Auditorlar Palatasının 717 min manatlıq mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib .....                     Rüşvət almaqda və dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub .....                     Jurnalist yeni brendini yaratdı .....                     Ermənistan Çindən aldığı PUA-ları ilk dəfə nümayiş etdirdi .....                     Rubionun İrəvan səfəri: .....                     CHP-dəki proseslər demokratiyanın göstəricisidir .....                     Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib .....                     Tikinti sektorunda işgüzar fəallıq indeksi kəskin gerilədi .....                     Azərbaycan bayrağını ingilis generalımı yaradıb? .....                     “Bakcell” və Gənclər Fondunun təqaüd proqramının qalibləri müəyyənləşdi .....                     Müğənni Xaliq VƏFAT ETDİ .....                     “Putinin kölgəsi” sərt mesaj verdi .....                     “Oğlumun gözünün işığı sönüb” .....                     Azərbaycan qadınlarını 17 min dollara Gürcüstana aparırlar... .....                     Kremlin pressinqi Ermənistanı Azərbaycan qazından asılı vəziyyətə qoya bilər .....                     Moskva istəyir deyə... .....                     “Qadınlar 10 yaş böyük kişi ilə evlənsələr, uğurlu olar” .....                     Ermənistanın Rusiya qazına alternativləri .....                     Kılıçdaroğlu on nəfəri CHP-dən qovur .....                     Vətən Mübaribəsi Qəhrəmanı yüksək vəzifəyə təyin edildi .....                     Müəllimini güllələyən şagirdin ittihamı ağırlaşdırıldı .....                     Bakının Ermənistandakı ƏSAS “adamı” .....                     Ermənistan Aİİ-ni tərk edərsə, qazın güzəştli qiyməti bazar qiyməti olacaq .....                     Azərbaycanlıların Ermənistanda ev və torpaq alması QADAĞAN EDİLƏCƏK .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları .....                     Türk diplomat Paşinyanla bağlı çağırış etdi .....                     Azərbaycan Mərkəzi Bankında yeni təyinat .....                     Bu gün onun anım günüdür .....                     Polkovnik işdən çıxarıldı .....                     24 saat ərzində cəbhə xəttinfə 233 döyüş qeydə alınıb .....                     Karapetyanın ofislərində axtarış başladı .....                     Yol qəzasında həlak olan Təbrizdəki konsulun cənazəsi Azərbaycana gətirilib .....                     AXIRI BELƏ OLUR: Peşəkar qıtlığı yaradılanda, yaxud... .....                     SOCAR-da yeni təyinat .....                     ABŞ rəsmisinin seçkiöncəsi İrəvan səfərinin ŞOK gizlinləri .....                     Ayaz Qasımovdan SƏRT İRAD .....                     Leyli Məmmədova gəldi, “Finex Kredit” 1 milyondan çox zərərə düşdü .....                     Simonyan erməni xalqını efirdə təhqir etdi .....                     “Azəriqaz”da ƏCAİB KADR SİYASƏTİ... .....                     Ermənistan Rusiya ilə əlaqələri kəsir .....                 

Barışa dözməyənlərin ruporu - TƏHLİL
Tarix: 25-07-2015, 10:23 | Çap et
Barışa dözməyənlərin ruporu
“Azadlıq” qəzetinin xeyli vaxtdır dəyişməz mövqe sərgilədiyi bir neçə mövzu var ki, onlardan biri də “Yeni Müsavat” və onun rəhbərliyinə olan münasibətdir. Faktiki olaraq, bu qəzet qarşı cəbhədən saydığı müsavatçıları yıxıb sürüməklə məşğuldur və hər vəchlə onları gözdən salmağa, faş etməyə çalışır. Məlumdur ki, bu günlərdə, milli mətbuatın 140 illik yubileyi münasibətilə ölkə başçısı tərəfindən bir qrup jurnalist fəxri adlarla mükafatlandırıldı və həmin şəxslərdən biri də “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu oldu. Təbii ki, “Azadlıq”, daha doğrusu, cəhbəçilər bunu susqunluqla və adi hal kimi qarşılaya bilməzdilər. Belə də oldu və gözlənilənlərin əksi baş vermədi - fəxri adın təqdim olunması ilə AXCP cameəsinin hücuma keçməsi bir oldu. Əvvəlcə sosial şəbəkələr cəbhəçilərin ironik və təhqiramiz paylaşımları ilə “partladıldı”. Daha sonra isə onların ruporu olan “Azadlıq” vəzifəsini yerinə yetirməyə və silsilə yazılar çıxarmağa başladı.
İlk olaraq Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin Facebook-da bölüşdüyü fikirlər xəbərə çevrildi. O, elə təqdim etməyə çalışdı ki, guya bu mükafat R.Arifoğluna AXCP ilə düşmən olduğuna görə verilib: “Halal haqqıdır, elə son bir-iki ayda adam Milli Şura və AXCP-yə qarşı Fərhad kimi külüng vurub, nə böhtanlar uydurub, nə təhqirlər icad edib”.

“Rauf Arifoğlu ifşanın finişində” adlı yazıda isə ironiya ilə indi onun təkcə “həci” deyil, həm də əməkdar jurnalist olduğu yazılıb: “İndi o, vüsala çatmış aşiq kimidir. Fotolardan da görünür ki, çox təsirlənib. Biz də Rauf Arifoğlunu təbrik edirik. Amma heç kimə belə təltif arzulamırıq. Rauf Arifoğlu mətbuata açıqlamasında deyib ki, bu mükafat mənim üçün önəmlidir və 26 illik xidmətimə verilən qiymətdir. Bugündən sonra o, daha da şövqlə çalışacaq. Zaman həqiqətən də böyük və ədalətli hakimdir. Rauf Arifoğlu öz dili ilə “mən kiməm” sualına cavab verdi. Bundan sonra o, çox selfilər çəkdirəcək. Çünki bu adamın yalnız özünə baxmağa üzü qalıb. İnanırıq ki, “Yeni Müsavat” bundan sonra AXCP-ni, Milli Şuranı daha tez-tez “yad” edəcək və yeni mükafatlara imza atacaq. Allah heç bir istədiyi bəndəyə belə yüksəliş nəsib etməsin. Çünki bu yüksəklik hər tərəfdən təpə kimi görünür”.

Belə gedişat və R.Arifoğlunun fəxri adla təltif olunmasına İsa Qəmbərin də münasibət bildirdiyi haqda məlumat vermişdik. Bu söz-söhbətin bir qədər uzandığı, qarşı tərəfin də ittihamlara cavab verdiyi məlumdur. “Azadlıq” qəzeti R.Arifoğlu və İsa Qəmbər arasındakı narazılığa və deyişməyə də geniş yer verib, xüsusi səhifə ayırıb. Yazıda əvvəlcə İ.Qəmbərin fikirləri qeyd olunub: “Rauf Arifoğlunun partiyadan istefası və prezidentdən mükafat alması günün əsas müzakirə olunan mövzusudur. Hesab edirəm ki, bu, barışmaq deməkdir. Belə şəraitdə Rauf Arifoğlunun Müsavatdan çıxması məntiqli addımdır”.

Yazıda “Yeni Müsavat” cəbhəsinin İ.Qəmbərə gecikməyən cavabı, baş redaktorun müavini və kiçik qardaşı Azər Ayxanın da fikirləri yer alıb: “Siz bizim dövlətin 1-ci şəxsi ilə normal, şəffaf münasibətimizə kölgə salmaq istəyirsiniz. “Bu, rejimlə barışmaqdır” deyib Dədə Qorqudluq iddiasına düşürsünüz. P.S. "Yeni Müsavat" və Rauf Arifoğlu olmasaydı, Azərbaycan müxalifəti neynərdi görəsən”.

Günün müsavatçılarla bağlı son xəbəri isə Azər Ayxanın da partiyadan istefa verməsi haqda oldu: “Müsavat Partiyasından çoxdan istefa vermək istəyirdim. Rauf bəyin tövsiyəsi və xahişi sayəsində bu addımı atmadım. Təkcə mən yox, qəzetimizdə çalışan Müsavat Partiyası üzvləri də bu addımı atmır ki, bunun bir kampaniyaya çevrildiyi görüntüsü yaranmasın. Partiyadan hələ qurultay zamanı getmək istəyirdim. O zamanlar Rauf Arifoğlunu, “Yeni Müsavat” qəzetini günahlandırmağa bir bəhanə axtarırdılar. Bu baxımdan partiya rəhbərliyinə bir bəhanə verilməsin deyə, istefanı müəyyən vaxta qədər təxirə saldıq. Açıq deyək, partiyada təmsil olunan müavinlər, istərsə də divan üzvləri və digər funksionerlər tərəfindən “Yeni Müsavat” rəhbərliyi ilə bağlı tutulan ədalətsiz mövqe bizə kifayət qədər əsas verir ki, partiya fəaliyyətimizi dayandıraq. Əvvəlki Müsavat partiyası ilə indiki Müsavat partiyası arasında fərqi görməmək, sezməmək, duymamaq mümkün deyil. Bu baxımdan Müsavat partiyasında qalmağın heç bir mənası yoxdur. Mənim Müsavat partiyasında heç bir fəaliyyətim yoxdur. Partiyadan de-fakto ayrılmaq üçün nə zaman ərizə ilə müraciət edəcəyimi hələ bilmirəm”.

Göründüyü kimi, “Azadlıq” qəzeti yenə də öz ampluasındadır və iqtidarla münasibətləri normallaşan istənilən adamı qaralayır, onu “xalq düşməni” kimi təqdim etməkdən yorulmur. İndiki hədəf isə R.Arifoğlu və onun dəstəsidir. Onsuz da bu qəzetin xisləti, əsil mahiyyəti hamıya çoxdan bəlli idi. Son davranışlarla isə məlum faktı bir daha təsdiqlədilər. Maraq üçün qeyd edək ki, R.Arifoğlu özü də AXCP-nin hücumuna məruz qalacağını əvvəlcədən bilirdi. Ona görə də Prezident tərəfindən mükafat aldığı yerdə çəkilən şəklini paylaşarkən fotonun altında bunu qeyd etmişdi və “bu da günün fotosu. Prezident xidmətimizi şəxsən qiymətləndirdi. Sağ olsun, təşəkkürlər” kəlmələrindən sonra “Kərimovçu zombilər, hadi, görəyim sizi!!!!” sözlərini yazmışdı. Xatırladaq ki, R.Arifoğlu AXCP sədri Əli Kərimlinin bir zamanlar onu öz yanına müavin vəzifəsinə dəvət etdiyini də açıqlayıb. Ə.Kərimli xəbər göndərib ki, daha İsa Qəmbərə deyil, ona yardımçı olsun. Baş redaktor isə bu təklifi rədd edib və əsas kimi Ə.Kərimlinin onu uzun müddət söydürməsini göstərib.

Bu faktlar bir daha təsdiq edir ki, “Azadlıq”, daha doğrusu, qəzetin rəhbərliyi hələ də öz xislətindən əl çəkməyib və faktiki olaraq, qəzet yetənə yetir, yetməyənə bir daş atır. Necə deyərlər, qozbeli qəbir düzəldər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Auditorlar Palatasının 717 min manatlıq mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib
Bu gün, 17:41
Rüşvət almaqda və dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 17:15
Jurnalist yeni brendini yaratdı - FOTO
Bu gün, 17:11
Ermənistan Çindən aldığı PUA-ları ilk dəfə nümayiş etdirdi - FOTO
Bu gün, 17:08
Rubionun İrəvan səfəri: - Paşinyana dəstək, yoxsa “Tramp marşrutu”?
Bu gün, 17:05
CHP-dəki proseslər demokratiyanın göstəricisidir - Tural Abbaslı
Bu gün, 16:53
Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib
Bu gün, 16:49
Tikinti sektorunda işgüzar fəallıq indeksi kəskin gerilədi - DETALLAR
Bu gün, 16:46
Azərbaycan bayrağını ingilis generalımı yaradıb? - FOTO
Bu gün, 16:40
“Bakcell” və Gənclər Fondunun təqaüd proqramının qalibləri müəyyənləşdi
Bu gün, 16:35
Müğənni Xaliq VƏFAT ETDİ - VİDEO
Bu gün, 16:32
“Putinin kölgəsi” sərt mesaj verdi - Kreml Paşinyanla bağlı düyməni basır...
Bu gün, 16:25
“Oğlumun gözünün işığı sönüb” - Bağçada nə baş verir?
Bu gün, 16:23
Azərbaycan qadınlarını 17 min dollara Gürcüstana aparırlar... – İLGİNC faktlar
Bu gün, 16:16
Kremlin pressinqi Ermənistanı Azərbaycan qazından asılı vəziyyətə qoya bilər - ŞƏRH
Bu gün, 16:13
Moskva istəyir deyə... - İNCƏLƏMƏ
Bu gün, 16:11
“Qadınlar 10 yaş böyük kişi ilə evlənsələr, uğurlu olar” - Fərhad Pərvizi ilə QALMAQALLI MÜSAHİBƏ
Bu gün, 15:51
Ermənistanın Rusiya qazına alternativləri – Kreml yenə hədələdi
Bu gün, 15:25
Kılıçdaroğlu on nəfəri CHP-dən qovur - SİYAHI
Bu gün, 15:23
Vətən Mübaribəsi Qəhrəmanı yüksək vəzifəyə təyin edildi - ƏMR
Bu gün, 15:21
Müəllimini güllələyən şagirdin ittihamı ağırlaşdırıldı - Atası da dindirilib
Bu gün, 14:31
Bakının Ermənistandakı ƏSAS “adamı” – Kremlin qəzəbinin SİRRİ
Bu gün, 14:29
Ermənistan Aİİ-ni tərk edərsə, qazın güzəştli qiyməti bazar qiyməti olacaq - Peskov
Bu gün, 14:15
Azərbaycanlıların Ermənistanda ev və torpaq alması QADAĞAN EDİLƏCƏK - KİV
Bu gün, 13:54
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları - “Yaxın günlərdə olacaq...”
Bu gün, 13:45
Türk diplomat Paşinyanla bağlı çağırış etdi - “Ona dəstək verməliyik”
Bu gün, 13:11
Azərbaycan Mərkəzi Bankında yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:09
Bu gün onun anım günüdür
Bu gün, 13:07
Polkovnik işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 13:03
24 saat ərzində cəbhə xəttinfə 233 döyüş qeydə alınıb – Ukrayna Baş Qərargahının hesabatı
Bu gün, 12:55
Karapetyanın ofislərində axtarış başladı - “Seçki rüşvəti” paylayıblar
Bu gün, 12:53
Yol qəzasında həlak olan Təbrizdəki konsulun cənazəsi Azərbaycana gətirilib - bu gün Göyçayda dəfn olunacaq
Bu gün, 12:49
AXIRI BELƏ OLUR: Peşəkar qıtlığı yaradılanda, yaxud... - peşəkar "peşəkarla"əvəz olunanda...
Bu gün, 12:45
SOCAR-da yeni təyinat - Foto
Bu gün, 12:33
ABŞ rəsmisinin seçkiöncəsi İrəvan səfərinin ŞOK gizlinləri - İNCƏLƏMƏ
Bu gün, 12:25
Ayaz Qasımovdan SƏRT İRAD - "Ayıb olsun"
Bu gün, 12:17
Leyli Məmmədova gəldi, “Finex Kredit” 1 milyondan çox zərərə düşdü - TƏFƏRRÜAT
Bu gün, 12:05
Simonyan erməni xalqını efirdə təhqir etdi - KİV
Bu gün, 12:00
“Azəriqaz”da ƏCAİB KADR SİYASƏTİ... - İTTİHAM VAR...
Bu gün, 11:58
Ermənistan Rusiya ilə əlaqələri kəsir - Dmitri Medvedev deyir ki...
Bu gün, 11:43
Qərəzli qətnamə və Brüssel mentorluğunun süqutu - NƏ BAŞ VERİR?
Bu gün, 11:41
Dövlət Agentliyi “Kontakt Home”a cərimə protokolu yazdı - SƏBƏB
Bu gün, 11:40
Medvedev Ermənistan Baş nazirini aşağıladı - “Hansısa bir Nikol Paşinyan”
Bu gün, 11:39
Azərbaycanda sığorta yığımlarının 85%-dən çoxu 2 şirkətin payına düşüb - RƏQƏMLƏR
Bu gün, 11:34
“Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə namizədəm” - AÇIQLAMA
Bu gün, 11:30
Məhkəmə Tarix Əliyevlə bağlı qərar verdi - TƏFƏRRÜAT
Bu gün, 11:25
Qalibaf yenidən İran parlamentinin sədri seçilib - İran mediası
Bu gün, 11:18
Gülüstan Əliyeva Daşkənddə muğamın elmi səhnəsini fəth etdi - FOTO
Bu gün, 11:15
“Ermənistanın mövcud vəziyyətdən çıxış yolu hakimiyyətin başqa qüvvələrə ötürülməsidir” - Köçəryan belə deyir...
Bu gün, 10:57
Baş həkimdən OYUNBAZLIQ: İşçini təhdid etdi və... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru