Kişi sahibkarları yarıtmışdılar... qalmışdı qadın sahibkarlar... .....                     "Əvvəllər bir sabunla həm çimmək, həm də paltar yumaq olurdu" .....                     SOCAR-da işçiyə NÖKƏR gözündə baxırlar... .....                     "Bu sullara cacab verən baba-igid məmur varmı?!" .....                     Burda SAXTA DOLLAR satılır? .....                     Paşinyan Astanada keçiriləcək Aİİ sammitinə qatılmayacaq .....                     Azərbaycan və Latviya qiymətləndiriciləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb .....                     Təhsilimiz Bağırovlardan qurtula bilmir .....                     “Kontakt Home” camaatla MƏZƏLƏNİR .....                     "Suraxanı bazarı”nın qanunsuz genişlənməsi təsdiqləndi .....                     Qubada ŞƏHİD RUHUNA sayğısızlıq! .....                     AFFA PFL-in prezidenti postuna onu gətirmək istəyir .....                     "Kim 100-200 manat üçün işləməkdən imtina edər?" .....                     Xaricdə təhsil alan nazir Məcnun Məmmədovun diplomu təsdiq olunacaq? .....                     Bu pulları dəyişsəz, itirə bilərsiniz .....                     "Arvad" sözünü dilimizdən çıxaraq? .....                     "Diplomatın bu cür tənqidi çıxışını həm də bir siqnal kimi yozmaq mümkündür" .....                     Masada 3 ssenari var: Hansı ağır gələcək? .....                     Moskva Ermənistan xalqının Rusiyayönlü mövqedə olduğunu göstərməyə çalışır .....                     Öz pulumuzu özümüzə satan banklar: Komissiya haqqı niyə yüksəkdir? .....                     Rusiyadan qaçan bankir: .....                     MİDA-nın 250 min manatlıq müqaviləsi 20 manatlıq şirkətə verildi .....                     Kinematoqrafçılar İttifaqının iclasında dava düşdü .....                     Bu gün QURBAN BAYRAMIDIR... .....                     “MTN işi” ilə bağlı üzücü XƏBƏR: Zərərçəkənlərdən daha biri... .....                     Azərbaycan XİN başçısının Moskvaya, Rusiya müdafiə nazirinin isə Bakıya səfərinə hazırlıq gedir .....                     “Vaşinqton sənədini cırıb atmayacağıq” .....                     “Yüksəliş” müsabiqəsinin qalibinə bankda yüksək vəzifə verildi .....                     Ermənilər seçim qarşısında .....                     GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: .....                     Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq .....                     PREZİDENT “YERİNDƏ SAYIRIQ, İDXALI AZALTMALIYIQ” DEDİ... .....                     Hafiz Hacıyev cərimələnib .....                     Azərbaycanda 14 il əvvəlki cinayətin üstü açıldı .....                     Ermənistan və ABŞ TRIPP-lə bağlı saziş imzaladı .....                     “Diadem” şirkəti mənfəətini bölüşdürəcək .....                     Özümüzü buğda ilə necə təmin edək? .....                     “Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir .....                     "TDT-nin müdafiə qanadının nüvəsi Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı olacaq" .....                     Uşaqpulu, yoxsa sosial yardımlar?.. .....                 

AKP-nin yeni idarəçiləri kimlər oldu? - TƏHLİL
Tarix: 14-09-2015, 12:44 | Çap et
AKP-nin yeni idarəçiləri kimlər oldu?
Şənbə günkü V qurultayı Əhməd Davudoğlu “təzələnmə şöləni” adlandırdı. Əlbəttə, hüquqi kimlik daşıyan bütün qurumların ali orqanı olan qurultaylar “təzələnmək” üçün keçirilir və bu mənada AKP lideri Davudoğlu desə də, deməsə də, şənbə günkü “şölən” də bir “təzələnmə”dir. Ancaq şənbə günkü “təzələnmə”nin dünya siyasət müntəxəbatında rast gəlinməyən cəhətləri vardır; bəli, professor Əhməd Davudoğlu 27 avqust 2014-cü ilin fövqəladə qurultayında oturduğu AKP lideri kreslosuna bir daha oturdu; amma və lakin xüsusilə siyasi partiyaların qurultaylarının əsas “təzələmə” yeri olan Mərkəzi Qərar və İdarə Şurasının (MKYK) yeni siyahısında ölkəni 13 ildən bəri idarə edən partiyanın hal-hazırkı liderinin (eyni zamanda hökumət başçısının) deyil, partiyanın qurucu liderinin və hazırkı prezidentinin möhürünü görmək üçün Allahın hamıya verdiyi bir cüt göz kifayət edir. İddialara görə, 30 ildən bəri Ərdoğana yaxınlığıyla tanınan keçmiş nəqliyyat, dənizçilik və kommunikasiya naziri, hazırkı prezidentin baş müşaviri Binali Yıldırım qurultaya təqdim edilmək üçün Əhməd Davudoğlunun hazırladığı MKYK siyahısında öz adını görməyincə sədrliyə namizəd olacağını AKP liderinə çatdırmışdı. Ərdoğanın müdaxiləsiylə Binali Yıldırımın adı MKYK siyahısına daxil edilməklə qalmamış, Davudoğlunun siyahısı tamamilə tədavüldən qaldırılmışdı.

12 iyuldakı qurultayı Ankaranın “Arena” salonundan izlədim. Binali Yıldırımla bağlı iddianın doğru olduğuna inanıram. 30 avqustda prezident Ərdoğanın Beştəpə sarayında verdiyi Zəfər bayramı ziyafətində Binali Yıldırımı çox iddialı görmüşdüm; Kars-Tiflis-Bakı dəmiryolunun tikintisində yaranmış problemdən təzəlikcə xəbərdar olduğunu, işi öz nəzarətinə götürdüyünü və yaxın gələcəkdə problemin aradan qaldırılaraq işlərin tamamlanacağını özündən əmin və tərəddüdsüz şəkildə vurğulamışdı. Bu, mənə baş müşavirdən çox, baş nazirin açıqlaması təsiri bağışlamışdı. Binali Yıldırımın bu şəkildə özündən əmin danışmasının ilhamvericisi isə məlum idi: prezident Ərdoğan feili şəkildə hökumətin icraatlarını da siyasətin “seyri-səfər”ini də öz qüdrətli nəzarəti altında saxlayır. 12 sentyabrda “Arena” salonunda qurultay nümayəndələrinin səsverməsinə təqdim edilən MKYK siyahısı bunun örnəklərindən biriydi.

AKP-nin “təzələnmə şöləni”ninin təsdiqindən keçmiş MKYK siyahısı üzərində gəzinərkən, bir neçə kriteriyaya önəm verildiyini görürük:

Siyahıda Ərdoğan ailəsinin üzvü Bərat Albayrak var. Ərdoğanın siyasət həyatında və xüsusilə İstanbul bələdiyyə başqanlığından üz bəriki dönəmdə ona həmişə etibarlı olmuş adamlar qurucusu olduğu partiyanın MKYK-sında idi: ən sıxıntılı dönəmlərində onu məhkəmələrdə müdafiə etmiş Həyati Yazıcı, qurulduğu dönəmdə AKP-nin dünyada tanınmasında önəmli rolu olmuş keçmiş mədəniyyət naziri Ömər Çəlik partiyanın vitrinində qalmağa davam edirlər (bazar axşamı keçirilən ilk MKYK toplantısında Ömər Çəlik partiya sözçülüyünə gətirildi).

Gülən icmasıyla mübarizədə ən çox güvəndiyi iki şəxs olan keçmiş ədliyyə naziri Bəkir Bozdağ və keçmiş daxili işlər naziri Əfkan Alanın MKYK-da olması Ərdoğanın partiyanın gələcəkdəki hədəflərini təminat altına almasının başqa bir göstəricisidir. Türk siyasi həyatının son 30 ilinin hər mərhələsində yeri olmuş, AKP dönəminin ədliyyə naziri, baş nazirin müavini və məclis sədri Cəmil Çiçəkin, hamı siyasəti buraxacağını düşündüyü bir dönəmdə yenidən AKP-nin Mərkəzi Qərar və İdarə Şurasında “peyda olması” - AKP qurucularından olan keçmiş baş nazir, xarici işlər naziri və prezident Abdullah Gülün siyasət səhnəsinə qayıtmasını əngəlləmək məqsədi daşıyır. Hazırkı vəziyyətdə Cəmil Çiçəkin AKP-dən kənarda qalması (Türk seçicisi yaxşı tanıyan Ərdoğanın məntiqinə görə) 1 noyabrdan sonra ortaya çıxa biləcək çalxantı ehtimalına qarşı görülmüş tədbirdir. Mərkəz sağ üzərində təsir gücü olan Cəmil Çiçək, hazırda gözləmə mövqeyində durmağı tərcih etmiş Abdullah Gül və MQİŞ-dan kənarda qalmış Bülənt Arınçla birlikdə seçici üçün cazibə mərkəzi halına gələ biləcək potensial qüvvələr olduğuna görə, strateji həmlələr indidən yapıldı. Abdullah Gülə yaxınlığıyla tanınan Kayserinin keçmiş bələdiyyə başqanı Məhmət Özhasekinin “təzələnmə şöləni”ndə MQİŞ-ya daxil edilməsinin məqsədi də budur.

12 sentyabr patentli MQİŞ-da radikal mühafizəkarlara yer verilməsi AKP-nin bundan sonrakı dönəmdə dindar və milliyyətçi seçici təbəqələriylə daha çox əlaqələr quracağının və seçici kütlələri üzərindən siyasət yapılacağının ip uclarını verir. İqtisadiyyat naziri Nihat Zeybəkçi, professor Mustafa Şəntop, Məclis insan haqları komissiyasının keçmiş sədri Ayxan Səfər Üstün bunu simvollaşdıran isimlərdir ( din təmayüllü qurumlarda idarəçilikdən məclisə girmiş Üstün partiya sədrinin insan haqlarına cavabdeh müavini oldu).

Qurulduğu dönəmdə olduğu kimi, AKP yeni dönəmdə də qadınlarla əlaqəni gücləndirməyi hədəfləməkdədir ki, partiyanın qurucularından olan professor Ədibə Sözənin siyasətə bir müddət fasilə verəndən sonra yenidən MQİŞ-ya qayıtması, məclisin keçmiş vitse-spikeri Ayşənur Bahçekapılıya, Nükhət Hotara və seçici kütləsinin daha əvvəldən tanıdığı qadınlara MQİŞ-da yer verilməsi bunun açıq işarəsi sayıla bilər.

“Kürd məsələsi”ndə Ərdoğan və AKP, yenə keçmiş kənd təsərrüfatı naziri Mehdi Əkər və Cənubi-Şərq bölgəsinin güclü əşirətlərindən birinə mənsub olan Qalib Ənsarioğlunun MQİŞ-dakı fəaliyyətindən bəhrələnəcəkdir. Baş nazirin müavini Yalçın Akdoğanın MQİŞ-dakı varlığının həm “kürd məsələsi” həm də Gülən icmasıyla mübarizəni ehtiva edərək, Azərbaycanda dəbdə olan təbirlə desəm, “multifunksional” xarakterli olacağı “görünən kəndə xəritə lazım deyil”- qəbilindən bir təsbit olsa gərək.

Türkiyənin prezident üsuli-idarəsinə keçməsi üçün prezident Ərdoğanın birinci dərəcəli ilhamvericisi olan konstitusiya hüququ üzrə professor Burhan Kuzunun yeni MQİŞ-dakı gələcək fəaliyyətini şərh etməyə ehtiyac varmı?

Mövlud Çavuşoğlu, Nurəttin Canikli, Əziz Babuşçu kimi şəxslər isə 12 sentyabrda səsə qoyulan MQİŞ siyahısına Ərdoğana olan şəxsi sədaqətlərini ona daha çox hiss etdirdikləri üçün girə bildilər. Məşhur reklamda deyildiyi kimi, tamamən duyğusal. Çavuşoğlunun ikinci dəfə AKP sədrinin xarici əlaqələr üzrə müavini vəzifəsinə gətirilməsi də bunu göstərməkdədir.

13 ildən bəri iqtidarda olan AKP-nin 12 sentyabrda seçilən MQİŞ-sını partiyanın sədri Əhməd Davudoğlunun necə “mobilizə edəcəyini” noyabrın 1-də axşam 20-dən sonra görəcəyik... Oraya qədər, Seyid Əzim Şirvaninin “Allah kərimdir” – qəzəlini hər gün oxumağa, hamıdan çox, güman ki, professor Davudoğlunun ehtiyacı olacaqdır.

Nəticə: 14 avqust 2001-də Tayyib Ərdoğan, Abdullah Gül, Bülənt Arınç və Əbdüllətif Şənərin qurduğu Ədalət və İnkişaf Partiyasında (AKP) özünü “partiyanın vicdanı” adlandıran Arınç da oyundan kənarda qaldı. Bir “Allah kərimdir” də Arınç üçünmü?...

Mayis Əlizadə / APA Analitik Mərkəzi










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kişi sahibkarları yarıtmışdılar... qalmışdı qadın sahibkarlar... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:42
"Əvvəllər bir sabunla həm çimmək, həm də paltar yumaq olurdu" - Nura Suri
Bu gün, 08:18
SOCAR-da işçiyə NÖKƏR gözündə baxırlar... - NARAZILIQ VAR...
Bu gün, 08:13
"Bu sullara cacab verən baba-igid məmur varmı?!" - ŞƏRH
Bu gün, 07:31
Burda SAXTA DOLLAR satılır? - TƏFƏRRÜAT
Bu gün, 07:18
Paşinyan Astanada keçiriləcək Aİİ sammitinə qatılmayacaq - Rusiya mediası
Bu gün, 06:52
Azərbaycan və Latviya qiymətləndiriciləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Bu gün, 06:45
Təhsilimiz Bağırovlardan qurtula bilmir - MALƏSƏF...
Bu gün, 06:33
“Kontakt Home” camaatla MƏZƏLƏNİR - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:28
"Suraxanı bazarı”nın qanunsuz genişlənməsi təsdiqləndi - Araşdırma aparılır
Bu gün, 06:25
Qubada ŞƏHİD RUHUNA sayğısızlıq! - BU NƏDİ BELƏ?
Bu gün, 06:19
AFFA PFL-in prezidenti postuna onu gətirmək istəyir -İDDİA
Bu gün, 06:17
"Kim 100-200 manat üçün işləməkdən imtina edər?" - ETİRAZ
Bu gün, 06:13
Xaricdə təhsil alan nazir Məcnun Məmmədovun diplomu təsdiq olunacaq? - İLGİNC
Bu gün, 06:09
Bu pulları dəyişsəz, itirə bilərsiniz – Gözlənilməz problem yarandı
Bu gün, 06:02
"Arvad" sözünü dilimizdən çıxaraq? - Dilçi və psixoloqdan deputata reaksiya
Bu gün, 06:00
"Diplomatın bu cür tənqidi çıxışını həm də bir siqnal kimi yozmaq mümkündür" - GƏLİŞMƏ
Bu gün, 05:58
Masada 3 ssenari var: Hansı ağır gələcək? - İNCƏLƏMƏ
Bu gün, 05:55
Moskva Ermənistan xalqının Rusiyayönlü mövqedə olduğunu göstərməyə çalışır - AMMA...
Bu gün, 05:53
Öz pulumuzu özümüzə satan banklar: Komissiya haqqı niyə yüksəkdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:51
Rusiyadan qaçan bankir: - “Hamı onun ölümünü gözləyir”
Bu gün, 05:48
MİDA-nın 250 min manatlıq müqaviləsi 20 manatlıq şirkətə verildi - TƏFƏRRÜAT
Bu gün, 05:44
Kinematoqrafçılar İttifaqının iclasında dava düşdü - VİDEO
Bu gün, 05:38
Bu gün QURBAN BAYRAMIDIR... - QUTLU OLSUN!
Bu gün, 05:32
“MTN işi” ilə bağlı üzücü XƏBƏR: Zərərçəkənlərdən daha biri... - FOTO
Dünən, 21:00
Azərbaycan XİN başçısının Moskvaya, Rusiya müdafiə nazirinin isə Bakıya səfərinə hazırlıq gedir
Dünən, 20:56
“Vaşinqton sənədini cırıb atmayacağıq” - Köçəryan
Dünən, 17:42
“Yüksəliş” müsabiqəsinin qalibinə bankda yüksək vəzifə verildi - FOTO
Dünən, 17:37
Ermənilər seçim qarşısında - İki yol var, ya Paşinyan, ya da...
Dünən, 17:26
GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: - 289 minlik tenderi niyə ləğv edilib?
Dünən, 17:12
Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq - HƏDƏ
Dünən, 17:10
PREZİDENT “YERİNDƏ SAYIRIQ, İDXALI AZALTMALIYIQ” DEDİ... - Ekspert əsas problemləri AÇIQLADI
Dünən, 17:08
Hafiz Hacıyev cərimələnib - SƏBƏB
Dünən, 17:05
Azərbaycanda 14 il əvvəlki cinayətin üstü açıldı - Qadın həbs edildi
Dünən, 17:04
Ermənistan və ABŞ TRIPP-lə bağlı saziş imzaladı - KİV
Dünən, 17:00
“Diadem” şirkəti mənfəətini bölüşdürəcək
Dünən, 16:57
Özümüzü buğda ilə necə təmin edək? - Professordan təklif
Dünən, 16:52
“Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir - TƏFƏRRÜAT
Dünən, 16:47
"TDT-nin müdafiə qanadının nüvəsi Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı olacaq" - Yücel Karauz
Dünən, 16:46
Uşaqpulu, yoxsa sosial yardımlar?.. - Azərbaycanın strateji seçimi və iqtisadi reallıqlar
Dünən, 16:32
"Abşeron Tekstil"in külli miqdarda borcu var
Dünən, 16:30
"Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu
Dünən, 16:22
MDB ölkələrinə şok mesaj: - Rusiya haradan başlayacaq?
Dünən, 16:19
Merdən Xankəndidən köçmüş ermənilərə: - “Sizi Rusiyaya köçürəcəyik”
Dünən, 16:18
ABŞ atəşkəsi pozdu, cavab verəcəyik - İran
Dünən, 16:15
“PAŞA Bank”ın rəhbərliyinə yeni təyinat - BUNDAN SONRA...
Dünən, 16:12
200 dollarlıq neft: Dünya üçün fəlakət ssenarisi - ARAŞDIRMA
Dünən, 16:07
Hərraca çıxarılan “Zəngəzur Harmony” oteli bir ildir alan yoxdur – Qiyməti 7,8 milyondan 5,9 milyona düşüb
Dünən, 16:00
Kinematoqrafçılar İttifaqının yeni sədri MƏLUM OLDU - BUNDAN SONRA...
Dünən, 15:57
ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO
Dünən, 15:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru