başlanılıb.
Axtarışlar nəticəsində A.Qədirovanın cəsədi batdığı yerdən, təxminən 1 km solda dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Məlumatda deyilir ki, əməliyyat saat 11:48-də başa çatıb.