"Əvvəllər bir sabunla həm çimmək, həm də paltar yumaq olurdu" .....                     SOCAR-da işçiyə NÖKƏR gözündə baxırlar... .....                     "Bu sullara cacab verən baba-igid məmur varmı?!" .....                     Burda SAXTA DOLLAR satılır? .....                     Paşinyan Astanada keçiriləcək Aİİ sammitinə qatılmayacaq .....                     Azərbaycan və Latviya qiymətləndiriciləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb .....                     Təhsilimiz Bağırovlardan qurtula bilmir .....                     “Kontakt Home” camaatla MƏZƏLƏNİR .....                     "Suraxanı bazarı”nın qanunsuz genişlənməsi təsdiqləndi .....                     Qubada ŞƏHİD RUHUNA sayğısızlıq! .....                     AFFA PFL-in prezidenti postuna onu gətirmək istəyir .....                     "Kim 100-200 manat üçün işləməkdən imtina edər?" .....                     Xaricdə təhsil alan nazir Məcnun Məmmədovun diplomu təsdiq olunacaq? .....                     Bu pulları dəyişsəz, itirə bilərsiniz .....                     "Arvad" sözünü dilimizdən çıxaraq? .....                     "Diplomatın bu cür tənqidi çıxışını həm də bir siqnal kimi yozmaq mümkündür" .....                     Masada 3 ssenari var: Hansı ağır gələcək? .....                     Moskva Ermənistan xalqının Rusiyayönlü mövqedə olduğunu göstərməyə çalışır .....                     Öz pulumuzu özümüzə satan banklar: Komissiya haqqı niyə yüksəkdir? .....                     Rusiyadan qaçan bankir: .....                     MİDA-nın 250 min manatlıq müqaviləsi 20 manatlıq şirkətə verildi .....                     Kinematoqrafçılar İttifaqının iclasında dava düşdü .....                     Bu gün QURBAN BAYRAMIDIR... .....                     “MTN işi” ilə bağlı üzücü XƏBƏR: Zərərçəkənlərdən daha biri... .....                     Azərbaycan XİN başçısının Moskvaya, Rusiya müdafiə nazirinin isə Bakıya səfərinə hazırlıq gedir .....                     “Vaşinqton sənədini cırıb atmayacağıq” .....                     “Yüksəliş” müsabiqəsinin qalibinə bankda yüksək vəzifə verildi .....                     Ermənilər seçim qarşısında .....                     GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: .....                     Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq .....                     PREZİDENT “YERİNDƏ SAYIRIQ, İDXALI AZALTMALIYIQ” DEDİ... .....                     Hafiz Hacıyev cərimələnib .....                     Azərbaycanda 14 il əvvəlki cinayətin üstü açıldı .....                     Ermənistan və ABŞ TRIPP-lə bağlı saziş imzaladı .....                     “Diadem” şirkəti mənfəətini bölüşdürəcək .....                     Özümüzü buğda ilə necə təmin edək? .....                     “Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir .....                     "TDT-nin müdafiə qanadının nüvəsi Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı olacaq" .....                     Uşaqpulu, yoxsa sosial yardımlar?.. .....                     "Abşeron Tekstil"in külli miqdarda borcu var .....                 

Qərbin Bakıya qarşı qeyri-diplomatik diplomat oyunu - Nələr ola bilər...
Tarix: 14-09-2015, 08:36 | Çap et
Qərbin Bakıya qarşı qeyri-diplomatik diplomat oyunu
Xarici İşlər Nazirliyində daha bir diplomatik skandal baş verib. Avropa Oyunları ərəfəsi İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında artıq sabiq hesab edilən daimi nümayəndəsi Arif Məmmədovla başlamış bu müəmmalı proses ötən həftə yenidən qızışıb.

Bu dəfə Avstraliyadakı səfirliyimizin əməkdaşı Anar Həsənov XİN sistemindəki qanunsuzluqlar və korrupsiya faktları barədə açıqlama yaydıqdan sonra XİN hadisəyə münasibət bildirib və şikayət edən şəxsin fəaliyyət müddətində xidmətdə yol verdiyi qüsurlara görə işdən qovulduğunu açıqlayıb. Ölkə rəhbərliyinə müraciət edən diplomat isə ölkəyə qayıdacağı təqdirdə həbs ediləcəyini və bu səbəbdən də Avstraliyada qalmağa məcbur olduğunu deyib.

Bundan sonra, nəhayət, xarici işlər naziri Elmar Məmmədyarov ilk dəfə baş verənlərə münasibət bildirib. Nazir Qazaxıstanda bu qalmaqallarla bağlı suala cavab olaraq deyib ki, bütün dövlət qurumlarında olduğu kimi, XİN-də də tutduğu vəzifəsindən asılı olmayaraq qanunun tələblərini, dövlət qulluqçusunun etik davranış qaydalarını pozan, əqidəsinə xilaf olan, fəaliyyətində nöqsanlara yol verən və diplomat adına ləkə gətirən əməkdaşlara qarşı qanunla müəyyən olunmuş qaydada ən sərt intizam tədbirləri görüləcək.

Amma nazirin açıqlamasından sonra Azərbaycanın Niderlanddakı səfirliyinin konsulluq əməkdaşı Nahid Cəfərovun da Azərbaycana qayıtmaqdan imtina etməsi və Niderlanddan siyasi sığınacaq istəməsi barədə məlumat yayılıb. Aznews.az saytının məlumatında bildirilib ki, diplomat vəzifədən uzaqlaşdırılıb və Azərbaycana çağırılıb. Lakin o, Niderlandda qalmağa qərar verib.

Maraqlıdır ki, Nahid Cəfərovun adı XİN-in rəsmi saytında Niderlanddakı səfirliyimizin attaşesi kimi qeyd olunsa da, XİN-in mətbuat xidmətindən APA-ya bildiriblər: XİN sistemində belə bir adam işləmir".

(http://www.mfa.gov.az/files/file/The_Diplomatic_Missions_of_the_Republic_of_Azerbaijan_abroad..pdf)
***

XİN-də korrupsiya və diplomatların seçimində peşəkarlıqdan daha çox iqtidarda yüksək vəzifə tutanların qohumluq əlaqələrinə üstünlük verildiyi yeni fakt deyil. Bu cür məlumatlar əvvəllər də mediada öz əksini tapıb. Amma son qalmaqalları təkcə Elmar Məmmədyarovun səriştəsizliyi ilə bağlamaq da olmur. Bu, artıq dövlətə və iqtidara qarşı ciddi bir prosesə çevrilməkdədir. Qeyd edək ki, A.Məmmədov qalmaqalından sonra mətbuatda XİN daxilində hakimiyyətə qarşı “güclü müxalifətin” yaranması haqda da iddialar dərc olunub. “Ərəb baharı”nın baş verdiyi ölkələrin iqtidarlarına qarşı ilk çıxanların məhz xaricdə işləyən diplomatlar olduğu yada salınıb, XİN sistemindəki “qiyam” da Qərbin Azərbaycanla bağlı gizli planlarına bağlanıb.

Yada salaq ki, A.Məmmədov müxalifətə keçdiyini bəyan etsə də, sonra bu proses müəmmalı şəkildə tormozlandı. Avstraliyadakı səfirliyin əməkdaşı da verdiyi açıqlamada heç bir siyasi iddiasının olmadığını bəyan etdi. Güman ki, Niderlandakı “qiyamçı” da belə bir bəyanat verəcək. Bunun özü də “asi diplomatların” vahid bir mərkəzdən idarə edilməsi təəssüratı yaradır. Çünki Arif Məmmədovun yanan bina ilə bağlı məmurları tənqid edən məşhur facebook statusu Azərbaycan hakimiyyətinin Qərblə münasibətlərinin kəskinləşdiyi dövrə - Avropa Oyunları ərəfəsinə təsadüf etdi. Son iki diplomatın xarici ölkələrdən sığınacaq istəməsi də rəsmi Baklı ilə əlaqədar Avropa Parlamentinin sərt qətnaməsi ilə demək olar ki, eyni vaxta təsadüf edir. Bu qədər “təsadüfün” özü belə beyinlərdə haqlı suallar və şübhələr yaratmaya bilməz.

***
Necə olur ki, bu iqtidarın qurduğu və sadiqlik-qohumluq prinsipi ilə formalaşdırdığı bir sistemə bu cür diplomatlar “sızıb”? Müqayisə bəlkə də uğursuz olsa da, Türkiyəni hələ də çalxalayan “paralel dövlət” qalmaqalını yada salmamaq olmur. Türkiyədə hüquq sistemində Ərdoğana və onun yaxın çevrəsinə qarşı başlayan proses dövlətin bütün dəngələrini dəyişdi, sistemi silkələdi, miqyaslı “təmizləmə” başladı. İndi XİN sistemində də təmizləmə başlayıb və belə görünür ki, Qərbdən sığınacaq istəyənlərin sayı arta da bilər.

İqtidar üçün bu o qədər də təhlükəli proses deyil, çünki təkcə XİN sistemində deyil, dövlət aparatının içərisində də bu cür “qərbmeyilli” və “rusmeyilli” qüvvələr mövcuddur və bunlara nəzarət də güclüdür. Amma xüsusilə daxildə, iqtidarın “5-ci kolon” kimi damğalayıb həbslər həyata keçirəndən sonra, Qərbin müəyyən dairələri “diplomatlarla işləməyə” həvəslənə bilərdi. Qeyd edək ki, qapalı rejim olan sovetlər birliyində də Qərb diplomatlara daha çox “qarmaq” atırdı.

Ötən həftə “Yeni Müsavat”a açıqlamasında sabiq səfir Hikmət Hacızadə XİN sistemindəki qalmaqalla bağlı danışarkən məhz o dövrü xatırladıb.

Sitat: “Diplomatlar bütün ölkələrdə belədir, gah o tərəfə, gah bu tərəfə keçirlər. Belə şeylər çox olub, xüsusən də sovet dönəmində belə faktlar olub ki, bir neçə diplomat Amerikaya, Britaniyaya qaçıb”.

Təcrübəli diplomat və politoloq daha sonra əlavə edib: “Düşünürəm ki, burdakı rəzalət davam eləsə, bu proses də davam edəcək”. Aydındır ki, “rəzalət” dedikdə politoloq Azərbaycandakı siyasi vəziyyəti nəzərdə tutur. Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin də mövzuya dair facebook statusu maraqlıdır. Müxalifət lideri iddia edir ki, “hakimiyyət XİN sistemindən sökülür...”

“Azadlıq-2015"ə daxil olan siyasi partiyalar da həftəsonu XİN-dəki qalmaqala münasibət bildirib. Partiyaların qəbul etdiyi bəyanatda əsas vurğu hakimiyyətin daxili və xarici siyasi kursunun yanlış olduğuna vurulsa da, Qərbdə kifayət qədər antiazərbaycan qüvvələrinin mövcudluğu da qeyd olunur.

”Müzakirə edilən məsələlərdə onların məkrli planlarının da rol oynadığının real fakt olduğunu və onlara qarşı mübarizə aparılması zərurətini qəbul edərək, bununla birlikdə hesab edirlər ki, antiqərb, antiavropa isteriyası çıxış yolu olmayıb strateji maraqlarımıza ziyan vurur", deyə bəyanatda qeyd olunur.

Beləliklə, bu proses daha çox o mənzərəni ortaya çıxarır ki, Avropa Azərbaycan iqtidarına qarşı tam gücü ilə işləyir. “Qoca qitə”nin “diplomat qiyamı” Azərbaycanın mövcud hakimiyyət quruluşunu sarsıtmağa yönəlib. Avropa Parlamentinin qətnaməsindən sonra ayrı-ayrı Azərbaycan məmurlarına qarşı sanksiyalar da tətbiq olunarsa - hansı ki bu ehtimal böyükdür - vəziyyət daha da qəlizləşəcək.

Üstəlik, Azərbaycanda siyasi və gizli müxalifət bu cür addımlardan sonra, heç şübhəsiz, ürəklənəcək, xüsusilə də seçkini boykot edən qüvvələr. Onların da radikal xarakterini nəzərə alsaq, yaxın zamanlarda ölkənin siyasi səhnəsinin kifayət qədər gərginləşəcəyi qaçılmazdır.
Bütün bunlar qarşıdakı 1 noyabr seçkisinin Azərbaycan iqtidarı üçün kritik olacağını bəri başdan ortaya qoyur.

Bir sıra ölkələrdə “məxməri inqilablar” məhz parlament seçkiləri dövründə baş verib. Bu baxımdan, müxalif düşərgə artıq sosial şəbəkələrdə yaxınlaşan inqilabdan bəhs etməkdədir. Özünün heç bir elektoral və real gücü qalmayan siyasi müxalifət illərdir ki, mövcud hakimiyyəti xarici faktorla təhdid edir, öz azsaylı tərəfdarlarını da məhz bu faktorla ətrafında saxlamağa çalışır.

Obyektivlik naminə demək lazımdır ki, indi bu texnoloji fənd üçün kifayət qədər əlverişli şərait yaranıb.

Lakin Azərbaycan iqtidarının Avropadan gələn ciddi təhdidlərə qarşı davranış və manevrləri də proseslərə ciddi təsir edəcək.

Bu davranış və manevrlər də günü bu gündən başlayır.

“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Əvvəllər bir sabunla həm çimmək, həm də paltar yumaq olurdu" - Nura Suri
Bu gün, 08:18
SOCAR-da işçiyə NÖKƏR gözündə baxırlar... - NARAZILIQ VAR...
Bu gün, 08:13
"Bu sullara cacab verən baba-igid məmur varmı?!" - ŞƏRH
Bu gün, 07:31
Burda SAXTA DOLLAR satılır? - TƏFƏRRÜAT
Bu gün, 07:18
Paşinyan Astanada keçiriləcək Aİİ sammitinə qatılmayacaq - Rusiya mediası
Bu gün, 06:52
Azərbaycan və Latviya qiymətləndiriciləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Bu gün, 06:45
Təhsilimiz Bağırovlardan qurtula bilmir - MALƏSƏF...
Bu gün, 06:33
“Kontakt Home” camaatla MƏZƏLƏNİR - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:28
"Suraxanı bazarı”nın qanunsuz genişlənməsi təsdiqləndi - Araşdırma aparılır
Bu gün, 06:25
Qubada ŞƏHİD RUHUNA sayğısızlıq! - BU NƏDİ BELƏ?
Bu gün, 06:19
AFFA PFL-in prezidenti postuna onu gətirmək istəyir -İDDİA
Bu gün, 06:17
"Kim 100-200 manat üçün işləməkdən imtina edər?" - ETİRAZ
Bu gün, 06:13
Xaricdə təhsil alan nazir Məcnun Məmmədovun diplomu təsdiq olunacaq? - İLGİNC
Bu gün, 06:09
Bu pulları dəyişsəz, itirə bilərsiniz – Gözlənilməz problem yarandı
Bu gün, 06:02
"Arvad" sözünü dilimizdən çıxaraq? - Dilçi və psixoloqdan deputata reaksiya
Bu gün, 06:00
"Diplomatın bu cür tənqidi çıxışını həm də bir siqnal kimi yozmaq mümkündür" - GƏLİŞMƏ
Bu gün, 05:58
Masada 3 ssenari var: Hansı ağır gələcək? - İNCƏLƏMƏ
Bu gün, 05:55
Moskva Ermənistan xalqının Rusiyayönlü mövqedə olduğunu göstərməyə çalışır - AMMA...
Bu gün, 05:53
Öz pulumuzu özümüzə satan banklar: Komissiya haqqı niyə yüksəkdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:51
Rusiyadan qaçan bankir: - “Hamı onun ölümünü gözləyir”
Bu gün, 05:48
MİDA-nın 250 min manatlıq müqaviləsi 20 manatlıq şirkətə verildi - TƏFƏRRÜAT
Bu gün, 05:44
Kinematoqrafçılar İttifaqının iclasında dava düşdü - VİDEO
Bu gün, 05:38
Bu gün QURBAN BAYRAMIDIR... - QUTLU OLSUN!
Bu gün, 05:32
“MTN işi” ilə bağlı üzücü XƏBƏR: Zərərçəkənlərdən daha biri... - FOTO
Dünən, 21:00
Azərbaycan XİN başçısının Moskvaya, Rusiya müdafiə nazirinin isə Bakıya səfərinə hazırlıq gedir
Dünən, 20:56
“Vaşinqton sənədini cırıb atmayacağıq” - Köçəryan
Dünən, 17:42
“Yüksəliş” müsabiqəsinin qalibinə bankda yüksək vəzifə verildi - FOTO
Dünən, 17:37
Ermənilər seçim qarşısında - İki yol var, ya Paşinyan, ya da...
Dünən, 17:26
GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: - 289 minlik tenderi niyə ləğv edilib?
Dünən, 17:12
Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq - HƏDƏ
Dünən, 17:10
PREZİDENT “YERİNDƏ SAYIRIQ, İDXALI AZALTMALIYIQ” DEDİ... - Ekspert əsas problemləri AÇIQLADI
Dünən, 17:08
Hafiz Hacıyev cərimələnib - SƏBƏB
Dünən, 17:05
Azərbaycanda 14 il əvvəlki cinayətin üstü açıldı - Qadın həbs edildi
Dünən, 17:04
Ermənistan və ABŞ TRIPP-lə bağlı saziş imzaladı - KİV
Dünən, 17:00
“Diadem” şirkəti mənfəətini bölüşdürəcək
Dünən, 16:57
Özümüzü buğda ilə necə təmin edək? - Professordan təklif
Dünən, 16:52
“Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir - TƏFƏRRÜAT
Dünən, 16:47
"TDT-nin müdafiə qanadının nüvəsi Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı olacaq" - Yücel Karauz
Dünən, 16:46
Uşaqpulu, yoxsa sosial yardımlar?.. - Azərbaycanın strateji seçimi və iqtisadi reallıqlar
Dünən, 16:32
"Abşeron Tekstil"in külli miqdarda borcu var
Dünən, 16:30
"Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu
Dünən, 16:22
MDB ölkələrinə şok mesaj: - Rusiya haradan başlayacaq?
Dünən, 16:19
Merdən Xankəndidən köçmüş ermənilərə: - “Sizi Rusiyaya köçürəcəyik”
Dünən, 16:18
ABŞ atəşkəsi pozdu, cavab verəcəyik - İran
Dünən, 16:15
“PAŞA Bank”ın rəhbərliyinə yeni təyinat - BUNDAN SONRA...
Dünən, 16:12
200 dollarlıq neft: Dünya üçün fəlakət ssenarisi - ARAŞDIRMA
Dünən, 16:07
Hərraca çıxarılan “Zəngəzur Harmony” oteli bir ildir alan yoxdur – Qiyməti 7,8 milyondan 5,9 milyona düşüb
Dünən, 16:00
Kinematoqrafçılar İttifaqının yeni sədri MƏLUM OLDU - BUNDAN SONRA...
Dünən, 15:57
ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO
Dünən, 15:54
FHN amfibiyanın “ömrünü uzatmaq” üçün bu dəfə Ukrayna şirkəti ilə müqavilə bağladı - TƏFƏRRÜAT
Dünən, 15:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru