APRELDƏ MAŞIN QAÇIRANI İNDİ YAXALADILAR
Tarix: 28-07-2012, 11:56 |
Çap et
BUNUN ÜÇÜN POLİS ƏMƏLİYYAT QURUB
Bakı şəhər Baş Polis idarəsinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, aprelin 16-sı saat 05:10 radələrində M.Hadi küçəsində naməlum şəxs Bakı şəhər sakini Raqif Hacıyevin taksi kimi idarə etdiyi "VAZ-2107" markalı avtomobilə əyləşərək Vidadi küçəsində onu hədələyib pul tələb edib.
Daha sonra Hacıyevi düşürdərək avtomobili qaçırımışdır. Bakı şəhər BPİ CAİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Asif Osmanov iyulun 27-də yaxalanıb.