"Əvvəllər bir sabunla həm çimmək, həm də paltar yumaq olurdu" .....                     SOCAR-da işçiyə NÖKƏR gözündə baxırlar... .....                     "Bu sullara cacab verən baba-igid məmur varmı?!" .....                     Burda SAXTA DOLLAR satılır? .....                     Paşinyan Astanada keçiriləcək Aİİ sammitinə qatılmayacaq .....                     Azərbaycan və Latviya qiymətləndiriciləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb .....                     Təhsilimiz Bağırovlardan qurtula bilmir .....                     “Kontakt Home” camaatla MƏZƏLƏNİR .....                     "Suraxanı bazarı”nın qanunsuz genişlənməsi təsdiqləndi .....                     Qubada ŞƏHİD RUHUNA sayğısızlıq! .....                     AFFA PFL-in prezidenti postuna onu gətirmək istəyir .....                     "Kim 100-200 manat üçün işləməkdən imtina edər?" .....                     Xaricdə təhsil alan nazir Məcnun Məmmədovun diplomu təsdiq olunacaq? .....                     Bu pulları dəyişsəz, itirə bilərsiniz .....                     "Arvad" sözünü dilimizdən çıxaraq? .....                     "Diplomatın bu cür tənqidi çıxışını həm də bir siqnal kimi yozmaq mümkündür" .....                     Masada 3 ssenari var: Hansı ağır gələcək? .....                     Moskva Ermənistan xalqının Rusiyayönlü mövqedə olduğunu göstərməyə çalışır .....                     Öz pulumuzu özümüzə satan banklar: Komissiya haqqı niyə yüksəkdir? .....                     Rusiyadan qaçan bankir: .....                     MİDA-nın 250 min manatlıq müqaviləsi 20 manatlıq şirkətə verildi .....                     Kinematoqrafçılar İttifaqının iclasında dava düşdü .....                     Bu gün QURBAN BAYRAMIDIR... .....                     “MTN işi” ilə bağlı üzücü XƏBƏR: Zərərçəkənlərdən daha biri... .....                     Azərbaycan XİN başçısının Moskvaya, Rusiya müdafiə nazirinin isə Bakıya səfərinə hazırlıq gedir .....                     “Vaşinqton sənədini cırıb atmayacağıq” .....                     “Yüksəliş” müsabiqəsinin qalibinə bankda yüksək vəzifə verildi .....                     Ermənilər seçim qarşısında .....                     GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: .....                     Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq .....                     PREZİDENT “YERİNDƏ SAYIRIQ, İDXALI AZALTMALIYIQ” DEDİ... .....                     Hafiz Hacıyev cərimələnib .....                     Azərbaycanda 14 il əvvəlki cinayətin üstü açıldı .....                     Ermənistan və ABŞ TRIPP-lə bağlı saziş imzaladı .....                     “Diadem” şirkəti mənfəətini bölüşdürəcək .....                     Özümüzü buğda ilə necə təmin edək? .....                     “Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir .....                     "TDT-nin müdafiə qanadının nüvəsi Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı olacaq" .....                     Uşaqpulu, yoxsa sosial yardımlar?.. .....                     "Abşeron Tekstil"in külli miqdarda borcu var .....                 

“Azərbaycanda iki yeni bank yaradıla bilər” - İnnovasiyalı İnkişaf Bankı və Aqrar- Sənaye Bankı
Tarix: 12-09-2015, 10:14 | Çap et
“Azərbaycanda iki yeni bank yaradıla bilər”
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli ölkə başçısı İlham Əliyevin iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilən müşavirədəki çıxışını Modern.az saytına şərh edib:

- Prezident son müşavirədəki çıxışında bir çox məsələlərə toxundu. Prezidentin gələn ilin dövlət büdcəsi ilə bağlı fikirlərini necə qiymətləndirirsiniz?

- Azərbaycan prezidenti İlham Əliyev iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığına həsr edilən müşavirədəki çıxışında dünya düzəninin katakilizmi meyllərinin çox açıq bir mətnlə obyektiv təhlilini verdi və yaranmış yeni situasiyada qarşıda duran vəzifələri göstərdi. Prezident bu çıxışında doğru olaraq getdikcə kəskinləşməkdə olan və qeyri-müəyyənliklərlə çulğalanan geosiyasi və geoiqtisadi proseslərin doğurduğu problemlər, Azərbaycana qarşı açıq və gizli təhdidlər, yeni təhlükələr və çağırışlar kontekstində ölkə iqtisadiyyatını maksimum dərəcədə dünyada gedən mənfi proseslərdən qorumaq vəzifəsini irəli sürdü. Həmin vəzifələri yerinə yetirməkdən ötrü Azərbaycanın yetərincə iqtisadi və maliyyə potensialı və postsovet ölkələrinin əksəriyyəti ilə müqayisəli üstünlükləri olduğundan, həmin çıxışda irəli sürülən vəzifələri həyata keçirmək və vəziyyətdən az itki ilə çıxmaq imkanları var.

- Ölkə başçısı çıxışında qeyd etdi ki, gələn il üçün iri layihələrdən imtina ediləcək. Fikrinizcə, bunlar hansı layihələr ola bilər?

- Son illər həm paytaxtda, həm də ölkə boyu çoxsaylı infrastruktur layihələri həyata keçirilib. Həmin layihələrin reallaşması Bakının və regionların simasını xeyli dəyişdirib, biznesin gələcək inkişafı üçün yaxşı infrastruktur bazası yaradıb. İndi həcmindən, ölçülərindən asılı olmayaraq prioritet və sosial layihələri davam etdirmək, obyektiv təhlillər əsasında ertələnməsi mümkün olan layihələri isə növbəti illərə saxlamaq və ya plandan çıxarmaq olar.

- İlham Əliyev çıxışında qənaətin qaçılmaz olduğunu bildirib. Necə düşünürsünüz, büdcəyə hansı dərəcədə qənaət edilməsi vəziyyətdən çıxış yolu ola bilər?

- Son vaxtlar yaşanılan reallıqlar diktə edir ki, biz islahatları genişləndirib dərinləşdirməklə dünya düzəninin yeni situasiyasına, həmçinin neft hasilatının və neftin qiymətinin aşağı düşdüyü yeni şəraitə nəinki uyğunlaşmalı, həm də bu cür şəraitdə yaşamağı, işləməyi və inkişaf edib tərəqqiyə nail olmağı öyrənməliyik. Prezident bu yöndə çox vacib və praqmatik yanaşma nümayiş etdirdi. Bunlardan biri də işləri yeni şəraitə uyğun qurmaq və qənaət rejiminə əməl etməkdir. Büdcəyə qənaətdən söhbət gedəndə isə təbii ki, sosial xərclər ixtisar olunmayacaq.

Bu il olduğu kimi, gələn il də büdcə təşkilatlarında çalışanlar maaşlarını və digər ödənişləri vaxtında ala biləcəklər. Sosial layihələr də reallaşdırılmaqda davam edəcək. Amma ikinci, üçüncü dərəcəli və digər təyinatlı layihələrin icrasını ertələmək və lüzumsuz xərcləri azaltmaqla gələn ilin büdcəsində bir neçə milyard manata qənaət etmək tam realdır. Bundan ötrü lüzumsuz xərclərin və israfçılığın aradan qaldırılması, dövlət maliyyəsindən qənaətlə istifadə edilməsi, nizam-intizamın yüksəldilməsi, etibarlı nəzarət mexanizminin yaradılması və sair bu kimi istiqamətlərdə sistemli işlər görülməlidir.

- Hazırda vəziyyəti mürəkkəbləşdirən həm də Azərbaycanın xarici borclarıdır. Böhran və artmaqda olan xarici borc Azərbaycan üçün nə vəd edir?

- Azərbaycanın xarici borc məsələsinə müxtəlif yanaşmalar var. Xarici borcumuz 6 milyard manatdan bir qədər artıq olmaqla ümumi daxili məhsulun 10 faizi ətrafındadır. Bu, iqtisadi təhlükəsizlik meyarları ilə müqayisədə kritik hesab olunan həddən 4 dəfə aşağıdır. Borca xidmət xərcləri də çox aşağıdır və büdcəmizin cəmi bir faizinin altındadır. Ona görə də bu məsələni dramatikləşdirməyə lüzum görmürəm. Amma bu deyilən mənzərədən arxayın olub ifrat borclanmaya getmək Azərbaycanın hazırkı reallıqları şəraitində çox ziyanlı, təhlükəli və acınacaqlı nəticələrə gətirib çıxara bilər. Əlverişli şərtlərlə verilən borclardan imtina isə tərəqqimizi ləngidən amil ola bilər. Ona görə bu məsələdə elə optimal variant seçmək lazımdır ki, Azərbaycan əlverişli şərtlərlə verilən kreditlərdən iqtisadiyyatın neftdən kənar və digər prioritet sahələrini inkişaf etdirə bilsin, həm də ölçü hissini itirib “borc tələsinə” düşməsin. Məsələn, əlverişli şərtlərlə verilən kreditlər hesabına elmi-texniki tərəqqinin son nailiyyətlərinə əsaslanan birgə müəssisələr yaratmaq olar.

Yaxud belə kreditləri cəlb edib 2 güclü bank-İnnovasiyalı İnkişaf Bankı və Aqrar- Sənaye Bankı yaradıb ölkədə həm elm tutumlu və yüksək rəqabət qabiliyyətli sahələr yaratmaq , həm də kənd təsərrüfatını yüksək məhsuldarlıq səviyyəsinə çatdırmaq olar. Bundan başqa, kənd təsərrüfatı xammalını emal edib həm daxili bazarı təmin edən, həm də ixrac imkanı olan yüngül və yeyinti sənayesi təşkil etmək mümkündür. Bir şərtlə, güclü və işlək nəzarət mexanizmi olmalıdır ki, gələn əlverişli kreditlər korrupsiyanın yeminə çevrilməsin və öz təyinatına görə işlədilib sıçrayışlı inkişafa təkan versin. Onda regionların potensialını geniş miqyasda hərəkətə gətirmək olar, ölkədə iqtisadi fəallıq xeyli artar, layiqli əmək haqqı olan yeni iş yerləri açılar və böhrandan az itki ilə çıxmaq olar.

- Parlament seçkilərindən sonra Azərbaycandakı iqtisadi vəziyyətin kritik həddə çatacağı bildirilir. İddialara görə, hökumət nəzarət mexanizmi tətbiq etməklə parlament seçkilərinə qədər vəziyyəti stabil saxlamağa çalışır... Bununla razılaşırsınız?

- Yox, bu fikirlə razı deyiləm. Ona görə ki, Azərbaycan kifayət qədər sabit ölkədir və vəziyyətin kritik həddə çatması üçün tutarlı səbəb yoxdur. Cənab prezident bu çıxışında Azərbaycana qarşı açıq və gizli təhdidlərdən danışarkən həmin təhlükələr barədə də fikrini bildirdi. Azərbaycanın regionda önəmi elə böyükdür ki, həmin təhdidlər bir qədər aşağı, bir qədər yuxarı olmaqla daim bizi müşayiət edir. Azərbaycanın həmin təhdidləri neytrallaşdırmaq və aradan qaldırmaqdan ötrü yetərincə potensialı var. Düşünürəm ki, hökumət də öz fəaliyyəti ilə ipucu verməyəcək. Ona görə də yetərincə iqtisadi və maliyyə potensialı və postsovet məkanı ölkələrinin əksəriyyəti ilə müqayisədə dayanıqlı üstünlüklərimiz olduğundan, hökumət prezidentin sözügedən çıxışında irəli sürülən vəzifələri həyata keçirə və vəziyyətdən az itki ilə çıxmaq imkanlarını xeyli reallaşdıra biləcək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Əvvəllər bir sabunla həm çimmək, həm də paltar yumaq olurdu" - Nura Suri
Bu gün, 08:18
SOCAR-da işçiyə NÖKƏR gözündə baxırlar... - NARAZILIQ VAR...
Bu gün, 08:13
"Bu sullara cacab verən baba-igid məmur varmı?!" - ŞƏRH
Bu gün, 07:31
Burda SAXTA DOLLAR satılır? - TƏFƏRRÜAT
Bu gün, 07:18
Paşinyan Astanada keçiriləcək Aİİ sammitinə qatılmayacaq - Rusiya mediası
Bu gün, 06:52
Azərbaycan və Latviya qiymətləndiriciləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Bu gün, 06:45
Təhsilimiz Bağırovlardan qurtula bilmir - MALƏSƏF...
Bu gün, 06:33
“Kontakt Home” camaatla MƏZƏLƏNİR - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:28
"Suraxanı bazarı”nın qanunsuz genişlənməsi təsdiqləndi - Araşdırma aparılır
Bu gün, 06:25
Qubada ŞƏHİD RUHUNA sayğısızlıq! - BU NƏDİ BELƏ?
Bu gün, 06:19
AFFA PFL-in prezidenti postuna onu gətirmək istəyir -İDDİA
Bu gün, 06:17
"Kim 100-200 manat üçün işləməkdən imtina edər?" - ETİRAZ
Bu gün, 06:13
Xaricdə təhsil alan nazir Məcnun Məmmədovun diplomu təsdiq olunacaq? - İLGİNC
Bu gün, 06:09
Bu pulları dəyişsəz, itirə bilərsiniz – Gözlənilməz problem yarandı
Bu gün, 06:02
"Arvad" sözünü dilimizdən çıxaraq? - Dilçi və psixoloqdan deputata reaksiya
Bu gün, 06:00
"Diplomatın bu cür tənqidi çıxışını həm də bir siqnal kimi yozmaq mümkündür" - GƏLİŞMƏ
Bu gün, 05:58
Masada 3 ssenari var: Hansı ağır gələcək? - İNCƏLƏMƏ
Bu gün, 05:55
Moskva Ermənistan xalqının Rusiyayönlü mövqedə olduğunu göstərməyə çalışır - AMMA...
Bu gün, 05:53
Öz pulumuzu özümüzə satan banklar: Komissiya haqqı niyə yüksəkdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:51
Rusiyadan qaçan bankir: - “Hamı onun ölümünü gözləyir”
Bu gün, 05:48
MİDA-nın 250 min manatlıq müqaviləsi 20 manatlıq şirkətə verildi - TƏFƏRRÜAT
Bu gün, 05:44
Kinematoqrafçılar İttifaqının iclasında dava düşdü - VİDEO
Bu gün, 05:38
Bu gün QURBAN BAYRAMIDIR... - QUTLU OLSUN!
Bu gün, 05:32
“MTN işi” ilə bağlı üzücü XƏBƏR: Zərərçəkənlərdən daha biri... - FOTO
Dünən, 21:00
Azərbaycan XİN başçısının Moskvaya, Rusiya müdafiə nazirinin isə Bakıya səfərinə hazırlıq gedir
Dünən, 20:56
“Vaşinqton sənədini cırıb atmayacağıq” - Köçəryan
Dünən, 17:42
“Yüksəliş” müsabiqəsinin qalibinə bankda yüksək vəzifə verildi - FOTO
Dünən, 17:37
Ermənilər seçim qarşısında - İki yol var, ya Paşinyan, ya da...
Dünən, 17:26
GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: - 289 minlik tenderi niyə ləğv edilib?
Dünən, 17:12
Rusiyasız Ermənistan istəyənləri ağıllandıracağıq - HƏDƏ
Dünən, 17:10
PREZİDENT “YERİNDƏ SAYIRIQ, İDXALI AZALTMALIYIQ” DEDİ... - Ekspert əsas problemləri AÇIQLADI
Dünən, 17:08
Hafiz Hacıyev cərimələnib - SƏBƏB
Dünən, 17:05
Azərbaycanda 14 il əvvəlki cinayətin üstü açıldı - Qadın həbs edildi
Dünən, 17:04
Ermənistan və ABŞ TRIPP-lə bağlı saziş imzaladı - KİV
Dünən, 17:00
“Diadem” şirkəti mənfəətini bölüşdürəcək
Dünən, 16:57
Özümüzü buğda ilə necə təmin edək? - Professordan təklif
Dünən, 16:52
“Baku Steel Company”dəki 2 milyonluq ƏDV İŞİ: ziyanı ödəmir - TƏFƏRRÜAT
Dünən, 16:47
"TDT-nin müdafiə qanadının nüvəsi Türkiyə-Azərbaycan-Özbəkistan üçbucağı olacaq" - Yücel Karauz
Dünən, 16:46
Uşaqpulu, yoxsa sosial yardımlar?.. - Azərbaycanın strateji seçimi və iqtisadi reallıqlar
Dünən, 16:32
"Abşeron Tekstil"in külli miqdarda borcu var
Dünən, 16:30
"Arzum 9999" ləqəbli blogerin məhkəməsi oldu
Dünən, 16:22
MDB ölkələrinə şok mesaj: - Rusiya haradan başlayacaq?
Dünən, 16:19
Merdən Xankəndidən köçmüş ermənilərə: - “Sizi Rusiyaya köçürəcəyik”
Dünən, 16:18
ABŞ atəşkəsi pozdu, cavab verəcəyik - İran
Dünən, 16:15
“PAŞA Bank”ın rəhbərliyinə yeni təyinat - BUNDAN SONRA...
Dünən, 16:12
200 dollarlıq neft: Dünya üçün fəlakət ssenarisi - ARAŞDIRMA
Dünən, 16:07
Hərraca çıxarılan “Zəngəzur Harmony” oteli bir ildir alan yoxdur – Qiyməti 7,8 milyondan 5,9 milyona düşüb
Dünən, 16:00
Kinematoqrafçılar İttifaqının yeni sədri MƏLUM OLDU - BUNDAN SONRA...
Dünən, 15:57
ABŞ dövlət katibi Marko Rubio Ermənistanda səfərdədir - FOTO
Dünən, 15:54
FHN amfibiyanın “ömrünü uzatmaq” üçün bu dəfə Ukrayna şirkəti ilə müqavilə bağladı - TƏFƏRRÜAT
Dünən, 15:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru